Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə141/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   137   138   139   140   141   142   143   144   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1051


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Is it white? Is it the chalk? 

3. 20 Question. Bu oyun yuxarı siniflərin daha hazırlıqlı uşaqları arasında aparılır. Onun 

məqsədi – insanların, heyvanların, təbiət hadisələrinin, çay, dağ, şəhər və s. adlarını tapmaq-

dır. Burada 20 sual verilə bilər. “Guess it”oyununda olduğu kimi xüsusi adlar istisnalıq təşkil 

edir. Sual növləri genişləndirilir. Lakin heyvanların adını tapmağa səy göstərərkən “where 



does this animal live?”sualını vermək olar. 

Does this animal live in the forest or at home? 

Xarici dilin tədrisində oyun metodları təkcə qrammatikanın deyil, dilin digər iki aspek-

tinə də (fonetika, leksika) əhəmiyyət verir və digər təlim üsullarından fərqli olaraq onları ünsiy-

yət baxımından qiymətləndirir, kommunikativ konteksti həlledici hesab edir. Bu, metodika ta-

rixində dil aspektlərinə olan ən yeni və perspektivli yanaşmadır. 

 

 

THE ESSENCE OF LANGUAGE AS A BIOLOGICAL  

AND SOCIOLOGICAL EVENT 

 

Khanim AHMADOVA 

Khazar University 



ahmadova_khanim@hotmail.com 

AZƏRBAYCAN 

 

Dil çox mürəkkəb və sirli hadisədir. Dilin mahiyyətinin açılması qədim dövrdən bugünə 



qədər alimləri düşündürmüş və onların müxtəlif tədqiqatlar, eksperimentlər aparmasına səbəb 

olmuşdur. Amma qədim dövrdən tədqiq olunmağına baxmayaraq, bugün də bu mövzunun 

araşdırılması labüddür. Belə ki, sadə bir sual qoyaq: Artıq dilin necə yarandığı, yaxud “Dil nə-

dir?” sualını verən zaman beynimizdə tam və dolğun cavab yaranırmı. Düşünürük ki, xeyir. 

Bəziləri dilin yaranmasını təbiətlə bağlayır, bəziləri isə onun ilahi qüvvə tərəfindən insanlara 

bəxş edildiyini iddia edirlər. Qeyd edək ki, hər iki iddianın tərəfdarlarının haqlı dəlilləri vardı 

və bu barədə xeyli faktlar mövcuddur. Məsələn, Ferdinad de Sössür və onun tərəfdarları “Dil 

ona görə lazımdır ki, danışıq anlaşıqlı olsun, bununla da səmərə versin” kimi fikirləri dəstək-

ləyirlər. Müasir dövr dilçiliyində isə dilin mahiyyəti ilə bağlı yeni mülahizələr vardır. Qeyd 

etdiyimiz kimi, bütün bu iddialar hələ  də tam şəkildə “Dil nədir?” və onun mahiyyəti necə 

müəyyən olunur sualını tamlaşdırmayıbdır. Bu məsələnin psixoloji, elmi və məntiqi çalarları 

onu aktual edir.  

Qeyd etdiyimiz kimi, dilin öyrənilməsi, mahiyyəti dilçiləri və filosofları həmişə düşün-

dürən bir mövzu olub. Qədim yunanlar insanı öz həmcinsləri ilə ünsiyyətə girən sosial varlıq 

kimi başa düşürdülər. Fəlsəfə  və  təbiət elmlərinin inkişaf etməsilə dilin mahiyyəti ilə bağlı 

çoxlu dəyərli fikirlər meydana gəlmişdir. Bəziləri dili təbiətlə bağlayır, bəziləri isə onun ilahi 

qüvvə tərəfindən insanlara bəxş edildiyini iddia edirlər . Təbii ki, bunlar uzun tədqiqat və eks-

periment tələb edən iddialardır və biz hazırda bu məsələni müzakirə etmirik. Əsas məqsədi-

miz tarixi araşdırma apramaq və dil haqqında deyilənləri ümumiləşdirib “dil nədir?” sualının 

cavabını tapmağa çalışmaqdır.  

Dilçiliyin tarixinə nəzər salsaq müşahidə edərik ki, V.fon Humboldt və F.de Sössürün 

önəm verdiyi əsas məsələlərdən biri dilin mahiyyəti ilə bağlı olmuşdur. F.de Sössürün “Ümu-

mi dilçilik kursunu” nəzərdən keçirdikdə onun dil haqqında fikirləri yığcam və inandırıcı şə-

kildə izah etdiyi aydın görünür. F.de Sössür dil haqqındakı elmin elmlər arasında yerini göstər-

məklə yeni mərhələyə  qədəm qoymuşdur. O, dilin ayrılıqda tərifini verməyə çalışmışdır. O 

yazır: “Dil danışıq fəaliyyətinin yalnız müəyyən hissəsini, lakin əsas hissəsini təşkil edir. Kol-

lektiv tərəfindən qəbul edilmiş zəruri şərtiliklərin məcmusu olan dil elə bir sosial məhsuldur 

ki, hər bir dil daşıyıcısında mövcud olmaqla, danışıq fəaliyyətinin reallaşmasını, funksiyadaş-

ıma qabiliyyətini təmin edir”. Bütövlükdə, danışıq fəaliyyət olmaqla müxtəlif və rəngarəng-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1052


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

dir; ayrı-ayrı sahələrə yayılaraq eyni zamanda fiziki, fizioloji və psixoloji olmaqla, həm fərdi, 

həm də sosial sferaya aiddir; onu insanın həyat hadisələrinin heç bir kateqoriyasına aid etmək 

olmaz, çünki burada bütövlük yaratmaq üsulu məlum deyil. Bunun əksinə olaraq, dil özlüyün-

də bütövdür. Bir qədər sonra o qeyd edir ki, danışıq fəaliyyətinin öyrənilməsi iki hissədən iba-

rətdir ki, birincisi əsas olan dildir; ikincisi isə ikinci dərəcəli hesab edilə bilər ki, o da danışıq-

dır. Onun yazdığına əsasən aydin olur ki, dil mahiyyətcə sosial, fərddən asılı olmayan bir ins-

trumentdir və o tamamilə psixidir. F.de Sössür dil barədə yazır: “Dil ona görə lazımdır ki, da-

nışıq anlaşıqlı olsun, bununla da səmərə versin”. 

F. de Sössürün dil haqqında fikirlərinə münasibət bildirən L.Yelemsev yazır: “F.de 

Sössürün əsas xidməti ondadır ki, o, dili kəşf etmişdir. Dil insana öz davranışını və başqaları-

nın davranışını öyrənməyə kömək edir” .  

N.Xomskinin də dil haqqında maraqlı fikirləri vardır. O yazır ki, dil səriştədir (kompe-

tensiya) və bu səriştəni həyata keçirmək vasitəsidir. N.Xomskiyə əsaslanaraq alimlər müasir 

dilçiliyi səriştə (kompetensiya) haqqında elm, əsrin birinci yarısındakı dilçiliyi dil strukturu, 

XIX  əsr dilçiliyini isə dil tarixinin linqvistikası adlandırırlar. F.de Sössür dil fəaliyyəti 

(language), konkret dil sistemi (langue) və danışıq (parole) konsepsiyasından çıxış edirdisə, 

N.Xomski səriştəni (kompetensiyanı) və onun bilavasitə tətbiqini (performance) əsas götürür. 

Birincisi dildə danışa bilmək üçün tarixən əldə edilmiş müəyyən bilgidirsə, ikincisi həmin bi-

liklərin bilavasitə danışıqda öz əksini tapmasıdır. N.Xomski biliklə, yəni adamın biliyi və bu 

biliklər səriştəsi ilə həmin biliyin danışıqda həyata keçirilməsini aydın fərqləndirir.  

Daha sonra N.Xomski yazır ki, F.de Sössür və V.fon Humboldtun dil haqqında görüşlə-

rinin formalaşmasına amerikan dilçisi U.D.Uitninin böyük təsiri olmuşdur. O göstərir ki, U.D. 

Uitniyə görə V.fon Humboldtun dilçilik nəzəriyyəsi müəyyən məqamlarda Kartezian mək-

təbinin fikirlərinin davamıdır deyənlər səhv edirlər, əksinə, dil sadəcə “böyük sayda olan və 

hər biri öz vaxtına, məqamına və təsirinə malik hissələrdən ibarətdir”. U.D.Uitni yazır ki, dil 

konkret olaraq, insanın öz fikirlərini ifadə etmək üçün istifadə etdiyi söz və sintaqmların 

(frazemlərin) cəmidir . 

Dilçi alim E.Koseriunun da dil barədə maraqlı fikirləri var. O yazır: “Dil hüquq və din-

də olduğu kimi insanların ümumi sərvətidir. O nəzərdə tutur ki, bütün xalqların fikirlərini ifa-

də edə biləcəkləri dil vardır” . Daha sonra E.Koseriu sözünə davam edərək yazır: “Dil tarixən 

tək bir dil sistemi olmayıb, qismən müxtəlif dil sistemlərinin  şəbəkəsidir, toplusudur. Onda 

fonetik, qrammatik və leksik fərqlər nəzərə çarpır.  

Qeyd etmək lazımdır ki, hazırda dilin hamı tərəfindən qəbul olunmuş tərifini tapmaq çə-

tindir. Dil haqqında yuxarıda qeyd etdiyimiz fikirlərdən də gördüyümüz kimi onlar hərəsi dilin 

bir aspektini açıb izah edir. Apardığımız araşdırmalar onu göstərir ki, dilçiliyin yaranması ta-

rixindən bəri dil həmişə dilçilərin diqqət mərkəzində olmuşdur. Ancaq bugün də dilin mahiy-

yəti barədə fikir müxtəlifliyi baş alıb gedir. Sosial hadisə kimi dilin dilçilik üçün əhəmiyyəti 

öz həllini tapmaqdadır.  

 

 



 JOHN GARDNER’S GRENDEL: A STORY OF A “ MONSTER” 

 

Aysel RAHIMLI 

AZƏRBAYCAN Dillər Universiteti 

atatli@qu.edu.az 

AZERBAIJAN 

 

Looking for meaning in life. For a long time, humanity has wondered how to transcend 



suffering and find meaning in life. May be there is no way of knowing life’s ultimate 

meaning,but so many writers have tried to produce excellent theories on the importance of 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə