Microsoft Word 06 Env Description Final az



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə28/44
tarix11.04.2018
ölçüsü5,07 Kb.
#36904
1   ...   24   25   26   27   28   29   30   31   ...   44

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/61
Şəkil 6.21-da Müqavilə Sahəsi boyunca dəniz dibi relyefindəki fərq göstərilir ki, burada dik 
yamaclı  şelfin dəniz dibi yatağı (qərbə doğru), mədən süxurlarının bəzi yarıq  şəklində 
yatımları ilə birlikdə, əsasən, hamardır, şərqə doğru maili ərazidə dəniz dibi saysız-hesabsız 
dik çıxıntılarla birlikdə çox nahamardır. Bu, dik yamaclı uc hissənin eroziyası  nəticəsində 
yaranmış uçqunun olduğunu və  dəniz dibinin qeyri-sabit olduğunu göstərir. Müqavilə 
Sahəsində iki aktiv palçıq vulkanı mövcuddur. Əsas dik yamacın Müqavilə Sahəsi boyunca 
uzanan, yalnız  şimala doğru çökən  əsas halqası keçmişdə sönmüş palçıq vulkanının 
əlamətidir. 
 
6.7.1.1 Suyun 
temperaturu 
 
Qış ayları ərzində səth suyunun temperaturu şelfin uc hissəsində 5ºC-yə, maili ərazi boyunca 
isə 7ºC-yə düşə bilir, lakin bu ərazilərdə aylıq orta temperaturlar müvafiq olaraq 8ºC və 10ºC -
dir. 
 
Yay mövsümü ərzində  Cənubi Xəzərdə suların temperaturu təbəqələşir və güclü termoklin 
yaranır ki, bu da şaquli yerdəyişməyə mane olur. Səth suyu temperaturları avqust ayında 
maksimum 28ºC-yə çata bilir
24
. Dərinlikdə temperaturlar bütün il boyu təxminən 6ºC təşkil edir 
.
25
 
 
6.7.1.2 Duzluluq 
 
Xəzərin normal duzluluğu təqribən 12,9‰ təşkil edir. Xəzər dənizinin orta və cənub əraziləri 
mövsümə  və  məkana görə çox cüzi fərqlərə malikdir. Məsələn, 2009-cu ildə  ŞD Regional 
Ekoloji Tədqiqatın tərkib hissəsi kimi nümunənin götürülməsi nəticəsində nümunə götürülmüş 
məntəqələrdəki duzluluq dərəcəsində  11.1-11.6‰ arasında kiçik dəyişiklik aşkar edilmişdir
26

 
6.7.1.3 Oksigen 
rejimi 
 
Xəzərin dəniz əraziləri, o cümlədən Müqavilə Sahəsi bütün il boyunca səth suyunun yüksək 
oksigenləşməsi ilə xarakterizə olunur. Yazda onlar fitoplanktonların aktivliyi ilə  əlaqədar 
olaraq, yüksək saturasiya səviyyəsinə  məruz qalır. Yay ərzində su sütunu termoklindən 
aşağıda  azalmış oksigen səviyyələri nəticəsində təbəqələşir. 
 
6.7.1.4 Dalğa və axın rejimi 
 
Xəzər regionunda tufanlar şimal-qərb/şimal oxları boyunca baş verir, baxmayaraq ki, Abşeron 
yarımadası ŞD Müqavilə Sahəsini ən sərt tufandan belə qoruyur. Region boyunca dalğaların 
ən təhlükəli hədlərinin böyük qradiyenti də mövcuddur. ŞD Müqavilə Sahəsindəki 100 illik 
müddət  ərzində böyük dalğaların hündürlüyü, yarımadanın  şərq istiqamətinə  doğru açıq 
dənizdə qeydə alınmış analoji statistik məlumatlardakı göstəricinin təqribən üçdə ikisini təşkil 
edir. Müqavilə Sahəsinə təsir edən ən böyük dalğalar şimal-şərq sektorundan gəlir. 
 
Regiondakı axınlar mürəkkəb təbiətə malikdir və bu axınlara qışla müqayisədə yayda 
ölçülmüş  zəif axın sürətləri təsir göstərir. Qışın sərtliyi də  həmçinin axın sürətlərinə  təsir 
göstərir və axınlar həm səthdə, həm də dənizin dibində güclü ola bilər. Məsələn, 2000-2001-ci 
ilin nisbətən mülayim keçən qış mövsümündə ŞD Müqavilə Sahəsinin şelfkənarı ərazilərində 
ölçülmüş orta axın sadəcə 0,03m/s təşkil edirdi, lakin 2005-2006-cı ilin nisbətən kəskin keçən 
qış mövsümündə isə orta axın sürəti 0,13 m/s idi. Son dövrlərdə, 2008-ci ilin qış mövsümü 
ərzində orta axın sürətinin 0,10m/s təşkil etdiyi ölçülmüşdür. 
 
Güclü axınların üstünlük təşkil edən istiqaməti şimal-şərq tərəfdəndir. Axınlar dəniz səthindən 
dəniz dibinə  qədər fəaliyyət göstərə bilər, yaxud səthdəki axınlar dərinsulu axınlardan 
fərqlənə bilər, güclü axınlar isə hər iki qatda da fəaliyyət göstərə bilər. Axınları birbaşa olaraq 
yerli meteoroloji hadisələr və ya məsafədən təsir edən mexanizmlər hərəkətə  gətirə bilər. 
                                                      
24
 OceanMetrix (2009), Şahdəniz Külək, Dalğa, Dəniz və Hazırkı Meyar V3.1a. Hesabat BP Araşdırma  Əməliyyat 
Şirkəti üçün hazırlanmışdır. 
25
 BP, 2002.
 
26
 AmC, 2010
 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 6 
Ətraf mühitin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant
 
6/62
Sonuncu halda, axınlar adi yerli hava şəraitində də baş verə bilər. Qışda gözlənilən təxmini 
maksimum axın göstəriciləri Cədvəl 6.24-də göstərilib. 
 
Cədvəl 6.24 ŞD üzrə qışda gözlənilən maksimum axın göstəriciləri 
 
Yer 
Suyun dərinliyi
Axın sürəti 
Şahdəniz şelfi Dəniz səthinə yaxın 1,0 
m/s 
Şahdəniz şelfi Dəniz dibinə yaxın 0.5 
m/s 
Şahdəniz yamacı 
Dəniz dibinə yaxın (200m) 
0.5 m/s 
Şahdəniz yamacı 
Dəniz dibinə yaxın (400m) 
0.4 m/s 
 
Axını  hərəkətə  gətirən qüvvə  Şimali Xəzər hövzəsindən istiqamət alır. Burada qış 
mövsümündə hava temperaturlarının çox soyuq olması, suların dayaz olması  və  gələn çay 
axınlarının çox olması Mərkəzi Xəzər hövzəsi ilə sərhəddə buzların sürətlə əmələ gəlməsinə, 
soyuq və  sıx su tutarının yaranmasına gətirib çıxarır. Qışda aşağı  təzyiq sahəsi ilə bağlı 
olaraq siklon küləklərinin təsiri altında soyuq su Mərkəzi hövzənin qərb hissəsi boyunca 
hərəkət edir. Komponent dərinə bataraq Mərkəzi Xəzər hövzəsinin dərin sularını yuyur, lakin 
normal illər  ərzində bu cür böyük həcmdə su Abşeron kandarının qərb hissəsi üzərindən 
keçərək Cənubi hövzəyə daxil olur, buradakı sular ilə qarışaraq dərinliyə enir. Abşeron 
kandarının şərq hissəsi boyunca yerləşən və nisbətən daha isti olan Cənubi Xəzər suyunun 
əks axını gələn soyuq su axınını tarazlaşdırır. 
 
Abşeron kandarının dəyişkən dərinliyi qış mövsümü axınını daha da mürəkkəbləşdirir. 
Sözügedən kandar qərb tərəfdə, Dərinsulu Günəşli yatağının yaxınlığında (maksimum dərinlik 
200 metrdən çoxdur) şərq tərəfə nisbətən (buradakı  dərinliklər adətən 150 m-dən az olur) 
daha dərindir. Məhz bu səbəbdən gələn soyuq su axını gedən isti su axını  səviyyəsinin 
aşağısına sirayət edir. Bunun isə kandarın  şərq hissəsindəki kontinental yamac boyunca 
axaraq qərbə istiqamətlənən cərəyanlara səbəb olduğu təxmin edilir. 
 
6.7.1.5 Tufanın yaratdığı iri dalğalar və adi dalğalar 
 
Xəzər dənizində tufanın yaratdığı iri dalğalar dəniz səviyyəsinin müvəqqəti olaraq qalxmasına, 
yaxud enməsinə  səbəb olur. Dəniz səviyyəsindəki  əhəmiyyətli dəyişikliklər Xəzər dənizinin 
Mərkəzi hövzəsində baş verir. Bu hadisələr davamlı əsən güclü küləklər, xüsusən də şimal və 
şimal-qərbdən, yaxud cənub və  cənub-şərqdən gələn və  Xəzərin oxu boyunca əsən güclü 
üstünlük təşkil edən regional küləklər ilə  əlaqədardır. Cənubdan  əsən güclü küləklərə 
nisbətən  şimaldan  əsən güclü küləklər daha tez-tez baş verir və daha sərtdir. Xəzər 
dənizindəki dalğalar küləyin yaratdığı dalğalardır və buna müvafiq olaraq da ən küləkli aylarda 
ən güclü dalğa hərəkəti müşahidə olunur.  
 
Neft Daşlarında qeydə alınmış dalğa hündürlüyünə dair məlumatlar göstərir ki, hündürlüyü 2 
m-dən artıq olan qeydə alınmış dalğaların daha tez-tez təkrarlanması ilə müşayiət olunan ən 
güclü küləklər və tufanlar iyul, avqust və sentyabr aylarında baş verir. Lakin oktyabr ayından 
fevral ayınadək olan müddət güclü küləklərin sabit şəkildə baş verdiyini göstərir, bu müddət 1 
və 2 m hündürlüyündəki dalğaların sayının ən çox olduğu dövrdür. 
 
Abşeron yarımadasının cənubunda  şimal küləkləri dəniz səviyyəsinin düşməsinə  səbəb 
olacaq, cənub küləkləri isə su səviyyəsinin qalxmasına səbəb olurlar. Bakı buxtasında bu 
dəyişiklik ±70-80sm ola bilər. Tufanın yaratdığı dalğalanma üçün hesablanmış  səciyyəvi 
zaman dövrünün davametmə müddəti 6-24 saat arasında olur. 
 
Ən böyük dalğanın formalaşdığı ərazi Mərkəzi Xəzər hövzəsinin qərb hissəsindən başlayaraq 
aşağıya doğru və Abşeron silsiləsinin mərkəzi hissəsi boyunca uzanır. 
 
6.7.1.6 Geologiyaya 
və litologiyaya dair icmal 
 
Xəzər hövzəsi dünyanın ən iri kontinental göl sistemlərindən birini təşkil edir. Son zamanların 
geoloji hadisələr ardıcıllığı çay və delta qumdaşıları və göl gilləri ilə xarakterizə olunur. Çökmə 
sürətləri böyükdür, 8km qalınlığında çöküntü altı milyon ildən on milyon ilə qədər dövr ərzində 
yaranmışdır. Aşağı qradiyentdə pliosen çöküntüsü mövcuddur, göl hövzəsi  ərazidə geniş 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə