Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə126/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   122   123   124   125   126   127   128   129   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
335
ﺪﻣآ رد ﻢﻏ
رﺎﺴﮕﻤﻏ ﯽﺑ وا دﺮﮔ 
  
Ürəyi imanın zövqündən qərarsız oldu 
Onun ətrafını qəm bürüdü, dərdinə şərik olmadı. (5, s. 88) 
Əsərin qəribə bir gedişatı var. Əvvəl şeyx məsihi qızına vurulduğuna 
görə  bütün  dinindən  üz  çevirir.  Sonda  isə  məsihi  qızı  islamı  qəbul  edir. 
Yaxud  Şeyx  Rum  ölkəsinə  müridləri  ilə  gəlsə  də,  onları  qayıtmağa  vadar 
edir. Amma müridlər başqa bir müridin məslərti ilə yenidən Ruma qayıdırlar. 
Yəni  əsərdəki  hadisələr  çox  dinamik  və  sürətlə  cərəyan  edir  və  oxucu 
hadisələrin  gedişatını  izləməkdə  çətinlik  çəkir.  Burada  əsərin  əsas 
məqsədindən  savayı  bir  çox  məsələr  də  qoyulmuşdur.  Həmin  məsələlər 
aşağıdakılardan ibarətdir:  
1. Heç bir insan başına gələcək bəlalardan xəbərdar deyil. 
2. Bir tövbə yüz günahın üzərindən xətt çəkə bilər. 
3. Dua ilə insanlara kömək etmək olar. 
4. İnsan dindən üz çevirəndə ağıldan başqa elmi də əlindən alınar.  
5. İnsan qırx gün, qırx gecə ixlasla Allaha ibadət etsə, onun üçün açılış olar. 
6. Müridlər bütün əməllərində şeyxə tabe olmalıdırlar. 
7.  Bütə  eşq  onun  məhvi  ilə  bitdiyinə,  əbədi  və  əzəli  olana  eşq  bəsləmək 
lazımdır. ( 4, s. 125) 
Fəridəddin  Əttarın  “Məntüqüt-teyr”  əsərinin  əsas  süjet  xəttindən  savayı 
müxtəlif  məzmunlu hekayələr verilmişdir. Belə  hekayələrdən biri də bizim 
müəyyən etdiyimiz yeddinci hissə ilə bağlıdır. 
 
 ﺦﯿﺷ
ﺖﺴﯿﭼ ز ﮫﯾﺮﮔ ﻦﯾا ﮫﮐ شﺪﯿﺳﺮﭘ
ﺖﺴﯾﺮﮔ ﯽﻣ ﯽﻠﺒﺷ ﺶﯿﭘ یﺪﻨﻣدرد 
ﻦﻣ نﺎﺟ یدﻮﺑ هزﺎﺗ ﺶﻟﺎﻤﺟ زا
ﻦﻣ نآ دﻮﺑ ﯽﺘﺳود ﺎﺨﯿﺷ ﺖﻔﮔ 
ﺶﻤﺗﺎﻣ زا هﺎﯿﺳ ﻦﻣ ﺮﺑ نﺎﮭﺟ ﺪﺷ
ﺶﻤﻏ زا مدﺮﻤﺑ ﻦﻣ و دﺮﻤﺑ ید 
ﺖﺴﻨﯾا زا ﺶﯿﺑ ﺖﯾاﺰﺳ ،ﺪﺷﺎﺑ ﻢﻏ ﮫﭼ ﻦﯾا
ﺖﺴﻨﯾا زا ﺶﯾﻮﺧ ﯽﺑ ﺖﻟد نﻮﭼ ﺎﺘﻔﮔ ﺦﯿﺷ 
ﻮﺗ راز یﺮﯿﻤﻧ ﺎﺗ دﺮﯿﻤﻧ ﻮﮐ
د
ﻮﺗ رﺎﯾ یا ﻦﯾﺰﮔ ﺮﮕﯾد ﯽﺘﺳو  
دروآ نﺎﺟ ﻢﻏ وا ﯽﺘﺳود
دروآ نﺎﺼﻘﻧ گﺮﻣ ﺰﮐ ﯽﺘﺳود 
ﻼﺑ ﺪﺻ رد ﺪﺘﻓ ترﻮﺻ نآ زا ﻢھ
ﻼﺘﺒﻣ ترﻮﺻ ﻖﺸﻋ رد ﺪﺷ ک ﺮھ 
ﺖﺴﺸﻧ نﻮﺧ رد ﺪﻨﮐ تﺮﯿﺣ نآ زا وا و
ﺖﺳد ز نوﺮﯿﺑ دﻮﺷ ترﻮﺻ نآ شدوز 
 
Bir dərdli Şiblinin yanında ağlayırdı 
Şeyx ondan soruşdu bu ağlamaq nədəndir 
Dedi: Ey şeyx, mənim bir dostum vardı 
Onun camalından mənim ruhum təzələnirdi 
Dünən öldü və mən onun qəmindən öldüm 
Dünya mənə onun matəmində qara oldu 
Şeyx dedi: Ürəyin bundan qərarsızdırsa,  
Bu nə qəmdir, sənə bundan artığı layiqdir 
Başqa bir dost seç sən 


Filologiya məsələləri, № 7, 2017 
 
336
 Sən ölməyənə kimi o ölməsin 
Ölüm nöqsanı olan dostluqda 
Dostluğu canın qəmini artırar 
Kim ki, surətin eşqinə mübtəla oldu 
Həmin surətə görə də yüz bəlaya düşər 
O surət tezliklə onun əlindən gedər 
Və o buna heyrətlənib qana qərq olar.  
Bu hekayədə Əttar demək istəyir ki, zahiri gözəlliyə aldanıb insanlarla 
dostluq etməyin axırı yoxdur. Buna görə də heç vaxt aradan getməyənə ürək 
bağlamaq  lazımdır  ki,  o  da  Allahdır.  Şeyx  Sənan  da  məsihi  qızının  zahiri 
gözəlliyinə  aldanıb  ona  görə  dinindən-imanından  uzaqlaşdı.  Lakin  sonda 
həmin gözəl məsihi qızı həyatını itirdi.  
Əttarın  əsərləri  irfani  mövzuda  yazıldığına  görə  bu  əsərlərdə  cərəyan 
edən hadisələr də qeyri-adi vəziyyətlərdə baş verir. Burada hadisələrin üçü 
yuxu vasitəsilə göstərilir. Biri, Şeyx Sənanın Rum ölkəsinə getməsini neçə 
dəfə yuxuda görməsi, digəri müridinin Mustafanı (s) yuxuda görməsi, biri də 
Məsihi qızının yuxuda düz yola dəvət edilməsi. Bu yuxulardan yalnız birini 
real olaraq qəbul etmək olar ki, həmin dövrdə Peyğəmbər (s) artıq həyatda 
deyildi. Buna görə də Şeyx Sənanın bu bəladan qurtarmasını xəbər verməsini 
başa  düşmək  olar.  Fikrimizcə,  Əttar  digər  hadisələri  yuxuda  verməklə 
oxucusuna çatdırmaq istəyir ki, bu hadisə irfani aləmlə bağlı bir hadisədir. 
Ümumiyyətlə, övliyaların həyatından bəhs edən “Təzkirətül-övliya” əsərində 
də qeyri-adi hadisələrin yuxuda baş verdiyini görürük. İrfani mövzuda əsər 
yazan müəlliflərin çoxu bizim yaşadığımız həyatı onların göstərmək istədiyi 
həyatdan fərqləndirmək üçün yuxu aləmini seçirlər. Digər məsələ isə Şeyx 
Sənanın Ruma qayıtdığı zaman məsihi qızının vəziyyətindən agah olması da, 
irfani  bir  hadisədir.  Əsərdə  qeyd  olunur  ki,  bu  Şeyx  Sənana  sanki  ilham 
olunmuşdur.  
نورد زا ﺪﻧداد مﻼﻋا ار ﺦﯿﺷ 
نوﺮﺑ ﯽﯾﺎﺳﺮﺗ ز ﺮﺘﺧد نآ ﺪﻣﺎﮐ 
ﺎﻣ هﺎﮔرد ﺎﺑ ﺖﻓﺎﯾ ﯽﯾﺎﻨﺷآ 
ﺘﻓا شرﺎﮐ
ﺎﻣ هار رد نﺎﻣز ﻦﯾا دﺎ
 
Şeyxə daxildən elan etdilər 
Ki, qız məsihilikdən çıxdı 
Bizim dərgahımızla tanış oldu 
İndi onun işi bizim yolumuza düşdü.  
Bu dastanın əsas məqsədi haqqında Əbdülhüseyn Zərrinkubun fikirləri 
də  çox  maraqlıdır:  “Hər  halda  Şeyx  Sənan  dastanı  Əttarın  onun  əsasını 
hardan  götürməsindən  asılı  olmayaraq  rəmzi  bir  dastandır.  Pak  bir  ruhun 
sərgüzəştidir  ki,  mənəvi  dünyadan  maddi  aləmə  enir,  hətta  özünün  səmavi 
əsas  və  gövhərini  unudur,  maddi  çirkinliklərə  bulaşır.  Amma  qeybi  cazibə 


Filologiya məsələləri, № 7, 2017 
 
337
onu tapır, onu ülvi qərargaha, səfa və paklıq dünyasna aparır və nicat verir”. 
(1, s. 220)Başqa bir yerdə oxuyuruq: “Şeyx Sənan hekayəsi də belədir: Şeyx 
islam dünyası, nur və səfa dünyasına aid olan pak bir ruhdur. Amma cismani 
eşq – bir qızın eşqi – onu maddə və günah, şərabxorluq və donuz otarmaqdan 
ibarət olan məsihi dünyasına çəkir, bağlılıqlar tələsinə salır, orada öz əslini, 
öz müsəlmanlığını, hətta öz şeyxliyini unudur. Amma o hər şeyi unutsa da, 
ilahi inayət onu unutmur, onun köməyinə tələsir, onu özündən alıb yenə də 
islam diyarına – parıltı və səfa dünyasına çəkir və aqibətini xeyirli edir”. (1, 
220)Əsərin qısa məzmunu ilə tanış olduqdan sonra belə qənaətə gəlirik ki, 
“Şeyx Sənan” dastanı həm eşqin vəsfi, həm də pirin məqamının ucalığının 
bəyanı üçün verilmişdir. Bunlar Fəridəddin Əttarın Simurğ, yeddi eşq vadisi, 
pir,  mürid  məsələlərinə  öz  irfani  baxışlarının  təzəssümüdür.  Yeddi  eşq 
vadisini keçmək üçün saliklərə bələdçi lazımdır ki, bu da yalnız həmin yolu 
tanıyan  pir  olmalıdır.  Həmin  pir  həm  təhlükələrə  düşə  bilər,  həm  də  ilahi 
inayət  vasitəsilə  xilas  ola  bilər.  Buna  görə  də,  təhlükələrlə  dolu  olan  yolu 
keçməkdə pirin olması vacibdir.  
 
Ədəbiyyat: 
 
1
.
 
 ،ناﺮﮭﺗ ،ﮫﻠﺣ ناورﺎﮐ ﺎﺑ ،ﻦﯿﺴﺤﻟا ﺪﺒﻋ بﻮﮐ ﻦﯾرز
1374
 ،
472
ص 
.
 
2
.
 
ﮭﺗ ،فﻮﺼﺗ و نﺎﻓﺮﻋ ﯽﻧﺎﺒﻣ ﺮﺑ یا ﮫﻣﺪﻘﻣ ،ﻦﯾﺪﻟا ﺎﯿﺿ ﺪﯿﺳ یدﺎﺠﺳ
 ،ناﺮ
1386
 ،
337
 
ص
.
 
3
.
 
 ناﺮﯾا رد تﺎﯿﺑدا ﺦﯾرﺎﺗ ،ﷲ ﺢﯿﺑذ ﺎﻔﺻ
)
مود ﺪﻠﺣ
(
 ،ناﺮﮭﺗ ،
1363
 ،
1128
ص 
.
  
4
.
 
 رﺎﻄﻋ ﻦﯾﺪﻟا ﺪﯾﺮﻓ ﺦﯿﺷ رﺎﺛآ ﻞﯿﻠﺤﺗ و ﺪﻘﻧ و لاﻮﺣا حﺮﺷ ،نﺎﻣﺰﻟا ﻊﯾﺪﺑ ﺮﻔﻧازوﺮﻓ
 ،ناﺮﮭﺗ ،یرﻮﺑﺎﺸﯿﻧ
1374
 ،
562
ص 
.
 
5
.
 
 ،رﺎﻄﻋ ﻦﯾﺪﻟا ﺪﯾﺮﻓ یرﻮﺑﺎﺸﯿﻧ
ﺘﻧا ،ﺮﺒﺠﻧر ﺪﻤﺣا ﺮﺘﮐد مﺎﻤﺘھا ﮫﺑ ،ﺮﯿﻄﻟا ﻖﻄﻨﻣ
 تارﺎﺸ
 ،ﺮﯿطﺎﺳا
1359
 ،
665
ص 
 
 
А.Ализаде 
Эпическая поэма «Шейх Санан» в произведении «Мантигут-
тейр» Фаридаддина Аттара 
Резюме 
Самой  большой  повестью  произведения  «Мантигут-тейр» 
Фаридаддина Аттара является эпическая поэма Шейха Санана. Краткое 
изложение  эпоса  таково:  знакомство  Шейха  Санана  с  читателями, 
странный  сон  Шейха  Санана,  отправление  Шейха  Санана  и  его 
учеников  в  город  Рум,  слава  красоты  христианской  дочери, 
влюбленность  Шейха  Санана  в  христианку,  описание  ночи,  как 
ученики давалинаставления Шейху Санану, отправление Шейха Санана 
на  улицу,  где  проживала  его  возлюбленная,  признание  Шейха  Санана 
своей  возлюбленной  в  любви,  приглашение  Шейха  Санана  к  атеизму 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə