Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun variant
4/9
Ətraf mühit (havanın keyfiyyəti) – Orta və qəza təzyiq boşaldılma ssenariləri üçün həm
yüksəyə qaldırılmış, həm də yerüstü məşəl üçün hava dispersiya modelləşdirməsi
həyata keçirildi. Tədqiqat ST-nin ətrafında mövcud olan icma reseptorlarında NO
2
konsentrasiyalarının əvvəlcədən müəyyənləşdirilməsi üzərinə yönəldi. Modelləşdirmə
göstərdi ki, hər iki modelləşdirmə ssenarisi üzrə həm yerüstü, həm də yüksəyə
qaldırılmış məşəl variantları üçün bütün modelləşdirilən reseptorlarda əvvəlcədən
müəyyənləşdirilən illik orta NO
2
konsentrasiyaları arasında cüzi fərq var. Belə ki, iki
məşəl variantı üzrə heç bir üstünlüyün olmaması nəticəsinə gəlindi.
Ətraf mühit (işıq/vizual təsir) – Terminal ətrafındakı sahədən yerüstü və yüksəyə
qaldırılmış məşəllərin görünməsini müəyyənləşdirmək üçün ilkin dəyərləndirmə həyata
keçirildi. Məşəl variantlarının nəzərdə tutulan hündürlüyünü və yerini nəzərə alan ilkin
dəyərləndirmə obyektin seçilmiş görünüş nöqtələrindən təxmini görünmə dərəcəsini
müəyyənləşdirə biləcək görünmə tədqiqatı əsasında həyata keçirildi (mövcud tikililər və
binalar deyil, topoqrafiya nəzərə alınmaqla). Qiymətləndirmə göstərdi ki, Terminal
qurğuları artıq yerli icmalardan göründüyünə görə, vizual təsirlər gözlənilmədiyi halda,
yerüstü məşəl ilə müqayisədə yüksəyə qaldırılmış məşəl, xüsusən qeyri-standart məşəl
istismarı şəraitində əhəmiyyətli dərəcədə daha yaxşı görünən olardı. Əhəmiyyətli işıq
təsirləri də gözlənilmir, eyni zamanda, onların yerüstü məşəldən daha az olacağı
gözlənilir, çünki yerüstü məşəlin gövdəsi məşəli ətraf reseptorlardan qoruyacaqdı.
Beləliklə, yerüstü məşəl variantı işıq və vizual təsirlər baxımından üstünlük verilən
variant kimi göstərildi.
Hüquqi
uyğunluq və siyasətə əməl olunması – Səs-küyün modelləşdirilməsi nəticələri
hər iki məşəl variantı üçün layihənin tətbiq olunan səs-küy hədləri ilə müqayisə olundu.
3
Səs-küy hədlərinin aşılma hallarının sayı və davamiyyəti baxımından yüksəyə
qaldırılmış və həmçinin yer məşəl variantları arasında heç bir fərq olması ehtimal
edilmir. Göstərildi ki, səs-küy hədlərinə bütün illər üçün vaxtın ən azı 95%-i ərzində
əməl olunacaq və bu da layihə tələblərinə uyğundur. Bundan əlavə, hava keyfiyyətinin
modelləşdirilməsi həm yüksəyə qaldırılmış və yerüstü məşəl variantının müvafiq hava
keyfiyyəti hədlərinə cavab verdiyini göstərdi
4
. Həm yüksəyə qaldırılmış, həm də yerüstü
məşəl variantlarının hüquqi tələblərə və siyasətlərə cavab verdiyi göstərildi və variantlar
arasında heç bir fərq müəyyənləşdirilmədi.
Texnoloji prosesin təhlükəsizliyi - hər iki məşəl variantı üçün radiasiya steril zonasının
ölçüsü və məşəl sönmələrinin nəticələridə daxil olmaqla, texnoloji prosesin ilkin təhlili
aparıldı. Təhlil əsasında belə nəticəyə gəlindi ki, yüksəyə qaldırılmış məşəl tezalışan
tullantıların atılması və yer səthinin şüalanması ilə əlaqədar risklərin azalması
səbəbindən, texnoloji proses baxımından daha sərfəlidir.
İstismara uyğunluq – iki variantla əlaqədar istismara uyğunluq aspektləri arasında
müqayisə planlı və plansız texniki xidməti və etibarlılığı nəzərə aldı. Nəticəyə gəlindi ki,
yüksəyə qaldırılmış məşəl daha üstünlük verilən variantdır
Kapital
xərclər – Hər iki məşəl variantı üçün təchizatçıların xərclərə dair məlumatları
göstərdi ki, yüksəyə qaldırılmış məşəl variantı üzrə kapital xərclər daha aşağıdır.
Aparılan qiymətləndirmələr əsasında yüksəyə qaldırılmış məşəl təhlükəsizlik, istismara
uyğunluq və xərc əsasında PCƏYEV-nun tövsiyəsi kimi müəyyənləşdirildi. Beləliklə, bu
variant, 5-ci Fəslin Bölməsində qeyd edildiyi kimi, ŞD2 Əsas layihə variantına daxil
edilmişdir.
4.6.2 Dəniz qurğusundakı məşəldə qazın tutulması.
ŞD2 quruda olan məşəl sistemi məşəldə yandırılan qazın utilizasiyası sistemi (MYQU) ilə
təmin olunacaq. MYQU YT sistemi üçün quyunun qazla üfürülməsini tənzimləmək və
ventildən axmalara nəzarət etmək məqsədi ilə nəzərdə tutulur. Aşağı Təzyiqli sistem üçün
MYQU, bütün iri çənlərdən qazın çıxarılması və MEQ regenerasiyası məqsədi ilə nəzərdə
tutulur. Dəniz MYQU-nin daxil edilməsi variantı texniki əsaslandırma, istismara uyğunluq və
texniki xidmət, xərclər, təhlükəsizlik və ətraf mühit məsələlərini daxil olmaqla nəzərdən
keçirildi. Nəticəyə gəlindi ki, MYQU variantı əsaslandırılmış və yatağın istismar dövrü ərzində
3
Qurğunun işlədiyi vaxtın 95 %-i ərzində nail olunacaq illik istismar saatlarının proporsiyası kimi hesablanan 55dB
gündüz vaxtı həddi (07:00 - 22:00) və 45dB gecə vaxtı həddi (22:00 - 07:00)
4
40 µg/m illik orta NO
2
limiti və 200 µg/m3 1 saatlıq limit (ildə 18 dəfədən çox aşılmamalıdır)
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun variant
4/10
istixana qaz emissiyalarının həcmini təxminən 85kton daha da azaltmaq potensialına malik
olduğu halda, MYQU qurğusu platformanın çəkisinə 37 ton yük əlavə etmiş və təhlükəsizliklə
bağlı əlavə risklər yaratmış olardı. Bundan əlavə, əlaqədar xərclər göstərdi ki, dəniz MYQU-i
iqtisadi cəhətdən daha əsaslandırılmışdır. Buna görə də, dəniz MYQU-i SD2 Əsas kimi qəbul
edilmiş layihə variantına daxil edilməmişdir.
4.7 Lay suyu
ŞD2-nin planlaşdırılmasının ilkin mərhələləri ərzində lay suyunun utilizasiyası üçün bir sıra
variantlar nəzərdən keçirilmişdir. ŞD2-nin planlaşdırılmasının ilkin mərhələləri ərzində növbəti
qiymətləndirmə üçün nəzərdə tutulmamış variantlara aşağıdakılar daxil olmuşdur.
Lay
suyunun
dənizdə və quruda separasiyası və təmizlənməsi və dənizdə ŞD Müqavilə
Sahəsində suyun yeraltı laylara yenidən vurulması. Quruda hasil edilmiş qalıq su geriyə
dənizə ŞD Müqavilə Sahəsinə göndəriləcək və yenidən laya vurulacaq. Bu, aşağıdakı
səbəblərdən qəbul olunmamışdır:
o
ŞD Müqavilə Sahəsində aşkar edilmiş mürəkkəb yeraltı şəraitdə yüksək təzyiqlə
suyun vurulması ilə əlaqədar SƏTTƏM riskləri; Suyun yeraltı laylara münasib
etibarlı şəkildə vurulması planının mövcudluğu ilə əlaqədar qeyri-müəyyənliklər;
o
Nəzərdə tutulan suyun vurulması quyusunun qazılması ilə əlaqədar kapital və
istismar xərcləri, və dənizdə suyun yenidən vurulmasına dəstək məqsədi ilə
Terminalda lay suyunun təmizlənməsi üçün əlavə texnoloji qurğuya ehtiyac; və
o
Suyun
vurulması quyularının qazılması zamanı istismar quyusunun
məhsuldarlığının yüksəldilməsində ləngimə.
.
Lay
suyunun
dənizdə və quruda separasiyası və təmizlənməsi və ŞDB platforması
kompleksinin yerləşdiyi yerdə Xəzər dənizinə axıdılması. Bu, aşağıdakı səbəblərdən
qəbul edilməmişdir:
o
Təmizlənmiş lay suyunun Xəzərə davamlı şəkildə axıdılmasına icazələrin əldə
edilməsi və təmini ilə əlaqədar SƏTTƏM riskləri;
o
Suyun
dənizdə təmizlənməsi ilə əlaqədar texniki problemlər və məkan/çəki
məhdudiyyətləri və suyu münasib standarta uyğun təmizləmə qabiliyyətinə malik
dənizdə təmizləmə qurğusunun istismarı sahəsində təcrübənin azlığı; və
o
Dənizdə suyun təkrar vurulmasına dəstək məqsədi ilə Terminalda lay suyunun
təmizlənməsi üçün əlavə texnoloji qurğu ilə əlaqədar kapital və istismar xərcləri
.
Lay suyunun emalı variantlarının yekun seçim prosesi ərzində bir sıra əlavə araşdırmalar, o
cümlədən, üçüncü tərəfə (BP şirkətinə aid olmayan, xaric şirkət) aid dənizdə emal işləri üzrə
podratçının obyektlərində lay suyunun təmizlənməsi üzrə sınaqlar, ŞD2 suyunun mövcud
AÇG lay suyunun təmizlənməsi qurğusundan istifadə etməklə ŞD2 suyunun təmizlənməsi
imkanları ilə bağlı sınaqlar və durulducu çənin layihəsinin və ilkin emal variantlarının
qiymətləndirilməsi işləri tamamlanmışdır. Lay sularının utilizasiyası ilə əlaqədar riskləri
azaltmaq məqsədi ilə, ŞD2 Layihəsi lay suyunun emalı ilə bağlı aşağıdakıları qəbul etmişdir:
1. Birinci Variant: münasib olduqda, AÇG lay suyunun təmizlənməsi və utilizasiyası
variantlarından istifadə etmək.
2. İkinci variant: ŞD2 lay suyu üçüncü tərəfə aid emal işləri üzrə podratçının
sahəsində təmizlənmə və utilizasiya məqsədi ilə iş sahəsindən kənara
göndəriləcək.
3. Üçüncü variant: Fövqəladə hallarda, 1 və 2-ci variantlar münasib olmadıqda və
Səngəçalda lay suyu çəninin, o cümlədən yeni ŞD2 lay suyunun saxlanması
çəninin həcmi imkan vermədiyi təqdirdə, ŞD2 lay suyu yeni durulducu hovuza
göndəriləcək.