45.2.1. sənədlərdən;
45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından;
45.2.3. şahid ifadələrindən;
45.2.4. müvafiq müayinələrin aparılmasından;
45.2.5. ekspert rəylərindən;
45.2.6. hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş
arayışlardan;
45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna
bilər.
45.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
Maddə 46. Sübutların təqdim edilməsi və tələb olunması
46.1. İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən
edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar
barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar.
46.2. İşdə iştirak edən şəxsin zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda,
o, həmin sübutları tələb etmək barədə vəsatətlə inzibati orqana müraciət edir. Vəsatətdə
sübutların iş üçün əhəmiyyətli, əlamətləri və olduğu yer göstərilməlidir. İnzibati orqan
həmin sübutları tələb etməyə və onların təqdim olunmasını təmin etməyə borcludur.
46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb
olunması qadağandır.
Maddə 47. Sübutların qiymətləndirilməsi
47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi
hallara müvafiq olaraq qiymət verir.
47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı
əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın
qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə
borcludur.
Maddə 48. İnzibati icraatda müddətlərin hesablanması
48.1. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının
başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
48.2. Qanunla müəyyən olunmuş müddətin axını müddətin başlanğıcının təyin
edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
48.3. Müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan
tərəfindən təyin edilir. 48.4. İnzibati orqan tərəfindən təyin edilmiş müddətin axını
həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın
rəsmi elan olunduğu andan başlanır.
48.5. Müddətlər təqvim günləri ilə hesablanır.
48.6. Müddətin son günü qeyri-iş gününə düşərsə, növbəti iş günü müddətin
qurtardığı gün hesab olunur.
Maddə 49. Müddətlərin uzadılması
49.1. İnzibati orqan tərəfindən təyin edilmiş müddətlər maraqlı şəxsin ərizəsi üzrə
həmin orqan tərəfindən uzadıla bilər.
49.2. İnzibati orqan təyin edilmiş müddətə əməl olunmamasının nəticələri barədə
maraqlı şəxsləri xəbərdar etməyə borcludur.
Maddə 50. Müddətlərin bərpası
50.1. İnzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini
üzürlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
50.2. Maraqlı şəxs bu Qanunun 50.1-ci maddəsində göstərilmiş səbəblər aradan
qalxdığı vaxtdan ən geci 10 gün müddətində buraxılmış müddətin bərpa olunmasına
dair yazılı ərizə ilə inzibati orqana müraciət etməlidir. Ərizəyə müddətin buraxılması
səbəbinin üzürlü olduğunu təsdiq edən sənədlər əlavə olunmalıdır.
50.3. İnzibati orqan buraxılmış müddətin bərpa olunmasına dair ərizəyə 5 gün
müddətində baxır.
50.4. Müddətin bərpası haqqında ərizənin verilməsi ilə eyni vaxtda müddəti
buraxılmış hərəkət də edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və
s.).
50.5. Qanunla birbaşa qadağan olunmuş hallarda buraxılmış müddətin bərpasına yol
verilmir.
50.6. Buraxılmış müddətin bərpa olunmasından imtina edilməsi haqqında inzibati
orqanın qərarından maraqlı şəxslər bu Qanunla nəzərdə tutulmuş qaydada şikayət verə
bilərlər.
Maddə 51. İnzibati icraat haqqında xəbərdar etmək
51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri,
ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı
iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur.
51.2. Bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın
çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər.
51.3. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana
göndərilir.
51.4. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın
onunla birgə yaşayan yaxın qohumlarına verilir.
51.5. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə
iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır.
Maddə 52. İnzibati icraatın müddəti
52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı
vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi
və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir.
52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci
maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.
52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu
Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb
olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün
olmaqla iki dəfə uzaldıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə
maraqlı şəxsə məlumat verilir.
52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin
uzadılmasına
səbəb
olan
hallar
inzibati
orqan
tərəfindən
izibati
aktda
əsaslandırılmalıdır.
52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın
ümumi müddəti 90 gündən çox ola bilməz.
V fəsil
Kollegial inzibati orqanda inzibati icraat
Maddə 53. Kollegial inzibati orqanda inzibati icraat qaydası
53.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanda
icraat bu fəslin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
53.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş ərizəyə dair qərar yalnız kollegial
orqan tərəfindən qəbul edilir.
53.3. Bu Qanunun 53.2-ci maddəsində nəzərdə tutulmuş qayda, ərizənin həmin
kollegial orqanın rəhbər vəzifəli şəxsi tərəfindən aidiyyəti üzrə müvafiq inzibati orqana
göndərilməsi və ya ərizənin baxılmamış saxlanılması hallarına şamil olunmur.
Maddə 54. Kollegial orqanın iclasının keçirilmə qaydası
54.1. Kollegial orqanın iclasını bu orqanın rəhbər vəzifəli şəxsi, o, olmadıqda isə
qanunvericiliyə müvafiq şəkildə iclasın sədri seçilmiş şəxs açır və bağlı elan edir.
54.2. İclasın sədri iclası cari gündəliyə müvafiq olaraq aparır.
Maddə 55. Kvorum
55.1. Kollegial inzibati orqanın iclasına onun bütün üzvləri dəvət olunur.
55.2. Kollegial inzibati orqan onun üzvlərinin ən azı yarısı (üç nəfərdən az olmamaq
şərtilə) iclasda iştirak etdiyi hallarda qərar qəbul etmək səlahiyyətinə malikdir.
55.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, kollegial inzibati orqanın qərarı, iclasda iştirak edən üzvlərin
yarısından çoxu həmin qərarın lehinə səs verdikdə qəbul edilmiş sayılır.
Maddə 56. Kollegial inzibati orqanın iclasının protokolu
Dostları ilə paylaş: |