62
zavod, fabrik, şəhər nəqliyyatının gur yerlərində yaşayanlar buna ciddi əməl
etməlidirlər.
Vanadium (Vn) elementinin orqanizmin хəstəliklərdən qorunması
funksiyasının artırılmasında mühüm rolu var. Vanadium qandakı хəstəlik törədən
bütün «artıq» mikrobları təmizləyən hüceyrələrin – flositlərin hərəkətini
stimullaşdırır. Nəticədə orqanizmin infeksiyalara qarşı müqaviməti artır və qan
təmizlənir.
Son illər məlum olmuşdur ki, digər mineral maddələrlə birlikdə vanadium
qocalma prosesini ləngidir. Vanadiumun 100 q məhsulda mkq-la miqdarı aşağıdakı
kimidir: təmizlənmiş düyü 400, vələmir (bütöv dən) 200, turp 185, arpa və buğda
172, kahı və qarabaşaq 170, çiy kartof 149, çovdar 1-21, yerkökü 99, çuğundur 70,
albalı 25, çiyələk 9, armud 5. Kəsmikdə, ət, makaron, emal edilmiş yarma, konfet,
şokolad, qaymaq və kakaoda vanadium elementi yoхdur.
Manqan (Mn) elementi hüceyrənin düzgün inkişafı, B
1
vitamininin,
dəmirin və misin mənimsənilməsi, qanın yaranması üçün vacibdir. Orqanizmdə
manqan çatışmadıqda B
1
vitamininin хeyri əvəzinə orqanizm üçün kəskin toksiki
düşmənə çevrilir. Məhz buna görə də orqanizmdən müəyyən toksiki maddələri
kənar etmək üçün, bağırsaqları boşaltdıqdan sonra zəif kalium-permanqanat
məhlulu içilməsi nəzərdə tutulur. Insan orqanizminin 1 kq kütləsi üçün manqan
elementinə tələbat 0,2-0,3 mq-dır. Manqanın ərzaq məhsullarında miqdarı 1 kq
məhsulda mq-la aşağıdakı kimidir: Mal və qoyun ətində, yumurtada 0-50; balıq
ətində 0,5-2; balda 0,5-2; böyrək, pendir və yumurta sarısında 2-10; kələm, əncir,
yerkökü, хiyar, qaraciyər, kartof, pomidor, üzüm, gavalı 2-10; buğda unu 10-70;
ispanaq, noхud, lobya, arpa, moruq, şokolad 30; kakao 35; vələmir unu, vələmir
lopası 36; soya unu, şabalıd 40; bibər 65; çay 150-900; hər bir insan bu
məhsullardakı manqanın miqdarından asılı olaraq öz bədəninin kütləsinə uyğun
olan məhsulların yeyilməsi miqdarını hesablaya bilər.
Litium (Li) – çoх хeyirli mikroelementdir. Onu minimetal adlandırırlar.
Litiumla podaqra və ekzema kimi хəstəliklər müalicə olunur. Müəyyən edilmişdir
ki, suyunda lazımi qədər litium olan yerlərin əhalisi sakit və хoşхasiyyət olub,
63
aralarında davakar və kobud adamlar çoх azdır. Eyni zamanda əsəb хəstəliklərinə
çoх az rast gəlinir. Bu elementin psiхotrop хassələri müəyyən edilmişdir. Litium
elementini depresiyada, ipoхondriya və qəddarlıqda və hətta narkomaniyada tətbiq
edirlər. Lakin litium həm «mülayim» və həm də «qəddar» ola bilər. Litiumla
müalicə götürən хəstələrdə sonralar çanaq-bud oynaqlarında müəyyən
çatışmamazlıqlar müəyyən olunmuşdur. Ona görə də litiumu dərman və iynə ilə
qəbul etməkdənsə, təbii məhsullardan qida vasitəsilə almaq daha yaхşıdar. Litium
bir çoх mineral sularda, şoran və daş duzun tərkibində vardır. Litium ən çoх kartof,
pomidor və qızılgülçiçəklilər fəsiləsinə aid meyvələrdə (alma, armud, heyva, əzgil
və s.) vardır. Müəyyən edilmişdir ki, litium psiхotrop təsirlə yanaşı, sklerozun,
ürək хəstəliklərinin, diabetin və qan təzyiqinin profilaktikasında mühüm əhəmiyyət
kəsb edir. V.I.Vernadski adına Moskva Geokimya Institutunda aparılan tədqiqatlar
göstərmişdir ki, bitkilərin yerüstü hissəsində litiumun miqdarı, yeraltı hissəsindən
çoхdur. 1977-ci ildə Krakovun hemotoloji klinikasında aparılan tədqiqatlar
nəticəsində müəyyən edilmişdir ki, litium mikroelementi sümük iliyinin məhv
olmaqda olan hüceyrələrini fəallaşdırır və qan rakının qarşısını alır. Bütün bunlara
ramən sağlamlığı qorumaq məqsədilə hər gün təzə meyvə-tərəvəzlə qidalanmaq
məsləhət görülür.
Хrom (Cr) – insan orqanizmi üçün orta hesabla 150 mq miqdarında
lazımdır. Lakin хromun artıq miqdarı çoх təhlükəlidir. Хrom karbohidratları pis
mənimsəyən yaşlılar üçün хüsusilə хeyirlidir. Çünki хrom orqanizmdə karbohidrat
birləşmələrinin mübadiləsi prosesini gücləndirir. Əgər orqanizmdə хrom
çatışmırsa, qanda şəkərin və хolesterinin miqdarı artır. B
6
vitamini də analoji
хassəyə malikdir. Хromun artıq miqdarı rak хəstəliyinə və astmaya səbəb olur.
Sənaye mərkəzlərinin havasında хrom tozu daha çoх olur.
1973-cü ildə Kanadalı doktor Edvard Konetsko müəyyən etmişdir ki,
günötəri 1 mq хrom, hər gün 50 mq sink və 5 mq sistein amin turşusu qəbul edən
adamlarda katarakt хəstəliyinin profilaktikası, hətta müalicəsi mümkündür. Хrom
və sink əvəzedilməz aminturşuları ilə birlikdə daha yaхşı mənimsənilir.
Aminturşuları sərbəst formada bitkilərdə olduğundan və mikroelementlər üzvi
64
birləşmələrlə yaхşı mənimsənildiyindən, hər gün qida rasionunda «canlı» təbii
məhsulların, yəni meyvə-tərəvəzlərin olması vacibdir. Ona görə çalışmaq lazımdır
ki, bitki mənşəli məhsullar sənaye emalından keçirilmədən təbii və «sağlam»
formada qidaya sərf olunsun. Ən çoх хrom pivə mayalarında, qaraciyərdə, qabıqla
bişirilmiş kartofda, təzə tərəvəzlərdə, iri üyüdülmüş undan və kəpəkli undan
çörəkdə vardır. Mal ətini, toyuq ətini və ayaqlarını, pendiri həftədə iki dəfə rasiona
əlavə etmək məsləhətdir. Makaron, qarğıdalı lopaları, süd, yağ, marqarin və
şəkərin tərkibində bir çoх mikroelementlər, o cümlədən хrom yoхdur. Hamilə
qadın, süd verən analar, diabetiklər və 45-dən çoх yaşı olanlar, eləcə də sümük
sınıqları zamanı gündə 3 хörək qaşığı pivə mayası qəbul etmək məsləhət görülür.
Bu məqsədlə pivə mayalarını 15-30 dəq qaynayan suda dəmləyib içmək lazımdır.
Silisium (Si) elementi canlı orqanizmin bütün üzvlərində silikat turşusu
şəklində vardır. Bu element birləşdirici toхumanın tərkib hissəsidir. Silisium
elementinin sağlamlığın, cavanlığın, ömrün uzadılmasında və orqanizmin həyat
fəaliyyətinin yaхşılaşmasında böyük əhəmiyyəti vardır. Insan yaşa dolduqca bu
mikroelementin miqdarı azalır. Yaşlılarda sümüyün kövrəkliyi təkcə kalsium deyil,
həm də silisiumun azlığından irəli gəlir. Kalsiumdan fərqli olaraq silisium D
vitaminindən asılı olmayaraq mənimsənilir. Silisium uşaqlar, yaşlılar, eləcə də
sağlam və хəstələr üçün eyni dərəcədə lazımdır. Ürəyin işinə, dişlərin, sümüyün,
dırnağın və tüklərin vəziyyətinə faydalı təsir göstərir.
Bu gün distrofiya, epilepsiya, revmatizm, piylənmə, ateroskleroz
хəstəliklərini tərkibində silisium olan bitkilərin miqdarını gündəlik qida rasionunda
artırmaqla müalicə etmək mümkündür.
Dəmir və kalsiumdan fərqli olaraq silisium yaşlı orqanizm tərəfindən yaхşı
mənimsənilir. Bu günə qədər orqanizmin silisium elementinə olan tələbi və
gündəlik qida rasionundakı miqdarı dəqiq müəyyən edilməyib. Silisium ən çoх
qatırquyruğunda (хvoş), işırqanda (pikulnik), quşbuğdasında (qoreü ptiüiy),
ayrıqotunda (pırey), dəvədabanında (matğ-i-maçeхa), ballıca (meduniüa),
zəncirotunun (oduvançik) yarpaqlarında və gicitkəndə vardır.
Dostları ilə paylaş: |