Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə128/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   125   126   127   128   129   130   131   132   133

Filologiya məsələləri, № 7, 2017 
 
341
bacarmazsınız. Od vuran insanlar və daşlar olan o atəşdən qorxub çəkinin. O 
atəş kafirlər üçün hazırlanmışdır” (5, 23-24). 
Qurani-Kərim  ilahidən  gələn  kəlam  olduğundan  hər  şeydən  öncə  dil 
möcüzəsi kimi nəzərə çarpır. Ayrı-ayrı qissələr, hekayətlər bir yana, bəlağət 
və  ecaz  baxımından  sözlərin  düzümu,  eyni  sözun,  ifadənin  yerinə  görə 
muxtəlif  mənalar  daşıması,  səslərin  alliterasiyasının  aşıladığı  ovqatlar, 
oxunuş ahəngindən doğan ehyamlar, mənaca bir-birinin oxşarı olan ayələrin 
başqa-başqa  surələrdə  təkrarlanması  ilə  bağlı  psixoloji  təsirlər,  təlqinləri 
gücləndirən  qafiyələr,  dinləyənlərə  düşünüb-daşınmaq  imkanı  yaratmaqdan 
ötrü  yeri  gəldikcə  qulağı  rahat  buraxan  qafiyəsiz  məqamlar  -  butün  bunlar 
1400 ildir dəyişməz qalan Kitabın ilk baxışda, ilk oxunuşda, ilk dinləyişdə, 
ilk qavrayışda muşahidəyə gələn məziyyətlərindəndir. 
“Yer  üzündə  bitən  bütün  ağaclar  qələmlərə  dönsələr,  dəniz  də 
mürəkkəbə  –  yeddi  dəniz  də  üstəlik  mürəkkəb  olsa  belə  yazılmaqla  bitən 
deyil  Allahın  kəlamları”.  “Allahın  kəlamları”  burada  əlbət  ki,  Quranın  öz 
içinə aldığı əbədi və əzəli vəhylərin çeşidli təfsirlərinə işarədir (4, 40). 
Mənəviyyat  məsələlərinə  dair  örnəklər  ilahi  təlqinlərin  özülündə 
dayanır. “Doğru yolun bütün məsafələrini qət etməyə borclu

axirət yolçusu 
insana  bəzən  onu  düşündürüb  daşındırmaq,  beynini,  necə  deyərlər,  məşq 
elətdirmək uçun ümumilikdə, bəzən də konkret şəkildə nələri yerinə yetirməli 
olduğu  bildirilir.  Müqəddəs  imanın  mənəviyyat  sınaqlarından  uğurlu,  yaxud 
uğursuz keçidini isə Allah-təala yaratdığının öz ixtiyarına buraxır, onu öz ağlı 
ilə davranmağa, iş görməyə çağırır. İnsana etibar islamda olduğu qədər özgə heç 
bir  dində  yoxdur.  Ayələrdə  təkrarlanan  “bir  ağıl  işlətsəniz”,  “bəlkə  düşünüb-
daşınasınız”, “düşünməzmisiniz”, “yenədəmi düşünmək bilməyirsiniz” ifadə-
ləri  düşüncə  donuqluğundan  azadfikirliliyə,  ictihada,  aktiv  və  müxalif 
təfəkkürə səsləyir.  
Quran mətninin özünə gəlincə, buradakı reallıq ovqatını gücləndirən amil 
ondan ibarətdir ki, Allahın dərkinə aparan yollar məhz bütün kainatın, gerçək 
varlıqların,  olmuşların,  olanların  nəliyini  və  kimliyini  çözən  mətləblərlə  bağlı 
qavrayışlardan keçir. Quran məcburi və bəsit imanın əleyhinədir, imana gələn-
lərə  tövsiyəsi  budur  ki,  yollarda,  çaylarda,  dənizlərdə,  dağlarda,  səmada, 
ulduzlarda, günəşdə, ayda, gecədə, gündüzdə və insanın özündə o böyük yara-
danın  əlamətlərini  arasınlar,  ansınlar  və  bunları  araya-araya,  ana-ana  Allahın 
dərgahına doğru qoşsunlar. Qurana görə təbiət hadisələri də, daşlar da, yer də, 
göy də, quşlar da hər şeyi öz elmi ilə tutmuş xaliqın varlığından xəbər verir. 
Çunki təbiətin özü də O-na ibadətdədir: “Məgər görməzmi oldun, göylərdə 
və yerdə olan kimsələr, göydə qanad gərən quşlar necə öyürlər Allahı. Hər 
biri  də  Allahı  necə  anacağını,  necə  öyəcəyini  yaxşı  bilir.  Onların  nə 
etdiklərini bilir Allah” (4, 41). 


Filologiya məsələləri, № 7, 2017 
 
342
Qurani-Kərim bütün insanlığı deyib göndərildiyindən savadından asılı 
olmayaraq hamıya Kitabdan pay düşür. Surələrdə sadə ilə mürəkkəb, xüsusi 
ilə  ümumi,  tarixi  ilə  əbədi  olan  hər  şey  imana  çağırış  üçün  səfərbər 
edilmişdir (7, 60). 
Quran bütün peyğəmbərlərin mənsub olduqları bir dini kamilləşdirdiyi 
üçün  o  eyni  zamanda  özündən  əvvəlki  Tövratı,  Zəburu,  İncili  və  s.  adları 
bizə məlum olmayan kitabları da təsdiq edir. 
2.  Həzrəti  Məhəmmədin  (s.a.s)  həyatı,  başqa  peyğəmbərlərin 
həyatından fərqlənən və müstəsna əhəmiyyət daşıyan bir həyat olmuşdur. Bu 
həyat oxunduqca, onunla yaxından tanış olduqca, insanın gözündə böyüyür, 
yüksəldikcə  yüksəlir.  Bu  həyat  məhəbbət,  şəfqət,  fəzilət  və  səmimiyyətlə 
yaşanmış bir həyatdır. 
Bu  həyatı  yaşayan  insan  bəşəriyyətə  Allahın  ən  mükəmməl  dini  olan 
islamiyyəti  təbliğ  etmiş,  Allah  qullarına  nemət  və  ehsanını  onunla 
tamamlamışdır.  O,  insanları  tək  olan  Allahın  ətrafında  birliyə  dəvət  etmiş, 
bir-birini  sevən,  məhəbbət  və  şəfqətlərini  bir-birindən  əsirgəməyən  fəzilət 
sahibi bir ümmət-bir islam cəmiyyəti yaratmışdır. Onun böyüklüyü insanları 
gözəl  üsullarla,  doğru  yollar  vasitəsilə  yaxşılığa  dəvət  etməsi  idi.  Xırda 
hisslər, maddi məsələlər üçün vuruşan insanların nicat yolu Onun göstərdiyi 
yoldur. Onun izi ilə gedənlərin nəsibi nurdur. Bəşər axtardığı əmin-amanlığı, 
feyz və fevzi Onda tapır. O, bəşərin son mürşidi və xilaskarıdır. Onun həyatın-
da  səhv  axtarmaq,  günəşdə  ləkə  axtarmağa  bənzəyir.  Onun  həyatı  Qurani-
Kərimdən əks olunar. Onun əxlaqı Quran əxlaqıdır. Bu cəhət Onun sədaqətli 
həyat yoldaşı, fəzilətli Ümmül-Möminin - Həzrəti Ayişənin də şəhadəti ilə bir 
daha təsdiq olunmuşdur (2, 5). 
Qurani-Kərimdən  lazımınca  faydalanmaq  və  Onun  ecazkar  təsirindən 
həzz  almaq  üçün  bu  əvəzsiz  kitabın  izahını  özündə  ehtiva  edən  bir  çox 
elmləri  də  bilmək  lazımdır.  Bu  elmlərə  hədis,  təfsir,  ravilərin  həyatını 
öyrənməklə məşğul olan sahələr və s. göstərmək olar. Qurani-Kərimə düz-
gün baxış bu elmlərlə tanışlıq olduqdan sonra mövcud olduğu üçün onların 
öyrənilməsi aktual bir problemdir. Çünki bu sahələrin verdiyi biliklər olmasa 
Peyğəmbərimizin sünnətinin təhrif olunması asanlaşır. Qurana da sünnətsiz 
(hədislərsiz)  yanaşmaq  insanı  zəlalətə  aparıb  çıxarır.  Məsələn,  Uca  Allah 
Qurani-Kərimdə insanlara namaz qılmağı əmr etsə də islamın bu rüknünü nə 
cür  həyata  keçirməyin  izahını  Peyğəmbərə  həvalə  edib.  Və  ya  zəkat 
verilməsi  kimi  digər  bir  əzəmətli  əmrin  şərtləri  də  Quranda  izah  edilmir. 
Çünki bu izahlar Peyğəmbərin hədisləri vasitəsilə insanlara çatdırılıb.  
Söz  sənətinin  rəvayət  janrına  aid  olan  çox  dinamik,  tez  əzbərlənən, 
insanlar  arasında  sürətlə  yayılan  hədisə  islam  ensiklopediyasında  belə  tərif 
verilir: “Hədis kəlməsi, əslində ümumi olaraq dini və ya qeyri-dini mahiyyətdə 
təbliğ  və  rəvayət  mənasında  olub,  sonradan  başqa  mənada  mənada  - 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə