III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1479
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
suveren ölkələr dənizə olan hüquqlarını bərpa etməyə çalışırlar. Bir neçə mərhələdə aparılan
danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 13neft şirkəti ilə ARDNŞ
arasında bağlanmış beynəlxalq əhəmiyyətli “Əsrin müqaviləsi”nin imzalanması ilə Xəzərin
statusu məsələsində yeni mərhələ başlamış oldu.
Həmin tarixdən etibarən on il ərzində status məsələsinin müzakirəsi zamanı ölkələrin
mövqeyində müəyyən dəyişikliklər nəzərə çarpsa da bütün Xəzəryanı ölkələr hövzədən daha
çox pay almaq və öz təhlükəsizliyini daha yaxşı təmin etməkçün mübarizə aparırlar. Bu
proses isə regionun ən önəmli amilinə enerji təhlükəsizliyinə mənfi təsir göstərir. İlk vaxtlarda
Rusiya Sovet İttifaqının dağılmasından sonra Xəzər dənizində əvvəlki nüfuzunu itirdiyi üçün
su hövzəsinin beynəlxalq hüquq normalarına uyğun şəkildə bölüşdürülməsini həzm edə
bilmirdi və çalışırdı ki Xəzər hövzəsində hegemonluğunu qoruyub saxlasın. Rusiyanın möv-
qeyini müdafiə edən ilk sahilyanı ölkə Türkmənistan idi. Hətta 1994-cü il oktyabrın 19-da
İstanbulda türk dövlət başçılarının zirvə toplantısı zamanı Səfərmurad Niyazov öz çıxışında
Xəzərin statusunun müzakirə edilməsini xüsusi vurğulayaraq, Rusiyanın məsələ ilə bağlı
mövqeyini bu və ya digər formada dəstəkləməyə çalışırdı.
1
Ölkəmizin mövqeyini isə H.Əliyev
konkret faktlarla əsaslandıraraq məsələnin hüquq normaları əsasında həll olunmasının vacib-
liyini vurğulamışdır.
Gərgin danışıqlar prosesi 1995-ci ildə problemə yanaşmada iki konsepsiyanın formalaş-
masına səbəb olur. Azərbaycanın obyektivlik, reallıq və beynəlxalq hüquq normalarına əsa-
slanan konsepsiyası aşağıdakı kimi müəyyənləşdirilmişdir.
Xəzər sərhəd gölüdür;
Xəzər orta xətt prinsipi ilə milli sektorlara bölünməlidir;
Xəzərin milli sektorlara bölünməsi keçmiş SSRİ-nin iş praktikasına və o zamankı (1970-
ci ildə qəbul edilmiş bölgüyə əsasən) bölgüyə əsaslanmalıdır;
Belə bölgü artıq mövcud olduğundan Xəzəryanı dövlətlər status müəyyənləşdirilməz-
dən əvvəl öz milli sektorlarında işə başlaya bilərlər.
Bu mövqeyə qarşı Rusiya-İran-Türkmənistan üçlüyü isə aşağıdakı sistemi irəli sürür-
dülər.
Xəzər unikal qapalı su hövzəsidir və Xəzəryanı dövlətlərin ümumi sərvətidir.
Milli sektorlar əvvəlki təkliflərlə 12, hazırkı təkliflərə görə isə 45 mildən çox olmama-
lıdır.
Xəzərin milli sektorlara düşməyən orta hissəsində bütün geoloji kəşfiyyat və neft-qaz
hasilatı beş Xəzəryanı dövlətin ümumi iştirakı ilə həyata keçirilməlidir.
Baxmayaraq ki, Rusiya-İran-Türkmənistan üçlüyü Xəzərə əsassız iddialar irəli sürüb
sərt mövqe nümayiş etdirirlər, sonradan öz iddialarının hüquqi bazaya əsaslanmadığını dərk
edərək ikitərəfli danışıqların davam etdirilməsini təklif etdilər. Bu ölkəmizin xarici siyasətinin
uğuru idi. Belə ki, Xəzərin status məsələsində Azərbaycanın nümayiş etdirdiyi mövqe böl-
gədəki reallıqları səciyyələndirən ən uğurlu diplomatik addım olmaqla bərabər dövlətimiz
üçün ən əhəmiyyətli variantdır.
Hüquqi status məsələsinin həll edilməməsi regionda enerji təhlükəsizliyinə təsirsiz ötüş-
mür. İlk növbədə onu qeyd edim ki, bu məsələnin həllinin gecikməsi sahilyanı ölkələr arasın-
da əməkdaşlığı ləngidir, bu isə öz növbəsində regionda təhlükəsizlik amilini qabardır. Çünki
region ölkələri arasında hərtərəfli inama əsaslanan əməkdaşlıq olmadıqda ölkələr öz təhlükə-
sizliklərini regiondan kənar müttəfiqlər tapmaqla, silahlanmaqla təmin etməyə çalışırlar ki, bu
durum da yarışı xatırladır.
