Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə125/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   121   122   123   124   125   126   127   128   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
333
“Başqa bir dastan da vardır ki, onda Abdullah Əndəlusi adlı bir şeyx 
təqribən  Şeyx  Sənan  dastanına  eyni  olan  sərgüzəştə  mübtəla  olur.  Bu 
Abdullah  Əndəlusinin  də,  həmin  hekayətə  əsasən,  Şeyx  Sənan  kimi  çoxlu 
müridləri  olmuşdur,  Cüneyd  kimilər  onun  müridləri  və  şagirdləri  sırasında 
vardır.  Cüneydin  şeyxləri  arasında  Abdullah  Əndəlusi  adlı  bir  kəs  olma-
dığına  görə  tədqiqatçıların  bəzisi  Şeyx  Sənan  dastanının  onunla  əlaqəsini 
qəbul  etməmişlər  və  İmam  Qəzzaliyə  aid  olan  “Töhfətül-müluk”  adlı  bir 
kitabda olan hekayəyə əsasən Şeyx Sənanı Əbdürrəzaq Sənani bilmişlər”. (1, 
214)Əbdürrəzaqın  adı  Xacə  Abdullah  Ənsarinin  “Təbəqatüs-sufiyyə”, 
Hücverinin “Kəşfül-məhcub” əsərlərində yazılsa da, onun həyat hekayəsinin 
Şeyx Sənan dastanına oxşamadığı məlum olmuşdur. Bizim fikrimizcə, əgər 
Fəridəddin Əttar “Məntiqüt-teyr” əsərinin əsas süjet xəttini İmam Qəzzalinin 
“Risaltüt-teyr” əsərindən, Şeyx Sənan dastanını onun “Töhfətül-müluk” əsərin-
dən götürmüşdürsə, Şeyx Sənanın da Əbdürrəzaq Sənani qəbul etməyimiz daha 
düzgün olar. Şeyx Sənan dastanının təhlilinə keçməzdən qabaq onun “Məntiqüt-
teyr”  əsərinin  hansı  hissəsində  verilməsinə  diqqət  yetirməliyik.  Bu  dastan 
quşların  şanapipikdən  yolun  necəliyini  soruşmasından  sonra  gəlir.  Şanapipik 
onlara  belə  deyir:  “Quşlar  şanapipiyin dilindən  o  sirləri  eşidəndə  və  simurğa 
bağlılıqlarını  biləndə  hərarətlə  işə  başladılar  və  birləşdilər.  Onlar  şanapipi-
kdən sülukun şərtini soruşdular. Şanapipik cavab verdi ki, aşiqliyin əlaməti 
cism və candan keçməkdir. Eşq yolunda nə maddi işlərə bağlanmaq, nə də 
mənəvi  işlərə  vurulmaq  lazımdır.  Candan  keçməyin  özü  mətluba  çatmaq 
deməkdir.  Aşiq  əmrə  tabedir  ki,  məşuq  nə  buyurur?  Eşq  varlığın  əsasıdır, 
axırı  da  dərddir.  Dərddən  məqsəd  kamal  tələbi  və  kamilləşmək  yolunda 
çalışmaqdır.  Şeyxin  fikrincə  Adəmin  mələklərdən  və  müqəddəslərdən 
üstünlüyü bundadır ki, adəmin dərdlə birgə eşqi vardır, müqəddəslərin eşqi 
olsa  da,  dərdi  yoxdur.  Yolun  çətinliklərindən  qorxmaq  lazım  deyil,  çünki 
mətlub böyükdür”.  
“Şeyx  Sənan”  dastanı  verildikdən  sonra  isə  quşlar  püşk  atmaqla 
şanapipiyi özlərinə bələdçi – pir seçirlər.  
Əsərin qısaca süjet xətti belədir: 
Şeyx  Sənanın  oxucuya  tanıtdırılması,  Şeyx  Sənanın  gördüyü  qəribə 
yuxu, Şeyx Sənan və müridlərinin Rum ölkəsinə yollanması, Məsihi qızının 
gözəlliyinin  vəsfi,  Şeyx  Sənanın  Məsihi  qızına  vurulması,  Gecənin  təsviri, 
Müridlərin şeyx Sənana öyüd-nəsihət verməsi, Şeyx Sənan yarının yaşadığı 
küçəyə  yollanması,  Şeyx  Sənanın  qıza  öz  eşqini  bəyan  etməsi,  Məsihi 
qızının  Şeyx  Sənanı  dinsizliyə  dəvət  etməsi,  Şeyx  Sənan  deyri-muğanda, 
Şeyx Sənan kafirlik yolunda, Məsihi qızın Şeyx Sənana donuz otartdırması, 
Şeyx  Sənan  müridlərinə  qayıtmağı  məsləhət  bilməsi,  Şeyxin  Kəbədəki 
müridinin  hadisədən  xəbərdar  olması,  Müridin  dostluq  haqqında  dedikləri, 
Müridlərin  yenidən  Ruma  yollanması,  Müridin  Mustafanı  (s)  yuxuda 


Filologiya məsələləri, № 7, 2017 
 
334
görməsi, Şeyx Sənanın tövbvə etməsi, Məsihi qızının yuxu görməsi, Məsihi 
qızın  Şeyx  Sənanın  ardınca  yollanması,  Şeyx  Sənana  qızın  halının  ilham 
olunması,  Məsihi  qızının  Şeyx  Sənanın  əli  ilə  islamı  qəbul  etməsi,  Məsihi 
qızın  islamı  qəbul  etdikdən  sonra  canını  tapşırması,  Eşq  yolunun 
vəsfi.Fəridəddin  Əttarın  “Məntiqüt-teyr”  əsərini  əvvəldən  axıra  kimi  ilahi 
eşqin vəsfinə həsr olunduğunu desək, yanılmarıq. Çünki onun digər əsərləri 
ilə  müqayisədə  demək  olar  ki,  bütün  hekayələr  ilahi  eşq  haqqında 
yazılmışdır. “Şeyx Sənan” dastanı da ilahi eşq haqqında olan hekayələrdən 
biridir. İlk baxışdan bu hekayənin şeyx Sənanın məsihi qızına olan eşqinin 
təsvirini görürük. Amma bütün dastanı oxuduqdan sonra gəldiyimiz qənaət 
belədir ki, bütün məsnəvidə olduğu kimi bu dastanda da Əttar ilahi eşqdən 
bəhs  açır.  Əsərin  məzmununda  verilən  bir  hissədə  bizim  gözümüz  önündə 
məsihi qızına olan eşq deyil, Allaha olan eşqi nəzərdə tutsaq, görərik ki, şair 
necə  də  poetik  bir  tərzdə  bunu  qələmə almışdır.  Burada  Əttar  nəzmə  çəkdiyi 
cümlələrdə əslində qızın eşqini yox, Allahın eşqini tərənnüm etmək istəmişdir. 
Həmin  hissə  Müridlərin  Şeyx  Sənana  nəsihət  verməsi  hissəsində  çox  gözəl 
verilmişdir.  Dastanın  qəhrəmanları  Şeyx  Sənan,  məsihi  qızı,  onun  dörd  yüz 
müridi,  Kəbədə  olan  mürid,  Mustafa  (s)-dır.  Birinci  hissədə  Şeyx  Sənan 
haqqında məlumat verilsə də, dastan Şeyx Sənanın bir neçə dəfə ardıcıl qəribə 
bir yuxu görməsi ilə başlayır. Belə ki, dörd yüz müridi olan bir şeyx yuxuda 
görür  ki,  Rum  ölkəsində  bir  bütə  sitayiş  edir.  Əsəri  oxuduqca  görürük  ki, 
Əttarın büt adlandırdığı qəhrəman məsihi qızıdır. Əsərdə əsas məqsəd eşqin 
insanlara  olan  təsirini  göstərməkdir.  Təsadüfi  deyil  ki,  Əttarın  müəyyən 
etdiyi  yeddi  vadiyə  “Həft  vadiye  eşq”  (“Yeddi  eşq  vadisi”)  deyirlər.  Bu 
dastanda Əttarın eşqə verdiyi təriflər aşağıdakılardan ibarətdir.  
1. Eşqdə möminlik və kafirlik yoxdur. 
ﺎﮐ ﮫﭼ نﺎﻤﯾا ﺎﺑ و ﺮﻔﮐ ﺎﺑ ار ﻖﺸﻋ
ر
  
رﺎﮐ ﮫﭼ نﺎﺟ ﺎﺑ ﮫﻈﺤﻟ ار نﺎﻘﺷﺎﻋ
  
Eşqin küfr və imanla nə işi var? 
Aşiqlərin bir an canla nə işi var? (5, s. 66) 
2. Eşqdə cavan və qoca yoxdur.  
دﺮﻣ ﺮﯿﭘ ﮫﭼ ناﻮﺟ ﮫﭼ ار ﯽﻘﺷﺎﻋ
  
دﺮﮐ ﺮﯿﺛﺎﺗ دز ﮫﮐ لد ﺮھ ﺮﺑ ﻖﺸﻋ
  
Aşiqliyin nə cavanı, nə qocası 
Hansı ürəyə eşq vurdusa, təsir etdi. (5, s. 75) 
3. Eşq mömini kafir, kafiri dindar edə bilər.  
هاﻮﺨﻣ ناﺮﯿﺣ ﻦﻣ زا ﺮﻔﮐ ﺰﺟ ﺖﻔﮔ
  
هاﻮﺨﻣ نﺎﻤﯾا وزا ﺪﺷ ﺮﻓﺎﮐ کﺮھ
  
Mən heyrandan küfrdən başqa bir şey istəmə 
Kim ki, kafir oldu, ondan iman istəmə. (5, s. 73) 
راﺮﻗ ﯽﺑ نﺎﻤﯾا قوذ زا ﺶﻟد ﺪﺷ
  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə