Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf mühitin təsviri
Noyabr 2013-cü il
Yekun
variant
6/79
Şəkil 6.28 ŞD2 layihəsi üçün nəzərdə tutulan sualtı magistral boru kəmərinin
marşrutunun yaxınlığında tədqiqat nümunələrinin götürüldüyü ərazilər
6.8.1.1 Dənizdibi çöküntülərin fiziki və kimyəvi tərkibi
Çöküntülərin fiziki xüsusiyyətləri
2010-cu ildə aparılmış tədqiqat göstərmişdir ki, sahilə yaxın ərazilərdə, 14 və 15 saylı
məntəqələrdə (13-15 m su dərinliyində) (Şəkil 6.28) olan çöküntülər yüksək karbonat tərkibi
və aşağı lil-gil və üzvi tərkibə malik olmaqla iri fraksiyalı dənəvər lildən ibarətdir. Açıq
dənizdə
16-19 m dərinliklərdə yerləşən 11 və 13 saylı məntəqələrdə çöküntülər yüksək lil-gil və üzvi və
aşağı karbonat tərkibli narın lil kimi təsnifləndirilir. 12 və 13 saylı məntəqələrdən götürülmüş
çöküntü nümunələri Müqavilə Sahəsinin şimal-qərb hissəsində 20 və 22 saylı regional
məntəqələrdəki çöküntülərə oxşar olmuşdur (Cədvəl 6.32). Nəzərdə tutulan ŞD Bravo (ŞDB)
platforma kompleksinin yaxınlığında boru kəməri marşrutunun çöküntüləri fərqlidir (26 və 27
saylı regional məntəqələr). Bu çöküntülər yüksək karbonat tərkibi və aşağı üzvi və lil-gil
tərkibinə malik olmaqla orta fraksiyadan narın fraksiyayadək dəyişən qumdan ibarətdir.
Cədvəl 6.32 Çöküntülərin fiziki xüsusiyyətləri, ŞD üzrə regional tədqiqat məntəqələri,
2009
Parametr
Məntəqə nömrəsi
20
22
25
26
27
Orta diametr μm 9
7
6
231
60
%
karbonat
27 25 25 63 43
% üzvi maddələr 5.4
7.3
6 2.9
4.6
%
Lil/Gil
95 99 99 38 60
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/80
Karbohidrogen konsentrasiyaları
ŞD Müqavilə Sahəsi daxilində və ŞD2 layihəsi üçün nəzərdə tutulan sualtı magistral boru
kəmərinin marşrutu boyunca çöküntülərdə karbohidrogen konsentrasiyası ilə bağlı məlumatlar
2000, 2006, 2008 və 2010-cu illərdə həyata keçirilmiş boru kəməri tədqiqatları və 2009-cu ildə
həyata keçirilmiş ŞD Müqavilə Sahəsinin regional tədqiqatından əldə edilmişdir.
AÇG boru kəmərinin bütün məntəqələri sahilyanı şelfdə, dərinliyi 20 m-dən az olan sularda
yerləşir. Sahildən uzaqlaşdıqca karbohidrogen konsentrasiyaları (Cədvəl 6.33) azalır (15-11
saylı boru kəməri tədqiqat stansiyalarından), lakin müəyyən vaxt dəyişkənliyi nümayiş etdirir.
Tədqiqatların əhatə etdiyi on illik dövrdə suyun dayaz olduğu bu məntəqələrdə karbohidrogen
konsentrasiyalarında ümumi azalma qeydə alınmışdır, buna baxmayaraq 14 və 15 saylı
məntəqələrdə konsentrasiyalar 2000-ci ildən fərqli olaraq 2006-cı ildə daha yüksək olmuşdur.
2008 və 2010-cu ildə həyata keçirilmiş tədqiqatların nəticələrində 11, 12 və 13 saylı
məntəqələrdə aparılmış müşahidələrlə daha çox uyğun olan çox aşağı konsentrasiyalar
haqqında məlumat verilib.
Cədvəl 6.33 AÇG boru kəməri üzrə çöküntülərin tədqiqatının aparıldığı məntəqələrdə
karbohidrogen konsentrasiyaları, 2002, 2006, 2008 və 2010-cu illər
Stansiya nömrəsi
ÜKM (µq/q)
2000
2006
2008
2010
11 453
296
107
69
12 440
435
153
123
13 552
364
149
250
14 465
709
202
215
15 431
1,175
250
206
ŞD Müqavilə Sahəsində ŞD2 layihəsi üçün nəzərdə tutulan sualtı magistral boru kəmərinin
marşrutu daxilində çöküntülərin karbohidrogen konsentrasiyaları 26 və 27 saylı məntəqələrdə
20-37 µq/q-dan sahilə yaxın olan nisbətən dayaz sulu məntəqələrdə 140-294 µq/q-a qədər
dəyişir (Cədvəl 6.34-ə istinad edin). Sahilə yaxın ərazilərdə konsentrasiyaların daha yüksək
olması qismən sahildə yerləşən çirklənmə mənbələrinə yaxınlıq,
qismən də bu məntəqələrdə
olan çöküntülərin yüksək nisbətdə lil və gil tərkibinə malik olmasına görədir, ona görə də bu
çöküntülər ŞDB platforma kompleksinin yerləşdiyi ərazinin yaxınlığında olan iri fraksiyalı
çöküntülərdən daha çox üzvi birləşmələri udur.
Cədvəl 6.34 ŞD2 layihəsi üçün nəzərdə tutulan sualtı magistral boru kəməri dəhlizində
karbohidrogen konsentrasiyaları, 2009
Stansiya nömrəsi
ÜKM (µq /q)
20 148
22 294
23 145
25 160
26 20
27 37
Ağır metal konsentrasiyaları
Çöküntüdə metal mikroelementlərinin səviyyələri AÇG sualtı boru kəmərinin
marşrutu
boyunca olan çöküntülərin fiziki xüsusiyyətləri ilə eyni ümumi xüsusiyyətlərə malikdir. Boru
kəmərinin marşrutu boyunca arsen konsentrasiyaları bir qədər dəyişik olmuş və bütün
məntəqələrdə Xəzər dənizi çöküntülərinin fon səviyyələri ilə xarakterik olmuşdur. Şelf
marşrutu boyunca bir neçə metal (mis, sink, xrom, kadmium və dəmir) konsentrasiyalarının bir
qədər yüksəldiyi, daha sonra 14 və 15 saylı məntəqələrdə yenidən azaldığı arsenlə oxşar
meyllilik nümayiş etdirmişdir.
Qurğuşun üçün xüsusiyyətlər digər metallardan fərqlənmişdir, burada konsentrasiyalar tipik
dəniz səviyyələrindən,
demək olar ki, xətti qradiyenti davam etdirmiş və sahilə doğru
azalmışdır.