Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun variant
4/7
Bu variantlar texniki əsaslandırmanın, istifadədə mümkünlüyün, səmərəliliyin və kapital
xərclərin nəzərə alınması ilə qiymətləndirildi. Nəzərdən keçirilmiş bütün meyarlar üzrə
kompleks variant daha aşağı yanacaq istifadəsi və nəticə etibarı ilə daha az emissiya ilə
nəticələnməklə, daha yüksək istifadə mümkünlüyü və səmərəlilik təmin edən ən yaxşı variant
olaraq göstərildi. Kompleks enerji hasilatı və paylaşdırılması sistemi ŞD2 texnoloji qurğusu və
texnoloji təchizat enerji təmin etmək üçün nəzərdə tutulub. Bununla ŞD2-yə enerji vahid
28MW ISO tipli qurğu və Terminaldakı və/və ya ölkə şəbəkəsindəki mövcud qaz turbinləri
vasitəsilə təmin olunan ehtiyat enerji vasitəsilə təmin olunur.
4.5.2.2 Kompressiya gücü
Texnoloji proseslər və texnoloji təchizat sistemi üçün enerji tələbatından əlavə enerji həmçinin
qaz ixracı kompressiya sistemi üçün də tələb olunur.
Layihənin Əsas kimi qəbul edilmiş variantı üzrə qaz ixracı kompressorlarının istismarı üçün 3
x 50% qaz turbinlərinin istifadəsi elektrik istismar sistemlərinin istifadəsi variantı ilə müqayisə
olundu. CO
2
və NO
X
emissiyalarının, sənayedə tətbiq olunan standart emissiyaların proqram
təminatı ilə müqayisəli qiymətləndirilməsi həyata keçirildi (PI Forecaster). Hesablamalar
göstərdi ki, elektrik istismar variantı ilə müqayisədə Əsas kimi qəbul edilmiş variantın (birbaşa
istismar) bir az daha aşağı istixana qazları (CO
2
kimi) və NO
X
emissiyalarının atılması ilə
nəticələnmək ehtimalı var (müvafiq qaydada ~2% və ~8%). Beləliklə, qiymətləndirmə ixrac
kompressorlarının istismarı üçün ayrılmış turbinlərin istifadəsini nəzərdə tutan layihənin Əsas
kimi qəbul edilmiş variantını dəstəklədi.
4.5.3 Quruda istiliyin inteqrasiyası
Seçim mərhələsinin başlanğıcında Əsas kimi qəbul edilmiş variant ŞD2 üzrə qurudakı
qurğuların istiliyə olan tələbatının ödənilməsi üçün isti yağ qızdırıcılarından istifadəni nəzərdə
tutub. PI Forecaster proqram təminatının istifadəsi əsasında aparılan qiymətləndirmə, istiliyə
olan tələbatın itkiyə gedən istiliyin bərpası vasitəsilə təmin olunması ilə daha aşağı həcmdə
istixana qazlarının (CO
2
kimi)
və NO
X
emissiyalarının atqısına nail oluna biləcəyini nəzərdən
keçirmək üçün həyata keçirildi. Aşağıdakı ssenarilər araşdırıldı:
Yanacaq
qazı ilə alışdırılan 40 MW-lıq İsti Yağ Qızdırıcıları (3x50%) və bir ədəd ehtiyat
qızdırıcısı;
Bütün qaz turbinlərində Çıxış İstilik Utilizatorları (ÇİU);
Bütün kompressiya qaz turbinlərində ÇİU-lar; və
Yalnız qaz turbinində ÇİU-lar.
Qiymətləndirmə göstərdi ki, bütün isti yağ qızdırıcıları ilə müqayisədə emissiyalarda ən
yüksək azalmaya İİBQ-lərin bütün qaz turbinlərində yerləşdirilməsi ilə nail olundu (CO
2
emissiyalarında 23% azalma və NO
X
emissiyalarında 5% azalma). Lakin ŞD2 qaz turbininin
ST kompleks enerji sisteminə daxil olacağını və müəyyən istismar ssenarilərində ehtiyat
qurğu kimi istifadə olunacağını nəzərə alaraq, bu turbinin ÇİU ilə təchiz olunması
məqsədəuyğun hesab edilmədi.
Nəticədə, ŞD2 Əsas kimi qəbul edilmiş variantı üçün Kompressiya Qaz Turbinlərində ÇİU-
ların quraşdırılması variantı qəbul olundu. Bu variant isti yağ qızdırıcılarının istifadəsi ilə
müqayisədə CO
2
və NO
X
emissiyalarının müvafiq olaraq 19% və 4% azalmasını göstərdi.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun variant
4/8
4.5.4 Dənizdə elektrik enerjisi
Optimal generator ölçüsünün və dənizdə enerji hasilatının müəyyənləşdirilməsi məqsədilə
qiymətləndirmə üçün ümumi olaraq altı generator tipi seçildi. Qiymətləndirmə meyarına
aşağıdakılar daxil idi:
Texnologiyanın uyğunluğu və keşmişdə toplanmış təcrübə;
Çəki və montaj sxeminin nəzərə alınması; və
Qurğunun nəzərdə tutulan yüklənməsi
2
.
Qiymətləndirmə müəyyənləşdirdi ki, 15MW ISO qurğuları nəzərdən keçirilən texniki meyarlar
əsasında üstünlük göstərilən variantdır.
Üstünlük verilən variant və alternativ variantlar üzrə ehtimal olunan istixana qazları (CO
2
kimi)
və NO
X
emissiyalarının müqayisəsi üçün yatağın istismar dövrü ərzində hasilat və enerji
profillərinin, o cümlədən seçilmiş generatorlar üçün göstəricilərə dair əyrilərin istifadəsi ilə
əlavə qiymətləndirmə həyata keçirildi.
Nəticələr göstərdi ki, nəzərdən keçirilmiş variantlar üzrə CO
2
emissiyaların həcmləri arasında
olan fərq həddə yaxın səviyyədə olduğu halda, digər variantlarla müqayisədə 15MW ISO
turbini xeyli dərəcədə aşağı NO
X
emissiyaları yaradır.
Texniki və ətraf mühit nöqtəyi nəzərdən aparılmış qiymətləndirmələrə əsasən, 15MW ISO
turbinləri variantı nəticədə ŞD2 Əsas kimi qəbul edilmiş variant kimi qəbul olundu.
4.6 Məşəl
4.6.1 Yerüstü
və yüksəyə qaldırılmış məşəl
Seçim mərhələsi ərzində Layihə tərəfindən müəyyənləşdirilən variantlar arasında Terminalda
ŞD2 məşəl layihəsi üzrə Ətraf Mühit baxımından Ən Yaxşı İcra Oluna Bilən variantın
müəyyənləşdirilməsi üçün qiymətləndirmə həyata keçirildi. Aşağıdakı kateqoriyalar üzrə iki tip
məşəl sistemi, yəni ki, yerüstü və yüksəyə qaldırılmış məşəl qiymətləndirildi:
Ətraf mühit – səs-küy, havanın keyfiyyəti, işıq və vizual təsirlər;
Hüquqi
uyğunluq və daxili siyasətlərə əməl olunması;
Texnoloji prosesin təhlükəsizliyi;
İstismara uyğunluq; və
Kapital
xərclər.
Qiymətləndirmənin nəticələri aşağıdakı kimi oldu:
Ətraf mühit (səs-küy) – ehtimal olunan məşəl əməliyyatları ssenarilərinin və
təchizatçıların onlara uyğun olan səs-küyə dair məlumatlarının istifadəsi ilə həm
yerüstü, həm də yüksəyə qaldırılmış məşəl üçün modelləşdirmə tədqiqatları
aparılmışdır. ŞD2 Layihə Qrupu tərəfindən hazırlanmış məşəldə yandırma ssenariləri
ehtimal olunan hadisələri (məsələn, ayırmalar, məşəldə yandırmaya səbəb olan
qurğunundayanmaları) və hər bir hal üzrə məşəldə qazın yandırmasının sürətini,
tezliyini və davamiyyətini daxil etdi. Hər bir ssenari üzrə ST ətrafındakı icma
reseptorları (Səngəçal qəsəbəsi, Ümid, Əzimkənd və Massiv 3) üçün ehtimal olunan
səs-küy səviyyələri iki variant üzrə müqayisə olundu. Modelləşdirmə ehtimal etdi ki,
yerüstü məşəl yüksəyə qaldırılmış məşəl ilə müqayisədə orta məşəl normalarına qədər
daha artıq səs-küyə malik olardı (dörd dB(A) qədər). Lakin yüksəyə qaldırılmış məşəl
qəza təzyiq boşaldılma ssenarisi üçün daha çox səs-küyə malik olardı (üç dB(A)
qədər). Ümumilikdə, nəticəyə gəlindi ki, iki məşəl variantı arasında əhəmiyyətli bir fərq
yoxdur.
2
Turbinlərin minimum yükü normal istismar zamanı 50% olmalı və eyni zamanda ən azı iki generator istismarda
olmalıdır.