Xəzərin hüquqi statusunun tam, hərtərəfli və dəqiq müəyyən edilməsi üçün ilk növbə-
də Xəzər hövzəsində beynəlxalq təhlükəsizlik problemləri həll edilməlidir. Bu baxımdan
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1480
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Xəzər sahili ölkələrin geosiyasi meyl və maraqları, beynəlxalq və regional oyunların xarakteri
müəyyən edilməlidir. Xəzərsahili ölkələr təhlükəsizlik məsələlərini həll etmədən Xəzər
dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini imzalamayacaqlar. 1992-ci ildən
bugünədək Xəzərsahili ölkələr arasında aparılan danışıqlarda Xəzərsahili ölkələr Xəzərə aid
baza sənədinin hazırlanmasını və imzalanmasını təxirə salıblar. Öz təhlükəsizliklərini təmin
etmədən bu ölkələrin çoxu Xəzəri son olaraq bölüşdürməyə risk etmirlər. Başqa sözlə, Xəzər
sahili ölkələrin razı olduğu Paktın şərtlərinin hazırlanması və Xəzərin beynəlxalq hüquqi
statusunun qəbul edilməsi vacibdir. Belə bir pakt olmadan biz hələ uzun müddət bu gölün
hövzəsində hüquqi ərazidən kənarda olacağıq.
QƏDİM TÜRK SƏNƏTİ ƏNƏNƏLƏRİNİN TƏDQİQİNDƏ GƏNCƏNİN
DULUSÇULUQ NÜMUNƏLƏRİNİN MULTİDİSSİPLİNAR
ƏSASLARLA ÖYRƏNİLMƏSİNİN ƏHƏMİYYƏTİ
Elnur HƏSƏNOV
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi
l-hasan@hotmail.com
AZƏRBAYCAN
2013-2014-cü illər ərzində qədim Gəncə ərazisində tərəfimizdən ABŞ-ın Smitson İnsti-
tutunun Milli Təbiət Tarixi Muzeyi və Yaponiyanın Tokio Muzey Universitetinin tədqiqatçı-
larının texniki dəstəyi ilə qədim sənətkarlıq mədəniyyətimizin təşəkkülü tarixinin öyrənilməsi
məqsədilə elmi araşdırmalar, arxeoloji və çöl-etnoqrafik tədqiqat işləri aparılmışdır.Həyata
keçirilmiş bu beynəlxalq tədqiqatlarımızın əsas məqsədi Türk dünyasının zəngin sənətkarlıq
tarixinin araşdırılmasında Gəncənin saxsı məmulatlarının mənbəşünaslıq əhəmiyyətinin mü-
əyyən edilməsidir. Gəncəbasar Azərbaycanın arxeoloji baxımdan ən zəngin ərazilərindən biri-
dir. Odur ki, bu məqsədlə Gəncənin ənənəvi dulusçuluq nümunələri ilə oxşar cəhətlərə malik
olan və Anadolunun Əhlatlıbel, Mərkəzi (Orta) Asiyanın Şirin Say, Təli-Bərza, Qaratəkin,
Kafır-qala, Ön Asiyanın (İranın) Giyan-təpə, Sialk-təpə abidələrindən aşkar olunmuş oxşar
nümunələrin mənbə və ədəbiyyatlar əsaında qarşılıqlı öyrənilməsi həyata keçirilmişdir.
Tədqiqatlarımızın əsas vəzifəsi isə bu sahədə aparılmış elmi araşdırmaların innovativ
texnologiya və üsulların tətbiqi sayəsində əldə olunmuş mühüm nəticələrinin elmi ictimaiy-
yətin diqqətinə çatdırılması, nüfuzlu elmi nəşrlərdə çap edilməsidir.
Həyata keçirilmiş tədqiqat işlərinin icrası zamanı bir sıra mühüm multidissiplinar əsaslı
innovativ elmi üsullardan istifadə edilmişdir:
1. Biokimyəvi innovativ texnoloji vasitələrin tətbiqi (radiokarbon, dendroxronoloji
üsullar və s.);
2. Mövcud yerli sənətkarlıq məmulatlarının hazırlanma materiallarının tədqiqata cəlb
edilməsi;
3. Məhz ənənəvi sənət nümunələrinin hazırlanma üsul və vasitələrinin innovativ metod-
lardan istifadə sayəsində müəyyən edilməsi;
4. İlk dəfə olaraq yerli sənətkarlıq məmulatlarının qədim və antik mərhələlərə aid olan-
larının istehsal texnika və texnologiyalarının tədqiqi nəticəsində sənətkarlıq ənənələrinin
mənşəyi (genezisi) probleminin üzə çıxarılması;
5. Türk dünyası coğrafiyasında şəhər mədəniyyətinin təşəkkülü və eyni zamanda inki-
şafı tarixinin öyrənilməsində ilk dəfə olaraq ənənəvi sənətkarlıq sahələrinin səciyyəvi xüsu-
siyyətlərinin sabit və dayanıqlı mənbələr olaraq elmi tədqiqata cəlb edilməsi və bunun nəticə-
sində etnoqrafiya və etnologiya sahəsində mahiyyətcə yeni elmi istiqamətin əsasının qoyulması;