Microsoft Word 2016 bcc media kit az short docx



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix28.06.2018
ölçüsü2,89 Mb.
#52072
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

 

29 


 

MEDİA XİDMƏTLƏRİ 

 

MEDİA TRANSPORT VƏ NƏQLİYYAT VASİTƏLƏRİ 

 

Heydər Əliyev adına Hava Limanından təyin olunmuş media otellərinə, bu otellərdən isə Media Mərkəzinə və 

Media Akkreditasiya Mərkəzinə media nümayəndələrinin çatdırılması üçün 4 avtobus təyin olunub. Port Baku 

AVM-in əsas girişinin qarşısında, Media Akkreditasiya Mərkəzinin düz yanında Media Parklama Sahəsi olacaq. 

 

Fotoqraflara gəldikdə isə onları trek ətrafında təyin olunmuş məntəqələrə çatdırmaq üçün xüsusi avtobuslar 



fəaliyyət göstərəcək. Əyləncə Zonasında (Bakı Bulvarı) sessiyalar ərzində avtobuslardan əlavə qolf kartlar da 

xidmət göstərəcək. 

 

Hava Limanı – Otel  

 

Tələb əsasında, media üçün təyin olunmuş Neoplan avtobuslar Bakının 20 km şimal-şərqində yerləşən Heydər 

Əliyev adına Hava Limanından yola düşəcək.  Bu avtobuslar Central Park və Azcot media otellərinədək səfər 

edəcək. Hava limanına çatdıqda BŞH-nın Qarşılama və Yola salma Komandası media avtobusları barədə məlumat 

verəcək. Bu avtobusların qabaq şüşəsinin üstünə “Media” yazılıb.    

 

Central Park və Azcot otellərində qalmayan şəxslər də bu nöqtələrdən Bakı Şəhər Halqasına yola düşən 



avtobuslardan istifadə edə bilərlər. Bu iki dayanacaqdan əlavə Bakının mərkəzinə getmək üçün ən yaxşı yol 

Grand oteldir. Buradan sizə lazım olan ünvana asanlıqla çata bilərsiniz.  

 

Hava limanından şəhərin mərkəzinə və əks istiqamətdə hərəkət etmək üçün hər 30 dəqiqədən bir yola düşən 



Baku Bus avtobuslarından da istifadə edə bilərsiniz. Bu ictimai nəqliyyat xidmətinin qiyməti 1.70 manatdır (1 

USD). Hava limanından şəhərin mərkəzinə taksi xidmətinin təqribi qiyməti 25 manatdır. Bakıda Uber taksi 

xidməti də fəaliyyət göstərir.  

 

Otel – Media Mərkəzi (MC)/Media Akkreditasiya Mərkəzi (MAC) – Otel 



 

Media otellərindən Media Mərkəzinə və Media Akkreditasiya Mərkəzinə transfer xidməti mərkəzlərin iş saatlarına 

uyğun olaraq hazırlanıb. Central Park və Stay Bridge otellərində qalmayan media nümayəndələri bu nöqtələrdən 

Bakı Şəhər Halqasına yola düşən avtobuslardan istifadə edə bilərlər. 

 

Media Mərkəzi və Media 

Akkreditasiya Mərkəzi üçün 

Media Otel Xidmətinin İş Qrafiki 

Təqribi çatma 

vaxtı

 

İnterval 

25.04  11:00 – 19:30 

15 dəq 


60 dəq  

26.04  08:30 – 23:30 

60 dəq 

27.04  08:30 – 23:30 



08:30 – 12:30 – 30 dəq 

12:30 – 23:30 – 60 dəq  

28.04  08:30 – 00:30 

08:30 – 12:30 – 30 dəq 

12:30 – 00:30 – 60 dəq 

29.04  08:30 – 02:30 

08:30 – 10:30 – 30 dəq 

10:30 – 02:30 – 60 dəq 

 

 

 

 

 



 

30 


 

MEDİA TRANSPORT VƏ NƏQLİYYAT VASİTƏLƏRİ 

 

Media Parklama Sahəsi – Media Mərkəzi/MAC: 

 

Media Parklama Sahəsi Media Akkreditasiya Mərkəzinə yaxın olduğu üçün bu məntəqələr arasında transfer 



xidməti olmayacaq. 

 

Hər sessiyadan əvvəl və sonra fotoqraflar üçün nəzərdə tutulmuş avtobuslar trek ətrafında vacib nöqtələrə 



transfer xidməti göstərəcək. İş saatları: zəhmət olmasa, Media Mərkəzində fotoqraf avtobusları üçün nəzərdə 

tutulmuş elanlar lövhəsindəki cədvələ baxın. Əyləncə Mərkəzində hər bir sessiya ərzində qolf kartlar xidmət 

göstərəcək. Zəhmət olmasa, ətraflı məlumat üçün “media kit”-də verilən xəritəyə baxın. 

 

Media Mərkəzinə taksi xidməti

 

Bakıda taksi tapmaq çətin deyil. Bununla belə, yarış günləri şəhərin müəyyən hissələrində nəqliyyatın hərəkəti 



məhdudlaşdırılacaq. Hilton oteldə yerləşən Media Mərkəzinə taksiylə gəlmək istəyən media nümayəndələrinə 

tövsiyə olunur ki, 1-ci döngədə yerləşən Marriott otelinin mümkün qədər yaxınlığında taksidən düşdükdən sonra 

yerüstü keçiddən istifadə edərək Paddoka gəlsinlər.  

 

 



 

 

 



 

 

 



 

 


 

31 


 

MEDİA TRANSPORT VƏ NƏQLİYYAT VASİTƏLƏRİ 

 

F1 Konsert Proqramı 

 

Cümə, şənbə və bazar günləri Jamiroquai, Kristina Aqilera və Dua Lipa kimi dünya ulduzlarının ardıcıl axşam 



konsertləri və ardınca Afrojack, Axwell Λ Ingrosso və Martin Solveig kimi məşhur DJ-lərin təqdimatında davam 

edəcək əyləncəli gecə proqramları Bulvarın Bayraq Meydanı hissəsində yerləşən Bakı Kristal zalında keçiriləcək.  

 

Əsas ifaçılar saat 21:00-da səhnəyə çıxmazdan 1 saat əvvəl (saat 20:00-da) səhnə hazırlıqları başlayacaq. 



Konsert proqramı saat 23:00-da bitəcək. Dünyaca məşhur, həmçinin yerli DJ-lərin təqdimatında əyləncə 

proqramı isə 23:00-dan 03:00-a qədər davam edəcək.  

 

Akkreditasiyadan keçmiş bütün media nümayəndələrinin konsert və əyləncə tədbirlərinə girişi təmin olunacaq. 



Sizdən akkreditasiya kartı və məkanda sizə təqdim ediləcək qolbağı hər zaman özünüzlə gəzdirməyiniz xahiş 

olunur.   



 

Bakı Kristal Zalına Necə Getməli  

 

Piyada:  

Bulvar Əyləncə Mərkəzinin ən uzaq nöqtəsindən Bakı Kristal Zalına qədər olan piyada yolu təxminən 5 

kilometrdir. 

 

Avtobusla: 

Hər gün yarış bitdikdən sonra Kristal Zalına yola düşən avtobuslar xidmətinizdə olacaq. Avtobuslar 18-ci 

döngədə yerləşən zonadan yola düşəcək. Əlavə olaraq, daxili avtobus xidməti yarış trekinin ətrafından keçərək 

tamaşaçıları müəyyən nöqtələrdən götürüb 18-ci döngənin olduğu yerə gətirəcək. Daxili transfer avtobuslarına 

minik üçün ən yaxın nöqtə 1-ci döngədir. 

 

BŞH-dan Kristal Zalına: 

Cümə: 20:00 – 21:00  

Şənbə: 19:30 – 21:00 

Bazar: 18:30 – 21:00 



Kristal Zalından BŞH-a: 

Cümə: 23:00 – 04:00  

Şənbə: 23:00 – 04:00 

Bazar: 23:00 – 04:00 

 

Bakı Kristal Zalına və əks istiqamətdə marşrut və avtobus dayanacaqlarının təsvir olunduğu yol xəritəsinin ən 



son versiyasını 

www.bakucitycircuit.com

 veb səhifəsindən əldə edə bilərsiniz. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə