Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə31/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   ...   27   28   29   30   31   32   33   34   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/67
Şəkil 6.23-də 2009-cu ildə Müqavilə  Ərazisi boyunca makrofauna bioloji məkanı 
tendensiyaları ümumiləşdirilir.  
 
Şəkil 6.23 ŞD Müqavilə Ərazisi boyunca Makrofauna Tendensiyaları, 2009  
 
Həssaslıq 
 
Bentik mühitdə əksəriyyəti yerli və ya endemik növlərdən olan kiçik müxtəlif ayaqlı xərçənglər, 
polixetlər və  oliqoxetlər üstünlük təşkil edir. Bu heyvanların qidalanması çöküntülərin içindəki 
üzvi maddələrdən və ya çöküntülərin bilavasitə üzərində olan bərk hissəciklərdən asılıdır. 
Potensial həssaslığın əsas formaları aşağıdakılardır: 
 
 Çöküntünün 
kimyəvi maddə ilə çirklənməsi; 
 
Bərk çöküntülərin (misal üçün, qazma süxurlarının səthi çöküntülərindən)  təbii yaşayış 
mühitinin inkişafına yol verməməsi; və 
 
Təbii yaşayış mühitinin fiziki cəhətdən pozulması (məsələn, qazma süxurlarının səthi 
çöküntülərindən). 
 
Əvvəllər su əsaslı qazma məhlulu (SƏQM) çöküntüləri (tərkibində  zəhərli kimyəvi aşqarlar 
olmayan) AÇG və  ŞD Müqavilə Sahələrində layihə  fəaliyyətlərinin bir hissəsi kimi dənizin 
dibinə boşaldılırdı. AÇG və  ŞD dəniz obyektlərində uzun illər aparılan geniş monitorinqlər 
göstərmişdir ki, belə boşaltmalar çöküntünün zərərli və ya potensial zərərli kimyəvi maddələr 
ilə çirklənməsinə səbəb olmur.
27
 
 
Qazılan süxur yataqları dərin olan yerlərdə (onlarla santimetrdən bir neçə metrə qədər) bentik 
mühitlər effektiv şəkildə aradan qaldırılır. Daha dayaz yataqlarda isə (misal üçün 10 sm-dən 
aşağı) yuva qazan orqanizmlər özlərini səthə yaxın çox tez bərpa etmək qabiliyyətinə 
malikdir. Aparılan monitorinqlər göstərmişdir ki, yüksək barium konsentrasiyalı çöküntülər olan 
                                                      
27
 Nəzarət araşdırmaları EMP-in bir hissəsini formalaşdırır və ETSN-ə EMP-in illik hesabatı çərçivəsində bildirilir.
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/68
sahələrdə çox mühüm populyasiyalara rast gəlmək olar (bunlar dayaz qazma süxur 
çöküntülərinin mövcudluğuna ən dəqiq sübutdur). 
 
Qazma süxur çöküntüləri kimi fiziki hadisələrin təbii yaşayış mühitinin strukturunu 
dəyişməsinin yuvaların qurulmasına və qidalanmaya mane olma ehtimalı var. Aparılan geniş 
monitorinqlər sübut etmişdir ki, hətta yüksək barium konsentrasiyası qazma süxurlarının 
olmasını göstərsə belə, təbii yaşayış mühitinin strukturunun əhəmiyyətli şəkildə dəyişilməsinə 
kiçik ehtimal var. Bunun olması mümkündür, çünki qazma süxurları yalnız quyunun yuxarı 
hissələrindən boşaldılır və bunlar tərkibinə görə içərisində bentik orqanizmlərin yaşadığı səthi 
dənizdibi çöküntüləri ilə oxşar olan boş çöküntülərdən ibarətdir.  
 
Boşaltma dövrü ərzində kiçik bir sahədə çox qısamüddətli nizamsızlıq baş verə bilər, lakin 
uyğunlaşma çox tez baş verəcək. Dominant olan bentik fauna növləri ildə bir neçə nəsil verə 
bilər və ona görə də bir neçə həftə və ya bir neçə ay ərzində qısa müddətli itkilər əvəz oluna 
bilər. Qısamüddətli nizamsızlığa  ən yüksək həssaslıq dövrü olan kürütökmə dövrünün 
sonundan növbəti kürütökmə dövrünün başlamasına qədər – yəni payız və yaz fəsli arasında 
davam edə bilər.  Bu dövr ərzində itkilərin yeri doldura bilməz. 
 
Əksər dəniz bioloji yaşayış mühitlərində süzgəcli molyuskların birdən üçə qədər yerli növləri 
olur. Bu orqanizmlər qazma süxurlarının boşaldılması  nəticəsində yaranan suyun qısa 
müddətli bulanıqlığına çox da həssas deyil, çünki onlar öz klapanlarını bağlaya və lazım 
gələrsə özlərini bir neçə gün təcrid edə bilirlər. Lakin onlar çox hərəkətsizdir və öz gövdəsinə 
birləşib və  nəticədə 1-2 sm-dən çox çöküntüdən boğulmaya daha da həssasdır.  İkitaylı 
molyuskların mövcudluğu və bolluğu  əksər yerlərdə çox dəyişkəndir və buna görə  də onlar 
hər hansı yerli canlı toplumunun davamlı  və daimi tərkibini təşkil etmir. Onların plankton 
sürfələri olduğuna görə istənilən məkanda populyasiyanın dözümlülüyü başqa bir məkandan 
sürfələrin axınından asılıdır. Buna görə də sürfələrin məskunlaşması və artırılması sonradan 
azalan populyasiyaların təsadüfi inkişafı  nəticəsində qabaqcadan bilinmir və növbəli  şəkildə 
olur. Boğulmaya hər hansı  məhdud sahədə  həssaslıq təsadüfi məskunlaşmanın bu 
xüsusiyyətini o qədər də  dəyişməyəcək, baxmayaraq ki, digər yerlərdə  təsirə  məruz qalan 
sahədən sürfənin gətirilməsindən asılı olaraq, istənilən populyasiyaya bunun təsiri olacaq. 
 
6.7.2 Su sütunu: bioloji mühit 
 
6.7.2.1 Plankton 
 
Müxtəlif metodologiya və nümunəgötürülmə yerlərindən istifadə edilərək aparılan ilkin 
tədqiqatlarla birgə  ŞD Müqavilə Sahəsində 2000, 2001, 2005 və 2009-cu illərdə plankton 
tədqiqatları aparılmışdır.
28
  Şəkil 6.24-də 2009-cu il üzrə regional ŞD plankton 
nümunəgötürmə yerləri göstərilmişdir. 
 
                                                      
28
 Ekoloji Monitorinq Proqramının (EMP) bir hissəsi kimi müntəzəm olaraq bentik tədqiqatlar həyata keçirilmiş və MENR-ə 
EMP-in illik hesabatı çərçivəsində təqdim edilmişdir.
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/69
 
Şəkil 6.24 Su və plankton nümunələrinin götürüldüyü yerlər,  ŞD regional tədqiqatı 
2009-cu il 
 
 
 
6.7.2.2 Zooplankton 
 
Zooplankton bolluğu və müxtəlifliyi 2005-ci ilə  qədər aparılmış bütün tədqiqatlarda çox zəif 
müşahidə olunmuşdur. Planktonlarla bağlı 2005-ci ildə  və ondan sonra aparılmış növbəti 
tədqiqatlar zamanı xeyli dərəcədə mükəmməl avadanlıq və metodlardan istifadə olunmuşdur. 
Bundan  əlavə,  əvvəlkindən fərqli olaraq, planktonların nümunələri daha çox sayda - 
ümumilikdə 10 məntəqədə götürülmüşdür. 2005-ci ilin nəticələrinin ən gözlənilməz cəhəti odur 
ki, metodoloji təkmilləşdirilmələrə  və xeyli artırılmış nümunəgötürmə  səylərinə baxmayaraq, 
zooplanktonun müxtəlifliyi son illərdə xeyli azalmışdır. Bu nəticələr 2007 və 2009-cu ildə 
aparılmış ŞD Müqavilə Sahəsində suyun keyfiyyəti/planktonlar üzrə regional tədqiqatdakı eyni 
müşahidələrlə də təsdiqlənmişdir. 
 
2000-ci ildən bəri tədqiqatların gedişi ərzində ümumilikdə 31 takson aşkar edilmişdir ki, bunun 
28-nin növ səviyyəli olduğu müəyyən edilmişdir (qalan üçü müxtəlif tipli sürfələr olmuşdur). 
Zooplanktonların üç əsas kateqoriyası aşkar edilmişdir: 
 
 
Kopepodlar – kiçik, xırda dəniz xərçənginə (krevet) bənzər canlılardır,  əksər hallarda 
uzunluqları 1 mm-dən çox olmur, bəziləri Xəzər dənizi üçün xarakterikdir və  bəziləri 
digər ərazilərdən daxil olur; 
 
Kladoseralar - 'su birələri',  əksər hallarda kopepodlardan iri olur (1-5 mm uzunluqda), 
əsasən, Xəzərə xas canlılardır; və 
 Ktenofor 

'daraqkimilər' – birnövlüdür və Xəzərə xas deyildir və Xəzərdə ilk dəfə 1999-
cu ildə qeydə alınmışdır (bu növ Xəzərə Azov dənizi və Don kanalı sistemi vasitəsilə 
Qara dənizdən gətirilmiş ola bilər). 
 
2000 və 2009-ci illərin tədqiqatları zamanı  ən zəngin zooplankton növləri təbii kopepodlar 
Eurytemora sp və invaziv kopepod Acartia sp. növləri olmuşdur. 2005-ci ildən bəri Acartia sp 
mövcud olan yeganə kopepod növü olmuşdur, bununla belə, bir çox nümunələrdə bolluca 
aşkar edilmişdir. Təbii kladoseralar  cəmi iki və ya üç növdə çox  az sayda aşkar olunmuşdur 
(2001-ci ilin tədqiqatı zamanı 10 növ mövcud olmuşdur).  Əldə edilmiş  məlumatlarda 
zooplanktonların müxtəlifliyində çox böyük azalma olması  aşkar olunmuşdur ki, bu da 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə