Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə21/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   17   18   19   20   21   22   23   24   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

811



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

nın dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haqqında ilkin anla-

yışların yaradılması təmin olunur. 

Təlim digər dillərdə aparılan məktəblərdə Azərbaycan əlifbasının, çoxişlək sözlərin, söz 

birləşməsi və cümlə modellərinin,  ən zəruri nitq etiketlərinin, tələffüz və yazı qaydalarının 

mənimsənilməsi təmin olunur, şagirdlərdə dinləyib anlama, düzgün və sürətli oxu, ilkin şifahi 

nitq və təcrübə bacarıqları formalaşdırır. 

Ümumi əsas təhsil pilləsində şagirdlərdə ifadəli və şüurlu oxu, aydın, səlis, düzgün şifa-

hi və yazılı nitq vərdişlərinin inkişaf etdirilməsi, nitqin leksik, qrammatik və üslubi cəhətdən 

zənginliyi, təcrübi baxımdan əhəmiyyətli olan dilçilik anlayışları və qaydalarının mənimsənil-

məsi, dil hadisələri zəminində şagirdlərin idrak fəaliyyətinin və ünsiyyət bacarıqlarının inki-

şafı, şagirdlərdə ana dilinə məhəbbət və hörmət hissinin formalaşdırılması təmin edilir. 

Azərbaycan dilinin praktik öyrənilməsi üçün zəruri fonetik, leksik, qrammatik 

xüsusiyyətlərin, dil və nitq vahidlərinin məna və intonasiyasının mənimsənilməsi,  şüurlu və 

ifadəl oxuya, nitqin müxtəlif forma və tiplərinə dair bacarıqların, dövlət dili kimi Azərbaycan 

dilinə hörmət və məhəbbət hissinin formalaşdırılması təmin olunur. 

Ümumi orta təhsil pilləsində isə  əsas təhsil pilləsindəki fəaliyyət istiqamətləri inkişaf 

etdirilməklə ədəbi dilin üslublarından istifadə imkanlarının genişləndirilməsi, şifahi və yazılı 

nitq prosesində nitq mədəniyyətinin tələblərinə riayət edilməsi, natiqlik vərdişləri element-

lərlərinin yaradılması təmin olunur. 

Əsas təhsil pilləsində müəyyən olunmuş  fəaliyyətlər inkişaf etdirilməklə nitq müxtəlif 

üslublarda dəqiq və düzgün qurmaq, Azərbaycan dilində düşünmək, ünsiyyət məqamına görə 

fikri sərrast ifadə etmək, zəruri yazı qaydalarını tətbiq etmək bacarıqları formalaşdırılır. 

Bir-biri ilə bağlı olub bir bütöv-sistem təşkil edən bu pillələrdə görülən işlər "Azərbay-

can dili"fənninin tədrisini reallaşdırır. 

"Müəllim bir zəkanı tamamilə hazır məlumatlarla dolduran təlimçi deyil, tələbələrin öz-

özlərinə fikirlərini inkişaf etdirmələri üçün onları cəlb edən bir insan, bələdçi olmalıdır". A. 

Karrelin vaxtilə dediyi bu sözlər Milli kurikulumun mahiyyətini, əhəmiyyətini tam dolğunlu-

ğu ilə özündə əks etdirir. 

 

 



AZƏRBAYCAN JURNALİSTLƏRİNİN PEŞƏ 

ETİKASI: REALLIQLAR VƏ GÖZLƏNTİLƏR

 

 

Vüsalə QULİYEVA 

Bakı Slavyan Universiteti 



vusale-famil@mail.ru 

AZƏRBAYCAN



 

 

Azərbaycanda da jurnalist fəaliyyəti əksər ölkələrdə olduğu kimi müxtəlif normativ hü-

quqi aktlar və qanunlarla tənzimlənir. Bu qanun və qaydalar konkret situasiyalarda jurnalis-

tlər üçün sərhədləri müəyyənləşdirir, onların məsuliyyətini artırır. Milli qanunvericiliyimizi 

bu baxımdan təkmil hesab etmək olar. Belə ki, ölkəmizdə söz və mətbuat azadlığına təminat 

verən, kütləvi informasiya vasitələrinin (KİV) sərbəst və maneəsiz fəaliyyətinə imkan yaradan 

kifayət qədər qanunlar mövcuddur. Ali qanunverici sənədimiz olan Azərbaycan Respublika-

sının Konstitusiyasından başlayaraq, “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya 

əldə etmək haqqında” və s. qanunlar jurnalistlərə öz peşə fəaliyyətini həyata keçirmək üçün 

kifayət qədər hüquqlar verir.  

Lakin bəzən jurnalistlər onlara verilən bu hüquqlardan sui-istifadə hallarına yol verirlər. 

Bu baxımdan, milli qanunvericiliyimiz bir sıra məqamları qadağan edir və bunun qarşısını al-




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

812



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

maq üçün məsuliyyət tədbirləri nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyası-nın 

47-ci maddəsi irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol 

vermir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu infor-

masiya azadlığından sui-istifadəni yolverilməz hesab edir. 

Jurnalist fəaliyyətində elə məqamlar da var ki, onlar heç bir qanunla tənzimlənmir və sırf 

əxlaq və vicdanla bağlıdır. Bu mənada etik prinsiplər jurnalist fəaliyyətinin ayrılmaz tərkib 

hissəsidir. Yüksək peşəkarlıq, bilik, bacarıq və cəsarətlə yanaşı, cəmiyyət qarşısında daşıdığı 

məsuliyyəti dərk etmək və etik normalara əməl olunması jurnalistin mənəvi borcudur. 

Dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da jurnalistlərin etik davranış 

qaydaları birdən-birə yaranmayıb, müəyyən dövrlərdə formalaşaraq hazırkı şəklini alıb. 

Azərbaycan jurnalistlərinin peşə etikası  ənənələrindən danışarkən XIX əsrdə yaşayıb-

yaratmış görkəmli publisist və jurnalistlərimizin adını  çəkməmək olmaz. M.F.Axundov, H. 

Zərdabi, Ü.Hacıbəyli, C.Məmmədquluzadə və başqaları yaradıcılıqlarında etik normalara daim 

diqqət yetirmişlər. 

1993-cü ildə Azərbaycan Jurnalistlər Birliyi tərəfindən jurnalistlərin peşə etikası kodeksi 

qəbul edilib. Lakin cəmiyyət dəyişdikcə jurnalistlərin qarşısında duran etik prinsiplər də dəyi-

şib və müstəqilliyimizin ilk illərində qəbul edilmiş bu kodeks öz əhəmiyyətini itirib. 2003-cü 

ildə Azərbaycan Jurnalistlərinin I Qurultayında “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı 

Qaydaları” qəbul edilib. Həqiqətə xidmət, dəqiqlik və obyektivlik, informasiya qaynağına say-

ğılı yanaşmaq, şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı, jurnalistin özünün 

və çalışdığı orqanın reputasiyasını qoruması kimi prinsiplər bu sənədin başlıca müddəalarıdır. 

Bu gün Azərbaycan jurnalistlərinin böyük əksəriyyəti tərəfindən “Azərbaycan Jurnalistlərinin 

Peşə Davranışı Qaydaları”na əməl olunur. Üstəlik son illər bu sahədə müsbət irəliləyişlər də 

müşahidə olunmaqdadır. Belə ki, KİV nümayəndələri tərəfindən etik davranış qaydalarına 

əvvəlki illərə nisbətən daha çox əməl olunur, Azərbaycan jurnalistləri müxtəlif yaş tərkibinə 

və dünyagörüşünə malik oxucuları (tamaşaçıları  və ya dinləyiciləri), ümumiyyətlə  cəmiyyət 

qarşısında məsuliyyətlərini daha çox dərk edirlər.  

Bununla belə, hələ də Azərbaycan KİV-də etik davranış qaydalarının pozulması halları-

na rast gəlinir. Bu gün Azərbaycan jurnalistikasının etika ilə bağlı başlıca problemi informasi-

ya mənbəyinin göstərilməməsi ilə bağlıdır.  İnformasiya mənbəyinin göstərilməsi mühüm 

beynəlxalq doktrinaya çevrilsə də, hələ də dünya KİV-lərində, eləcə də Azərbaycan jurnalis-

tikasında bu prinsipin pozulması halları qalmaqdadır. Televiziya və radio kanalları ilə müqa-

yisədə ölkəmizdə fəaliyyət göstərən qəzet və informasiya portallarında yerləşdirilən bəzi mə-

lumatların mənbəyi göstərilmir, “etibarlı  mənbənin verdiyi məlumata  əsasən”, “məlumatlı 

mənbənin bildirdiyinə görə” kimi ifadələrdən istifadə olunur. Mənbəyi bilinməyən məlumat-

lar inandırıcı olmadığı kimi jurnalisti də nüfuzdan salır, oxucuların inamını azaldır. Bəzən 

anonim mənbə ənənəsi jurnalistlər tərəfindən qeyri-əxlaqi məqsədlər üçün də istifadə olunur.          

Azərbaycan jurnalistikasında etik davranış qaydalarının pozulması ilə bağlı diqqəti cəlb 

edən başqa bir məqam KİV nümayəndələrinin şəxsi həyatın toxunulmazlığı prinsipini pozma-

sıdır. Bu özünü daha çox tanınan şəxslərə - siyasətçi, dövlət məmuru və incəsənət xadimilə-

rinə münasibətdə göstərir. Bəzi KİV-lər şəxsi həyatın toxunulmazlığı prinsipinə əməl etməyə-

rək başqalarının şəxsi həyatına dair faktları ictimai maraq kəsb etmədiyi hallarda belə açıqla-

yırlar. Bundan başqa, kriminal xarakterli məlumat və məqalələrdə zərərçəkən şəxslərin, cina-

yət törətmiş azyaşlıların adlarının və fotoşəkillərinin göstərilməsi halları hələ də qalmaqdadır. 

Bununla belə, bu sahədə əvvəlki illərlə müqayisədə ciddi irəliləyişlər var. 

Plagiat həm hüquqi, həm də etik baxımdan yolverilməz olduğu halda, ölkə mətbuatında 

bəzən bu prinsipə də əməl olunmur. Azərbaycan jurnalistikasında plagiata daha çox informa-

siya agentlikləri məruz qalır. Belə ki, bəzi qəzet və informasiya portalları agentliklərin məlu-

matından onlara istinad etmədən istifadə edirlər və s. 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə