Microsoft Word 11 Operations eia final az



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə6/17
tarix23.09.2018
ölçüsü1,24 Mb.
#70312
1   2   3   4   5   6   7   8   9   ...   17

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 11 

Əməliyyatların ətraf mühitə təsirinin 

qiymətləndirilməsi, azaldılması 

vəmonitorinqi 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

11/8



11.3.2 Dəniz əməliyyatları 

11.3.2.1 Hadisənin miqyası 

 

Təsviri 

Müntəzəm əməliyyatlar ərzində emissiyalar nominal yük altında işləyən əsas elektrik enerjisi 

generatorlarından, məşələdə qazın piltə  və hava üfürülmə (təmizləmə) məqsədi ilə 

yandırılmasından yaranacaq, eləcə də fitinqlərdən təsadüfi emissiyalar əmələ gələcək. Heyət 

dəyişdirmə  və  təchizat gəmiləri, dizellə  işləyən  ŞDB platforma kompleksinin kranları, qəza 

generatorları və yanğın suyu nasosları (sınaq zamanı) da daxil olmaqla aralıq mənbələrdən 

də həmçinin emissiyalar yaranacaq.   

 

ŞDB platforma kompleksində olan əsas elektrik enerjisi generatorları axın aşağı olan zaman 



və ya istismar dayandırılan zaman sualtı axın xətlərinin daxili temperaturunun saxlanması 

üçün tələb olunan sistemə - DEH sisteminə də elektrik enerjisini təchiz edəcək. 

 

DEH sisteminin fəaliyyəti  ərzində istismar rejimindən (ya isti saxlama ya da soyuq halda 



işəsalma) və axın xətlərinin sayından asılı olaraq  əsas elektrik enerji generatorlarının yükü 

dəyişəcək Dənizdə olan əsas elektrik enerji generatorlarının proqnozlaşdırılan yük profili Fəsil 

5-də Bölmə 5.10.8-də verilib. DEH işlərinin HPBS müddəti ərzində hər bir hal üzrə 72 saata 

qədər olması ilə il boyu 8,5 %-ə qədər olacağı gözlənilir   

 

Məşələdə qazın piltə  və hava üfürülmə (təmizləmə) məqsədi ilə yandırılması  əlavə olaraq 



müntəzəm və qeyri-müntəzəm şəraitlərdə (yəni avadanlığın sıradan çıxması, təmir işləri və ya 

texniki xidmət) texnoloji emal sistemlərindən karbohidrogen qazlarının məşələ göndərilməsi 

planlaşdırılır  (Fəsil 5 Bölmə 5.10.7-yə istinad edin).  

 

Aşağıdakı Şəkil 11.1-də HPBS müddəti ərzində dəniz əməliyyatlarından hər mənbə üzrə NO



emissiyalarının gözlənilən ümumi həcmini göstərilir. (tullantıların qiymətləndirilməsinə dair 

təfərrüatlar və əsas fərziyyələr üçün Əlavə 5A-ya istinad edin). 

 

Şəkil 11.1 HPBS müddəti  ərzində müntəzəm və qeyri-müntəzəm dəniz 



əməliyyatlarından hər mənbə üzrə NO



emissiyalarının ümumi həcmi 

 

 




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 11 

Əməliyyatların ətraf mühitə təsirinin 

qiymətləndirilməsi, azaldılması 

vəmonitorinqi 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

11/9



Təsirin qiymətləndirilməsi 

 

Dəniz  əməliyyatları üçün aparılmış modelləşdirmə  Əlavə 11C-də  təqdim olunur. 

Modelləşdirmə əsas hava çirkləndiricisi olaraq NO

X

 (azot oksidindən NO və azot dioksidindən 



(NO

2

) ibarət olan) maddəsinə  əsaslanır.  ŞD2 çərçivəsindəki dəniz  əməliyyatlarından  əmələ 



gələn emissiyaların payını NO

2

 üzrə müvafiq standartların (40µq/m



3

 - orta illik göstərici) 

kontekstində qiymətləndirmək üçün qısamüddətli (1 saat maksimum) və 200µq/m

3

 (1 saat 



maksimum) uzunmüddətli (illik orta göstərici) NO

2

 konsentrasiyaları modelləşdirilmişdir. Bu 



standartlar insanların adi qaydada məskunlaşdığı yerlər (yəni quruda olan qəsəbələr)  üçün 

müvafiqdir.  

 

Aşağıdakı ssenarilər nəzərdən keçirilmişdir: 



1. Müntəzəm əməliyyatlar - mənbələr yanacaq qazında tam yüklə işləyən iki ədəd 11.9MW 

platforma turbinlərindən ibarətdir  

2. Qeyri-müntəzəm əməliyyatlar (DEH əməliyyatları) - mənbələr yanacaq qazında tam yüklə 

işləyən bütün 11.9MW platforma turbinlərindən ibarətdir 

3. Qeyri-müntəzəm  əməliyyatlar (Qəza zamanı  məşəldə yandırılma) - mənbələr yanacaq 

qazında tam yüklə işləyən iki ədəd 11.9MW platforma turbinlərindən və qəza təzyiqsalma 

ilə məşəldə yandırılmadan (bir saatdan artıq sürməsi gözlənilir) ibarətdir.    

 

Hər bir ssenari üzrə qiymətləndirmə  ən pis ssenarini təmin etmək üçün turbinlərin tam 



yüklənməsi ehtimal edilib. Modelləşdirmə ŞD2 Layihəsi üçün əsas kimi qəbul edilmiş variant 

üçün nəzərdə tutulan turbinlərin tam yüklərindən bir az artıq yüklərin tətbiqi ilə həyata keçirildi 

və DEH ssenarisi üzrə dörd turbin əvəzinə, ümumilikdə beş turbindən istifadə edildiyi ehtimal 

olundu.  Buna görə də modelləşdirmənin nəticələri konservativ hesab olunur .   

 

Qiymətləndirilən bütün ssenarilər üçün NO



2

 konsentrasiyasının ən böyük artımı üstünlük təşkil 

edən şimal küləkləri səbəbindən məşəl tüstüsünün Abşeron yarımadasına (Şahdili) daxil olan 

yerdə müşahidə olundu Şəkil 11.2 və  Şəkil 11.3 müvafiq surətdə müntəzəm və qeyri-

müntəzəm (qəza zamanı  məşəldə yandırılma) ssenarilər üçün uzun və  qısamüddətli NO

X

 



konsentrasiyalarının artımını göstərir.    

 


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 11 

Əməliyyatların ətraf mühitə təsirinin 

qiymətləndirilməsi, azaldılması 

vəmonitorinqi 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

11/10



Şəkil 11.2 Müntəzəm dəniz 

əməliyyatları dövründə uzunmüddətli NO

x

 

konsentrasiyalarının artımı  

Qeyd:  Əlavə 11C-də  təsvir olunduğu kimi, uzunmüddətli konsentrasiyalar üçün bütün NO

x

-nin atmosferdə NO



2

-yə 


çevrilməsi ehtimal olunur.

 

 



 

İllik orta fon konsentrasiyaları = 6

q/m

3

 



Havanın keyfiyyəti üzrə standart göstərici = 40

q/m


3


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə