176
Aybəniz İbrahim qızı Əliyeva-
Kəngərli 1946-cı il iyun ayının 6-
da Naxçıvan Muxtar Respublika-
sının Şərur rayonunda ziyalı ailə-
sində anadan olmuşdur.
1968-ci ildə Bakı Dövlət Uni-
versitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə
diplomu ilə bitirərək, elə həmin il təyinat üzrə Elmlər
Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat
Muzeyində kitabxana müdiri vəzifəsində işləməyə
başlamışdır. Bu illər ərzində müxtəlif beynəlxalq elmi
konfranslarda iştirak etmiş, Azərbaycanda kitabxana-
çılığın, informasiya texnologiyalarının inkişafına
xidmət edən simpozium və seminarlarda məruzələrlə
çıxış etmişdir. 1992-ci ildə “Azərbaycan nağıllarında
qadın obrazı” adlı namizədlik dissertasiyası müdafiə
edərək alimlik dərəcəsi almışdır. Bir neçə kitabın,
100-ə yaxın elmi-nəzəri tənqidi məqalənin, 20
biblioqrafik göstəricinin müəllifi, redaktorudur.
2000-ci ildən Azərbaycan Milli Elmlər Akademi-
yasının Mərkəzi Elmi Kitabxanasında direktor müa-
vini, 2002-ci ildən direktor
vəzifəsində çalışır. 2010-cu
ildə “Azərbaycan folklor
kitabı: qaynaqları, təşək-
külü və inkişaf mərhələləri”
adlı doktorluq dissertasi-
yasını müvəffəqiyyətlə mü-
dafiə etmişdir.
Azərbaycan Milli Elm-
lər Akademiyasının Fəxri
Fərmanı ilə təltif edilmiş-
dir.
Azərbaycan “Lider qa-
dınlar” konfederasiyasının
AMEA üzrə idarə heyyəti-
nin sədridir. Ailəlidir. 2
qızı, 2 nəvəsi var.
Ədəbiyyat
Abdulla İsmayıl oğlu Qarayev: biblioqrafiya /AMEA Mərkəzi Elmi Kitabxana;
tərt. A.İ.Əliyeva-Kəngərli; red. T.M.Ağayev.- Bakı: Elm, 2009.- 290 s. - (Azərbayca-
nın elm və mədəniyyət xadimləri)
Aida Nəsir qızı İmanquliyeva: biblioqrafiya /tərt.-müəl. A.Əliyeva-Kəngərli,
İ.Səfərov; red. V.Məmmədəliyev; AMEA, Mərkəzi Elmi Kitabxana.- Bakı: Elm,
2009.- 245 s. (Azərbaycanın elm və mədəniyyət xadimləri)
İ
yun
65 illiyi
Ayb
əniz
Əliyeva-
Kəngərli
1946
Folklorşünas
alim
6
177
Azərbaycan folkloru və kitab mədəniyyəti /A.Əliyeva-Kəngərli.-B.: Elm, 2008.-
423 s.
Müasir Azərbaycanda elmin informasiya təminatı və kitabxanalar /A.Əliyeva-
Kəngərli; elmi red.A.Xələfov; rəyçi. R.Kazımov, X.İsmayılov.- Bakı: Elm, 2007.-
394 s.
AMEA Mərkəzi Elmi Kitabxanası müasir informasiya məkanında /A.Əliyeva-
Kəngərli //Respublika.- 2010.- 1 iyul.- S.8.
Azərbaycan elmi kitabı postsovet məkanında /A.Əliyeva-Kəngərli //Elm .-2007.-
30 oktyabr.- S. 7.
Azərbaycan folklor kitabının hazırlanmasında Hənəfi Zeynallının rolu //AMEA
Mərkəzi Elmi Kitabxanası. Elmi əsərlər.- 2009.- № 10.- S.139-144.
Kitabxana informasiya cəmiyyətinin əsas infrastruktur elementidir /A.Əliyeva-
Kəngərli //Kitabxanalar biliklər cəmiyyətində: (ikidilli Azərbaycan-Rusiya layihəsi).-
Bakı, 2006.- S.128-132.
Müstəqillik dövründə Mərkəzi Elmi Kitabxananın fondlarının formalaşması:
inkişafı və təkmilləşdirilməsi tendensiyaları (tədqiqat materialları əsasında)
/A.İ.Əliyeva-Kəngərli //Kitabxanaşünaslıq və informasiya: jurnal.- 2010.-№ 1.- S.32-
39.
Rus dilində
Алиева-Кенгерли А.И. Книжное дело в средневековом Азербайджане
/А.И.Алиева-Кенгерли, Мамедова Л.Г. //AMEA Mərkəzi Elmi Kitabxanası. Elmi
əsərlər.- 2009.- № 10.- 124-130.
İnternetdə
www.csl-az.com
www.elibrary.az
www.meqale.lit.az
Adilə Abdullayeva
178
Xuraman Əkrəm qızı Qasımova
1951-ci il iyun ayının 6-da Bakı
şəhərində anadan olmuşdur.
1975-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasını bitirmişdir.
1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının
solistidir. Səsinin tembri sopranodur. Çox az müddət
Musiqili Komediya Teatrında işləmişdir.
Birinci mükafatı 1977-ci ildə İfaçıların 5-ci Zaqaf-
qaziya müsabiqəsində almışdır. Həmin ildə vokalist-
lərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin
laureatı olmuşdur.
Onun əsas partiyaları F.Əmirovun “Sevil” opera-
sında Sevil və Dilbər, Üzeyir Hacıbəylinin “Koroğlu”
operasında Nigar, C.Puççininin “Bohema” operasında
Mimi və Müzetta, C.Verdinin “Otello” və “Aida”
operasında Dezdemona və Aida, P.Çaykovskinin
“Yevgeni Onegin” operasında Tatyana, Covanni
Perqomzininin “Xanımın qulluqçusu” operasında
Serpina, Şarl Qunonun “Faust” operasında Marqarita,
Zakir Bağırovun “Qoca Xottabıç” operasında Leyla
və başqa operalarda yaratdığı obrazlar Xuraman
Qasımovanın hərarətli sənət axtarışlarının parlaq
nailiyyətləridir.
1981-ci ildə Mariya Kallas adına Beynəlxalq mü-
sabiqənin laureatı olmış, “Qran pri” mükafatının qızıl
medalına layiq görülmüşdür. 1982-ci
ildə Moskvada keçirilən ifaçıların P.Çaykovski adına
8-ci Beynəlxalq müsabiqəsinin laureatı olmuşdur.
Xuraman Qasımova Opera
və Balet Teatrına solist
götürülməmişdən
əvvəl,
məktəbli vaxtlarından bir
neçə bədii filmdə baş
rollara çəkilmişdir. Buna
görə də hələ vokal sənətin-
də tanınmamışdan əvvəl ki-
no aktrisası kimi populyar
olmuşdur. O, “Liftçi qız”
filmində baş rolu ifa etmiş-
dir. Sonralar “Mən ki, gözəl
deyildim”, “Həyat bizi sı-
nayır” filmlərində də ma-
raqlı rollar oynamışdır. Vo-
kal ifaçılığında isə bir qədər
sonralar uğur qazanmışdır.
1982-ci ildən Bakı Mu-
siqi Akademiyasında peda-
qoji fəaliyyətlə məşğuldur.
Xuraman Qasımova sənət
nailiyyətlərinə görə 1984-
cü ildə Azərbaycan Dövlət
mükafatı laureatı, 1986-cı
ildə isə Azərbaycan Res-
publikasının Xalq artisti
fəxri adlarına layiq görül-
müşdür. 1988-ci ildə 8-ci
İ
yun
60 illiyi
Xuraman Qasımova
1951
Müğənni
6