166
hıda V.V.Andreyev adına Dövlət Akademik Rus
Orkestrinin bədii rəhbəri və baş dirijoru Dmitri
Xoxlov, Norveç Opera və Balet Teatrının solisti
İngeborq Kosmo, Boyük Britaniya pianoçusu Deniel
Qrimvud, Ukrayna Respublikasının Xalq artisti, Vo-
kalçıların Beynəlxalq Müsabiqələr laureatı Tatyana
Pimenova, “Bazel” Musiqi Akademiyasının professo-
ru, Fransız “Diapazon D′OR” mükafatı laureatı İvan
Moniqetti, Ukrayna Milli Opera Teatrının solisti İrina
Dats, İohan Straüs adına Vyana ansamblı, Ukrayna
Respublikasının Əməkdar artisti Oksana Dika, Rusiya
Dövlət Akademik Boyük Teatrının solisti Marqarita
Maruna, Türkiyə fleytaçısı Sefika Kutluer, Almaniyalı
dirijor Pyer Domenik Pon-
nellenin və digərlərinin adı
var. Bundan əlavə fransız
pianoçu Fransua Saplen,
pianoçuların Beynəlxalq
müsabiqələr laureatı Denis
Matsuyev (Moskva), Mos-
kva solistləri orkestrinin
baş dirijoru və solisti Yuriy
Basmetin filarmoniyada çı-
xışları planlaşdırılır.
Ədəbiyyat
Cahandarov, B. “Filarmoniya” bağı istifadəyə verilib: Prezident İlham Əliyev
bağda aparılan yenidənqurma işləri ilə tanış olub /B.Cahandarov //Paritet.- 2009.- 8-
9 oktyabr.- S.3.
Prezident İlham Əliyev paytaxtın “Filarmoniya” bağında aparılmış əsaslı təmir
və yenidənqurma işləri ilə tanış olmuşdur //Azərbaycan.- 2009.- 8 oktyabr.- S.1.
İnternetdə
www.az.apa.az
www.az.baku-art.com
www.kultaz.com
www.mct.gov.az
www.philarmonia.az
Adilə Abdullayeva
167
Müsəlman Şərqində ilk demokratik respublika olan
Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-
iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli
oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana
çıxmışdır. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin
elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və
fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin -
Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin,
Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa
Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət
xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına
əbədi həkk olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq
mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət
nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika
dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması
və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb
etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mən-
subiyyətdən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, hətta bir
çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azər-
baycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi
diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və
sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət
və mənasını əyani şəkildə səciyyələndirir.
1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində Cümhuriyyət süqut etdikdən sonra
da müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə heç zaman tərk etmədi,
azadlıq ideyaları şüurlara hakim kəsildi. XX əsrin 80-ci illərinin sonu - 90-cı illərin
əvvəlində Azərbaycanda başlamış milli-azadlıq hərəkatı bolşevik rejiminin süqutunu
yaxınlaşdırdı. Xalqın təkidi və tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali
Sovetinin sessiyası dövlətin adını dəyişdirərək “Azərbaycan Respublikası” adlan-
dırdı. AXC-nin üçrəngli, ay-ulduzlu bayrağı bu respublikanın da dövlət bayrağı kimi
təsdiq olundu. Həmin il mayın 21-də verilmiş xüsusi fərmanla 28 may Respublika
Günü elan edildi.
May
Respublika Günü
1918
28
168
1 iyun
Gün çıxır
06:12
Gün batır
21:05
30 iyun
Gün çıxır
06:10
Gün batır
21:15
İy
un
22 may-
21 iyun
Əkizlər bürcünün
Nişanı Havadır.
Merkurinin
himayəsindədir.
Günəşin Əkizlər
bürcünün keçdiyi
dövrdə doğulanlar
çox ağıllı olub, hər
şeyi bilməyə həvəs
göstərir, şəraitə
asanlıqla
uyğunlaşırlar.
Ç 1
Ca 2
C 3
Ş 4
B 5
Be 6
Ça 7
Ç 8
Ca 9
C 10
Ş 11
B 12
Be 13
Ça 14
Ç 15
Ca 16
C 17
Ş 18
B 19
Be 20
Ça 21
Ç 22
Ca 23
C 24
Ş 25
B 26
Be 27
Ça 28
Ç 29
Ca 30
2011
Əlamətdar və
tarixi günlər
Narkоmaniyaya və Nоrkоbiznеsə
qarşı Bеynəlxalq mübarizə Günü
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev
Narkomanlığa və narkotik vəsitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab
edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və
problemin həlli üçün keçirilən tədbirlər keyfiyyətcə yeni
mərhələyə qədəm qoymuşdur.
Bu fərman əsasında ölkəmizdə 2000-ci ilədək
narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə
Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə isə Milli
Məclis tərəfindən «Narkotik vasitələrin, psixotrop maddələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Azərbaycan
Respublikası Qanunu qəbul olunmuşdur. Bu Qanunun başlıca
əh
əmiyy
əti ondan ibar
ətdir ki, Az
ərbaycanda
narkotik tərkibli
bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop
maddələrin istehsalı, dərman preparatlarının və xammalın
hazırlanması qanunla qadağan edilmişdir.
1. Uşaqları Bеynəlxalq Müdafiə Günü
5. Ətraf Mühitin Mühafizəsi Günü
15. Milli Qurtuluş Günü
17. Səhiyyə İşçiləri Günü
18. İnsan Hüquqları Günü
23. Dövlət Qulluqçularının Pеşə Bayramı
26. Milli Silahlı Qüvvələr Günü
26. Narkоmaniyaya və Nоrkоbiznеsə
qarşı Bеynəlxalq mübarizə Günü