Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə132/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   125   126   127   128   129   130   131   132   133

Filologiya məsələləri, № 7, 2017 
 
350
universitetləri  ilə  müqayisədə  çox  yüksək  səviyyəyə  sahib  idi.  Bu  səbəblə 
bəzi ingilis səyyahları və tələbələri elm öyrənmək üçün bu bölgələrə səyahət 
etməkdə, Qərb dünyası İslam-Ərəb universitetlerinin metodlarından istifadə 
etməkdə idi. İstifadəsi çox çətin olan Roma rəqəmlərinin Ərəb rəqəmləri ilə 
dəyişdirilməsi  bunun  bir  örnəyidir.  Xüsusilə  riyaziyyat,  fizika  və  kimya 
sahəsində  Ərəblərin  kəşflərinin  çoxu  eyni  ilə  İngilis  dilinə  keçmişdir. 
Məsələn İngilis dilində ki cəbr (algebra) və kimya (chemistry) terminlərinin 
Ərəb  mənşəli  olması,  İslam  mədəniyyəti  ilə  İngilis  mədəniyyəti  arasındakı 
yaxın əlaqəni göstəricisidir. (4. 19-20).  
  Bu  münasibətlərin  qurulmasında  ən  mühüm  vasitə  İngilislərin  dəniz 
sərhədləri ilə uzun müddət Müsəlmanlarla qonşu olması olmuşdur. Əndəlüsdəki 
yüksək İslam mədəniyyəti, qonşu ölkələrin diqqətini cəlb etmiş, İslamı və təbii 
elmləri  öyrənmək  üçün  İspaniyaya  gedən  İngilis  tədqiqatçılar,  İngilis 
oryantalizminin başlanğıcı sayıla biləcək ilk addımları atmışlar. Bunlar arasında 
ilk sayıla biləcək elm adamı Batlı Adelarddır. XII əsrin əvvəllərində İspaniya və 
Suriyada  uzun  səyahətlərdə  olan  Adelard,  Ərəb  dilini  öyrənmiş  və  Ərəb 
mədəniyyətini  incələmiş,  bununla  yanaşı  bir  çox  Ərəbcə  əsəri  Latın  dilinə 
tərcümə edərək, Xristiyan aləminə təqdim etmişdir. (4. 20) 
  Adelarddan  sonra  Çesterli  Robert,  İspaniyaya  gedərək  riyaziyyat 
öyrənmiş və tərcümə fəaliyyəti ilə məşğul olmuşdur. Daha bir şəxs Morlili 
Daniel  İngilis  universitetlərindən  razı  qalmayaraq  "kainatın  daha  güclü 
filosoflarını"  tapmaq  niyyəti  ilə  Əndəlüsdə  səyahət  etmişdir.  Danielin 
İngiltərəyə  gətirdiyi  bir  çox  Ərəbcə  əl  yazması  tədqiqatçıların  maraq 
dairəsində olmuşdur. Demək ki, o gün üçün Ərəb mədəniyyəti İngiltərə ilə 
müqayisədə  daha  irəlidə  idi.  Bunun  təbii  nəticəsi  olaraq  dövrün  Qərbli 
tədqiqatçıları  elm  sahəsində  faydalandıqları  mədəniyyətə  qarşı  daha 
təvazökar olmuş və bu mədəniyyətin böyüklüyü qarşısında öz heyranlıqlarını 
gizlədə bilməmişlərdir.  
  Professional  mənada  İngilis  oryantalist  araşdırmalarının  başlan-
ğıcının  XVII  əsr  olaraq  qəbul  olunması  məqsədə  uyğundur.  Çünki  bu 
tarixdən  etibarən oryantalizm  tədqiqatları  daimi  və fasiləsiz  bir  şəkildə  da-
vam etdirilmişdir. 1632 ci ildə Ser Tomas Adams tərəfindən Kembricdə, bu 
tarixdən dörd il sonra isə Baş Yepiskop Laud tərəfindən Oksfordda Ərəb dili 
kafedraları yaradılmışdır. Beləliklə Ərəb dili bir elm və din dili olaraq İngilis 
təhsil  sistemində  öz  yerini  almışdır.  Laud  onun  kitabxanasının  formalaş-
masına  da  şəxsən  kömək  etmişdir.  Laudun  bu  uzaqgörənlyi  sayəsində 
Oksford  qısa  müddətdə  bir  Ərəb  və  İslam  elmləri  mərkəzinə  çevrilmişdir. 
Nəticə  etibarı  ilə  Oxford,  İslam  araşdırmaları  sahəsində  bugün  də  irəli  bir 
dərəcəyə  sahibdirsə  bunun  səbəbi  Laudun  uzaq  görənliyidir. (4.22). 
  Erkən dövr İngilis oryantalizmi XV- XVI əsrləri əhatə edir. Bu dövr daha 
çox səyyahlar və din adamlarından ibarət tədqiqatçıların ön plana çıxdığı bir 


Filologiya məsələləri, № 7, 2017 
 
351
dövrdür. Bu dövrün oryantalistləri İslam ilə bağlı heç bir təhsil almadan bu 
işə girişmiş və təbii olaraq bir sıra səhvlərə yol vermişlər.  
  İngiltərədə oryantalist fəaliyyətlərə olan marağın artmasında səyyah 
və  tacirlər  mühüm  rol  oynamışdır.  Onların  bəzən  şişirdilmiş,  bəzən  də 
həqiqətə  yaxın  təsvirləri,  Şərqin  sirli  dünyasını  araşdırmaq  istəyənlərə  yol 
göstərmişdir.  Avropa  millətləri  ilə  müqayisə  də  İngilis  səyyahlarının  sayca 
çox olmasında iki səbəb var idi. Birinci səbəb İngilislərin dənizçi bir millət 
olub,  gəmilərlə  dünyanın  ən  uzaq  ölkələrinə  rahatlıqla  gedə  bilmələri 
olmuşdur.  Digər  səbəb  isə  siyasi  səbəbdir;  Belə  ki,  1570-ci  ildə  İngilis 
kraliçası  Elizabet,  Papa  tərəfindən  aforoz  edilmiş  və  bu  aforoz  (  Dini  bir 
topluluğa mənsubiyyətdən məhrum etmə ya da çıxarılma mənasında işlənən 
dini bir qınaq şəkli) sayəsində İngilislər, Papalığın Müsəlmanlarla ticari və 
siyasi münasibətlərə qadağa qoyan qaydalardan azad olmuşdur. Bu tarixdən 
etibarən, İngilislər başda Osmanlı dövləti  olmaqla  İslam  aləminin  uzandığı 
bütün ərazilərlə səyahət və ticarət etməyə başlamışdır.   
   İngilislərin  İslam  dünyası  haqqında  digər  millətlərlə  müqayisədə 
daha  çox  bilik  və  təcrübə  qazanması  elə  bu  aforoz  səbəbilədir.  Halbuki  o 
dövrdə  bir  çox  Avropa  dövləti  Papalığın  tövsiyyələri  üzrə  bu  cür  siyasi 
münasibətlərdən  məhrum  olunmuşdu.  XVI  əsrdən  etibarən  ticari 
münasibətlərin inkişaf etməsi ilə bir çox səyyah və missioner İslam aləmini 
dolaşmış  və  səyahətnamələr  yazmışlar.  Bu  səyahətnamələr,  Müsəlmanların 
dini  yaşayışı  haqqında  bəzən  həqiqətə  yaxın  məlumatlar  vermişdir.  Bu 
səbəblə müsəlmanlar "dəyərləri, fikirləri, adət-ənənələri bir çaşqınlıq olaraq 
başa  düşülməkdən  qurtulmuşdur."  Bu  dövrdə  İngilis  oryantalistlərinin 
yanaşmalarında  artıq  əvvəl  ki  dövrlərlə  müqayisədə  nisbi  bir  yumuşalma 
görülməkdə  idi.  Çoxlu  sayda  səyyahın  İslam  aləmini  dolaşması  səbəbiylə 
məlumat  mənbələri  çoxalmış  beləcə  də  Xristiyan  din  adamlarından  asılılıq 
azalmışdır.  Bu  dövrdə  yazılan  səyahətnamələrin  sayı  xeyli  çoxdur.  Beləki, 
sadəcə XVII əsrdə Şərq haqqında yayımlanan səyahətnamələrin sayı 200-ü 
keçmişdir. (5.21).  
  XVII  əsr  İslam  araşdırmaları  sahəsində  İngiltərədə  ciddi  addımların 
atıldığı bir dövrdür. Bedvell, Castel, Pokok kimi oryantalistlərin demək olar ki 
hamısı  ciddi  araşdırmalar  apara  bilmək  üçün  Ərəb  dilinin  vacibliyi  və 
əhəmiyyəti haqqında məqalələr yazmışlardır.   
  XIX  əsrdə  Avropanın  Şərq  haqqındakı  düşüncəsini  müəyyənləşdirən 
hadisə  imperializm  idi.  Avropanın  siyasi,  iqtisadi,  hərbi  gücü  getdikcə  daha 
əzici bir mahiyyət alarkən, Şərq daima bir çöküş içərisində idi. Bunun ən bariz 
nümunələrindən  birisi  1857  ci  ildə  İngilislərin  siyasi  olaraq  Hindistanı  istila 
etmələridir. Beləcə Hindistan rəsmən İngilis kraliyyətinin tabeliyinə keçdi. Bu 
ölkəni nüfuzu altına ala bilmək üçün oryantalistlərin əldı etdikləri biliklərdən 
faydalandılar. İngiltərənin ən böyük məqsədi istila etdiyi Hindistan və digər 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə