196
AMEA-nın Neft və Qaz yataqları Problemləri İnstitutunun direktoru,
texnika elmləri doktoru, professor Abbasov Midhət Teymur oğlunun
(31.07.1926) anadan olmasının 85 illiyi
Riyaziyyat. Fizika
Riyaziyyatçı alim, professor Rəsulov Məcid Lətif oğlunun
(09.07.1916-11.02.1993) anadan olmasının 95 illiyi
Coğrafiya. Geologiya.
Rus alimi, səyyah və etnoqraf Mikluxo-Maklayın (17.07.1846-
14.04.1888) anadan olmasının 165 illiyi
Kimya. Biologiya
Kimyaçı alim, Dövlət mükafatı laureatı Rəfiyev Mahmud
Məmmədtağı oğlunun (20.07.1916) anadan olmasının 95 illiyi
Musiqi
Xalq artisti, müğənni Kərimova Flora Ələkbər qızının (23.07.1941)
anadan olmasının 70 illiyi
Teatr. Kino
İtalyan kino rejissoru və kino aktyoru De Sika Vittorionun
(07.07.1901-14.11.1974) anadan olmasının 110 illiyi
Əməkdar incəsənət xadimi, kino operator İsmayılov Rasim Rza
oğlunun (13.07.1936) anadan olmasının 75 illiyi
Xalq artisti Mustafayeva Sədayə İsmayıl qızının (15.07.1926-
13.08.2004) anadan olmasının 85 illiyi
Rəssamlıq. Heykəltəraşlıq
Xalq rəssamı Nərimanbəyov Vidadi Yaqub oğlunun (13.07.1926-
2001) anadan olmasının 85 illiyi
197
Holland boyakarı və qrafiki Rembrandt Harmens Van Reynin
(15.07.1606-04.10.1669) anadan olmasının 405 illiyi
Azərbaycanın Xalq rəssamı, qrafik Rəhmanzadə Maral Yusif qızının
(23.07.1916-16.03.2008) anadan olmasının 95 illiyi
Rus boyakarı və qrafiki, Xalq rəssamı Reşetnikov Fyodor Pavloviçin
(26.07.1906-1988) anadan olmasının 105 illiyi
Fəlsəfə
Alman filosofu, riyaziyyatçı, fizik, hüquqşünas Leybnits
Qotfrid Vilhelmin (01.07.1646-14.11.1716) anadan olmasının
365
illiyi
İdman
Əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim, boksçu Ağalarov
Abbas Fərhad oğlunun (15.07.1911-05.03.1969) anadan olmasının 100
illiyi
198
Kərim Məhəmməd oğlu Kərimov
1971-ci il iyul ayının 2-də Şərur rayo-
nunun Qarahəsənli kəndində anadan
olmuşdur.
Orta məktəbi bitirdikdən sonra Tü-
menə getmiş və Ali Hərbi Mühəndis -
Komandirlər Məktəbinə qəbul olun-
muşdur. Siyasi və hərbi hazırlıq əlaçısı idi. Ürəyi hər
zaman Vətən eşqi ilə döyünürdü.
Qarabağda hadisələr şiddətlənəndə onunla təhsil
alan 15 nəfər azərbaycanlı kursantı ətrafına toplayaraq
“Uşaqlar, bu gün Vətənimizin ağır günüdür. Ölkənin
hərbi mütəxəssislərə böyük ehtiyacı var. Əgər biz
günahsız insanların Qarabağda axıdılan qanına biganə
qalsaq, onda torpaq bizi bağışlamaz” demişdi.
Beləliklə, Tümen Ali Hərbi Mühəndis-Komandirlər
Məktəbinin son kursunda təhsil alan tələbələr
Azərbaycana qayıdıb, təhsillərini Bakı Ali Birləşmiş
Komandirlər Məktəbində davam etdirirlər. Onlar
Biləcəridə təlim keçdikdən sonra aprelin 15-də
Goranboy rayonuna yola düşürlər. İlk gündən
“Tümendən gələn zabit” kimi tanınan 21 yaşlı
K.Kərimov istehkamçılar bölməsinə komandir təyin
olunur. O, verilən bütün tapşırıqları itki vermədən,
layiqincə yerinə yetirirdi.
1992-ci il mayın 1-də Tap-Qaraqoyunlu kəndi
ətrafında minalanmış sahələrin zərərsizləşdirilməsi
əməliyyatı başlanmışdı. Əməliyyat zamanı bir nəfər
əsgərimiz yaralanmışdı. Döyüşçüyə birinci qrup qan
lazım olanda ilk dəfə Kərim özü qan vermişdi. Mayın
5-də Kərim bir neçə döyüş
yoldaşı ilə birlikdə quldurlar
yuvası Talış təpəsinə qalx-
mış, onların döyüş hünəri
sayəsində 40 nəfərə yaxın
erməni qulduru məhv edil-
mişdi. Bölmə döyüşə-döyü-
şə yüksəkliyi ələ keçirir.
Səhər saat 5 radələrində Ta-
lış kəndindən baş qaldıran
düşmən, güclü hərbi texni-
kanın köməyilə onları mü-
hasirəyə salır. Şiddətli dö-
yüş başlanır. Kərim öz avto-
matını yoldaşına verir və
qumbaraatanla hücuma ke-
çir. Düşmənin bir döyüş
maşını vurulur. İkinci ma-
şına atəş açılanda artıq Kə-
rim yaralanmışdı. O, əsir
düşməmək üçün odlu siqnal
fişəngini sinəsinə sıxır.
Erməni quldurları Kərimin
və onun bir neçə döyüş
yoldaşının cəsədlərini götü-
rüb aradan çıxartmışdılar.
İyunun 12-də kəndlərin
erməni silahlı quldur dəstə-
lərindən təmizlənməsi əmə-
liyyatı başlanıldı. Qısa müd-
İyul
40 illiyi
Kərim Kərimov
1971-1992
Milli
Qəhrəman
2
199
dət ərzində 14 kənd geri alındı. Ayın 16-da səhər 12-
də Talış kəndinin azad olunması barədə əmr veriləndə
Kərimin atası və əmisi də döyüşlərə qoşulmuşdu. Milli
Ordumuzun tutduğu iki erməninin köməyi nəticəsində
Kərimin fermanın yanında basdırılmış cəsədi tapıldı.
Onun cəsədi Gəncə aeroportuna gətirilərək Naxçıvana
yola salındı.
1992-ci il mayın 5-də Goranboy döyüşlərində
qəhramancasına şəhid olmuş Kərim Kərimov iyunun
17-də doğma kəndi Qarahəsənlidə torpağa tapşırıldı.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 11 sentyabr
1992-ci il tarixli 193 saylı
Fərmanı ilə Kərimov Kərim
Məhəmməd oğlu ölümün-
dən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adına la-
yiq görüldü. Qarahəsənli
kəndində onun büstü qoyu-
lub. Goranboy və Şərur ra-
yonlarında adına məktəb və
küçə var.
Ədəbiyyat
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Kərimov Kərim
Məhəmməd oğlu - istehkamçılar bölməsinin komandiri - Azərbaycan Respublikasının
suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının
erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla
vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti
borcunun yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə]: Azərbaycan
Respublikası Prezidentinin Fərmanı, 16 sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21
sentyabr.- S.1.- (Ölümündən sonra).
Əsgərov, V. Kərimov Kərim Məhəmməd oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.112-113.
Yusifoğlu, İ. Yarımçıq ömrün son akkordu /İ.Yusifoğlu //Ölümü tanrıdan
gələnlər.- Bakı, 1999.- S.10-14.
Kərimov Kərim Məhəmməd oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed.
H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.133.
Saqibə Mehrəliyeva