Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun variant
4/15
4.9.2.2 Etibarlılıq
Həm açıq, həm də qapalı dövrəli sistemlər etibarlı və özünü doğrultmuş texnologiya hesab
olunur. Lakin sintetik əsaslı qapalı dövrəli sistemin quyudakı təzyiqin idarə olunması üçün
hidravlik flüidləri potensial çirklənməyə, xüsusən də dəniz suyu və mikrohissəciklərə qarşı
daha həssas hesab olunur, bu isə göstəricilərin pisləşməsinə gətirib çıxarır. Açıq dövrəli
sistemin su əsaslı flüidləri həmin yolla dəniz suyunun təsirinə məruz qalmır və toplanan həcm
proporsiya şəklində flüidlərlə birlikdə çıxarılır.
4.9.2.3 Maddi-texniki təchizat və quraşdırma
Platformadan quyulara və manifoldlara bütün kimyəvi, hidravlik və elektrik təchizatını əhatə
edən sualtı kabel birləşmələri nəzarət altında istehsal olunur və atlıkarınca vasitəsilə davamlı
materiallar nəql olunur. Qapalı dövrəli sistem sualtı kabel birləşmələri daxilində həm təchizat,
həm də əks hidravlik xətlərini tələb edir və nəticədə qapalı dövrəli sistem kabel birləşmələrinin
çəkisi açıq dövrəli sistem ilə müqayisədə daha çoxdur. Kabel birləşmələrinin təkmilləşdirilməsi
üzrə mümkün olan yeganə metod kanal sistemi vasitəsidir. Buna görə də, nəqletmə gəmiləri
en və çəki üzrə məhdudiyyətlərə malikdirlər. Qapalı dövrəli sistem kabel birləşmələrinin kanal
sistemi vasitəsilə nəql edilə bilməsinin mümkünlüyü ehtimal edilmir.
4.9.2.4 Ətraf mühitlə bağlı məsələlər
Açıq sistem üçün su əsaslı təzyiqin idarə olunması üçün flüidlər aşağıdakılar nəticəsində suya
atılacaq:
Quyuların axınlarına nəzarət etmək üçün tələb olunan klapan buraxıcılarının hərəkətləri
və ya ştuser əməliyyatları. Ştuser əməliyyatları təzyiqin idarə olunması üçün buraxılan
flüidin böyük həcmini əhatə edəcək. Normal istismar şəraitində qapalı dövrəli sistem
quyudakı təzyiqin idarə olunması üçün flüidlərin buraxılması üçün nəzərdə tutulmayıb
Maili
istiqamətləndirilmiş idarəetmə klapanından (MİİK) atılmalar - klapan və ya ştuser
buraxıcılarının hərəkətləri ilə bağlı atılmalardan əlavə atılmalar da MİİK-də daimi əsasla
yaranacaq. Hasilat sisteminin istismar tamlığını saxlamaq üçün layihə müddəti ərzində
fəaliyyəti davam etdirəcək yüksək etibarlı klapanların seçilməsinə ehtiyac var.
HIPPS təhlükəsizlik meyarlarına cavab verilməsi və karbohidrogenlərin potensial olaraq
nəzarətsiz dəniz mühitinə axıdılmasının minimuma çatdırılmasının təmin edilməsi üçün sualtı
idarəetmə sisteminin ayrılmaz hissəsidir. HIPPS üçün maksimum 30 saniyə işləmə vaxtı (o
cümlədən, təhlükəsizlik həddi) müəyyənləşdirilmişdir. Nəzərə alın ki, HIPPS-in hesablanmış
bağlanma vaxtı 15 saniyədir. Açıq və qapalı dövrəli sistemlərin təhlilində nümayiş etdirildiyi
kimi, qapalı dövrəli sistem bu meyarlara cavab verə bilmir.
4.9.2.5 Xülasə
Açıq dövrəli hidravlik idarəetmə sisteminin seçilməsinin əsas səbəbləri aşağıdakılardır:
ŞD2 üçün ona görə hidravlik sistem seçilib ki, elektrik sistemi sınaqdan keçirilməyib və
bununla da sistemin sıradan çıxması riski qəbul olunmaz dərəcədə yüksəkdir;
Qapalı dövrəli sistem sualtı hasilat sisteminin daxilində lay flüidlərinin təcrid olunması
və tutulmasının təmin olunması üçün klapanın kritik bağlanma vaxtları, yeni dəniz
platformasında dağılma və artıq təzyiq hallarının qarşısının alınması üzrə təhlükəsizlik
meyarlarına cavab vermir; və
Nəqletmə və quraşdırma ilə bağlı maddi-texniki təchizat materiallarının Xəzər dənizinə
daxil olan kanal sistemi, eləcə də Xəzər dənizində mövcud olan quraşdırma gəmiləri ilə
bağlı məhdudiyyətlərə görə qapalı sistem kabel birləşmələrini qeyri-mümkün edir.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun variant
4/16
4.9.3 Açıq dövrəli sistemin təzyiqin idarə olunması flüidinin seçilməsi
Açıq dövrəli sistem üzrə bu qərarı dəstəkləmək məqsədilə ətraf mühitlə bağlı ən az təsirə
malik təzyiqin idarə olunması flüidin seçilməsi üçün iş aparıldı. OSPAR ölkələrində, Meksika
körfəzində və Avstraliyada qəbul olunmuş dörd namizəd flüid nəzərdən keçirildi:
Castrol
Transaqua
HC10;
Castrol
Transaqua
HT2;
Niche Products Pelagic 100; və
MacDermid
Oceanic
HW760R.
BK-nin normativ sisteminə və qəbul olunmuş dənizə atılma normalarına uyğun olaraq, bütün
flüidlər ətraf mühitə ən az təsir göstərən “Qızıl” kimi təsnif edilir
5
. Təchizatçı tərəfindən təmin
olunan flüidin tərkibinə dair məlumatlar əsasında, məhsulun tərkibinə aşağıda qeyd olunan
hər hansı komponentlərin daxil olmamasına əminlik üçün ilkin yoxlama həyata keçirildi:
Bioakkumulyativ;
Dayanıqlı; və ya
Xüsusi
və ya xroniki təsirlər yaratmaq ehtimalı.
Bütün namizəd flüidlər ilkin yoxlama prosesini uğurla keçdi və beləliklə, toksiklik sınağının ilkin
proqramına daxil edildi. Toksiklik sınaqlarının həyata keçirilməsi üçün OSPAR yosun və
otyeyənlər cinsləri ilə birbaşa müqayisə oluna bilən Xəzər növlərindən istifadə olundu
6
(Cədvəl 4.1). Bütün sınaqlar OSPAR sınaqlarında olduğu kimi, həmin keyfiyyət
təminatı/keyfiyyətə nəzarət (KN) prosedurları əsasında həyata keçirildi. Sınaqların tərtibi və
icrası OSPAR sınaqlarından yalnız istifadə olunan növlərlə və Xəzər dənizi suyunun istifadəsi
ilə fərqləndi. Sınaq şəraitləri, avadanlıq və davamiyyət bütün digər hallarda OSPAR
prosedurlarına uyğun idi.
Cədvəl 4.1 Xəzər toksiklik sınağı növlərinin xülasəsi
Sınaq növləri
Növü
OSPAR ekvivalenti
Sınaq
Temperaturu (ºC)
Sınağın Müddəti
Calanipeda
aquae dulcis
Otyeyənlər
Acartia tonsa
20 (+/- 2ºC)
48 saat
Chaetoceros
tenuissimus
Yosun
Skeletonema costatum
20 (+/- 2ºC)
72 saat
Nəticələrin etibarlılığını təmin etmək üçün üç ayrıca hal üzrə dörd namizəd məhsul sınaqdan
keçirildi. Bu nəticələr Cədvəl 4.2-də xülasə şəklində təqdim olunur.
5
Təhlükə əmsalları 6 kateqoriyadan 1-nə aid edilir, “QIZIL” ən aşağı (az) təhlükə kateqoriyasıdır.
6
OSPAR ekotoksiklik sınaq prosedurunun təsviri üçün Fəsil 2-yə istinad edin
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun variant
4/17
Cədvəl 4.2 Toksiklik sınağının nəticələri
Flüidlər
Zooplankton 48saat ÖK50
1
(mq/l)
Fitoplankton 72 saat EK50
2
(mq/l)
1
2
3
Orta
göstərici
1
2
3
Orta
göstərici
HC10 6,199
6,160
6,373
6,244 2,694 2,732
2,460 2,629
HT2 6,496
6,306
6,553
6,452 2,836 2,414
2,256 2,502
100C 3,642
3,803
3,434
3,626 607 659
581 616
HW760R 5,244 5,943 6,306 5,831
582
678 640
633
Qeydlər
1. ÖK50 - “Ölümcül Konsentrasiya 50” müəyyənləşdirilmiş müddət ərzində sınaqdan keçirilən orqanizmlərin 50 %-nin
ölümünə səbəb olmaq üçün maddənin hesablanmış konsentrasiyasıdır.
2. EK50 – “Effektiv Konsentrasiya 50” maddənin elə bir konsentrasiyasıdır ki, o müddət ərzində sınaqdan keçirilən
orqanizmlərin yarısına müəyyənləşdirilmiş qeyri-ölümcül təsir göstərir. Ölçülən təsirlərə əsasən hasil olan cavan
orqanizmlərin sayı, çoxalma müddəti və s. daxildir.
Cədvəl 4.2 HC10 və HT2 məhsullarının eyni dərəcədə, və uyğun olaraq, aşağı toksikliyə
malik olmasını göstərir. Toksiklik sınaqlarının nəticələrinə və məhsulun texniki göstəricilərinə
əsasən, HC10 ŞD2 sualtı idarəetmə sistemi üçün təzyiqin idarə olunması flüidi kimi seçildi.
Toksiklik sınaqlarının nəticələrindən ekotoksikoloji risk qiymətləndirməsinin həyata keçirilməsi
üçün istifadə olunub. Riskin qiymətləndirilməsi prosesinin ilkin mərhələsi təzyiqin idarə
olunması flüidinin təsirə məruz olmayan konsentrasiyasını müəyyən etmək idi.
Seçilmiş flüid üçün təsirsiz konsentrasiya təhlükəsizlik əmsallarının toksiklik sınağının
nəticələrinə tətbiq edilməsi ilə hesablandı. Davamlı MİİK atqıları üçün 100 əmsalından istifadə
olundu. Aralıq klapanlardan çıxan atqılar üçün sınağın davamiyyəti nisbətində hadisələrin
qısa davamiyyətini (maksimum 45 saniyə) əks etdirmək üçün 10 təhlükəsizlik əmsalından
istifadə olundu. Bu təhlükəsizlik əmsallarının tətbiqi bioloji zərərə yol verməmək üçün tələb
olunan flüidin durulaşdırılması dərəcəsinin hesablanması üçün əsas təmin etdi.
Ekotoksikoloji risklərin qiymətləndirilməsini dəstəkləmək üçün təzyiqin idarə olunması üçün
flüidin atılması ssenariləri təyin edildi və flüidin yayılması modelləşdirildi. Buraya həm davamlı
atqılar (MİİK-lərdən), həm də aralıq atqılar (fontan armaturu və manifold klapanları işlək olan
hallarda) daxil idi. Modelləşdirmənin nəticəsi təsirsiz həll edilmədə xətti ölçü və “axınlar”ın
həcmi kimi göstərildi.
Ekotoksikoloji riskin qiymətləndirilməsi nümayiş etdirdi ki:
MİİK atqıları üçün (bir fontan armaturu və ya manifold üzrə bütün MİİK-ləri daxil edən),
axınlar qrafiki olaraq görünmək üçün çox kiçik idi və maksimal həcm təxminən 5m3 idi.
Bu, bir metrdən bir az artıq radiusa bərabərdir. Qiymətləndirmə daimi təsirə məruz
qalma mülahizəsinə əsaslanıb. Axının kiçik ölçüsü və sızma daxilində konsentrasiya
qradiyentinin olması o deməkdir ki, təcrübədə potensial təsirin radiusu atqı nöqtəsindən
bir metrdən az məsafədə olacaq.
Buraxıcı klapanlardan çıxan maksimal axının həcmi 84m3 oldu. Təsirsiz səviyyədən
yuxarıda olan konsentrasiyalarda maksimal axın davamlılığı isə təxminən 18 dəqiqə idi.
Qısamüddətli toksiklik sınaqları (0,5 saat) göstərdi ki, bu davamlılıq və təsirə məruz
qalma müddəti üçün toksiklik standart sınaq müddətlərindən (48-72 saat) 4-5 dəfə az
olmuşdur. Beləliklə, maksimal həcmin daha real təxmini qiyməti orta hesabla 20 m
3
-dən
aşağı olardı.
Bu nəticələr əsasında riskin qiymətləndirilməsi göstərdi ki, su əsaslı təzyiqin idarə olunması
flüid atqısı atqı sahələrindən çox kiçik məsafə daxilində ətraf mühitə minimal təsir göstərə
bilər (MİİK-lər və buraxıcı klapanlar).
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun variant
4/18
4.10 Qazma
Quyunun sınaqdan keçirilməsi quyunun icra xüsusiyyətlərinin qiymətləndirilməsi məqsədilə
yerinə yetirilir və yalnız layihə üçün zəruri olduğu müəyyən edildiyi təqdirdə, nəzərdən keçirilir.
Quyunun sınaqdan keçirilməsinin müddəti quyudakı qum qatlarının bir-biri ilə necə bağlı
olmasından asılı olacaq. Qazma məhlulu “şlamlarının” və perforasiya nəticəsində yaranan
qırıntıların kənarlaşdırılması məqsədilə ilk növbədə ilkin təmizləmə axın müddəti təmin
olunacaq. Ondan sonra quyuda müxtəlif klapanlar vasitəsilə və müxtəlif sürətlərlə bir müddət
sabit axın təmin olunacaq. Daha sonra isə təzyiqin bərpa olunması məqsədilə quyu
dayandırılacaq. Təzyiqin bərpası (TB) üçün tələb olunan vaxt, kollektordakı qum qatlarının bir-
biri ilə nə dərəcədə yaxşı bağlı olmasını nümayiş etdirəcək və “qırılma xassəsinin” kollektorun
xassələrinə nə dərəcədə təsir etməsi barədə məlumat təmin edəcək.
Kollektorun xassələri və stabilliyi barədə məlumatların əldə olunmasına əlavə olaraq, parafinin
formalaşdırdığı temperaturların tədqiqi üçün flüidlərin nümunələri götürüləcək. Bu, potensial
olaraq sualtı avadanlığın layihələndirilməsinə təsir edəcək.
Quyunun sınaqdan keçirilməsi müddətinin əsas hissəsi TB ilə bağlıdır. Lakin hər bir TB
müddətindən sonra lay flüidlərinin yandırılması həyata keçiriləcək. Yandırılmaya alternativ
olan variantlar məqsədəuyğun hesab olunmur, çünki lay flüidləri əsasən qaz formasında
olacaq. Buna görə də, yandırılma lay flüidlərinin kənarlaşdırılması üçün texniki cəhətdən ən
praktiki və təhlükəsiz metoddur.
BP şirkəti qlobal olaraq yandırılan qaz emissiyalarının minimuma qədər azaldılması barədə
öhdəlik daşıyır. Bu öhdəlik ŞD2 Layihəsi üzrə quyunun planlaşdırılması zamanı nəzərə
alınmışdır. Quyunun sınaqdan keçirilməsi, Şəkil 4.6-də göstərildiyi kimi, Quyunun Sınaqdan
Keçirilməsi üzrə Zəmanət Prosesinə uyğun olaraq həyata keçiriləcək.
Quyunun Sınaqdan Keçirilməsi üzrə Zəmanət Prosesi yandırılan qazların havaya
buraxılmasının minimuma qədər azaldılması və eyni zamanda, quyunun sınaqdan keçirilməsi
barədə məlumatların maksimuma qədər artırılması məqsədilə dörd əsas mərhələdən
ibarətdir. BP şirkəti quyunun sınaqdan keçirilməsi prosesi zamanı havaya buraxılan
emissiyalar üzrə hədəflər müəyyən etmişdir. Əgər hər hansı sınaq zamanı bu hədəflərdən
kənara çıxılaraq daha çox emissiyaların atılması planlaşdırılarsa, Ekspert Məsləhət Qrupu
tərəfindən ciddi bir baxış keçirilməsinin təmin olunması üçün təsdiq prosesi aparılmalıdır ki,
hədəfləri aşan atqıların əsaslandırılması araşdırılsın. Quyunun Sınaqdan Keçirilməsi üzrə
Zəmanət Prosesinin məqsədi quyunun sınaqdan keçirilməsinin planlaşdırılmasına, səmərəli
şəkildə yerinə yetirilməsinə və emissiyaların minimuma qədər azaldılmasına təminat
verməkdir.
Şahdə
Ətraf M
Qiymə
Noya
Yeku
Şək
4.11
ŞD2
optim
müh
Bu o
layih
nətic
Bölm
əniz 2 Layihəs
Mühitə və Sos
ətləndirilməsi
abr 2013-cü il
un variant
kil 4.6 Quyun
1 Əsas Va
2 qurğuların
mallaşdırılac
hüm dəyişikli
optimallaşdır
hələndirmə
cələnərsə, Ş
mə 5.16-da q
si
sial-İqtisadi Sa
nun Sınaqda
ariantın Op
nın layihəsi
caq. Lakin Əs
klərin olacağ
rma ŞD2 Əsa
variantına
ŞD2 üzrə Də
qeyd olunduğ
ahəyə Təsirin
an Keçirilmə
ptimallaşd
Layihənin
sas kimi qəb
ğı ehtimal ed
as kimi qəbu
(ƏMSSTQ-d
əyişikliklərin
ğu kimi).
əsi üzrə Zəm
dırılması
müəyyənlə
ul edilmiş lay
ilmir.
ul edilmiş lay
də qiymətlə
İdarə Olun
manət Prose
əşdirmə mə
yihə variantın
yihə variantı
əndirildiyi ki
ması Proses
Qiymətlənd
esi
ərhələsi ərz
n hazırkı layi
üçün əsas k
mi) dəyişik
sinə riayət e
Fəs
dirilmiş variant
zində daha
ihəsinə hər h
kimi qəbul ed
klik edilməs
ediləcək (Fə
sil 4
tlar
4/19
a da
hansı
dilmiş
i ilə
əsil 5
Dostları ilə paylaş: |