39.3. İnzibati şikayət təmin olunduğu hallarda, icraatla bağlı xərclər müvafiq inzibati
orqanın hesabına ödənilir.
Maddə 40. Sənədləri almaq üçün müvəkkil təyin etmək vəzifəsi
40.1. İnzibati icraatda iştirak edən və Azərbaycan Respublikasında daimi yaşayış yeri
olmayan maraqlı şəxs inzibati orqanın bu barədə onu xəbərdar etdiyi gündən üç gün
müddətində Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan fəaliyyət
qabiliyyətli şəxsi inzibati icraatla bağlı həmin maraqlı şəxsə ünvanlanan sənədləri almaq
üçün müvəkkil təyin etməlidir. İnzibati orqan maraqlı şəxs üçün nəzərdə tutulan bütün
sənədləri həmin müvəkkilə göndərməyə borcludur.
40.2. Şəxs bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulmuş tələbə əməl etmədiyi
halda, inzibati orqan həmin şəxs tərəfindən sənədlərin alınmamasına görə məsuliyyət
daşımır və bu, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati aktın etibarsız
sayılması üçün əsas ola bilməz.
Maddə 41. Ekspert və ya mütəxəssisin təyin edilməsi
41.1. İnzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün
inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
41.2. İnzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin
qərarda ekspert rəyinin tələb olunduğu sualların dairəsini (ekspert araşdırmasının
predmetini) müəyyənləşdirir.
41.3. Maraqlı şəxslər ekspertiza zamanı araşdırılmalı olan əlavə sualları və bu
suallarla bağlı əlavə sənədləri inzibati orqana təqdim etməkdə haqlıdırlar. İnzibati orqan
maraqlı şəxslərin təklif etdikləri sualların rədd edilməsini əsaslandırmağa borcludur.
41.4. Ekspertiza inzibati orqanın qərarına əsasən Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq qurumların ekspertləri və ya
mütəxəssisləri tərəfindən keçirilir.
41.5. Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddət nəzərdə
tutulmamışdırsa, ekspert inzibati orqan tərəfindən təyin olunmuş müddət ərzində
tədqiqat üzrə rəy təqdim etməyə borculudur.
41.6. İnzibati orqanın və ya maraqlı şəxsin tələb etdiyi hallarda ekspert və ya
mütəxəssis rəylə bağlı əlavə izahat verməyə borcludur.
41.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, ekspertizanın keçirilməsi, ekspertin və ya mütəxəssisin haqqının
ödənilməsi ilə bağlı xərclər inzibati orqanın hesabına ödənilir.
Maddə 42. Vəzifəli şəxsə etiraz etmək üçün əsaslar
42.1. İnzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsi:
42.1.1. həmin işin nəticəsində şəxsən maraqlı olduqda;
42.1.2. işdə iştirak edən maraqlı şəxs və ya onun nümayəndəsi ilə qohumluq
əlaqəsindədirsə və ya əvvəllər qohumluq əlaqəsində olmuşdursa;
42.1.3. işdə iştirak edən maraqlı şəxsin nümayəndəsi olduqda;
42.1.4. özü və ya ailə üzvləri maraqlı şəxsə məxsus müəssisənin aksiyaları və ya
nizamnamə kapitalına sahib olduqda;
42.1.5. onun obyektivliyinə və ya qərəzsizliyinə şübhə doğuran yetərli başa əsaslar
olduqda inzibati icraatda iştirak edə bilməz.
42.2. Bu Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, vəzifəli
şəxs özü-özünə etiraz etməyə borcludur.
42.3. Maraqlı şəxs bu Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar
olduqda, işə baxan vəzifəli şəxsə, işə kollegial qaydada baxıldıqda isə kollegiyanın
istənilən üzvünə etiraz edə bilər.
Maddə 43. Ekspertə, mütəxəssisə və ya tərcüməçiyə etiraz etmək üçün əsaslar
43.1. Bu Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda ekspertin,
mütəxəssisin və ya tərcüməçinin inzibati icraatda iştirakına yol verilmir.
43.2. Ekspert və ya mütəxəssis habelə aşağıdakı hallarda inzibati icraatda iştirak edə
bilməz:
43.2.1. işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən xidməti və ya
sair cəhətdən asılı olduqda;
43.2.2. inzibati icraatın başlanılması üçün əsas olmuş materiallar üzrə təftiş
apardıqda və ya həmin materiallardan inzibati icraatda istifadə olunduqda.
Maddə. 44. Etiraz haqqında ərizələrə baxılması və həll edilməsi qaydası
44.1. Vəzifəli şəxsin özü-özünə etiraz etməsi və ya vəzifəli şəxsə etiraz etmə haqqında
ərizə iş üzrə inzibati akt qəbul olunana qədər yazılı formada verilməli və
əsaslandırılmalıdır.
44.2. Etiraz haqqında ərizəyə etirazın verildiyi vaxtdan ən geci bir gün müddətində
baxılmalıdır.
44.3. Etiraz haqqında ərizəyə etiraz edilən vəzifəli şəxsin birbaşa rəhbəri və ya həmin
izibati orqanın rəhbəri tərəfindən baxılır və müvafiq qərar qəbul edilir. İnzibati orqanın
rəhbərinə etiraz haqqında ərizəyə müvafiq nəzarət orqanı tərəfindən baxılır və qərar
qəbul edilir.
44.4. Kollegial orqanın üzvünə etiraz haqqında ərizəyə etiraz edilən vəzifəli şəxsin
iştirakı olmadan kollegial orqanın üzvləri tərəfindən baxılır və bu barədə səs çoxluğu ilə
müvafiq qərar qəbul edilir. 44.5. İnzibati orqan etirazla bağlı qərar barədə maraqlı şəxsə
bu Qanunla nəzərdə tutulmuş qaydada məlumat verməlidir.
44.6. Etirazla bağlı qərardan bu Qanunla müəyyən olunmuş qaydada şikayət verilə
bilər.
Maddə 45. İnzibati icraatda
sübutlar
45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri
hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır.
45.2. İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə
vasitələrindən: