Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə25/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   21   22   23   24   25   26   27   28   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

819



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

EPİK DASTAN YARADICILIĞINDA FORMUL                  

NƏZƏRİYYƏSİNİN TƏTBİQİNƏ DAİR 

 

Nizami ADIŞİRINOV 

AMEA, Folklor İnstitutu 



deyset27@mail.ru 

AZƏRBAYCAN

 

 

        Formula  nəzəriyyəsinin  əsas müddəalarının işlənib hazırlanması XX əsrin  əvvəllərində 



Milman Parri və onun tələbəsi Albert Lordun adı ilə bağlı olsa da, son illərdə folklor sahəsin-

də bu nəzəriyyə ilə əlaqəli aparılan araşdırmalar öz ətrafında xeyli biblioqrafiya toplamışdır. 

Bu nəzəriyyə epik dastan ənənəsinin əsasında duran oxşarlığın, bu oxşarlığın səbəbini, tarixi 

inkişafını tədqiq etmə baxımından xüsusi əhəmiyyətə malikdir. 

       Epik dastan ənənəsində dünyanın müxtəlif xalqlarına mənsub olan epik dastanların quru-

luşunda, strukturunda olan bənzərlik, oxşar süjetlər və motivlər bir çox tədqiqatçıların diqqəti-

ni cəlb etməkdədir. Bu oxşarlıqların, bənzərliklərin aşkarlanması və tədqiq edilməsi epik das-

tan kodunun tədqiqinə dair yeni elmi mülahizələrin ortaya çıxmasına gətirib çıxara bilər. 

       Dastan  dünyanın epik koddan dərkidir. Dastan elə bir ifadə formasıdır ki, burada onu 

yaradan xalqın təfəkkür tərzi, yaşayışı, məişəti, ilkin mifoloji düşüncəsi qəlib sözlər, formula-

lar şəklində ifadə olunur. Bu qəlib sözlərin, formulaların tədqiqi eyni zamanda xalqların təfək-

kür tərzi və mifoloji düşüncəsindəki oxşarlığın aşkarlanması deməkdir. Həmçinin bu, epik 

dastan yaradıcılığında ozan-dinləyici əlaqələrinin, bu əlaqələrdə özünü göstərən fərdi və ümu-

mi qanunauyğunluqların aşkarlanmasına yardim etmiş olacaqdır. 

       Məlumdur ki, ozan hər hansı bir dastanı ifa edərkən müəyyən dinləyici kütlənin qarşısın-

da ifa edir. Burada təbii ki, dastanın ifası zamanı ozanın istifadə etdiyi sabit sintaktik kons-

truksiyalarla, formula ifadələrlə yanaşı, özünün improvizasiya qabiliyyəti də mühüm rol 

oynamaqdadır. Eyni dastanın müxtəlif variantlarının olması da məhz dastan söyləyicilərinin 

fərdi improvizasiya qabiliyyətlərinin müxtəlifliyi ilə əlaqədardır. Ozan-aşıq sənətinin sinkretik 

sənət olması etibarı ilə dastanı ifa edən ozan-aşıq dastanın nəzm hissələrini musiqinin 

müşayiəti ilə müəyyən ritm, ahəng, ölçü vahidi altında təqdim edir. Bu mənada dastanın nəzm 

hissələrində müəyyən ritm, ahəng altında təkrar edilən sabit sintaktik cümlə tipləri, oxşar 

sintaktik quruluşlar meydana gəlmiş olur ki, bunlar ozanın yaddaşında tədricən daşlaşmış 

ifadələrə çevrilir və hazır qəlib, formul formasına düşmüş olur. Ozan sonralar da ifa zamanı 

rahatlıqla bu qəliblərə müraciət edir. Bu, ifa zamanı ardıcıllığı, dastanın axıcılığını təmin edir 

və ozanı çox düşünməkdən xilas edir. 

       Dastanların tətqiqi zamanı dastanın nəsr hissəsində olan oxşar süjet, motivlərlə yanaşı, 

dastanın nəzm hissələrindəki təkrarlanan, sabit sintaktik konstruksiyalar da nəzərdən qaçırıl-

mamalı və formula nəzəriyyəsi işığında mütləq tədqiq olunmalıdır. Bu zaman təkrarlanan qa-

fiyələrlə, hecalarla yanaşı, ritmin, ahəngin daha qədim ifadə vasitəsi olan alliterasiya, assonans 

kimi fonetik hadisələr xüsusilə nəzər diqqətə alınmalıdır. “Dədə Qorqud” kimi möhtəşəm sənət 

abidəsinin nəzm hissələri bilavasitə ritmin, ahəngin daha qədim ifadə forması olan alliterasi-

ya, assonans kimi fonetik hadisələr əsasında formalaşmışdır. 

        Formul  nəzəriyyəsi ilə bağlı mövcud nəzəri  ədəbiyyata söykənərək epik formulları üç 

prinsip üzrə təhlil edirər.  

I. 


Sintaqmatik prinsip. 

II.  Semantik prinsip. 

III.  Linqvistik prinsip. 

Bəzən bir-birinə qarışdırılan bu prinsiplər ayrı-ayrı aspektlər əsasında formulun təsnifini nə-

zərdə tutur. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

820



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

I. 

Sintaqmatik prinsip epik mətn boyunca mövqedən asılı olaraq epik formulların 

təsnifi ninəzərdə tutur.Bubaxımdanepikmətn- formul üç qrupabölünür. 

      1. Başlanğıcformullar. 

2. Keçid(medial) formullar. 

 3. Sonluq formullar



II.   Semantik prinsip əsasında formalaşan formullar aşağıdakı qruplara və yarımqrup-

lara bölünür. 

1. Ritual formullar. 

a) Toy 

b) Yas 


c) Hədiyyəvermə 

ç) Mövsüm 

2. Döyüş, müharibə formulları. 

a) Yoladüşmə 

b) Vuruş 

c) Qələbə 

ç) Geyim, silah 

3. Kütləvi (batal) səhnə formulları. 

4. Tərif formulları. 

5. Dua-alqış formulları. 

6. Qarğış formulları. 

7. Məişət formulları. 

8. Təbiətə (heyvanlara, bitkilərə) münasibət formulları. 

9. Sentensiya (hikmətamiz kəlamlar) formulları. 

10. Yol formulu. 

III. Linqvistik prinsip üzrə epik mətnin formullarını dil vahidləri əsasında belə təsnif et-

mək olar: 

1. Söz-formul(metafora) 

      2. Müqayisə-formul 

      3. Söz birləşməsi-formul (bədii təyinlər) 

      4. Cümlə formul 

      a) Sadə cümlə 

      b) Tabesiz mürəkkəb cümlə (parataksis) 

      c) Tabeli mürəkkəb cümlə (hipotaksis) 

      5.Mətn-formul 

      a) Dialoq 

      b) Tirada   

Bu nəzəriyyə dünyanın demək olar ki, hər yerində aparılan 1500-dən çox araşdırmanı öz 

təsiri altına alsa da, nəzəriyyənin tənqidi istiqamətində aparılan böyük bir biblioqrafiya da əmələ 

gəlmişdir. 

Formul nəzəriyyəsi təkcə dastan yaradıcılığı sahəsinə yox, eyni zamanda Azərbaycan 

xalq nağıllarının tədqiqinə da şamil oluna bilər. Nağıllarda özünü göstərən inisial, medial, final 

formullarının geniş  tədqiqi, nağılçı-dinləyici və  aşıq-dinləyici münasibətlərinin təhlili, oxşar 

və  fərqli cəhətlərin aşkarlanması  həm nağılların, həm də dastanların öyrənilməsi sahəsində 

yeni elmi mülahizələrin meydana çıxmasına yardım etmiş olacaqdır. 

 

 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə