III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
833
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
larının qəbul etdiyi bəzi nöqsanlar var idi ki, burada onları xatırlamaq lazımdır. Bunlar bəzi
şeirlərdə musiqi duyğusunun kasadlığı, poetik dilin vulqarizm və bayağılıqla korlanması, müb-
həmlik və qapalılıq ucbatından bədii təsir gücünü itirməsi, ərəb cəmiyyətinə və onun ədəbi
irsinə bağlılıqdan məhrum olması, real fərdi-psixoloji sarsıntılar, iztirablar keçirmədən Qərb
poeziyasının kor-koranə təqlidi və s. nöqsanlar idi.
FOLKLOR TƏRBİYƏ MƏKTƏBİ VƏ KÖKƏ
QAYIDIŞ VASİTƏSİ KİMİ
Xankişi MƏMMƏDOV
Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bakı)
xankishi.memmedov@mail.ru
AZƏRBAYCAN
Bilgə Kağanin “Ey türk, özünə qayıt! Sən özünə qayıdanda böyük olursan!” fikri hər bir
türkün həyat amalı olmalı və bu prinsipə hər kəs öz fəaliyyətində maksimum çalışıb əməl
etməlidir. Həmin fikri xatırladıram: "Qədimliyimiz zənginliyimizdir. Babalarımız bizdən də
ruhlu, bədii zövq sarıdan hədsiz zəngin idilər. Bu səbəbdən də folklorumuzun orta məktəb-
lərimizdə (qlobal şəkildə götürsək - təhsildə -X.M.) daha geniş və ardıcıl səviyyədə öyrənil-
məsinə ehtiyac var. Elə etməliyik ki, yenə də əvvəlki kimi analar yeni doğulan körpələrini şirin
layla üstə böyütsünlər. Bunsuz millətimizin gələcəyinin sözün əsl mənasında yaranması müm-
kün olmayacaq". Odur ki, folklorun öyrənilməsi prioritet məsələ olmalı, nəsillər arasında mə-
nəvi bağlılığın uğurla inkişaf etdirilməsi üçün xalqın mənəvi kamilləşməsində əvəzsiz rolu
olan folklor motivlərindən dəyərincə istifadəyə çalışılmalıdır. Əslində bu həm də təhsilverənin
borcudur. Folklorun öyrənilməsi prosesində etnopedaqoji nümunələrdən geniş istifadə etmək-
lə təhsilalanların mənəviyyat bütövlüyünün təmin olunmasına xüsusi diqqət ayrılmalıdır.
Çünki mədəniyyətlə və mənəvi normalarla səsləşmədən, şəxsiyyətin formalaşdırılması prose-
sindən danışmaq yersiz olar. Axı folklor xalqın mənəvi sərvətinin, onun mədəniyyətinin
tərkib hissəsi olmaqla, həm də xalq pedaqogikasının tarixi salnaməsidir. Nəhayət, bu həm də
türkün sabahıdır. Odur ki, həm tariximizi həm də dilimizi öyrənmək baxımından “dağlardan
axan və yer altından süzülüb gələn bulaq sularını” xatırladan folklorumuzun sistemli şəkildə
araşdırılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılmasına böyük ehtiyac var. Niyə axı
gələcək nəsillərimiz bu bulaqdan içib ondan güc və dərs almasın?Bir də ki, folklor tükənməz
enereji mənbəyidir. Belə olmasaydı, folklordan bəhrələnərək M.Rzaquluzadənin “El gücü”,
Səhəndin “Sazımın sözü”, Anarın “Dədə Qorqud”u, N.Xəzrinin “Burla xatun”u və s. kimi
dəyərli əsərlər yazılmazdı.
Biz ədəbiyyatı həm də ona görə öyrədirik ki, uşaqlarımızın intellekt qabiliyyətlərini
inkişaf etdirək (intellekt qabiliyyətini təkcə dəqiq elmlər öyrətmir). Odur ki, folkloru əvəz
olunmayan ədəb və tərbiyə məktəbinə bənzədirlər. O da məlumdur ki, hər kəsə onun elminə,
ədəbinə, mərifətinə, tərbiyəsinə, ümumilikdə götürsək, ağlına və səviyyəsinə görə qiymət ve-
rirlər. Nə yaxşı ki, türk milləti bu göstəricilərə görə dünya millətləri içərisində yüksək nüfuza
malik olanlar sırasındadır.
Müasir təhsil sistemi tərəflərinin nisbəti müxtəlif olan çoxbucağı üzərində qurulmuş
mürəkkəb bir sistemə bənzəyir. Bu çoxbucaqlının tərəflərinin hər biri insanlarda böyüklərə
hörmət, düzlük, əməksevərlik, Vətənə məhəbbət, vətənpərvərlik, dostluq, ədalət, təvazökarlıq,
xeyir, şər, həmrəylik, humanizm və bu kimi müəyyən təsəvvür və anlayışları ifadə edir ki,
onlar haqqında ilkin məlumatlar məhz folklor janrlarının anası hesab olunan bayatılardan,
laylalardan, tapmacalardan, atalar sözü və məsəllərdən və digər folklor nümunələrindən başlayır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
834
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Mətləbə keçmək üçün yola körpünü“Kitаbi-Dədə Qоrqud”dan başlayaq. “Kitab”da türk
təfəkkürünün Allaha inamı, tanrının birliyinə şükr qıldığı, ən çətin işlərin belə Allahın köməyi
ilə həll olunduğu, döyüşdən qabaq oğuz igidlərinin namaz qılması, abdəst almaları, üzlərini
yerə qoymaları Allahsız heç bir işin keçinmədiyinin bariz nümunəsidir. Allaha inamla bağlı
“Kitab”da çoxlu atalar sözü verilmişdir: “Allah, allah diməyincə işlər oŋmaz”, “Qadir təŋri
verməyincə ər bayımaz”, “Təkəbbürlük eyləyəni təŋri sevməz”, “Əcəl vədə irməyincə kimsə
ölməz” və s. Bütün bu paremiləri yerində işlətmək son dərəcə zəruridir. Əgər biz zəngin folklor
nümunələrini yeni nəsillərə çatdıra bilsək, onların qəlbində millətə, dilə məhəbbət oyada bilsək,
vətənpərvərlik ruhu aşılaya bilsək, onda intellektimiz, deməli, həm də uğurlarımız qaçılmaz
olacaqdır.
Vətənpərvərliklə bağlı “Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır”, “Vətənin sev-
məyən insan olmaz, olsa da ol şəxsdə vicdan olmaz”, kollektivçiliklə bağlı
“El bir olsa-dağ
oynadar yerindən”,köməyə ehtiyacı olanlara əl tutmaq, kimsəsizlərin qayğısına qalmaqla bağlı
"Əl tutanın əlindən tutarlar”,düşmənə qarşı amansız olub qəhrəmanlıq, mübarizlik ruhu ilə
bağlı “Ağ ciyər olma, ər ol, ər!”, böyüklərə, ataya-anaya, doğmalara hörmətlə bağlı “Böyük-
süz evdə xeyir-bərəkət olmaz”, əmək tərbiyəsi ilə bağlı ”Allah tənbəli sevməz”,ağıla, elmə,
biliyə qiymətlə bağlı "Avara adam kordur”, yalançılıq və doğruçuluqla bağlı “Doğruya zaval
yoxdur”, zamanla bağlı "Vaxtını itirən bəxtini itirər”, səbrlə bağlı "Səbr ilə halva bişər ey qora
səndən, bəsləsən atlas olar tut yarpağından”, “Səbirli insan heç vaxt peşman olmaz”, kimi ata-
lar sözünə şərh vermək bizcə artıqdır. Səbirlə bağlı ədəbiyyatda rast gəlmədiyimiz bir el deyimi
də var: “Düşməndən qırx ildən sonra qisas aldım, baxıb gördüm ki, deyəsən bir azca tə-
ləsmişəm”.
Göründüyü kimi, insanların ağıllı, düşüncəli olması, onların intellekt qabiliyyətinin in-
kişaf etdirilməsi, bir sözlə, mənəvi cəhətdən zəngin olmasının yeganə yolu folklordan keçir.
Bu yol riyaziyyatla poeziyanın, folklorun qoşa öyrənilməsi baxımından da maraq kəsb edir.
Bütün bunlar isə xalqın ruh yaddaşına və tarixinə olan hörmət və etiramla bərabər, folklorun
nə qədər praktiki əhəmiyyətə malik olmasından xəbər verir.
İ
SA HÜSEYNOVUN “İDEAL” ROMANINDA
İNSANA FƏLSƏFİ YANAŞMA
Sevil SƏFƏROVA
Bakı Slavyan Universiteti
sevil.seferova1@mail.ru
AZƏRBAYCAN
Bəşəriyyətin zirvəsi olan insana hələ qədim zamanlardan bugünümüzə kimi müxtəlif
aspektdən yanaşılmışdır. İnsanın daxili, mənəvi aləmi hər zaman diqqət mərkəzində olmuşdur
və insana belə baxış tarixə Sokratın adı ilə düşmüşdür. Sokrat insanın daxili aləmini, keçirdiyi
hisslərini, duyğularını sevgisini əsas götürür və bununla da insanın mahiyyətini açır. Tarixə
onun adı ilə düşmüş “özünü öyrən”, “mahiyyətini dərk et” anlamı insan haqqındakı sonrakı
təsəvvürlərə cığır açmışdır. Sokratdan sonra Platon və Aristotelin də insanla bağlı fəlsəfi
fikirləri maraq doğurur. Demakritlə Platon da insanın mənəvi aləmini əsas götürür. Fəlsəfə ilə
yanaşı ədəbiyyatın da əsas problemi insandır. Hələ qədim zamanlarda, xüsusilə Azərbaycan
ədəbiyyatında fəlsəfə və ədəbiyyat birgə fəaliyyət göstərirdi. Xəqaninin, Nizaminin, Nəsimi-
nin, M.Füzulinin və s. yaradıcılığında insana ədəbi-fəlsəfi baxış vəhdət təşkil edirdi. Ədəbiy-
yatımızın sonrakı inkişafında bir çox yazıçılarımızın yaradıcılığında da bu cəhət özünü göstə-
rir. Xüsusilə, İsa Hüseyinovun yaradıcılığında bunu aydın şəkildə müşahidə etmək mümkün-
dür. Onun fəlsəfi ideyaları “İdeal” əsərində daha qabarıq şəkildə özünü göstərir.