Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə16/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   12   13   14   15   16   17   18   19   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

801



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

şəkillərinə  təsadüf etmək olurdu”–deyən  ədib bu yolla Şərqdəki Qərb meyillərinə diqqət 

çəkmək istəmişdir. Şərqdə Qərb əhval ruhiyyəsini təsvir edən bu xırda cəhətlər xaric, Şərqdə 

Qərbləşmək  ab-havası hiss edilmir.  

Ordubadi  əsərində  təzadlı fikirlərlə  çıxış edib,  Şərq qadınının gözəlliyini ucaltsa da 

“xüsusən gözlərindən gülmək və baxışında oynamaq yalnız Təbiz qadınlarına məxsus 

gözəllikdir” desə də , əsərdə əsas obraz olaraq qərbli qadın seçilmişdir.  Ədib romanda  Saib

Əndəlib,  Əda, Sədi, Xəyyam, Hafiz, Rudəki, Füzuli, Xaqani, Firdovsi kimi Şərqin məşhur 

sənətkarlarınını da xatırlayır.  

Şərqdəki inkişafın hər sahəsinə diqqət çəkilən və əsaslandırılan “Qılınc və Qələm” əsəri 

də bu baxımdan qiymətlidir.  Əsərdə müəllif Firdovsidən bəhs etmiş, hətta bəzən onun 

müəyyən fikirləriylə razılaşmadığını bildirmişdir. Lakin buna baxmayaraq Ordubadi Şərqin 

dahi sənətkarına böyük ehtiramla yanaşmışdır. Naxçıvan  ədəbi mühitində yaranan 

ədəbiyyatda Şərq mövzusu, Şərqi öyrənmək, təbliğ etmək geniş vüsət tapmışdır. Şərqə maraq, 

Şərqi tərənnüm etmək XIX-XX əsrlərdə əvvəlki dövrlərə nisbətən zəif olsa da, müəyyən qrup 

sənətkarların yaradıcılığında bu motiv güclü idi.  

Mənbələrdə göstərilir ki, Ə.Qəmküsar da Şərq və Azərbaycan  ədəbiyyatını  dərindən 

mənimsəmişdir. Məsələn, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov özünün “Ə.Qəmküsar 

yaradıcılığında  Şərq-türk  ədəbiyyatına münasibətin tənqidi-realist prinsipləri” adlı 

məqaləsində qeyd edir: “Əliqulu Qəmküsarın  Şərq–türk ədəbiyyatı ilə bağlılığında aşağıdakı 

məqamlar daha çox diqqəti cəlb etməkdədir:  

1.Klassik Şərq şeiri şəkillərindən istifadə; 

2.Şərq  ədəbiyyatı tarixində mühüm yer tutan məşhur yazarların və ya surətlərin nəzər 

nöqtəsinə çəkilməsi; 

3.Klassik Şərq-türk ədəbiyyatına ehtiram; 

4.Çağdaş türk müəlliflərinin yaradıcılığına tənqidi münasibət” . 

Hüseyn Cavid isə Şərqi öz əsərlərində özünəməxsus bir şəkildə əks etdirirdi. Məlumdur 

ki, “Şeyx Sənan” Azərbaycan  ədəbiyyatında ilk mənzum tarixi faciədir. Və bu mövzunun 

tarixi, yaxud əfsanəvi olub olmaması xüsusi bir söhbətin mövzusudur. 

Fakt budur ki, H.Cavid bu möhtəşəm  əsərində-romantik faciədə ilahi eşq problemini 

qoyur. Əsərin sonunda Şeyx Sənan Xumarın əlindən tutub “Ya allah!” deyərək uçuruma atılır. 

“Uçalım, haqqa doğru, gəl uçalım!” -deyir Şeyx Sənan. Oxucu bu uçurumdakı yüksəkliyi dərk 

edir. 

Tək Tanrılı türkün müqəddəs “Quran” vasitəsilə öyrəndiyi cənnətin qədim türk 



dilindəki sinonimi uçmaq idi. Dərvişin xəbər verdiyi və ümumun şəhadət gətirdiyi kimi Şeyx 

Sənanla Xumarın fəzada sanki bir mələk olaraq uçduqlarını bütünlüklə romantizm ədəbi 

metodunun imkanları  çərçivəsində incələmək yetərli deyil, burada göyə qayıdan türk oğlu 

Sənan var, Tanrı sevgisinin müqabilində cənnətlə -uçmaqla müjdələnmiş Sənan var”.  

Amma daha konkret müqayisə göstərir ki, o, məhz bir Nitsşedir. Burada Nitsşenin ideya 

obrazı onun “Zərdüşt belə demişdir”  əsərindəki nurani Qoca obrazı ilə bir araya gətirilir. 

Caviddə ixtiyar, nurani Dərviş  ağaclıqdan  Şeyx Sənanın qarşısına çıxır. Nitsşenin nurani 

Qocası meşədə  Zərdüştün qarşısına çıxır və ona insanlardan uzaq olmağı  məsləhət görür: 

“Bəs mən niyə meşəyə çəkilmişəm, niyə özümdə dəfn olunmuşam? Ona görə deyilmi ki, mən 

insanları  qədərindən artıq sevirdim? İndi yalnız Allahı sevirəm.  İnsanları sevmirəm daha. 

İnsan mənim nəzərimdə natamam, yarımçıq məxluqdur”. 

Cavid “Səyavuş”  əsəri ilə  Şərqin böyük sənətkarı Firdovsiyə olan etiramını nümayiş 

etdirdi. “Firdovsi və onun “Şahnamə”silə  bizim ədəbiyyatımız arasında böyük bir əlaqə var-

dır. Bu əlaqə dörd şəkildə meydana çıxmaqdadır: 1) Firdovsi qəhrəmanlarının xalq yaradıcı-

lığına təsiri; 2) Ədiblərimizin Firdovsiyə münasibəti; 3) “Şahnamə”dən müxtəlif parçaların 

tərcümə edilməsi; 4) Bədii  yaradıcılıqda Firdovsi üslubunun təqlid olunması”. 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

802



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

XX əsrin ilk illərində E.Sultanov, C.Məmmədquluzadə, M.S.Ordubadi və H.Cavid yara-

dıcılığında xüsusi yer tutan qadın azadlığı  məsələsi  Şərq  ədəbiyyatı ilə ortaqlıq təşkil edən 

hadisələrdəndir.  

Naxçıvan Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Məşhur şair-

lər, nasirlər, elm və  mədəniyyət xadimləri yetirən bu torpaqda olduqca zəngin  ədəbi mühit 

formalaşmışdı. Bu illərdə yaradılan  ədəbiyyatda tarix, incəsənət, psixologiya, pedoqojika, 

coğrafiya, politologiya, dilçilik və sair kimi elmlərin izləri vardır. 

 

 

EYNƏLİ BƏY SULTANOV BİR FOLKLORŞÜNAS KİMİ 

 

Elxan MƏMMƏDOV 

AMEA Naxçıvan Bölməsi 

elxan.yurdoglu@yahoo.com 

AZƏRBAYCAN 

 

XIX əsrin sonlarında H.Zərdabi, F.Köçərli, E.Sultanov, Y.V.Çəmənzəminli kimi Azər-



baycanın görkəmli simaları  şifahi xalq ədəbiyyatımıza ciddi maraq göstərmiş, ondan lazı-

mınca bəhrələnərək folklor materiallarını toplamış, tədqiqinə çalışmışlar.  

Belə ziyalılardan biri olan Eynəli bəy Sultanovun folkorşünaslıq fəaliyyəti də bu baxım-

dan diqqəti cəlb edir. XX əsr ədəbiyyatşünaslıq elmimizin görkəmli simaları folklor məsələ-

lərindən bəhs edərkən E.Sultanovun adını həmişə ön sıralarda çəkmişlər. 

E.Sultanovun folklorşünaslıq fəaliyyətinin tədqiqi, öyrənilməsi folklorşünaslıq qarşısın-

da duran əsas məsələlərdən biri olmuşdur. Düzdür, Eynəli bəy Sultanovun folkorşünaslıq 

fəaliyyəti  ətraflı  tədiqaqata ilk dəfədir tərəfimizdən cəlb olunur. Buna baxmayaraq folklor-

şünaslıq tariximiz öyrənilərkən E.Sultanovun bu fəaliyyəti diqqətdən yayınmamışdır. 

Abbas Zamanovun, Aidə Feyzullayevanın, Adil Mişiyevin,  İsa Həbibbəylinin, Paşa 

Əfəndiyevin, İzzət Maqsudov və digərlərinin tədqiqatlarının bir hissəsini E.Sultanovun folk-

lorşünaslıq fəaliyyətinin öyrənilməsi təşkil edir.  

XIX  əsrin sonlarından E.Sultanov folklorla ciddi maraqlanır, xalq məsəlləri və atalar 

sözlərini toplayır, onların ideya-bədii xüsusiyyətləri haqqında məqalələr yazırdı.   

Ədibin folklorşünaslıq fəaliyyətindən danışan Z.Əlizadə bildirir ki, “XX əsrin  əvvəl-

lərinə  qədər folklor nümunələrinin toplanması, nəşri, öyrənilməsi təsadüfi, kortəbii səciyyə 

daşımış, bu iş ayrı-ayrı maraq sahiblərinin zövqünə müvafiq şəkildə görülmüşdür. Buna bax-

mayaraq folklor materiallarının həyat üzü görmələrində ziyalılarımızın böyük əməyi olduğunu 

deməliyik. XIX əsrdə Azərbaycan folklorunun bütün janrlarına aid nümunələr—atalar sözü, 

zərb məsəl, tapmaca, əfsanə, nağıl və s. toplanıb rus mətbuatında çap etdirilmişdir. Bu sahədə 

Eynəli bəy Sultanovun xidməti təqdirəlayiqdir”.  

E.Sultanovun geniş ictimaiyyətə  təqdim olunmasında A.Zamanovun rolu danılmazdır. 

A.Zamanov məqalələrində E.Sultanovun folklora münasibəti, fəaliyyətində folklora bağlılığı 

barədə  dəyərli mülahizələr irəli sürmüşdür. O, E.Sultanovun “Seçilmiş hekayələr” kitabına 

yazdığı ön sözdə bu məsələyə münasibətini bildirmiş, E.Sultanovun folkloru toplamasıyla 

yanaşı, bədii əsərlərində folklor nümunələrində istifadə etməsini diqqətə çatdırmışdır. 

Bu sahədə əhatəli tədqiqatlar İzzət Maqsudova məxsusdur. İ.Maqsudov ədibin folklor-

şünaslıq fəaliyyətinə geniş yer ayıraraq yazır: “E.Sultanov xalq ədəbiyyatını toplayıb nəşr 

etdirməkdə böyük xidmətlər göstərmişdir. Çox maraqlıdır ki, o, inqilabdan əvvəlki ağır bir 

şəraitdə, bütün çətinliklərə sinə gərərək 3000-ə qədər atalar sözü toplamış, onları elmi surətdə 

təsnifləşdirib, bir qismini rus mətbuatında nəşr etdirmişdir. Onun xalq ədəbiyyatı, aşıq 

yaradıcılığı haqqındakı fikirləri ayrıca tədqiqə layiqdir”.  




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə