III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
835
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
İsa Hüseyinov İdeal əsərində bir sıra fəlsəfi ideyalar irəli sürmüşdür. Onun fəlsəfəsini
kamil insan, ideal insan, əbədi insan fəlsəfəsi kimi ayırd etmək olar. Yazıçının insana dair
fəlsəfi ideyaları əsərdəki Sultan Əmirli və Səməd obrazında özünü geniş şəkildə əks etdirir.
Sultan Əmirli yazıçı tərəfindən böyük rəğbətlə əks etdirilmişdir. Əsərdə o, həqiqətin carçısı-
dır. Bütün həyatını xalqının, vətəninin, ümumiyyətlə bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda
qurban vermişdir. O, özünü Dünyaya Kainat elmi yayan AdıPünhan hesab edirdi. O, rahat,
gözəl həyat da sürə bilərdi, amma bu yolu seçmir. Cahil xalqın gözünü açmaqdan ötrü özünü
səfərbər edir. Təbii ki, bu yolda onun qarşısında böyük maneələr, keçilməsi çətin səddlər var
idi. Yazıçı Sultan Əmirlinin qarşısındakı maneələr kimi dövrün hakim ideologiyasını göstərir.
Yazıçı dövrün xarakteristikasını verməklə yanaşı, “Bezobraziya”nı da kəskin tənqid hədəfinə
çevirmişdi. Bezobraziya zülmündən qurtarmaqda çarəni “ideal”ında tapırdı. Onun idealı cə-
miyyətdəki hakim qanunlarla uyğunlaşmaq istəmirdi. İ.Hüseynov insanı Bezobraziya cəmiy-
yətində əzilir, təhqirlərə, böhtanlara məruz qalır, lakin bunlara baxmayaraq mübariz bir insan
kimi özünü göstərir. Onu düşündürən təkcə raykom katibi olduğu rayonun insanının taleyi
deyil, onu düşündürən bəşər insanının taleyi idi. O insanın taleyi ki, tarix boyu daim əzilmiş,
məhkum vəziyyətində olmuş, dili, dini əlindən alınmış, hətta, qədim kökləri belə təhriflərə
uğradılaraq, bəşər tarixinin səhifələrindən silinməyə çalışılmışdır. İsa Hüseynovun idealı isə
qarşısındakı problemi səthi deyil, dərin köklərinə qədər nüfuz edərək həll etməyə çalışırdı.
Onun fəlsəfəsinə görə bəşər insanı ilk öncə özünü, mahiyyətini dərk etməlidir. Bunun üçün isə
insan kökünü, tarixini, dilini, mədəniyyətini dərindən bilməli, elminə yiyələnməli və kamil
insan olmalıdır. Yalnız bu yol ilə insanımız düşdüyü məngənədən xilas ola bilər. Əsərdəki
hadisələrin mərkəzində dayanmış digər bir obraz isə Səməddir. O, daim psixoloji gərginliklər
keçirir, ətrafında cərəyan edən hadisələri dərk etməkdə çətinlik çəkir. Əsərdə Səməd bir növ
kökündən ayrılmış, yadlaşmış cahil xalqı təmsil edir. Çax-Çux Xalıq kimilərin yalanları və
təhrifləri Səmədin gözündən pərdə asır, zaman-zaman onu idealından uzaqlaşdırır. Yazıçı
bununla sanki dövrün xarakteristikasını verir. Tarixi, mədəniyyəti, dili, mənəviyyatı təhrif
edilən bir xalq getdikcə unutqanlaşır və dostunu, düşmənini ayırmaqda çətinlik çəkir. Bu kumi
tərəddüdləri əsərin əvvəlində Səmədin timsalında görmək mümkündür. Yazıçı Səmədin
daxilində baş verən təlatümlərin səbəbini onun öz mahiyyətini dərk etməməsində, həqiqətə
çata bilməməsində və bunun nəticəsində idealından uzaqlaşmasında görürdü. Əsərin
əvvəlində Səməd hələ cahil idi və ətrafında baş verən hadisələrə, eşitdiyi söz-söhbətlərə səthi
yanaşırdı, dərinliklərinə varıb qiymətləndirmək bacarığına malik deyildi. Hər şeyi gördüyü və
eşitdiyi kimi qəbul edir və inanırdı. Əsərin sonrakı inkişafında Səmədin gün-gündən
hadisələrə daha aydın nəzərlərlə baxdığını görürük. O getdikcə onu düşündürən hər şeyi təhlil
edib, həqiqətə çatmaq bacarığına nail olur. Bu isə ona İdealını tapmaqda kömək edir. Bununla
yanaşı Səməd də kamil insan səviyyəsinə qalxır və əbədiyyətə doğru addım atır.
ANARIN “ƏLAQƏ” POVESTİNDƏ MÜHİT VƏ QƏHRƏMAN PROBLEMİ
Könül ŞƏRİFOVA
Bakı Slavyan Universiteti
sherifova.konul@mail.ru
AZƏRBAYCAN
Mühit və qəhrəman problemi bir-birilə qarşılıqlı əlaqədə özünü göstərir. Mühit qəhrə-
mana təsir edir və bunun nəticəsində də, qəhrəmanın xarakteristikası açılır, bu və ya digər şəxsi
keyfiyyətləri üzə çıxır. Bədii əsərlərdə müəllif, mühit və qəhrəman problemi bir-birilə qarşılıqlı
əlaqədə əks olunur. Bəzən mühitə hadisələrin baş verdiyi məkan kimi yanaşılır. Ancaq bu şə-
kildə yanaşma düzgün hal deyil. Mühit qəhrəmanın düşdüyü vəziyyətdir. Qəhrəman düşdüyü
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
836
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
vəziyyətə uyğunlaşa və ya əksinə uyğunlaşmaya da bilər. Əsərdə qəhrəmanın kim hesab edil-
məsi onun bacarığı ilə deyil, əsərin ideyası ilə müəyyən olunur. Bədii əsərdə iştirak edən şəxsin
qəhrəman sayılması onun hadisələrin inkişafında, xarakterlərin açılmasındakı rolu ilə müəyyən
edilir. Həm müsbət keyfiyyətlərə malik, həm də mənfi cəhətləri ilə diqqəti çəkən surət bədii
əsərin qəhrəmanı ola bilir. Əsərdə müsbət hesab edilən qəhrəmanın da bəzii nöqsanları ola
bilər. Onlar ictimai həyatda, hərəkət və davranışlarında müəyyən səhvlərə yol verə bilirlər.
Mühitə, dövrə münasibət qəhrəmanların hərəkətləri ilə deyil, bədii nəticə ilə üzə çıxır.
Mühit və qəhrəman problemi Anarın “ Əlaqə” povestində də özünü göstərir. Povest həm
janr, həm də mövzu baxımından digər əsərlərdən fərqlənir. “Əlaqə” povesti fantastik bir əsər-
di. Əsərdə bir tələbənin ali məktəbə daxil olması, tələbə adını qazandıqdan sonra bir sıra ha-
disələrlə qarşılaşması öz əksini tapır. Povestdə tələbə əsərin əvvəlindən sonuna kimi bir sıra
fantastik vəziyyətə düşür. Yaşadığı evdə asılmış şəkillərdəki insanların tez-tez dəyişməsi,
yaşadığı binaya yaxın məsafədə yanıb xarabalığa çevrilmiş binanı görməsi, pəncərələrdən
görünən işığın yanıb-sönməsi , liftin işləmə qaydası və s. tələbənin psixoloji cəhətdən gərgin-
ləşməsinə səbəb olur. Bütün bunlardan qorxan gənc düşdüyü mühitdən qaçıb hamının olduğu
yerə getmək haqqında belə düşünür. Əsərdə əsasən təklik, tənhalıq ön planda verilib. Povest
də fenomenal üçlük diqqəti daha çox cəlb edir. Bu üçlüyə daxildir: Tənha Yer Kürəsi, Tənha
Bina, Tənha, Fərdiyyətçi Tələbə. Tələbə fərdiyyətçi olduğu üçün kütləvi-insani həyat tərzinə
qovuşa bilmir. Əsərdə tələbə ali məktəbə hazırlaşdığı dövrdə üç oğlanla yataqxanada yaşayır.
Ancaq ünsiyyət qura bilmədiyi üçün daim kənarda qalır, onlara uyğunlaşa bilmir. Ali məktəbə
daxil olduqdan sonra o, tək yaşamaq qərarına gəlir. Tələbə qapalı vəziyyətdən kənara çıxmaq
haqqında qətiyyən fikirləşmirdi. O, artıq təkliyə vərdiş etmişdi, insanlarla əlaqələnmə yolları
axtarmırdı. Əksinə, özünü başqalarından ayrı salmaqdan ötrü yollar axtarır,insanlarla ayrılma,
təcrid edilmə, "qırıq xətli telefona" çevrilmə yolları arayırdı. Şəhərdən kənarda, insanların az
olduğu məkanda, pəncərədən boylanarkən dənizdən başqa heç bir şeyin olmadığı yerdə yaşa-
ması onu daha da sevindirirdi. Əslində bu hal təkliyi, tənhalığı sevmək ən böyük faciələrdən
biri idi. Əsərdə əlaqə problemi yazıçı tərəfindən çox geniş şəkildə əks olunmuşdu. Burada
yalnız bir insanın digəri ilə əlaqəsi yox, o cümlədən cəmiyyətin, Yer kürəsinin digər varlıqlarla
əlaqə yarada bilməməsi ön planda verilib . Əsərdə bu açıq-aşkar özünü göstərir. Belə ki, tələ-
bə insanlardan ayrı düşür, tələbənin yaşadığı bina digər binalardan , Yer Kürəsi də digər pla-
netlərdən ayrı düşür. Yazıçı tələbə ilə yanaşı binanın, Yer Kürəsinin təkliyini əks etdirməklə
böyük yalqızlığı qabarıq göstərməyə çalışıb və bura da simvolik obyektləri əsas götürüb. Əsərdə
yazıçı müxtəlif səpkidə şəxsiyyət problemini izah edir . Yazıçı bu povestlə oxucularını, elm
adamlarını “başqa növ əlaqə prinsiplərinə” yiyələnməyə çağırır.
SOMATİK KOMPANENTLİ FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN
SEMANTİK XÜSUSİYYƏTLƏRİ
Yasəmən SULTANOVA
Bakı Slavyan Universiteti
siren_90@box.az
AZƏRBAYCAN
Frazeoloji vahidlər içərisində ən geniş yayılmışı somatik frazeoloji vahidlərdir. Somatik
frazeoloji vahidlərdə hər bir xalqın
adət-ənənələri, tarixi inkişaf mərhələləri, etnoqrafiyası,
düşüncə tərzi, bu və ya digər həyat hadisələrinə münasibəti əks olunur.
Somatik frazeoloji vahidlər dedikdə insanın bədən üzvlərini bildirən sözlərin iştirakı ilə
yaranan ifadələr nəzərdə tutulur. Həmin sözlər somatik frazeoloji vahidlərin tərkibində müasir