Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə47/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   43   44   45   46   47   48   49   50   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
129
BATURA GULİYEVA  
 Odlar Yurdu University 
ba-tura083@hotmail.com 
 
İNTENSİVLİK ƏLAMƏTİ VƏ ONUN DİLDƏ İFADƏ IMKANLARI 
 
Açar sözlər: intensivlik kateqoriyası, semantik kateqoriya, ekspressivlik
kəmiyyət, əlamət. 
Key words: category of intensity, semantic category, expressiveness, 
quantity, indication. 
Ключевые слова: категория интенсивности, семантическая категория, 
экспрессивность, количество, показатель. 
 
  «İntensivlik»  bir  sıra  elm  sahələrində  işlədilən  terminoloji 
vahidlərdəndir. Bu anlayışı daha geniş mənada kəmiyyət, dərəcə, ekspressiv 
ölçü əlamətləri özündə əks etdirir. Bunlar nitqin əlamətləri kimi çıxış edir. 
Ekspressivlik nitqi təşkil edən mətnin əlamətdir. 
  Faktoloji  materiallar  göstərir  ki,  intensivlik  kateqoriyası-  çoxüzvlü, 
çoxşəkilli fenomendir, hansı ki, dilin bütün səviyyələrinə aiddir. Bu prosesdə 
qrammatik və leksik-frazeoloji vasitələrin bir-birinə təsiri realizasiya olunur, 
söyləmlərin superseqment vasitələri güclənir.İntonasiyanın, sintaktik, leksik-
qrammatik, frazeoloji vasitələrin köməyilə nitq prosesi intensivləşir. 
  «İntensivlik»  anlayışı  qeyd  olunan  əlamətlərin  nitq  prosesində 
keyfiyyət tərəfini əks etdirir.  
  Konkret  təsəvvür  və  yaxud  mücərrəd  ideyadan  asılı  olmayaraq, 
«intensiv»  termini  kəmiyyət,  dəyər,  qüvvə  və  s.  kimi  kateqoriyalara  xas 
bütün fərqləri ifadə edir. Geniş anlamda «intensiv» termin-anlayışı hər hansı 
bir dil faktının müqayisəsində meydana çıxır. İki müxtəlif əşya və hadisəni 
müqayisə  edəndə,  qarşılaşdıranda  insan  şüuru  digər  səciyyəli  əlamətlərə 
nisbətən kəmiyyət fərqlini asanlıqla fərqləndirə bilir. 
  Dildə keyfiyyət sifətlərindən müqayisə dərəcələri düzəlir, çünki əşya 
və hadisədəki keyfiyyət az və ya çox dərəcədə ola bilər Bu baxımdan sifətin 
semantikası olduqca böyük əhəmiyyətə malikdir. Bu halda da hər hansı bir 
qrammatik  kateqoriya  üçün,  hər  hansı  bir  nitq  hissəsi  üçün  ümumi 
qanunauyğunluq müəyyən edilir: onlar həm leksik mənalara əsaslanır, həm 
də leksik mənalara üstün gəlir və onlardan abstraktlaşır. 
  «İnsan abstrakt keyfiyyətləri (əşyaya xas olan və ona istinad edilən bu 
və ya digər keyfiyyətin müxtəlif miqdarı haqqında təsəvvürləri) ifadə etməyi 
birdən-birə  öyrənməmişdir,  buna  görə  də  müqayisə  dərəcələrinin  abstrakt 
mexanizminə  birdən-birə  yiyələnməmişdir.  Lakin  insana  onun  əmək 
fəaliyyəti  prosesində  əşyanı  tutuşdurmaq  və  müqayisə  etmək,  bunların 


Filologiya məsələləri, № 7, 2017 
 
130
möhkəmlik, elastiklik, davamlılığının müxtəlif dərəcələrini təyin etmək daha 
çox  lazım  gəldikdə,  bu  müqayisə  və  tutuşdurmaları  sonradan  abstrakt 
kateqoriyalar  dairəsinə  keçirmək  və  nəinki  əşyada,  həm  də  красивый 
(gözəl),  добрый  (mehriban),  смелый  (cəsarətli),  мужественный  (cəsur) 
tipli  məfhumlarda  keyfiyyətin  az  və  ya  çox  dərəgəsi  haqqında  danışmaq 
onun  üçün  asanlaşmışdır.  Müqayisə  dərəcələrinin  müasir  sistemi  dilin  və 
təfəkkürün uzun sürən inkişafı prosesində tədricən yaranmışdır» (1, s. 180-
181 (289 s.) 
  Linqvistik  ədəbiyyatda  intensivlik  əlamətinə  baxış  fərqlidir.  Bəzi 
tədqiqatçılar  (Ş.Balli)  bu  anlayış  adı  altında  qüvvətləndirmə,  güjləndirmə, 
bəziləri  «ekspressivlik»  (C.Vandries),  bəziləri  isə  affektivlik,  emosionallıq 
(Ş.Serrius,  Q.Karniser,  L.Marta  və  b.)  əlamətlərini  nəzərdə  tuturlar;  həmin 
məsələləri nitq  prosesində kəmiyyət əlamətinin dəyişməsi, əlamətin inkişaf 
səviyyəsi (S.E.Rodionova) kimi izah edirlər. 
  Canlı  danışıq  aktı  zamanı  fərd  fikrin  dolğun  ifadəsi  üçün  bir  sıra 
yollardan, üsullardan istifadə edir: a) fikrini çox sözlə ifadə etmək istəmir: 
gördüm-mən  öz  iki  gözlərimlə  baxıb  gördüm;  b)  sözün  məna-məzmun 
planında  dəyişiklik  etməklə  əlamət,  hadisə,  yaxüd  hərəkəti  intensivləşdirir. 
Məs.:  sınmaq-sınıxmaq,  yağış-yağmur,  belə-belənçik;  j)  sözü  qrammatik 
jəhətdən  dəyişməklə  intensivləşdirmək  istədiyi  fikri  çatdırır.  Məs.:  asta-
aram, həmişə-səhər-axşam, nəhayət-axırdan-axıra və s. 
  Bu  prosesdə  psixoloji-affektiv  məqam  özünü  göstərməklə  yanaşı, 
reallığı dolğun əks etdirməyə can atma, referentin dəqiqləşdirilməsinə daha 
uğurlu  cəhddə  özünü  göstərir.Danışan  işarələmək  istəyinin  referentə 
çatdırılmasında sərbəstdir və bu zaman mövcud dil imkanı hazır baza kimi 
fərdi yanaşmanı təmin etmədikdə yeni vahidlər, yaxud ifadə konstruksiyaları 
meydana  gəlir.  Təbii  ki,  ədəbi  dilin  təkanvericisi  kimi  çıxış  edən  canlı 
danışıq,  eyni  zamanda  ədəbi  dilə  yeni  normalar  diktə  edir.  Bu  normaları 
bəziləri ədəbi dilin sabitləşmiş aktına çevirmədikdə belə canlı danışıq üçün 
qalır. Məs.: səhərdən-səhərdənnən, dünən-dünənnəri, keçən illəri və s. 
  İntensivlik  bir  semantik  kateqoriyadır,  bu  kateqoriya  semantik-
funksional  dairədə  meydana  çıxır.  Onun  praqmatik  tərəfləri  müqayisəli-
tutuşdurma metodu ilə öyrənilməlidir. Praqmatik olaraq dil vahidlərindən hər 
hansı  birində  (məsələn,  qırmızı-qıpqırmızı,  gözəl-ən  gözəl,  sarı-sapsarı;  o 
gün-bir neçə gün əvvəl və s.) mənanın üstün olduğuğunu müəyyənləşdirmə, 
əlbəttə,  çətin  və  mümkünsüzdür.  Demək,  praqmatika  dildə  söyləmlərin 
funksiyasını  və  bununla  ifadə  olunan  propozisiyaları,  onları  spesifik 
məqamda  işlənməsindən  asılı  olaraq  tədqiq  edir.  Praqmalinqistika  ünsiyyət 
prosesində onların-intensivlərin yeni yaranan formalarını təsvir edir və onları 
açmağa  çalışır.  Praqmatik  kontekstdə  söz-dil  vahidi  motivləşməni  yerinə 
yetirir,  obyektin,  anlayışın  konkret  şəraitdə  mahiyyətini,  onu  xarakterizə 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə