Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/76
Şəkil 6.27 Xəzər suitilərinin miqrasiya marşrutları
Həssaslıq
Keçmişdə Xəzər suitisinin populyasiyanın azalmasının əsas səbəbləri kompleks xarakter
daşıyırdı və həmin səbəblərin ovçuluq, balıqçılıq
fəaliyyəti, it taunu xəstəliyinin (CDV) baş
verməsi halları, invaziv növlər və çirklənmə (əsasən, üzvi xlor birləşmələri, məsələn, DDT) ilə
əlaqədar olduğu hesab edilir.
Suitilər də dağılmalara (misal üçün, neft və ya kimyəvi maddələr) və zaman keçdikcə
çirklənməyə səbəb olan davamlı atqılara birbaşa və ya dolayısı ilə həssasdırlar. Onların ən
həssas olduğu vaxt çoxalma mövsümünə və qidalanma dövrlərinə (maydan noyabra qədər)
təsadüf edir. Suitilər ov etmək üçün öz görmə qabiliyyətlərinə arxalanırlar, buna görə də
bulanıqlığın (bu bulanıqlıq dənizdibi çöküntülərinin dağılmasına səbəb olan gəmilərin hərəkəti,
platforma əməliyyatları və quraşdırma işləri kimi neft və qaz fəaliyyətləri nəticəsində meydana
çıxa bilər) hər hansı şəkildə artmasına həssas olurlar.
Suitilər dəniz
məməlilərinə aid edilsələr də, vaxtın böyük hissəsini quruda keçirirlər. Nəticə
etibarilə, məlumdur ki, suitilər havada, eləcə də suyun altında çox yaxşı eşidirlər. Suya
dalarkən və ya üzərkən onlar suyun altında yüksək səviyyəli səsdən irəli gələn təsirlərə məruz
qala bilərlər. Səs-küyə qarşı reaksiya səs-küyün müddəti, səsin təzyiq
səviyyəsi və tezliyi ilə
müəyyən olunur və davranış tərzlərinin dəyişməsindən tutmuş ən ağır hallarda ölümə qədər
dəyişir. Fiziki xəsarət və ya ölüm hallarının müvafiq olaraq 220 dB re. 1μPa və 240 dB re.
1μPa səs səviyyələrində, eşitmə orqanlarının (müvəqqəti və uzunmüddətli/daimi surətdə)
zədələnməsinin isə müvafiq olaraq 75dB və 95dB səviyyələrində baş verdiyi müşahidə
olunmuşdur. Fərz edilir ki,
müvəqqəti təsir, adətən, 30 dəqiqəyədək, uzunmüddətli/daimi təsir
isə səkkiz saatdan artıq davam edir. Balıqlar kimi, suitilər də səsi daha aşağı səs
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/77
səviyyələrində aşkar edə bilir və səsdən yayınma reaksiyası formalaşdıra bilirlər. Yayınma
reaksiyasının müəyyən edilməsi üçün yuxarıda təqdim
olunmuş eyni təsir səviyyəsi
meyarlarından istifadə olunur.
Aşağıdakı Cədvəl 6.29-də Cənubi Xəzər hövzəsində, xüsusən də ŞD Müqavilə Sahəsində
Xəzər suitiləri üçün ilin ən həssas vaxtları müəyyənləşdirilib.
Cədvəl 6.29 ŞD Müqavilə Sahəsi daxilində Xəzər suitisinin hər mövsüm üzrə həssaslığı
Həssaslıq
Ay
Y
F
M
A
M
İ
İ
A
S
O
N
D
Ən həssas dövr/ gözlənilən
mövcudluq
Orta dərəcədə həssas dövr/
müəyyən qədər mövcudluq
Ən az həssas dövr/
mövcudluq
müəyyən edilməyib
6.7.3 Su sütunu: kimyəvi mühit
Üç eyni regional məntəqədən plankton nümunəsi qismində götürülmüş su nümunələri
(məntəqə 20, 30 və 32 –Şəkil 6.24-ə istinad edin) göstərdi ki, suyun keyfiyyəti ümumilikdə
2005, 2007 və 2009-cu illərdə yaxşı olmuşdur (Cədvəl 6.30 və 6.31) və nəzərəçarpacaq
dərəcədə çirklənmə əlamətləri müşahidə edilməmişdir.
Cədvəl 6.30 2005, 2007 və 2009-cu illərdə ŞD üzrə regional tədqiqat zamanı götürülmüş
su nümunələrində karbohidrogen və fenol konsentrasiyaları
Stansiya
İl
Dərinlik
(m)
THC (
q/l)
16 US EPA PAH, (
q/l)
Phenols (
q/l)
20
2009 5 <20
<0.01
-
2007 5 <20
<0.01
<30
2005 5 80
<0.01
60
2009 25 <20
<0.01
-
2007 25 <20
<0.01
<30
30
2009 5 <20
<0.01
-
2007 5 <20
<0.01
<30
2005 20 62
<0.01
<30
2009 100 <20
<0.01
-
2007 100 <20
<0.01
<30
2005 100 53
<0.01
<30
32
2009 5 <20
<0.01
-
2007 5 <20
<0.01
<30
2005 10 67.5
<0.01
<30
2009 100 <20
<0.01
-
2007 200 <20
<0.01
<30
2005 200 48.5
<0.01
60
2005-ci il ərzində 20 (5m dərinlikdə) və 32 (200m dərinlikdə) nömrəli ərazilərdə fenol konsentrasiyaları anomal ola
bilər və diqqət yetirilməli amillərdən biri olmamalıdırlar
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/78
Cədvəl 6.31 2005, 2007 və 2009-cu illərdə ŞD üzrə regional tədqiqat zamanı götürülmüş
su nümunələrində metan konsentrasiyaları (
q/l)
Stansiy
a
İl
Dərinlik
(m)
Dəmir
Kobalt
Nikel
Mis
Sink
Kadmium
Qurğu
şun
20
2009 5 17.8
0.055 1.12 0.93 2.6 <0.02 1.45
2007
5 <10 0.027 0.93 1.04 3.41 0.18 0.12
2005
5 <10 0.046 1.08 0.77 1.63 0.02 0.06
2009 25 37.5
0.055
1.25 0.81 3.28 <0.02 0.21
2007 25 <10 0.026 0.89 0.98 2.94 0.01 0.10
30
2009 5 2.5
0.050
0.92 0.75
1.99
<0.02
<0.10
2007
5 <10 0.019 0.76 0.76 0.73 0.01 0.05
2005 20 <10 0.039 0.99 0.71 3.78 0.02 0.08
2009 100 8.5 0.026
1.11 0.58 3.54 <0.02 <0.10
2007 100 <10 0.008 0.79 0.62 0.57 0.02 0.02
2005 100 <10 0.021 1.01 0.64 2.02 0.02 0.06
32
2009 5 <2.0
0.049 0.92 0.78 1.7 <0.02 0.25
2007
5 <10 0.019 0.75 0.68 1.09 0.01 0.05
2005 10 <10 0.032 1.03 0.73 1.43 0.01 0.04
2009 100 4.6 0.037
1.17 0.70 2.09 <0.02 <0.10
2007 200 <10 0.006 0.91 0.68 0.79 0.02 0.04
2005 200 <10
0.008 0.7 0.41 0.8 0.01 0.02
6.8 Dənizdə ŞD2 layihəsinə aid yerlər üçün səciyyəvi olan ətraf mühit
6.8.1 ŞD2 sualtı magistral boru kəmərinin marşrutu
AÇG magistral boru kəməri dəhlizinə AÇG İNL, 1-ci Faza və 2-ci Faza neft və qaz boru
kəmərləri daxildir. Bu dəhliz boyunca ətraf mühitin mühafizəsi ilə bağlı tədqiqatlar 1995-ci ildə
(ilk boru kəmərinin salınmasından əvvəl), eləcə də 2000, 2006, 2008 və 2010-cu illərdə
(AÇG-nin tammiqyaslı işlənməsinin 1-ci və 2-ci Fazalarına aid boru kəmərlərinin salınması
zamanı və ondan sonrakı dövrü əhatə edən) həyata keçirilmişdir. 15, 14, 13, 12 və 11 saylı
nümun götürmə məntəqələri ŞD2 layihəsi üçün nəzərdə tutulan sualtı magistral boru
kəmərinin marşrutu boyunca yerləşir. Bu məntəqələr suyun dərinliyi 13-19 m olan yerlərdə,
Səngəçal körfəzinin sahil xəttinə təxminən perpendikulyar olaraq yerləşir, 11 saylı məntəqə
isə ŞD Müqavilə Sahəsinin şimal kənarının yaxınlığında yerləşir. Bununla yanaşı, ŞD regional
tədqiqatının 20, 22, 25 26 və 27 saylı nümunəgötürmə məntəqələri ŞD2
layihəsi üçün
nəzərdə tutulan sualtı magistral boru kəmərinin marşrutunun yaxınlığında yerləşir.(Şəkil 6.28).