III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
797
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
AZƏRBAYCAN DİLİNİN LÜĞƏT TƏRKİBİNİN
ZƏNGİNLƏŞMƏSİNDƏ ZAMAN MƏZMUNLU SÖZLƏRİN ROLU
İlkin QULİYEV
Kafkas Universiteti, Türkiyə, Qars
quliyevilkin@yandex.ru
TÜRKİYƏ
Türk dillərində, o cümlədən Azərbaycan dilində zaman məzmunlu sözlər, onların dildə-
ki mövqeyi, struktur-semantik xüsusiyyətləri, söz yaradıcılığında və dilin lüğət tərkibinin
zənginləşməsində rolu kimi məsələlər türkoloqlar tərəfindən yetərincə araşdırılmamışdır və bu
səbəbdən gündəlik ünsiyyət tələbatının əsas hissəsini təşkil edən zaman məzmunlu sözlərin
leksik-semantik və qrammatik xüsusiyyətlərinin öyrənilməsi hələ də aktual məsələ olaraq
qalmaqdadır.
Dilin lüğət tərkibi dilin dəyişməyə daha çox meyl edən bir hissəsidir. Digər dillərdə
olduğu kimi, Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsi dilin daxili imkanları və başqa
dillərdən alınma sözlər hesabına baş verir. Tarixi inkişaf prosesində bütün dillər bir-birilə
qarşılıqlı əlaqə və münasibətdə inkişaf edir, zənginləşir. Dilin lüğət tərkibinin inkişafı,
əslində, bütünlüklə dilin inkişafı deməkdir, hətta əksər dillər lüğət tərkibindəki sözlərin
çoxluğuna görə zəngin dil olaraq tarixə düşür.
Azərbaycan dilində işlənən zaman məzmunlu sözlərin böyük bir qismini ərəb, fars
dillərindən, az qismini isə türk mənşəli və rus dili vasitəsilə latın dilindən sözlər təşkil edir.
Orta əsrlərdə ərəblərin, XX əsrdə isə rusların Azərbaycanı öz hakimiyyəti altına salmasından
sonra alınma sözlər Azərbaycan dilində çoxalmağa başlamışdır. Bir dildən başqa bir dilə
sözlərin keçməsi prosesi yer üzündəki bütün dillərə xas olan bir prosesdir. Başqa dillərdən
sözalma prosesi dilin lüğət tərkibini zənginləşdirən başlıca amil olaraq bu günün özündə belə
fəal surətdə davam etməkdədir. Alınma sözlərin əksəriyyəti Azərbaycan dilinin qanunlarına
tabe edilmiş və onlardan istifadə yolu ilə xeyli miqdarda yeni söz yaradılmışdır.
Alınma sözlərin əksəriyyətinə Azərbaycan dilinin leksik şəkilçilərini artırmaqla yeni
sözlər yaranır. Söz köklərinin alınma olmasına rəğmən, sözyaratma prosesi dilin öz qanunları
əsasında getdiyi üçün bu yolla əmələ gələn sözlərin yaranması dilin daxili imkanları hesabına
gerçəkləşmiş sayılır.
Azərbaycan dilinin dörd cilddən ibarət izahlı lüğətində təsbit etdiyimiz zaman məz-
munlu sözləri quruluşuna görə sadə, düzəltmə və mürəkkəb quruluşlu olmaqla üç yerə ayır-
maq mümkündür. Biz məqaləmizdə əsasən düzəltmə və mürəkkəb quruluşlu zaman
məzmunlu sözlərdən bəhs edəcəyik.
Söz yaradıcılığında ən fəal üsul morfoloji yolla, yəni söz köklərinə şəkilçilərin əlavəsi
ilə müəyyən məfhum ifadə edən yeni leksik vahidlər yaratmaqdır. Nitq hissələrinə aid
olmaları baxımından zaman məzmunlu düzəltmə sözlər, əsasən, isim, sifət və zərflərdən, çox
az sayda fellərdən ibarətdirlər. Zaman məzmunlu düzəltmə sözlər struktur-semantik
xüsusiyyətlərinə görə iki yerə ayrılır:
1. Leksik şəkilçi artırıldıqdan sonra zaman məzmunu qazanan sözlər (bunların sayı
nisbətən azdır); məs.: doğuluş, ezamiyyət, keçmiş, gələcək və s. Belə sözlər bu və ya digər
mənada birbaşa zaman vahidi sayılmasa da, məzmunundan hər hansı bir zaman dilimini
göstərdiyi bəlli olur.
2. Zaman məzmunlu sadə sözlərə leksik şəkilçi artırmaqla yaranan sözlər; məs.: tarix-
şünas, tarixçi, qışlaq, mövsümi, baharıstan, stajor, tətilçi, qədimi, çoxdankı, sonralar və s.
Azərbaycan dilində söz yaradıcılığı prosesinin başqa bir qolunu da sintaktik-semantik
üsulla söz yaradıcılığı təşkil edir. Mürəkkəb quruluşlu, yəni sintaktik üsulla əmələ gələn
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
798
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
zaman məzmunlu sözləri tərkib hissələrinin birləşməsi üsuluna, tərəfləri təşkil edən sözlərin
nitq hissələrinə mənsubluğuna, tərəflər arasında semantik quruluş cəhətdən təsnif edə bilərik.
Bunlardan ən məqsədəuyğunu zaman məzmunlu mürəkkəb sözlərin nitq hissələrinə
mənsubluğuna görə bölünməsidir. Belə sözlərin tərkib hissələrindən biri və ya hər ikisi zaman
məzmunlu sözdən ibarət olur, tərkib hissələr mənşəyinə görə fərqli ola bilir; məs.: gecəçiçəyi,
bayramqurdu, saatqabı, çoxəsrlik, anbaan, aybaay və s.
AZƏRBAYCAN DİLİNDƏKİ SİNONİMLƏRİN FONOSEMANTİKASI
Sahilə İBRAHİMOVA
ADPU
sahila.ibrahimova@yahoo.com
AZƏRBAYCAN
Məlum olduğu kimi sinonimik paradiqma - yaxın və ya eynimənalı sözlərin bir qrupda
cəmlənməsidir. Buna görə də sinonimlərlə fonosemantika arasında əlaqəni
qurarkən identiklik
və yaxınmənalılıq əlamətlərini nəzərə almaq lazımdır. Amma yalnız leksik deyil, eyni
zamanda fonetika baxımından bu əlamətlərə baxılmalıdır. Belə ki, əgər sinonimlik cərgəsini
təşkil edən sözlərin müsbət, mənfi, neytral əlamətlərin fərqi 9% təşkil edirsə onda bu
sinonimlər fonosemantik səviyyədə identiklik ifadə edir.
Hər sinonim sözün məna çalarının təsviri üçün müsbət, mənfi və neytral səs əlamətləri
faizlə hesablanmış, sonra isə sinonim cütlüyünün konnotativ əlamətlərinin fərqi qruplara görə
təyin edilmişdir. Fərq dominant sinonim cütlüyü ilə müqayisə edilərək tapılmışdır. Belə ki,
məhz dominantlıq sinonimlər üçün "hesablama nöqtəsi" təşkil edir.
Riyazi statistikanın köməyi ilə sinonimlər arasında ən əhəmiyyətli fərq təyin olunur.
Apardığımız təcrübədə sinonim sözlərin məna çalarlarını hesablamaq üçün ilk öncə
sinonim cütlüklərdən ibarət cədvəllər hazırlanmışdır. Həmin cədvəldə sinonim sözlərin müs-
bət, mənfi, neytral xüsusiyyətlərinə aid ayrıca qrafalar ayrılmışdır. ADPU-nun müxtəlif
fakültələrin tələbələrinə hazırlanan sorğu vərəqələri paylanılaraq hər bir xanaya uyğun qeyd-
lər aparmaları istənilmişdir. Tələbələrin sinonim sözlərin müsbət, mənfi, neytral əlamətlərinə
qoyduğu + işarəsi əsasında cəm alınmış və faizlə hesablanmışdır.
Hazırladığımız sorğu vərəqələri sinonim cütlüyünə daxil olan sözlərin hər birinin ayrı-
ayrılıqda məna çalarlarının hansı kateqoriyaya aid olduğunu təyin etməklə yanaşı, həm də onla-
rın bu cütlüklər arasındakı fərqi də öyrənməyimizə yardım edir. Təcrübə üçün hazırladığımız bu
metod sinonim cütlüklər üzərində statistik hesablamalar aparmağa da xidmət göstərir:
№
SİNONİMLƏR
MÜSBƏT %
Fərq
(dominantla
müqayisə də)
MƏNFİ %
Fərq
(dominantla
müqayisədə)
NEYTRAL
%
Fərq
(dominantla
müqayisədə)
1.
Şən
89
8
3
Şad
87
2%
6
2%
7
4%
Xürrəm
81
8%
7
1%
12
9%
2.
Hündür
50
38
12
Yüksək
66
16%
26
12%
8
4%
Uca
70
20%
21
17%
9
3%
Ali
78
28%
15
23%
7
5%
3.
Saxta
85
9
6
Qəlp
67
18%
18
9%
15
9%
Qondarma
67
18%
23
14%
10
4%