160
May
Laçının işğalı günü
18
Ərazisi – 1,84 min km
2
Əhalisinin sayı -73,1 min nəfər
İnzibati mərkəzi – LAÇIN
İşğal tarixi 18.05.1992
Laçın rayonu Azərbaycan Respublikasının cənub-
qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər,
şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı
rayonları, qərbdən isə Ermənistan Respublikası ilə
həmsərhəddir.
1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi
daxil olmuşdur. Dağlar qoynunda yerləşərək öz gözəlliyi
ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın
düşmənə təslim edildi. Laçın da Şuşa kimi mühüm hərbi-
strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə
məruz qalmışdı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın,
bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan vü-
qarlı Laçını düşmənə təslim etdi. Bu təslim nəticəsində təbii səngərlərlə əhatə
olunmuş Laçın odlara qalanaraq tamamilə dağıdıldı. Sərvəti talan olunaraq
Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz o torpaq-
lardan silindi, minlərlə baş mal-qara aparıldı.
Artıq 19 ildir ki, dağlar gözəli Laçın erməni daşnaklarının ayaqları altında
inildəyir, laçınlılar isə ölkənin müxtəlif ərazilərində köçkün vəziyyətində yaşayırlar.
Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən nə qədər qayğı və diqqət gös-
tərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə çırpınırlar. Ölkə başçısı İlham
Əliyevin bu istiqamətdə apardığı siyasət deməyə əsas verir ki, torpaqlarımızın
işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünümüzün, o cümlədən
laçınlıların öz yurdlarına qayıdacaqları gün uzaqda deyil.
161
Sabir Xudu oğlu Rüstəmxanlı
1946-cı il may ayının 20-də Azər-
baycanın Yardımlı rayonunun Ha-
markənd kəndində anadan olmuş-
dur. Yardımlıda onbirillik məktəbi
bitirdikdən sonra 1963-1968-ci ildə
ADU-nun (indiki BDU) Filologiya
fakültəsində təhsil almışdır. On bir yaşında yazdığı ilk
mətbu şeiri “Kəndim” 1957-ci ildə “Yeni kənd” rayon
qəzetində dərc edilmişdir. “Azərbaycan gəncləri”
qəzetində çıxan “Kənd yolu” şeiri ilə respublika mət-
buatına ayaq açmışdır (1964).
1967-1978-ci illərdə əmək fəaliyyətinə “Ədə-
biyyat və incəsənət” qəzetində kiçik ədəbi işçi kimi
başlamış, sonra ədəbi işçi, xüsusi müxbir, Teatr və
kino, Tənqid və ədəbiyyatşünaslıq şöbələrinin müdiri
vəzifələrində işləmişdir.
1978-1990-cı illərdə “Yazıçı” nəşriyyatında İncə-
sənət redaksiyasının müdiri, baş redaktorun müavini,
baş redaktor olmuşdur. 1989-1991-ci illərdə Müstəqil
demokratik mətbuatın öncüllərindən olan “Azər-
baycan” qəzetinin təsisçisi və baş redaktoru, Azər-
baycan Respublikası Mətbuat və İnformasiya naziri
olmuşdur. Azərbaycan Yazıçılar Birliyi katibliyinə
seçilmişdir. Azərbaycan Yazıçılar Birliyi idarə he-
yətinin üzvüdür.
Türkiyə, İran, Misir, ABŞ, Hollandiya, Almaniya
və b. ölkələrdə, Quzey Kıprıs Türk Cümhuriyyətində
və Türk-İslam dünyasının müxtəlif qurultaylarında
milli mücadiləmizlə bağlı çıxışlar etmişdir. Demok-
ratik mətbuat ənənələrinin
bərpası və inkişafında xid-
mətlərinə görə Azərbaycan
Jurnalistlər Birliyinin mü-
kafatına (1990) və “Qızıl
qələm” kamil sənətkar dip-
lomuna (1993) layiq görül-
müşdür. 1996-cı illərdə
Azərbaycan ədəbiyyatının
inkişafındakı xidmətlərinə
və ictimai-siyasi fəaliyyə-
tinə görə “Şöhrət” ordeninə
layiq görülmüş, lakin etiraz
əlaməti olaraq ordeni al-
maqdan imtina etmişdir.
1992-ci ildə “Vətəndaş
həmrəyliyi” partiyasını ya-
ratmışdır və bugünədək
onun sədridir.
1990-cı ildə
Azərbaycan Respublikası
Ali Sovetinin deputatı,
Milli Məclisin üzvü (ya-
ranandan bugünədək),
“Vektor” Beynəlxalq Elm
Mərkəzinin direktorudur.
Azərbaycan Respublikası
prezidentliyinə seçkilərdə
namizədliyi irəli sürülmüş-
dür (2003).
May
65 illiyi
Sabir Rüstəmxanlı
1946
Yazıçı
20
162
Ədəbiyyat
Seçilmiş əsərləri /S.Rüstəmxanlı.- Bakı: Şərq-Qərb, 2004.- 344 s.
Atamın ruhu (hekayə, povest və pyeslər) /S.Rüstəmxanlı.- Bakı: “Sabir” yazarlar
ocağı, 2002.- 382 s.
Xətai yurdu (roman) /S.Rüstəmxanlı.- Bakı: Qanun, 2003.- 556 s.
Bəşirov, S. Sabir Rüstəmxanlı: Sərhədsiz ruhumuzun yolçusu: Portret cizgiləri
/S.Bəşirov.- Bakı, 2006.- 228 s.
Əhmədov, T. Sabir Rüstəmxanlı //XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik
məlumat kitabı /T.Əhmədov.- Bakı, 2004.- S.760-761.
İnternetdə
www.az.wikipedia.orq
www.deyerler.orq
Məmməd Məmmədov