157
May
Şuşanın işğalı günü
8
Ərazisi – 0.29 min km
2
Əhalisinin sayı – 29,0 min nəfər
İnzibati mərkəzi – Şuşa
İşğal tarixi- 8 may 1992
Şuşanın işğal altında olması qəlbimizi kədərləndirir, sıxır, incidir... Şuşanın
işğalına şərait yaradanlar, onu sadəcə olaraq hakimiyyət mübarizəsi zamanı qurban
veriblər ki, bu da dəhşətdir.
Heydər Əliyev, ümummilli lider
1992-ci il mayın 8-i düz 19 il əvvəl Ermənistan ordusunun əs-
gərləri, Şuşanı işğal etdi. Azərbaycanın bu qədim, zəngin tarixə və
mədəniyyətə malik şəhərinin ermənilərin əlinə keçməsi ilə Dağlıq
Qarabağın işğalı başa çatdırıldı. Bununla ermənilər bölgənin
Azərbaycandan faktiki qoparılmasına nail oldular.
Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 11 min erməni əskərinə
cox az sayda azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri
isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı
yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir
götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal
nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan
edildi.
Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə
279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir
çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar
Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, Mədəni-
maarif, Kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitab-
xananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə
1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsin-
də Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.
Düşmənlərimiz Şuşanı müvəqqəti işğal etsələr də, kənd-kəsəklərinə yabançı ad
qoysalar da onu heç vaxt özününküləşdirə bilməyəcəklər.
158
Vəli Yusif oğlu Axundov 1916-cı il
mayın 14-də Bakı quberniyasının
Saray kəndində fəhlə ailəsində anadan
olmuşdur.
İlk təhsilini Saray kənd məktəbində
alan Vəli, 1929-cu ildə həmin məktəbi
bitirib Biləcəri stansiyasındakı fabrik-
zavod məktəbinə daxil olmuşdur. O,
1931-ci ildə sənət məktəbini bitirib Bakı Sənaye
texnikumuna daxil olmuşdur. 1935-ci ildə texnikumun
Kimya şöbəsini bitirib kimyaçı texnik peşəsinə
yiyələnmişdir. O, təhsilini davam etdirmək və ali
təhsil almaq məqsədilə əvvəlcə Azərbaycan Sənaye
İnstitutunun hazırlıq kursunda oxumuş, 1937-ci ildə
isə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur.
V.Axundov institutda oxumaqla yanaşı ATİ-nin
ictimai elmlər kafedrasının laborantı, “Tibbi kadrlar
uğrunda” qəzetin redaktoru və komsomol komitəsinin
katibi vəzifəsində çalışmışdır.
1941-ci ildə ATİ-ni müvəffəqiyyətlə bitirən
V.Axundov orduya çağırılır. V.Axundov 1941-1945-
ci illər Böyük Vətən müharibəsində 20-ci atıcı
diviziyanın tərkibində bir həkim kimi adi həkim-
əsgərdən xüsusi tibbi-sanitar batalyonunun komandiri
vəzifəsinədək yüksəlmiş, Rusiya, Belorusiya, Alma-
niya, Çexoslovakiya ərazisində gedən döyüşlərdə
iştirak etmişdir.
1946-cı ildə ordudan tərxis olunan V.Axundov
ATİ-na qayıtmış, Tibb tarixi kafedrasının assistenti
qəbul edilmiş və Epidemiologiya, Mikrobiologiya və
Gigiyena İnstitutunun elmi
işçisi, direktoru olmuşdur.
Tezliklə Azərbaycan Tibb
İşçiləri Həmkarlar İttifaqı
Respublika Komitəsinin
sədri seçilir və 1946-1949-
cu illərdə bu vəzifədə ça-
lışır.
V.Axundov 1949-1952-
ci
illərdə Azərbaycan SSR
Səhiyyə nazirinin müavini,
1952-1953-cü illərdə isə
Bakı Vilayəti Səhiyyə
şöbəsinin müdiri olmuşdur.
1953-1954-cü illərdə
V.Axundov Azərbaycan
KP MK-da İnzibati, ticarət-
maliyyə və plan orqanları
şöbəsi müdirinin müavini
vəzifəsində
işləmişdir.
V.Axundov 1954-1958-ci
illərdə isə Azərbaycan SSR
Səhiyyə naziri vəzifəsini
aparmışdır.
O, 1958-ci ilin fevral
ayında Azərbaycan KP MK
katiblərindən biri seçilmiş,
bir qədərdən sonra - 1958-
ci ilin iyulunda isə Azər-
baycan SSR Nazirlər
May
95 illiyi
Vəli Axundov
1916-1986
Həkim
14
159
Sovetinin sədri vəzifəsinə təyin edilmişdir. O, bu
məsul dövlət vəzifəsində 1959-cu ilin iyuluna qədər
çalışmışdır.
1959-1969-cu illərdə Azərbaycan KP MK-nın
birinci katibi vəzifəsində çalışmışdır.
V.Axundov 1956-cı ildə namizədlik dissertasiya-
sını müdafiə etmiş və SSRİ Ali Attestasiya Komis-
siyası ona tibb elmləri namizədi, 1964-cü ildə isə tibb
elmləri doktoru elmi dərəcəsi vermişdir.
1969-cu il iyulun 14-də birinci katib vəzifəsindən
azad edilmişdir. H.Əliyevin sədrliyi ilə keçirilən
Azərbaycan KP MK bürosunun iclasında V.Y.Axun-
dovun birinci katib olarkən istifadə etdiyi tibbi və
məişət xidmətləri özündə saxlanılmışdır.
V.Axundov 1969-cu ildə isə Azərbaycan Elmlər
Akademiyasının akademiki seçilmişdir. 1969-1972-ci
illərdə V.Axundov Azərbaycan SSR Elmlər Akade-
miyasının vitse-prezidenti olmuş və akademiyanın
səhiyyə sahəsinə rəhbərlik etmişdir. V.Axundov
1972-1986-cı illərdə Q.M.Musabəyov adına Virusolo-
giya, Mikrobiologiya və Gigiyena İnstitutunun direk-
toru olmuşdur.
V.Axundov ictimai və
siyasi fəaliyyət göstərdiyi
dövrdə dəfələrlə AKP, Sov.
İKP MK, Azərbaycan AKP
MK bürosunun üzvü, Azər-
baycan, SSRİ Ali sovetləri-
nin, Azərbaycan SSR Ali
Soveti rəyasət heyətinin
üzvü olmuşdur.
V.Axundov Lenin orde-
ni, II dərəcəli Vətən müha-
ribəsi, Qırmızı Ulduz or-
denləri və müxtəlif medal-
larla təltif olunmuşdur.
V.Axundov 1986-cı il
avqustun 22-də Bakı şəhə-
rində vəfat etmiş və Fəxri
Xiyabanda dəfn olunmuş-
dur.
Ədəbiyyat
Vəli Axundov //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1976.- C.1.-
S.495.
Qasımlı, M. Azərbaycanın Baş nazirləri /M.Qasımlı, C.Hüseynov.- Bakı, 2005.-
S.25.
Rus dilində
Некоторые вопросы гигиены сельских населенных мест Азербайджанской
ССР / В.Ахундов.- Баку, 1972.
İnternetdə
www. adam.az
www.az.wikipedia.org Məmməd Məmmədov