Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə17/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   13   14   15   16   17   18   19   20   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

803



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Abbas Hacıyev isə özünün “Tiflis ədəbi mühiti” adlı monoqrafiyasında E.Sultanovun 

müxtəlif istiqamətli yaradıcılığına toxunur, ədibin folklorla bağlılığı haqqında da söhbət açır, 

folklorun toplanması, öyrənilməsi, təbliği, tərcüməsi sahəsində E.Sultanovun xidmətlərini 

göstərərək yazır: “Eynəli Sultanov da şifahi xalq ədəbiyyatı ilə ciddi maraqlanır, xalq 

məsəlləri və atalar sözləri toplayır, onların tərbiyəvi əhəmiyyətini, ideya-bədii xüsusiyyətləri, 

daxili hərarəti və emosiyası haqqında oxucularda aydın təsəvvür oyatmağa çalışırdı”. Müəllif 

ümumilikdə belə  qənaətə  gəlir ki, “E.Sultanov folkloru yazılı  ədəbiyyatın inkişafı üçün 

mənbə, praktik qənaətlərin poetik ifadəsi adlandırırdı”. 

Maarifçi ziyalının folklorşünaslıq irsi müstəqillik dövrü Azərbaycan  ədəbiyyatşünas-

lığında akademik İsa Həbibbəylinin axttarışlarında da özünü göstərir. E.Sultanovun Azərbay-

can el ədəbiyyatı nümunələrini xüsusi qayğı ilə topladığına toxunan İ.Həbibbəyli öz tədqiqat-

larında ədibin xalq ədəbiyyatı nümunələrinin toplanma vəziyyəti və qaydaları haqqında şərh-

lər irəli sürdüyünü diqqətə çatdırır: “Şifahi xalq ədəbiyyatı  ənənələrinə qüvvətli meyl onun 

əsərlərinin bədii-emosional səviyyəsini yüksəltdiyi kimi, xəlqilik keyfiyyətini də gücləndir-

mişdir” deyən akademik E.Sultanovun bədii əsərlərində də folklordan geniş istifadə etdiyini 

bildirirərək yazır: “E.Sultanovun müdrik xalq hikmətlərini yorulmadan yazıya alıb dərc etdir-

məsi xalqına böyük məhəbbət bəsləyən həssas bir ziyalının vətəndaşlıq borcundan çox, həmin 

folklor nümunələrinin vasitəsiylə içində yaşadığı cammaatın bağrından qopan, ürəyindən 

süzülüb gələn işıqlı ümidlərinin dilləndirilməsi təsiri bağışlayır”. 

Digər filoloq-alim A.Feyzullayevanın tədqiqatlarında E.Sultanovun folklorla bağlılığı, 

“Novoye obozreniye” qəzetindəki məqalələrinin timsalında ətraflı tədqiqatçı müşahidəsindən 

keçirilir. “Maarif carçıları” monoqrafiyasında müəllif  bu barədə ətraflı bəhs edərək bu qəna-

ətə gəlir ki, E.Sultanov öz hekayələrində çoxlu atalar sözü, zərb-məsəl, xalq mahnısı, bayatı, 

qoşma, aşıq  şeiri və s. folklor nümunələrindən istifadə etmişdir. O, zəngin xalq müdrikliyi 

xəzinəsinin pərəstişkarlarından biri idi, atalar sözlərində çoxəsrlik xalq təcrübəsinin 

təcəssümünü görürdü. E.Sultanov Azərbaycan folklorunu səbrlə, diqqətlə toplayır və  tədqiq 

edirdi. O, şifahi xalq yaradıcılığını xalq təfəkkürünün və psixologiyasının güzgüsü sayırdı. 

E.Sultanovun folklorşünaslıq fəaliyyətinə geniş yer ayrılan araşdırmada ilk dəfə 

Azərbaycan atalar sözlərinin ideya məzmununa, məna və  bədii xüsusiyyətlərinə əsaslanaraq 

təsnifatının E.Sultanov tərəfindən aparıldığı qeyd edilir.  

Azərbaycan folklorşünaslığının tarixini geniş tədqiq edən professor Paşa Əfəndiyevin 

elmi axtarışlarında da E.Sultanovun folklorşünaslıq irsi barədə  bəhs olunur. XIX əsrin 

sonlarından XX əsrin ikinci yarısının ortalarınadək olan bir dövrü əhatə edən doktorluq 

dissertasiyasında P.Əfəndiyev milli folklorşünaslığımızın tarixində E.Sultanovun adını 

ehtiramla çəkir: “XIX əsrdə Azərbaycan atalar sözü və  məsəlləri ilə  ən çox maraqlanan 

ziyalılardan biri Eynəlibəy Sultanov idi” yazan alim görkəmli ziyalının “Kavkaz” qəzetində 

çap olunan “Azərbaycan xalq müdrikliyi nümunləri” məqaləsindən də geniş bəhs edir. 

E. Sultanovun folklorşünaslıq irsinin tədqiqi sahəsində araşdırmalar apararkən bir 

cəhət xüsusi diqqətimizi çəkdi. Belə ki,  E.Sultanovun həyat və  fəaliyyətindən, bədii və 

publisistik yaradıcılığından bəhs edən bütün tədqiqatçılar görkəmli ziyalının folklorşünaslıq 

irsinə, folklorun toplanması, tədqiqi, tərcüməsi, nəşri və  təbliğində gördüyü işləri xüsusilə 

diqqətə çatdırırlar. Bütün bunlar E.Sultanovun folklorşünas kimi fəaliyyət göstərdiyini bir 

daha sübut edir və onun folklorşünas kim tanınmasında böyük əhəmiyyət daşıyır. 

 

 

 



 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

804



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ÖMƏR XƏYYAM RÜBAİLƏRİNİN SEHRİ

 

 

Şahin YUSİFLİ 

Bakı Dövlət Universiteti 



yusifli145@gmail.com

 

AZƏRBAYCAN 

 

Dörd misralıq şeir nə qədər cəlbedici ola bilərdi ki, əsrlər boyu öz qüvvəsini saxla-



sın?...Bu misralar özündən dünyaya və ya yaradılışa nələr vəd edirdi? Bəs niyə onun 

şeirinlərə bütün dünya xalqları pənah gətirdi? 

Xəyyamın rübailəri o qədər ümumbəşəri olmuş, o həddə  qədər bəşərin ideyalarını 

təcəssüm və ya təmsil etmişdir ki, dünya tarixinin nadir inciləri sırasına düşmüş, bütün 

dillərə, hətta qaraçı dilinə  də  tərcümə edilmişdir. Təkcə 1913-cü ildə Ömər Xəyyamın 

əsərləri ancaq ingilis dilində yüz iyirmi dəfə çap olunmuşdur. 

Hər  şeydən  əvvəl Xəyyamın rübailərindən danışdıqda bu sual meydana 

çıxır.Xəyyamın rübailərinin sehri nədədir? Səkkiz yüz il əvvəl yaranmış  şeirin müasir 

insanı həyəcanlandırması insana çox qəribə gəlir.Lakin elə məsələ bundadır ki, il anlayışı 

Xəyyamın rübailərinə aid deyildir.Bu rübailər sanki bir anlıq fanilikdən kənarda 

mövcuddur, onlar sanki zamanın sakitliyi və  əbədiliyinin hansısa xəttinə  və strukturuna 

hopmuşdur.Ancaq bununla belə  Xəyyamı oxuyarkən, çox vaxt bilmirsən ki, onun 

şeirlərindəki fikri  izləyəsən, və yaxud sadəcə olaraq rübainin gözəlliyindən, onun 

obrazlılığından və bəzəyindən, musiqi ritmindən zövq alasan. 

Xəyyamın rübailəri  müasir oxucunu nə ilə  cəzb edir? Yığcamlığıylamı? 

Sadəliyiyləmi? Bəlkə  də  fəlsəfi fikirlərin yığcam və  zəngin ifadəsi ilə? Axı  həqiqətən 

şeirlərindəki musiqini nəsr dilində ifadə etmək faydasız məşğələdir.Bəlkə  də, hərəmiz 

Xəyyamı bir cür anlayırıq və yaşımız artdıqca yeni cəhətlər və xususiyyətlər kəşf edirik. 

Xəyyam  şairlikdən oyana böyük riyaziyyatçı idi.O rübaiyə bir tənlik kimi baxmış, 

kiçik ölçülü formada, qəliblənmiş dörd misrada həyatın bir çox mətləblərini həll 

etmişdir.Xəyyamın rübailərinin  əsasında gündəlik həyatı  məsələr deyil, ruhunda olan 

cavab tapa bilmədiyi narahatlıqlar dururdu.O, yaşamağın gözəlliyin  hiss edən bir  həqiqət 

axtarıcısı, böyük bir filosof, eyni zamanda zərif və incə hislərə malik bir insan idi. 

Xəyyamın  əsərlərində dünyada çox az adamın etiraf etdiyi bir şey var.Bu həyat 

sevgisi və ölüm qorxusudur.Bu qorxu əslində  əsl qorxudan fərqlidir.Xəyyamın qorxusu 

təəssüfdür, dünyadan doymamaqdır.Bu səbəbdən Xəyyamın fikirləri mistikadan və 

sxolastikadan ayrılır, həqiqi həyati fikirlərlə birləşir.Bəziləri bildirir ki, şair Allahı danır. 

Xeyr, şair kainatın yaradıcısına naz və sitəm edir.Onun nəzərində dünya-həyat keçicidir. 

Bəziləri Xəyyamın şeirlərinə baxaraq onu zövq əhli hətta əyyaş, bəziləri heç bir şeyə 

etiqad etməyən nihilist, kimi mülhid, kimi münkir, kimisi rəzil bir qələndər, digərləri isə 

Avropa filosoflarına bənzətmiş, bir qismi isə mükəmmək sufi kimi qələmə vermişdir. 

Xəyyamın  şeirlərində  şərab simvolu bədbinliyə qarşı xoşbəxtlik, hür insanların 

düşüncələrinə hopan bir aramlıqdır.Xəyyamdakı  şərab təsəvvüfi  şərab olmasa da, o yenə 

də ruhu sərxoş edən xəyali bir şərabdır. 

Bir çox səbəblərə görə ehtimal etmək olar ki, Xəyyam  tərəfindən bu söz sırf rəmzi 

mahiyyət daşımışdır.İkinci baxışdan elə rübailər tapırlar ki, onların fikrincə orada heç bir 

mənaaltı sufizmdən söhbət gedə bilməz. 

O, özünün ən yaxşı rübailərində obrazlarda xüsusi təfəkkür üsulunun modelini 

yaratmış və formalaşdırmışdır. Xəyyamın rübailərini oxuyan hər bir şəxs, onunla birlikdə 

düşünür və başqasının dərdinə  şərik olur. Xəyyamı bir məsələ düşündürürdü. Bütün 

yaradılışı Allah yaratmışsa, sonra nə üçün məhv edir ? Lakin sonra Xəyyam görür ki, 

dəyişilməyən heç nə yoxdur. Həyatda hər şey müvəqqətidir. 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə