III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1481
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
6. Qədim və antik dövr, eləcə də orta əsrlər mərhələləri üçün ilkin və inkişaf etmiş ur-
banizasiya (və yaxud şəhər mədəniyyəti formalaşması) xüsusiyyətlərinin elmi əsaslarla
araşdırılmasında sənətkarlıq məmulatlarının mənbəşünaslıq əhəmiyyətinin əyani nümunələrlə
qarşılıqlı müqayisə əsasında tədqiqi.
Aparılmış tədqiqatlar nəticəsində ilk dəfə olaraq türk dünyasının qədim və ənənəvi sə-
nətkarlıq mədəniyyətinin təşəkkülü, həmçinin inkişafı tarixinin tədqiqində ənənəvi sənətkarlıq
məmulatlarının etnoqrafik və arxeoloji cəhətdən mənbəşünaslıq əhəmiyyəti dəlillərə istinad
edilərək tədqiq olunmuşdur.
Amerika Birləşmiş Ştatları və Yaponiyadan olan alimlərlə birgə bu sahədə yerli tədqi-
qatçıların iştirakı ilə aparılmış elmi araşdırmaların innovativ texnologiya və üsulların tətbiqi
sayəsində əldə olunmuş mühüm nəticələri qeyd edilmişdir.
Aparılmış elmi araşdırma və tədqiqat işləri böyük tətbiqi əhəmiyyətə malikdir. Yerli ən-
ənəvi sənətkarlıq nümunələrinin qədim, antik və eləcə də orta əsrlər mərhələlərinə aid nümu-
nələrinin hazırlanma üslubları və xammal ehtiyatları əsasında oxşar məmulatların müasirlər-
inin istehsalı mümkündür.
İlk dəfə olaraq Gəncənin qədim, antik və orta əsrlər mərhələlərinə aid yerli, ənənəvi
saxsı məmulatları kompleks tədqiqata cəlb edilmişdir. Qədim Gəncə ərazisində yerli alimlərlə
birgə ABŞ-ın Smitson İnstitutunun Milli Təbiət Tarixi Muzeyi və Yaponiyanın Tokio Muzey
Universitetinin tədqiqatçıları tərəfindən türk dünyasının qədim və ənənəvi sənətkarlıq mədə-
niyyətinin təşəkkülü, həmçinin inkişafı tarixinin öyrənilməsi məqsədilə elmi araşdırmalar,
arxeoloji və çöl-etnoqrafik tədqiqat işləri aparılmışdır.
Antropologiya və etnoqrafiya sahəsində elmi-tədqiqat istiqaməti kimi ilk dəfə olaraq
mühüm şəhərsalma vahidləri olan sənətkarlıq məhəllələrinin formalaşması və inkişafının tari-
xi əsaslarının öyrənilməsi sahəsində yerli səciyyəvi sənətkarlıq nümunələrinin mənbəşünaslıq
əhəmiyyəti əsaslandırılmışdır. Gələcək tədqiqatlarımızda Gəncənin yerli dulusçuluq sənəti
məmulatları ilə geniş coğrafiyada təmsil olunmuş digər türksoylu xalqların tarixi abidələrin-
dən aşkar olunmuş oxşar nümunələrin qarşılıqlı şəkildə və ən əsası multidissiplinar əsaslarla,
innovativ üsulların tətbiqi ilə öyrənilməsi məqsədilə araşdırmalarımızın miqyasını genişlən-
dirməyi nəzərdə tuturuq.
XXI ƏSRIN İLK DEKADASINDA İSRAIL-FƏLƏSTİN SÜLH
DANIŞIQLARI PROSESİNDƏ ABŞ-IN İŞTİRAKI
NigarƏSGƏROVA
Azərbaycan Dillər Universiteti
asgarova.n@gmail.com
AZƏRBAYCAN
XX əsrdə Yaxın Şərqdə Fələstin torpaqlarında İsrail dövlətinin meydana gəlməsi ilə re-
gionda həllinə nail olunmayan İsrail-Fələstin münaqişəsinin əsası qoyuldu. ABŞ münaqişənin
yarandığı ilk illərdən onun həlli istiqamətində aparılan danışıqlar prosesində iştirak etmişdir.
Lakin, münaqişənin hələ də həll olunmaması bu cəhdlərin uğursuzluğa düçar olmasının gös-
təricisidir.
2000-ci illərin sonunda Bill Klinton adminstrasiyası tərəfindən aparılan sülh prosesinin
uğursuzluğu İsrail-Fələstin arasında zorakılığın böyük miqyasda yenidən alovlamasına səbəb
oldu. Həmin ilin sonunda Ariel Şaronun Əl-Əqsa məscidinə səfəri və burada məscidinin ətra-
fında olan ərazilərdən İsrailin heç bir zaman imtina etməyəcəyi barədə etdiyi çıxışı fələstin-
lilər arasında qəzəb və narazılığa səbəb oldu. Həmin gecə minlərlə fələstinli Qərb sahili boyu
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1482
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ərazilərdə qiyama başladı. Beləliklə,2000-ci ilin sonunda fələstinlilər miqyasına, gərginliyinə
və ölü sayına görə 1987-ci il İntifadasından (xalq hərəkatı) kəskin fərqlənən yeni İntifadaya
başladılar.
XXI əsrin ilk dekadasında da bu münaqişənin həlli istiqamətində ABŞ tərəfindən bir
sıra təkliflər irəli sürülmüşdür. Senator Corc Mintçel tərəfindən sədirlik edilən kommisiya
2001-ci ilin may ayında münaqişənin həllinə dair üçpilləli sülh planı təklif etdi. Plana əsasən
hər iki tərəf öncə razılığa gəlmək üçün irəli sürülən öhdəlikləri qəbul etməli, zorakılığın qarş-
ısı alınmalı və təhülksəzlik səhəsində əməkdaşlıq qurmalı; ikinci mərhələdə yaşayış məskənl-
ərinin inşasını dayandırmaq və terror aktlarından imtina etmək kimi jest göstərilməli; üçüncü-
sü isə, sülh danışıqlarını yenidən başlamalı idilər. Planı hər iki tərəfinin liderləri təsdiq etsələr
də, zorakılıq davam edirdi və bu da planın uğursuzluğa düçar olması demək idi.
2001-ci ildə tərəflərə ABŞ, Rusiya, Avropa İttifaqı və BMT-dən tərəfindən tərtib edilən
və sülhə aparan üç mərhələləli “Yol xəritəsi” plan təqdim edildi. İlkin mərhələdə (2003-cü il
May ayı ərzində) “Yol xəritəsi” planı terrora və zorakılığa son qoyulmasını, Fələstin dövlət
təsisatlarının yaradılmasını və İsrail tərəfindən həyata keçirilən məskunlaşma prosesinin da-
yandırmasını nəzərdə tuturdu. İkinci mərhələdə (May-Dekabr 2003) 2003-cü ilin sonuna kimi
müvəqqəti sərhədləri olan Fələstin dövlətinin yaradılmasını, demokratik hökumətin əsasını
qoyan Fələstin konstitusiyasının qəbulunu, ən nəhayətdə isə qaçqınlar, su və inkişaf məsələ-
lərinin müzakirəsini nəzərdə tutan konfrans təşkil olunmalı idi. Üçüncü mərhələdə isə (2004-
cü ilin May ayına kimi) İsrail-Fələstin arasında sərhədlər, Qüds, qaçqınlar və məskunlaşma
kimi məsələlərə dair sülh danışıqlarının son statusu müzakirə ediləcək növbəti konfransın təş-
kil olunmalı idi.
Lakin, “Yol xəritəsi” planının reallaşması bir sıra çətinliklərlə üzləşdi. İlk başda, həm
İsrail, həm də Fələstin Yerusəlim üzərində nəzarət və Fələstin qaçqınlarının hüquqlarına dair
əsas məsələlərdə güzəştə getmək niyyətində deyildilər. İsrail hökuməti Fələstin hökumətini
Həmasın və digər ektrimist qrupların həmlələrinin qarşısını ala bilməməkdə günahlandırırdı.
Fələstinlilər isə İsraili yaşayış məskənələrini ləğv etməməkdə və üstəlik Qərb sahili məskənlə-
rində güclü müdafiə qüvvələrini toplamasına görə ittiham edirdi.
2000-ci ildən başlayaraq, İsrail dövləti hücum və istənilən təhlükələrdən qorunmaq
üçün Qərb sahillərində sədd hörməyə başladı. Vatikan, Avropa İttifaqı və hətta ABŞ-ın da
narazılığına baxmayaraq, İsrail bu səddi hörməkdə davam edirdi.
İsrail əhalisinin təhlükəsizliyini artırmaq, İsrail Müdafiə Qoşunlarının üzərində təzyiqi
aradan qaldırmaq, israil və fələstinlilər arasında çəkişməni azaltmaq məqsədilə, 2005-ci ildə
İsrail Qəzza zolağından birtərəfli geri çəkildiklərini elan etdi. Həmin il Qəzza fələstinlilərə
qaytarıldı. Fələstin liderləri İsrailin İordan çayının Qərb sahillərində daha böyük iddialara
malik olmasını beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırdı. Beləliklə də, Qərb sahillərində
israillərin sayı artmağa başladı.
Qəzzadan geri çəkilmə Ariel Şaronun ölkəsində siyasi nüfuzunun zəifləməsinə və növ-
bəti seçkilərdə məğlub olmasına səbəb oldu. 2006-cı ildə hakimiyyətə Ehud Olmert gəlir. Hə-
mas və Hizbullahın həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində İsrail Müdafiyə Qoşun-
larının əsgərlərini əsir götürülməsi ilə, İsraili Livanda yeni bir münaqişəyə daxil oldu.
2006-cı ildəFələstin muxtariyyətində keçirilən seçkilərdə Həmas 123 parlament yerinin
74-nü qazandı. 2006-cı il Fələstində azad və şəffaf seçkilər ABŞ hökuməti tərəfindən dəstək-
lənirdi. Lakin Vaşinqtonun qarşısından iki seçim var idi: ya Həması Ərəb cəmiyyətində de-
mokratik islahatları dəstəkləyən bir qüvvə kimi tanımaq, ya da ABŞ-ın terrorist təşkilatı
siyahısına daxil etdiyi partiyanın seçki nəticələrinə qarşı etiraz etmək. Vaşinqton ikinci yolu
seçdi. ABŞ İsrail tərəfindən işğal olunmuş ərazilərə etdiyi maliyyə yardımını dayandırdı, Ərəb
ölkələrini yeni hökuməti dəstəkləməmələrinə dair xəbərdar etdi. İsrail isə gömrük xərcini artırdı.