Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun variant
4/11
4.8 Sualtı boru kəmərlərinin istismara vermə işləri
Boru kəməri çəkilişindən sonra bütün boru kəmərləri və axın xətləri üzrə təmizləmə,
hidrosınaq, təftiş və suyun boşaldılmasından ibarət ilkin istismara vermə işləri keçiriləcək. Bu
işlər boru kəmərlərində və axın xətlərində mikroorqanizmlərin əmələ gəlməsinin və
korroziyanın qabağının alınması üçün kimyəvi maddə ilə işlənmiş dəniz suyunun istifadəsi
əsasında həyata keçiriləcək. Hər bir istismara vermə fəaliyyətindən sonra, təmizlənib
hazırlanmış dəniz suyu ya ŞDB platforma kompleksi yaxınlığındakı müvəqqəti sualtı
ərsintutma kamerasında, ya da ŞDB-HR açıq drenaj sistemi kessonu vasitəsilə axıdılacaq
(gözlənilən axıdılacaq həcmlər üçün 5-ci Fəslin 5.8.4 və 5.9.4 Bölmələrinə istinad edin). ŞD2
layihəsi üzrə ŞD1 sualtı boru kəmərləri üçün istifadə olunan eyni yanaşma qəbul olunsaydı,
ŞD2 boru kəmərlərindən suyun çıxarılması xətlərlə nəql olunacaq məhsulun (məsələn qaz,
kondensat və ya MEQ) istifadəsi əsasında ərsinin buraxılması yolu ilə təmizlənmiş olardı.
Bundan sonra isə xətlərdə qalıq suyun çıxarılması üçün nəzərdə tutulan MEQ ərsin dəstinin
buraxılması həyata keçirilərdi. Ərsinlərin dəniz qurğularına Səngəçal Terminalından
buraxılması nəzərdə tutulub. Bu yanaşma suyun çıxarılmasından əvvəl dəniz qurğularının
istismara hazır vəziyyətdə olmasını tələb edir.
ŞD2 sualtı boru kəmərlərinin bəzilərinin mexaniki tamamlanmasının ŞDB platforma kompleksi
quraşdırıldıqdan və istismara verildikdən 2 ildən çox müddət öncə baş tutması gözlənilir.
Təmizlənmiş dəniz suyundakı kimyəvi preparatlar 2 illik minimal saxlanma müddətinə
uyğunlaşdırılacaq. Bu müddət keçdikdən sonra isə, boru kəmərlərinin boşaldılması və
təmizlənmiş dəniz suyu ilə yenidən doldurulması zəruri olacaq. Suyun boşaldılması baş verən
zaman tələb olunan parametrlərə son uyğunlaşdırma məqsədi ilə istifadə olunan böyük
miqdarda MEQ-in saxlanması və təmizlənmə və/ya utilizasiya üçün sahilə daşınması tələb
olunacaq.
Beləliklə, layihə alternativ variant olaraq nəzərə alınıb. Həmin variant üzrə su hər bir xətdən
havanın buraxılması yolu ilə çıxarılacaq (xətti qurudacaq) və bundan sonra qurudulmuş xətlər
inert nitrogen qazı ilə doldurulacaq. Sahil yanalma hissəsinin, ixrac və MEQ sualtı boru
kəmərlərinin quruda olan bölmələrinin hidrosınaqdan keçirilməsi üçün istifadə olunan flüidlər
yığılaraq, sahədən kənarda utilizasiya məqsədilə tanker vasitəsilə çıxarılacaq. Bu, Səngəçal
və sahilyanı sulara hər hansı atılma risklərinin qarşısını alacaq. Utilizasiya üçün buraxılacaq
MEQ-in həcmini azaldan ŞD2 Əsas kimi qəbul edilmiş variantı üzrə qəbul olunmuş bu
yanaşmanın mühafizəedici kimyəvi maddələrin parçalanması səbəbindən boru kəmərlərinin
yenidən doldurulması potensialını azaltması gözlənilir.
4.9 Sualtı sistemə dair qərarlar
Dünya üzrə çoxlu sualtı hasilat sistemlərinin mövcud olmasını nəzərə alsaq, ŞD2 sualtı
hasilat sistemi Xəzər dənizində ilk və dünyada ən böyük sualtı hasilat sistemi olacaq.
Sualtı idarəetmə sistemlərinin seçilməsi ilə bağlı əsas qərarlar aşağıdakılar idi:
Hasilat
idarəetmə klapanlarının hidravlik və elektrik buraxılması variantlarının
müqayisəsi: qazma flüidlərinin axınını idarə edən klapanlar ya hidravlik təzyiq, ya da
elektriklə idarə olunan elektromaqnit klapanlar vasitəsilə açılıb - bağlana bilər;
Hidravlik
idarəetmə üçün: açıq və bağlı dövrəli sistemlərin müqayisəsi: açıq sistemdə
klapanlar idarə olunan zaman quyudakı təzyiqin idarə olunması üçün flüid dənizə
buraxılır, lakin qapalı dövrəli sistemlərdə flüid əks axın xətləri vasitəsilə platformaya
axıdılır; və
Quyudakı təzyiqin idarə olunması üçün flüidin seçilməsi: variantların nisbi üstünlüklərini
nəzərdən keçirdikdən sonra, ətraf mühit cəhətdən ən zərərsiz flüidin seçilməsi üçün
laboratoriya təhlilləri keçirildi.
4.9.1 Hidravlik
və elektrik idarəetmə sistemlərinin müqayisəsi
Elektrik sistemdə quyudakı təzyiqin idarə olunması üçün hidravlik flüidin əvəzinə elektrik
enerjisindən quyunun və manifold klapanlarının istismarı üçün enerji mənbəyi kimi istifadə
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun variant
4/12
olunur. Bir sıra istehsalçıların elektrik idarəetmə sistemlərini işləyib hazırlamasına
baxmayaraq bu sistemlərin etibarlılığı sübut olunmayıb və onlar bundan əvvəl Xəzər
dənizində heç vaxt tətbiq edilməyib. Başa düşülürdü ki, ŞD2 Əsas kimi qəbul edilmiş variant
üçün artıq təzyiqdən mühafizə tədbiri olan elektrik HIPPS (yüksək etibarlı təzyiq altında
işləyən sistem) bu günə qədər dünyanın heç bir yerində quraşdırılmamışdır.
Təhlil göstərdi ki, tam elektrik sistemi hələ də işlənib hazırlanmamışdır. Hasilat quyuları ilə
əlaqəli olan quyudibi mühafizə klapanlarının istismarı üçün hələ də hidravlik sistem tələb
olunur. Hidravlik idarəetmə sistemi ilə müqayisədə belə sistemdən atqılar aşağı səviyyədə
olsa da, ümumi texniki həyata keçirilə bilmənin artan mürəkkəblik səbəbindən təsirə məruz
qala bilməsi ehtimalı var (məsələn, elektrik və hidravlik sistemlər üçün əlavə kabel
birləşmələri/idarəetmə vasitələri tələb olunur). Bu səbəbdən həmin variant nəzərə alınmadı.
4.9.2 Açıq və qapalı dövrəli idarəetmə sistemləri
Açıq dövrəli sualtı hidravlik sistemin əsas xüsusiyyəti ondan ibarətdir ki, hər hansı sualtı
klapanlar bağlandıqda və ya axının tənzimlənməsi üçün istifadə olunan ştuserlər işlədikdə,
quyudakı təzyiqin idarə olunması üçün flüid dəniz mühitinə buraxılır. Şəkil 4.3 açıq və qapalı
dövrəli idarəetmə sistemləri üçün tipik axın hərəkət sxemini göstərir.
Şəkil 4.3 Tipik açıq dövrəli və qapalı dövrəli hidravlik sistemlər
Açıq dövrəli sistemdə dənizə buraxılma təzyiqin idarə olunması üçün hidravlik flüidin dənizə
atılmasına səbəb olmaqla, intiqallı klapanın daxilindəki yay klapanı qapalı vəziyyətə
qaytardıqda baş verir. Qapalı dövrəli sistemdə hidravlik flüidlər buraxılmır, əvəzində isə əks
xətlərlə geriyə üst tikiliyə göndərilir. Hidravlik flüidin əks xəttinə əlavə olaraq, qapalı dövrəli
MİİK
SEM
Üst tikililər
Sualtı
SİM
Nasos
Akkumulyator
Akkumulyator
Ötürücü
klapan
Şərti işarələr:
Hidravlik maye
Elektrik siqnalı
SEM – Sualtı Elektron Modulu
MİİK – Maili istiqamətləndirilmiş
idarəetmə klapanı
SİM – Sualtı idarəetmə modulu
Əks kanal
Təchizat
xətti
Sualtı kabel
Titrəyiş
akkumulyator
Əks
kanal
MİİK
Dənizə
atqılar
SEM
Üst tikililər
Sualtı
SİM
Nasos
Akkumulyator
Akkumulyator
Ötürücü
klapan
Şərti işarələr:
Hidravlik maye
Elektrik siqnalı
SEM – Sualtı Elektron Modulu
MİİK – Maili istiqamətləndirilmiş
idarəetmə klapanı
SİM – Sualtı idarəetmə modulu
Sualtı kabel
AÇIQ DÖVRƏ
QAPALI DÖVRƏ