Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə48/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   44   45   46   47   48   49   50   51   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
131
edən  əlamətini,  qabarıq  xüsusiyyətlərini,  hətta  ola  bilən  münasibətin 
ifadəsinə istiqamətlənir. 
  Ş.Ballinin  fikrincə,  kəmiyyət  fərqi  yaxud  intensivlik  fərqi  elə  bir 
ümumi  əlamətdir  ki,  buraya  fikir  və  ya  dərketməmizin  hər  hansı  bir 
obyektlərini  daxil  etmək  mümkündür.  Bu  vərdiş  insan  qavrayışına 
məxsusdur,  istəsək  də,  istəməsək  də,  biz  heç  bir  şeyi  mütləq  biçimdə,  öz-
özlüyündə  dərk  edə  bilmirik,  onu  mütləq  bir  və  ya  bir  neçə  oxşar  əşya  və 
hadisələrlə qarşıraşdırmada, yəni müqayisədə anlayırıq» (2, s. 202- 203) 
  İntensiv  məna  əlamətini  səciyyələndirən  M.Adilovun  nöqteyi-
nəzərincə, «intensivlik əlaməti sözün yeni forma almasına səbəb ola bilər və 
bu  halda  faktı  dildaxili  korrelyasiya  kimi  dəyərləndirmək  olar.  İntensivlik 
əlamətini insanların əqli-hissi şüuru yaradır» (3, s.24-25) 
  İntensivlik-  bu  bir  əlaməti,  keyfiyyəti  yüksək  əlamət  və  keyfiyyətə 
ötürür.  Yüksək  keyfiyyətdə  «gərginlik»,  «gücləndirilmə»,  «şiddətlən-
dirilmə»,  «artıqlıq»  (pleonazm)  yaranır.  Obyektiv  və  affektiv  müqayisə, 
qarşılaşdırma sərhəd yaradır, intensivlik əlaməti şiddətlənir, hiperbola (mü-
baliğə) əmələ gəlir. Məs.: Döydü boran məni, döydü qar məni, bir qaprışqa 
minsəm aparar məni (M.Müşfiq) 
  Norma  intensivlik  əlaməti  formalaşan  zaman  çoxalır.  Məsələn, 
«красивый»  (gözəl)  sözü  ilə  «красивее»  (daha  gözəl»,  «красивейший»  (ən 
gözəl)  sözləri  arasında  norma  fərqi  görünür.  Rus  dilində  bu  fərqli  əlaməti 
morfoloji  vasitələr  yaradır.  Azərbaycan  dilində  isə  analitik  formalar  fərqliliyi 
meydana gətirir. Fransız dilində də «joli- plus joli- le plus joli», bolqar dilində 
«xubav-po-xubav-nay-xubav»  formalarında  norma  aşağıdan  yuxarıya  doğru 
istiqamətlənmişdir. 
  E.İ  Şeyqal  yazır  ki,  intensivlik  əlaməti  kəmiyətin  keyfiyətcə  qiymətinə 
yaxındır. Diskrit olmayan qeyri-müəyyənlik kəmiyyəti xarakterizə edir (4 (26 s.) 
  Dildə «intensivlik» termini ilə yanaşı, «intensifikasiya», «intensivlər», 
«komponentlərin  intensivliyi»  və  s.  terminoloji  vahidlərindən  də  istifadə 
olunur. İntensivlik əlamətinin təbiətinə münasibət bildirən dilçiləri bir neçə 
qrupa  bölmək  olar.  Birinci  qrup  dilçilər  intensivliyə  ümumdil  kateqoriyası 
kimi  yanaşmış,  ona  prinsipial  bir  məsələ  kimi  baxmış,  onun  universal 
xarakterini  «məkan»,  «zaman»,  «keyfiyyət»  (V.Matezius,  İ.Suhinskiy, 
İ.İ.Ubin)  fonunda  izah  etməyə  çalışmışlar.  Bəzi  dilçilər  intensivliyin 
kəmiyyət  fərqini  qabartmış,  intesivliyi  sözün  komponentində  axarmışlar 
(Arutyunova N.D., Şeyqal E.İ.), bəzi tədqiqatçılar zərfin, sifətin, feilin, ismin 
qradual səciyyəsini intensivlik əlaməti hesab etmiş (Qvişiani N.B., Kozlova 
İ.A., Qrinbaum S., Qaliç Q.Q.); bəziləri isə intensifikasiyanın frazeoloji və 
sintaktik  vasitələrini  qeyd  etmişlər  (Akimova  Q.N.,  Aleksandrova  G.S). 
Problemin  komparativ  və  superlativ  tərəfləri  də  nəzərə  alınmış,  həmçinin 


Filologiya məsələləri, № 7, 2017 
 
132
intensivləşməyə  yardım  edən  gücləndirici  zərflərin  rolu  qeyd  edilmişdir 
(Serqeeva E., Qerasimova L.., Bolinjer D.) 
  Ən  müxtəlif  dillərdə  superlativ,  suppletiv  derivatların  varlığı 
təsdiqləyir  ki,  insan  keyfiyyət,  əlamət  səciyyələri  daxilində  kəmiyyət 
fərqlərini ifadə etməyi birdən-birə dərk edə bilməmişdir. 
  Dünyanın  konseptual  şəkildə  qavranmasında  intensivlik  əlamətinin 
rolu  böyükdür.  Bu,  əlamətin  fəlsəfi  tərəfidir.  Həmin  əlamət  «funksional-
semantik sahə»də öyrənilir.  
  M.Qıpçaq yazır ki, kəmiyət anlayışı təkcə obyektiv aləmdəki əşya və 
hadisələrə şamil olunmur. İş, hal və hərəkətin sürəkliliyi, intensivliyi feilin 
tərz kateqoriyası ilə yanaşı, kəmiyyət anlayışının daşıyıcıları olan sözlərlə də 
ifadə  olunur.  Məsələn,  Azərbaycan  dilində:  çox,  xeyli,  az;  ingilis  dilində: 
many «çox», few «az», much «çox», little «balaca, az» və s. 
  Bütün  bunlar  aydın  şəkildə  göstərir  ki,  kəmiyyət  insan  idrakının  ən 
ümumi və mücərrəd kateqoriyalarından biri olmaq etibarı ilə dil sisteminə güclü 
şəkildə nüfuz etmişdir» (5, s.22 (453 s.) 
  Sifətin dərəcə kateqoriyası da buraya daxildir. Belə ki, sifətlərdəki əlamət 
və keyfiyyətin azlığı və çoxluğu yalnız kəmiyyət vasitəsilə ölçülə bilir. 
  Sifətin  neytral  forması  dəyişərək  intensiv  forma  qazana  bilir.  Nitqdə 
müqayisə  baş  verir.  Məsələn,  rus  dilində:  Этот  апельсин  крупнее,  чем 
обычные  апельсины.  Это  самая  крупная  собака  в  мире.  Beləliklə, 
mətndə  3  sifət  forması  ilə  rastlaşırıq:  крупный,  крупнее,  самый  крупный. 
Rus  dilində  2  leksik  forma  müqayisə  dərəcəsini  formalaşdırır:  «красивей-
ший» və «самый красивый». Məna fərqlənmir. 
  İngilis dilində sifət dərəcələrini far, near, old, late sözləri fərqləndirir. 
Məs.:  far  (далекий)-  farer  (более  отдаленный)-  farest  (самый  отдален-
ный), far-further (дальнейший)- furtherest (самый отдаленный). 
  M.Adilov yazır ki, intensivlik yaradan ünsürlərin işlədilməsi danışığa 
məxsus şiddətləndirmə meyli ilə bağlıdır. Mənanı qüvvətləndirməyə xidmət 
edən  pleonastik  (artıq)  vasitələr  yalnız  sözlərin  sonuna  deyil,  ortasına  da, 
əvvəlinə də əlavə edilir. Sözün bir hissəsi (əvvəlki hecası) bu sözün əvvəlinə 
qoşulmaqla intensivlik mənası ifadə edən komplekslər düzəldilir. İntensivlik 
daha  çox  danışıq  dilindən  nəşət  etdiyindən  sözdə  çoxlu  pleonastik 
variantların yaranmasına səbəb olur» (6, s.66 (324 s.) 
  İntensivlik  əlamətini  hər  bir  dilə  xas  olan  intensifikatorlar  yaradır. 
Məsələn, Azərbaycan dilinə məxsus intensifikatorlar: az, çox, xeyli, ən çox, 
daha az; rus dilinə məxsus olanlar: очень- очень сильный, очень бояться 
ветер;  холодный-  прохладный-  теплый-горячий;  сухой-влажный-
мокрый və s. 
  N.A.Lukyanovanın  fikrincə,  intensivlik  semantik  fenomendir,  hər 
hansı hadisənin kəmiyyətcə təsnifidir. Belə ki, «normal dərəcə» normativlik 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə