Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun variant
4/5
Ətraf mühit baxımından sualtı konsepsiya bir neçə platforma variantı ilə müqayisədə
aşağıdakı üstünlüklərə malikdir:
Dayaq blokunun və üst tikilinin inşası üçün daha az materialın tələb olunması və
bununla əlaqədar olaraq tikinti ilə bağlı mümkün tullantıların, emissiyaların və atqıların
azalması; və
Müxtəlif platformalarda bir neçə hasilat qurğuları və texnoloji təchizat müqayisədə daha
az tullantı, emissiya və atqılar yaradan hasilat qurğuları və texnoloji təchizat
optimallaşdırılması üçün daha böyük imkanlar.
4.3 Dənizdə kompressiya
Seçim mərhələsinin başlanğıcında “Dənizdə Kompressiya”nın (Həm ŞD1, həm də ŞD2 üçün
kompressiya təmin edən ŞDK platforması) və alternativ olaraq kompressiya qurğularının
quruda yerləşdirilməsi ilə “Dənizdə Kompressiyanın olmaması” konsepsiyasının nəzərdən
keçirilməsi üçün təhlil aparıldı.
Bu iki konsepsiyanın müqayisəsi göstərdi ki, “Dənizdə Kompressiyanın olmaması” variantı
“Dənizdə Kompressiya” variantı ilə müqayisədə eyni qaz satışı profili təmin edir və aşağıdakı
əsas üstünlüklərə malikdir:
Dəniz üst tikililərinin ümumi quraşdırma çəkisi təxminən 12000 ton azalır;
Dənizdə kompressiyanın quruda olan terminala ötürülməsi ilə dəniz sisteminin
mürəkkəbliyi əhəmiyyətli dərəcədə azalır və sistemin ümumi istismar qabiliyyəti
yaxşılaşır;
ŞDK platformasının tikintisi, quraşdırılması, istismarı və ilkin qazdan sonra istismardan
çıxarılması ilə əlaqədar bütün təhlükəsizlik və layihənin icrası ilə bağlı riskləri aradan
qaldırılır;
ŞDK platformasının gələcəkdə quraşdırılması üçün tələb olunan hasilatın
dayandırılması zərurətini aradan qaldırılır (60-80 gün);
Dənizdə birləşdirici qaz boru kəmərlərini qeyri-zəruri etməklə 1-ci Mərhələdə dənizdə
mövcud qurğularda modifikasiya işlərinin həcmini minimuma çatdırılır. Bu SD-A
platformasında hasilatın 35 gün müddətinə dayandırılmasını qeyri-zəruri edir;
Yatağın son istismar dövründə dəniz qaz kəmərlərinin hidravlik gücünün daha səmərəli
istifadə olunması ilə ümumi kompressiya yükü ~35 Megavat azalır;
Əlavə olaraq dəniz dibi şəraitinin pozulmasını azaldılır; və
İstiliyin və elektrik enerjisinin quruda inteqrasiya olunması mümkünlüyü sayəsində
ümumi enerji səmərəliliyinin yaxşılaşdırılması üçün imkan yaradılır.
Bunun əsasında da, ŞD2 Layihəsi ŞD2 üzrə Əsas kimi qəbul olunmuş layihə variantı üçün
“Dənizdə Kompressiyanın olmaması” variantını qəbul etdi
4.4 Hidratın İdarə Edilməsi
Layihənin işlənib hazırlanması zamanı ŞD2 sualtı qurğularında hidratın formalaşdırılmasının
idarə edilməsi üzrə üstünlük verilən variantların müəyyənləşdirilməsi üçün qiymətləndirmələr
həyata keçirildi. Seçmə mərhələsində ŞD2 sualtı hasilat sistemində (SPS), axın xətlərində və
rayzerlərdə potensial olaraq formalaşan hidratların idarə olunması üçün müəyyənləşdirilmiş
üç variant aşağıda sadalanıb:
Monoetilenqlikolun (MEQ) aramsız vurulması (Variant 1);
Birləşməyə qarşı kiçik dozalı hidratyaratma inhibitorlarının aramsız vurulması (BQ
KDHİ) (Variant 2); və
Birbaşa elektrik isidicisi (DEH) (Variant 3).
Terminalda ŞD1 MEQ emalı qurğusundan həcmə görə 10 dəfə artıq qurğu tələb edən
əhəmiyyətli miqdarda duzlu MEQ-in mövcud olması səbəbindən Variant 1 növbəti
qiymətləndirmədən çıxarıldı.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun variant
4/6
BQ KDHİ kimyəvi maddələrinin istifadəsi ehtimal edilən sulaşma sürətləri üçün effektiv hesab
olunmadı. Bundan əlavə, qalıq hidrat şlamı dəniz qurğularında emal tələb edərdi. Bu da
şlamın emalı üçün texnoloji variantların hazır olmaması səbəbindən risklər yaradar, beləliklə,
texnologiyanın təmin edilməsi üçün irimiqyaslı sınaq proqramının həyata keçirilməsi tələb
olunardı.
Variant 3 (DEH) hidratın idarə edilməsi üçün əsas vasitə kimi qəbul edildi. Bu texnologiya
hasil olunan flüidlərin temperaturunu hidratların formalaşdığı temperaturdan yüksək saxlamaq
üçün atqı xətlərinin birbaşa isidilməsini nəzərdə tutur (təxminən 26
C).
Ətraf mühit baxımından DEH variantı kimyəvi metodla müqayisədə aşağıdakı əsas
üstünlükləri təqdim edir:
Dənizə kimyəvi inventarın və tullantı həcmlərinin minimuma çatdırılması; və
Hasilatın dayandırılmasından sonra daha tez normal iş rejiminə qayıtma sayəsində,
məşəl qazlarının və əlaqədar emissiyaların minimuma çatdırılması.
ŞD2 Əsas kimi qəbul edilmiş variant çərçivəsində qəbul olunmuş DEH sisteminin və əlaqədar
MEQ sisteminin əlavə təfərrüatları Fəsil 5 Bölmə 5.11.2-də verilib
4.5 Elektrik enerjisi
4.5.1 Elektrik enerjisinin qurudan təchiz olunması
Seçmə mərhələsinin başlanğıcında ŞD2 Əsas kimi qəbul edilmiş variant üzrə fərz olundu ki,
quruda və dənizdə elektrik enerjisi iki ayrı avtonom sistem vasitəsilə hasil olunacaq. 2011-ci
ilin may ayında elektrik enerjisini sualtı kabellərlə quruda və dənizdə olan sistemlərə təmin
edən quruda yerləşən vahid sistem variantının öyrənilməsi üçün qiymətləndirmə həyata
keçirildi.
Həm Yüksək Gərginlikli Sabit Cərəyan, həm də Dəyişən Cərəyan variantları nəzərdən
keçirildi. Variantlar beş əsas meyar üzrə qiymətləndirildi; kapital xərclər, istismar xərcləri,
hasilatın mümkünlüyü, ətraf mühitə təsir və texniki risk. Qiymətləndirmə göstərdi ki, qurudan
elektrik enerjisinin təchiz olunması əhəmiyyətli dərəcədə artan kapital xərclərin (ayrıca
avtonom sistemlərdən 3-5 dəfə artıq) və artan texniki risklərin qarşısının alınması üçün
istismar xərcləri ilə bağlı əhəmiyyətli üstünlüklər təklif etmir.
Ətraf mühitlə bağlı üstünlüklərin qiymətləndirilməsi üçün yatağın istismar müddəti ərzində
(YİM) variantlar üzrə istixana qazının (İXQ) (CO
2
kimi) və NO
X
emissiyaları və yanacağın
istifadəsi üzrə modelləşdirmə aparıldı. Tədqiqat Əsas kimi qəbul edilmiş variantla müqayisədə
Elektrik enerjisinin sahildən təchiz olunması variantında İQ emissiyalarında və yanacaq
qazından istifadədə cüzi azalma göstərdi (~1%). Lakin Elektrik enerjisinin sahildən təchiz
olunması variantında NO
X
emissiyaları Əsas kimi qəbul edilmiş variantla müqayisədə 88%
artıq idi.
Qiymətləndirilən texniki, xərc və ətraf mühit meyarları əsasında qurudan elektrik enerjisinin
təchiz olunması variantı qəbul olunmadı. ŞD2 Layihəsinin Əsas kimi qəbul edilmiş variantı
üçün quruda və dənizdə ayrıca elektrik enerji hasilatı sistemləri variantı saxlanıldı.
4.5.2 Quruda elektrik enerjisi və istiliyin yaranması
4.5.2.1 Texnoloji proseslər və Texnoloji Təchizat üçün elektrik enerjisi
ŞD2 quruda və dənizdə texnoloji proseslər və texnoloji təchizat sistemi üçün elektrik
enerjisinə olan tələbatı qarşılamaq üçün bir neçə elektrik enerjisi hasilatı variantı və
konfiqurasiyaları nəzərdən keçirildi. Buraya ŞD2 bir ədəd əsas və bir ədəd ehtiyat qaz turbini
ilə avtonom enerji hasilatı sistemi, və mövcud ST sistemləri ilə inteqrasiya olunmuş sistem
daxil idi.