Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə13/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   9   10   11   12   13   14   15   16   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

795



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Çanax- ölçü qabı, ölçü vahidi. Məs.: -Çanax aşağdan olur (Ağdam); -Bir çanax on 

girvənkədi (Zəngilan); -Maηa bir çanax taxıl ver (Gəncə). 

Qarsın Hənək türkmənləri şivəsində də bu sözdən istifadə edilir.Məs.: -Bu mübarek bi 

toprah çanağıyla bir gaş mercimek danesi alıp da yemek yapmaya çalışdı. 

Kaşğarinin lüğətində bu söz “çanak” şəklində qeydə alınaraq iki mənada işlənmişdir: 

1.ağacdan yonulmuş duzqabı, nəməkdan; 2.çanax; kasa. Oğuzca. 

 “Oğuznamə”nin dilində bu söz işlədilir. Məs.: Oğul-qız evin çanağı-çölməyi kibidür; 

Qonşı qazan almaq çanaqdan su içmək kibidir. 

Dam – hər cür tikili, bina. Cəbrayıl  şivəsində bu söz istifadə edilir. Məs.: -Toy damı 

tix´məx

´ 

çox çətindi. 



Qars azərbaycanlıları və tərəkəmələrinin şivələrində də bu söz işlədilir. Məs.: -Pedişağın 

fil bahçası da garının damına pitişiğ idi; -Yere goyduh yer tutmadı, göğa goyduh, göy 

tutmadı; dama goyduh, dam tutmadı. 

Kaşğarinin lüğətində belə bir məsəl qeydə alınmışdır: “tam külf yıkıldı=dam gurultu ilə 

yıxıldı”. Müəllif oğuz qəbilələrinin ləhcələrində izlənilən d

etmişdir: “Oğuzlar və onlara yaxın olanlar sözdəki t hərfini d ilə əvəz edirlər. Türklər dəvəyə 

”təwəy”, bunlar “dəvəy” deyirlər. Eynilə  dəlik mənasına gələn söz türklərdə “öt”, bunlarda 

“öd” olur”. 

 “Oğuznamə”nin dilində bu söz işlədilir. Məs.: Nərdübanı tam üstinə  çəkmə, aqibət 

sarqup enərsən. 

İlkindi-axşamüstü, günbatan vaxtı. Bu söz Ağdam, Borçalı, Hamamlı, Qazax və digər 

qərb  şivələrində  işlədilir. Məs.: -Xoruz sə:r də maηlıyır, günorta da maηlıyır, ilkindi də 

(Şəmkir). 

Qars tərəkəmələrinin şivəsində də bu vahidə rast gəlinir. Məs.: -İlkindiynen gün ortan 

çağında. 

Kaşğarinin lüğətində ikindi “ikindi, ikindi namazı vaxtı” sözü qeydə alınmışdır. 

 “Kitabi-Dədə Qorqud”da bu söz işlədilmişdir. Məs.: -Aydır: “Mərə qocalar, ekindü 

vəqti munı maηa çevirəsiz, yiyəm” –dedi. 

Qərb şivələrinin müqayisəli-tarixi metodla tədqiqi bir daha göstərir ki, qədim tayfa dili 

elementləri ən çox bu bölgədə qorunub saxlanılmışdır. 



 

 

ƏDƏBIYYATDA SIYASI OXŞAR (DVOYNIK) ARXETIPININ 

TƏZAHÜRFORMALARI (K. ABDULLANIN “YARIMÇIQ ƏLYAZMA” 

VƏ L. FEYXTVANGERIN “YALANÇI NERON” ƏSƏRLƏRININ 

ƏSASINDA) 

 

Elnarə QARAGÖZOVA 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu 



e.garagozova.bsu@gmail.com 

AZƏRBAYCAN 

 

İnsan özünü dərk etdiyi qədim zamanlardan bəri öz oxşarının mövcudluğuna 



inanmışdır. Bir çox mədəniyyətlərdə insanın və heyvanların oxşarlarının mövcudluğuna inam 

özünü göstərir. Oxşar obrazının yaranması qədim mifoloji köklərə dayanır. Lakin oxşar obrazı 

çox zaman insanın mənfi səciyyəli  əkizi, faciəli mövzu ilə bağlıdır. Məsələn, alman 

folklorunda belə bir obraz  doppelganger (hərfi tərcüməsi "phantom əkiz") adlanır. Bəzi 

inanclara görə doppelganger xəstəlik və ya təhlükə ehtimalı olduqda insanın dostlarına və ya 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

796



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

qohumlarına görünür. Şotlandiya folklorunda da oxşar doppelganger kimi təzahür edir. 

Norveç mifologiyasında bu  «vardøger» adlı sirli kabus kimi meydana çıxır. 

Bu motiv xüsusilə XIX-XX əsrlərdə inkişaf etmişdi. Bir çox bədii nümunələrdə oxşar 

əsasən şeytani əkiz kimi meydana çıxır. Onun görünməsi bəzən qəhrəmanın tezliklə öləcəyini 

xəbər verir. Oxşar çox zaman insanın  "qaranlıq tərəfi», alter ego, düşmən kimi səciyyələnir. 

Doppelgangerlərə Hofmanın  əsərlərində, Puşkinin “Vasilyevski adasında tənha ev”, 

Odoyevskinin “Silfida”, Qoqolun “Şinel”, Dostoyevskinin “Oxşar”, C. Hoqqun “Bağışlanmış 

günahkarın tövbəsi”, Edqar Ponun “Vilyam Vilson”, “Qara pişik”, R.L.Stivensonun “Sahibkar 

Ballatre” əsərlərində rast gəlinir.  

İnsanın qeyri-maddi oxşarı olan  "Ka" haqqında Misir konsepsiyası da maraqlıdır. Lakin 

Avropalı həmkarından  fərqli olaraq Misirli Ka qeyri-adi, çox yönlü bir fenomen deyil, kifayət 

qədər təbii qəbul edilir və heç bir mistik dəhşəti özündə ehtiva etmir.  

Ədəbiyyatda rast gəlinən maraqlı oxşar növlərindən biri siyasi oxşarlardır. Bu məqsədlə 

L. Feyxtvangerin “Yalançı Neron” və K. Abdullanın “Yarımçıq əlyazma” əsərlərinin qarşılıqlı 

müqayisəsi maraqlı faktların ortaya çıxmasına səbəb olmuşdur.  



Oxşarın meydana çıxması. K. Abdullanın “Yarımçıq  əlyazma” romanında  Şah 

İsmayılın lələsi (tərbiyəçisi) Hüseyn bəy Lələ şahın tapşırığı ilə onun Xızır adlı oxşarını tapıb 

gətirir.  Şahın tapşırığı ilə  Lələ  Xızıra  şahın hər jestini, mimikasını, o cümlədən  şətrənc 

(şahmat) oynamağı da öyrədir və onu gizli şəkildə saxlayır. Xızırın  şahdan yeganə fərqi onun 

Xətai təxəllüsü ilə çox gözəl şeirlər yazması idi. Şahın özü də bu şeirləri olduqca bəyənir.  

L. Feyxtvangerin „Yalançı Neron“ əsərində isə Imperator Neronun oxşarı Terrensini 

Senator Varron tapıb gətirir ki, imperator onunla əylənsin. Neronun ölümündən sonra Varron 

paytaxtdan uzaqlaşır, uzaq Suriyada yaşamağa başlayır. Qəflətən bu vilayətə qubernator təyin 

edilən Tseyon onu sıxışdırır, külli miqdarda vergi verməyə məcbur edir. Varron qərara gəlir ki, 

vilayətdə qarışıqlıq salsın. Bu məqsədlə  də Terrensini yalançı Neron kimi siyasi səhnəyə 

çıxarır.  

Oxşara münasibət. Əsərdən görünür ki, Şah İsmayıl öz oxşarı ilə hörmət və qayğı ilə 

rəftar edir, onunla şahmat oynayır, ailəsi haqqında sorğu-sual  edir. L. Feyxtvangerin „Yalançı 

Neron“ əsərində isə imperator öz oxşarına insan kimi yox, meymun kimi baxır, əylənir. 

Oxşarın yeni roluna və vəziyyətinə münasibəti. Oxşarların öz talelərinə münasibətləri 

heç də  həmişə eyni cür olmur. K. Abdullanın “Yarımçıq  əlyazma”  əsərində  Şah  İsmayılın 

oxşarı Xızırın öz  taleyinə münasibəti haqqında geniş məlumat verilmir. 

 Terrensi isə öz taleyindən hədsiz razı qalır. Hətta imperatorun oyuncağı olmaq belə 

onun üçün xoşbəxtlik olur. 

Oxşar sirr pərdəsi altında.  Xızırın ailəsinə onun saraydakı  fəaliyyətinin mahiyyəti 

barədə heç bir məlumat verilməsə  də xüsusi qayğı  və maddi yardım göstərilir. Terrensinin 

kiçik emalatxanası isə sarayın sifarişlərini yerinə yetirmək şərəfinə nail olur. Hər iki əsərdə bu 

oxşarlıq dövlət sirri kimi gizli saxlanılır. Lakin L. Feyxtvangerin „Yalançı Neron“ əsərində 

Terrensinin arvadı onun sarayda nə işlə məşğul olduğunu bilir və bunu əri üçün təhqir hesab edir. 

Oxşarın taleyi. K. Abdullanın “Yarımçıq  əlyazma”  əsərində  Şah  İsmayıl Çaldıran 

döyüşündə uduzacağını gördüyü zaman öləcəyini bilə-bilə özü döyüşə girir. Lakin döyüşə 

girmədən öncə son tapşırıqlarını verərək öxşarı  Xızırı öz yerinə qoyur.L. Feyxtvangerin 

„Yalançı Neron“ əsərində Terrensi Neron kimi qətlə yetirilir. 

 

 

 

 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə