III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1477
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
əsr yaşayış yeri olmuş, orta əsrlərdə isə üzərində müsəlman qəbirləri salınmışdır. Tədqiqatlar
Üçtəpə yaşayış yerinin Azərbaycan (Qafqaz) Albaniyasının Əcəri vilayətinin ən iri yaşayış
məntəqələrindən biri olduğunu göstərir.
ŞİMALİ AFRİKANIN ƏRƏB ÖLKƏLƏRİNİN SİYASİ
HƏYATINDA İSLAMÇIPARTİYA VƏ HƏRƏKATLARIN ROLU
Günel KƏRİMOVA
Azərbaycan Elmlər Akademiyası
Şərqşünaslıq İnstitu
g_ahmedova@yahoo.com
AZƏRBAYCAN
Misirin “Müsəlman qardaşları” hərəkatı bütün islamçı partiya və hərəkatların forma-
laşmasına və siyasi baxışlarına böyük təsir göstərmişdir. Bu təsirin çox və ya az olmasına
baxmayaraq, istənilən islamçı partiya və hərəkatda “Müsəlman qardaşları”nın izlərinə rast
gəlmək mümkündür. Buna görə də istənilən islamçı partiyanı araşdırmaq üçün ilk növbədə
“Müsəlman qardaşları”nı tədqiq etmək lazımdır. Hərəkat yarandığı gündən müasir dövrə kimi
uzun inkişaf yolu keçmişdir. Onun qurucusu olan H. Əl-Bənnadan başlayaraq müasir günü-
müzə kimi təkamül etmiş və demək olar ki, mövcud olduğu dövrün sosial-siyasi hadisələri ilə
ayaqlaşa bilmişdir. “Müsəlman qardaşları”nın ideologiyasını anlamaq üçün ilk növbədə onun
yarandığı tarixi şəraiti araşdırmaq lazımdır. Hərəkat ölkədə baş verən daxili və xarici siyasi
hadisələr fonunda islama qayıdışın zəruri olduğu tarixi şəraitdə meydana gəlmişdir. Hərəkatın
ideoloji bazasını XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış Cəmaləddin Əl-Əfqani, Mə-
həmməd Əbdo, Rəşid Rida kimi islam mütəfəkkirlərinin fikirləri təşkil edir. Hərəkat yaran-
dığı vaxtlarda sadəcə sosial-ictimai xarakter daşıyırdı. Hərəkatın banisi H.Əl-Bənna ölkənin
qərbləşdirilməsinin əleyhinə çıxış edir, ölkədə mövcud olan sosial-ictimai çətinliklərin, xüsu-
silə gənclər arasında işsizliyin artmasının qarşısının alınmasına çalışırdı. Lakin onun ölümün-
dən sonra hərəkatın rəhbəri olan Seyyid Qutb öz çıxışlarında islam dəyərləri və islam qayda-
larına əsaslanan dövlət yaranmasını təbliğ edirdi. Artıq bu dövrdən başlayaraq hərəkat siyasi
xarakter almağa başladı. XX əsrin 40-cı illərindən başlayaraq hərəkat siyasi arenaya gəldi.
Bundan başqa, 1980-ci illərdən etibarən hərəkat özünün maliyyə şəbəkəsini yaratmaqla siyasi
fəaliyyətini möhkəmlətməyə başladı. Hərəkatın belə geniş vüsət alması və əsasən də gənclər
və ziyalılar arasında rəğbət qazanması hakim dairələri qorxuya saldı. İlk dövrlərdə hakim
dairələr islamçı partiyalardan öz mənafeləri üçün istifadə etsələr də, sonradan “Müsəlman
qardaşları”nın artan məşhurluğu hakim təbəqəni narahat etməyə başladı. Bundan başqa, 40-cı
illərdən başlayaraq, hərəkatın öz daxilində baş verən ixtilaflar və fikir ayrılığı nəticəsində bir
qrup radikallar ayrılaraq öz dəstələrini yaratdılar. Əslində “Müsəlman qardaşları” heç bir
zaman silahlı mübarizənin tərəfdarı olmayıblar. Onlar öz ideyalarını təbliğ etmək üçün
mövcud vəziyyətə uyğunlaşmağa çalışırdılar. Belə ki, Misirdə aktiv qərbləşmə siyasəti getdiyi
üçün hərəkatın liderləri və fəalları öz ideyalarının demokratik və dünyəvi prinsiplərə zidd
olmadığını sübut etməyə çalışırdılar. Lakin sonradan bir qrup radikallar tərəfindən törədilən
terror aktları hakim təbəqələri “Müsəlman qardaşları”na qarşı aktiv mübarizəyə başlamağa
sövq etdi. Belə ki, H. Mübarək hakimiyyətə gəldikdən sonra hərəkatın leqal fəaliyyəti
qadağan edildi. Buna baxmayaraq, hərəkat ölkənin siyasi həyatında iştirak etməyə müyəssər
olurdu. Belə ki, onlar digər partiya və hərəkatlarla koalisiya şəklində və ya müstəqil namizəd
kimi parlament seçkilərində iştirak edərək yer tuturdular. “Müsəlman qardaşları” ən böyük
uğura 2005-ci ildə Xalq Məclisinə keçirilən seçkilərdə 88 yer tutaraq (20 %) qalib gəlməklə
nail oldular. Bu qalibiyyətin əsas səbəblərindən biri hərəkatın yaxşı təşkilatlanması və təbliğat
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1478
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
işinin hərtərəfli qurulması olmuşdur. Bundan sonra hərəkat yeni islahatların aparılması üçün
işlərə başladı. Onlar ilk növbədə islam qaydaları əsasında demokratik dövlət qurulmasının
tərəfdarı idilər. Bundan başqa, onların fikrincə islahatların keçirilməsinin əsas məqsədi misir-
lilərin şəxs kimi formalaşması, onların düşüncə tərzində islamın təsirini artırmaqdan ibarət
idi. 2005-ci il seçkilərindəki qələbə hakim təbəqələr tərəfindən hərəkata qarşı təzyiq və rep-
resiyaları artırdı. Hərəkatın əsas liderləri və fəalları ölkəni tərk etməyə məcbur oldular. Lakin
2011-ci ildə başlayan “ərəb baharı” inqilabından istifadə edən hərəkat rəhbərləri hakimiyyətə
gəlmək üçün fəaliyyətə başladılar. 2011-ci ilin aprel ayında hərəkat özünün Azadlıq və ədalət
partiyasını yaratdığını elan etdi. İyun ayında hakim qüvvələr partiyanı rəsmi olaraq tanıdılar
ki, bu da hərəkata qoyulan qadağanın aradan qalxması demək idi.
Misir hüdudlarından kənarda “Müsəlman qardaşları”nın fəaliyyəti hələ 1930-cu illərdə
başlamışdı. Bu proses nəticəsində C.Ə.Nasirin hakimiyyəti dövründə kütləvi təqiblərdən yaxa
qurtarmaq məqsədilə digər ərəb ölkələrinə miqrasiya edən hərəkat üzvləri burada öz
ideyalarını yaymağa başladı. Hərəkatın ilk qolu Suriyada yarandı. İordaniyada hərəkat leqal
partiya kimi təsdiqləndi və ölkənin siyasi həyatında mühüm rol oynayır. “Müsəlman qardaş-
ları” Sudanda nəzərə çarpan nüfuz əldə etdilər. Həmçinin Yaxın Şərq və Şimali Afrikanın di-
gər ölkələrində də hərəkat siyasi həyata təsir etmişdir. 80-ci illərdə Əfqanıstanda sovet qoşun-
ları ilə müharibəyə hərəkat çoxsaylı qüvvələr göndərmişdir. Bundan başqa, 1960-cı illərdən
sonra hərəkatın ABŞ-da da qolları yaranmağa başladı.
XƏZƏRİN HÜQUQİ STATUSUNA DAİR DANIŞIQLAR VƏ BU
PROSESİN HÖVZƏDƏ ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ TƏSİRİ
Pərvanə İSLAMOVA
Azərbaycan Elmlər Akademiyası
İ
nsanHüquqlarıvə Konfliktologiyaİnstitutu
Perish8888@mail.ru
AZƏRBAYCAN
Xəzərin hüquqi statusu məsələsi tarixi prosesdir. Bu proses 1991-ci ildə SSRİ-nin da-
ğılması və Xəzər hövzəsi regionunda müstəqil dövlətlərin yaranması ilə başlamışdır. Bu tarixə
kimi Xəzər dənizinin hüquqi məsələləri Rusiya və İran arasında imzalanmış müqavilələrlə
tənzimlənirdi. Dəniz Rusiya və İranın dənizi kimi tanınırdı. Lakin 1991-ci ildən etibarən beş
müstəqil dövlət Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiya və İran Xəzərin hüquqi
məsələlərini nizama salmaq, statusu müəyyənləşdirmək üçün danışıqlara başladılar.
Xəzərin hüquqi statusunun müəyyən edilməsi dünya dəniz hüququnda ən çətin məsə-
lələrdən biridir. Bu məsələ 1992-ci ildən indiyə kimi sahilyanı dövlətlərin ikitərəfli və çoxtə-
rəfli görüşlərində dəfələrlə müzakirə obyekti olsa da, Xəzərin dəniz ya da göl olması haqqında
konsensusa gəlmək mümkün olmamışdır. Bu da özlüyündə Xəzərin hüquqi statusuna dair qəti
qərarın qəbul edilməsinə mane olur.
Ümumiyyətlə, Xəzərin hüquqi statusu məsələsinin həllinə yönəlmiş danışıqlar prosesini
qısaca olaraq aşağıdakı mərhələlərə bölmək olar:
I mərhələ (1991-1994-cü illər)
II mərhələ (1995-1999-cu illər)
III mərhələ (2000-ci ildən başlayaraq hal-hazırda da davam edir.)
Birinci mərhələnin 1991-ci ildən hesablanması Sovetlər birliyinin dağılması, Xəzər
ətrafında beş müstəqil dövlətin yaranması ilə əlaqədardır. Məhz Sovet ittifaqının dağılmasın-
dan sonra indiyə kimi SSRİ ilə İran arasında Xəzərə aid müqavilələr qüvvədən düşür və