Microsoft Word A. Shalala Dissertasiya docx



Yüklə 494,24 Kb.
Pdf görüntüsü
səhifə2/21
tarix05.12.2017
ölçüsü494,24 Kb.
#14113
1   2   3   4   5   6   7   8   9   ...   21

 

gələcəkdə  strategiya  və  təşkilat  nəzəriyyələrinin  inkişafına  töhfə  vermək  məqsədi 



daşıyır. 

Tədqiqatın  predmeti:  Sinergetik  iqtisadiyyatın  inkişafına  təsir  edən  amillər  və 

inkişaf perspektivləridir. 



Tədqiqatın  nəzəri  əsaslarını  müasir  Qərb  iqitsadçıları  ilə  yanaşı  rus  və  türk 

iqtisadçı  alimlərinin  tədqiqatları,  həmçinin  tədqiqatçının  fərdi  yanaşması  təşkil  edir. 

Dissertasiyanın  yazılmasında  iqtisadi  nəzəriyyə,  informasiya  iqtisadiyyatı,  institusional 

qarşılıqlı fəaliyyət, dünya iqtisadiyyatı,sinergetik effekt, biliklərə əsaslanan iqitisadiyyat 

və digər elmlərin müddəalarından geniş istifadə edilmişdir.   

Tədqiqatın  metodoloji  bazasını  iqitsad  elminin  əsaslandığı  elmi  tədqiqat 

metodlarının  geniş  spektri  və  problemin  tədqiqində  elmi  abstraksiya,  tarixi  və  məntiqi 

ə

laqə, analiz və sintez metodlarından istifadə edilməklə faktlar yığılıb-ümumiləşdirilmiş, 



onlar  arasında  qanunauyğun  və  təsadüfi  əlaqələr  müəyyənləşdirilmiş,  xarektirik 

ə

lamətlər aşkara çıxarılmış, həmçinin müasir inkişaf xüsusiyyətlərini izah edən bir çox 



xarici ölkə alimlərinin elmi mülahizləri və nəticələri təşkil edir. 

Elmi yenilik: Bu tədqiqatda sinergetik iqtisadiyyatın iqtisadi proseslərdə görünən 

müsbət  təsirini  sübut  etməklə  elm  və  texnologiyanın  və  elecə  də  tətbiqi  proqramların 

inkişafı nəticəsində daha təsirli bir iqtisadi fəaliyyət əldə etməyin mümükünlüyü sübuta 

yetirilir. 



Nəzəri  və  təcrübi  əhəmiyyəti  aparılan  tədqiqatın  əsas  nəticə  və  elmi 

müddəalarından,  təkliflər  və  tövsiyyələrdən  sinergetik  prosesin  uyğunlaşma  və 

qabiliyyət elementi olaraq, müəssisənin hansı iş növündə müvəffəqiyyətli  və ya uğursuz 

olacağını göstərməsidir. 

 



 

nformasiyanın  mənbəyi  internet  resursları,  Vilnüs  Gediminas  Texniki 

Universiteti,  Ohayo  Dövlət  Universiteti  və  Gallen  Universitetinin  elektron 

kitabxanalardan istifadə edilmişdir. 

şin  strukturu  və  həcmi.

  Aparılmış  tədqiqat  işi  giriş,  3  fəsil,  nəticə  və  təkliflər, 

istifadə  edilmiş  ədəbiyyat  siyahısından  ibarət olmaqla, qəbul olunmuş  komputer  yazısı 

75 səhifə həcmindədir. 

Magistr dissertasiya işinin giriş hissəsində mövzunun aktuallığından bəhs olunur. 

Magistr dissertasiya işinin birinci fəslində müəllif tərəfindən sinergetika anlayışının 

mahiyyəti  və  əsas  xüsusiyyətləri  və  məhsuldarlığa    və  fəaliyyətə  təsiri    məsələsi 

araşdırılmışdır.  

Dissertasiya  işinin  ikinci  fəslində  sinergetik  iqtisadiyyatın  inkişafına  təsir  edən 

amillər və sinergetik effektlərin sistemləşdirilməsi öyrənilmişdir. 

Magistr  dissertasiya  işinin  üçüncü  fəslində  isə  Azərbaycan  iqtisadiyyatında 

sinergetikanın  inkişaf  səviyyəsi,  sinergetik  iqtisadiyyatın  inkişaf  perspektivləri  və 

ölkəmizdə tətbiqi istiqamətində görülən işlər tədqiq edilmişdir. 

Dissertasiya  işinin  sonunda  işin  məntiqi  yekun  olaraq  nəticə  və  təkliflər  və 

ə

dəbiyyat siyahısı verilmişdir. 



 

 

 

 



 

 


 

G R Ş 



 

Müasir  dövrdə  müəssisələrin  qloballaşması  rəqabət  üstünlüyü  üçün  yalnız  daxili 

bazara  deyil,  dünya  miqyasında  mal  istehsal  etməyi  və  ya  xidmət  göstərməyi  və  satış 

etməyi müəyyən edir. Beynəlxalq arenada müəssisələrin rəqabət mövqelərini qorumaları 

və  ya  rəqiblərindən  daha  üstün  mövqedə  ola  bilmələri  üçün  bir  sıra  strategiyaların 

öncədən düşünülüb həyata keçirilməsi tələb edilir. Bunlar arasında ən əhəmiyyətli və ən 

məşhur olanlardan biri “sinergetik hərəkət və ya sinergetik rəhbərlik”dir.  

Sinergetik  iqtisadiyyat,  əməkdaşlığa  qarşı  birlikdə  inkişafı  ifadə  edir. 

Administratorluq  baxımından  sinergetik  hərəkət,  milli  və  ya  beynəlxalq  rəqabət 

şə

raitində  iki  ayrı  müəssisənin  güclərini  birləşdirərək  yeni  bir  güc  əmələ  gətirilməsinə 



istiqamətli  yeni  bir  “müəssisə  rəhbərlik  strategiyası”dır.  Hər  nə  qədər  söz  etibarilə 

ə

məkdaşlıq olsa da, sinergiya saxladığı məna və əhatə baxımından, birlikdə çalışmaq və 



bir-birinə dəstək vermək barəsində imkanların ortaqlaşdırılmasıdır. Stratejik idarəetmədə 

sinergetik  hərəkət,  müəssisənin  məlumat  və  bazar  strategiyalarının  əhəmiyyətli  bir 

ünsürü  olaraq,  yeni  bir  fəaliyyətin  müvəffəqiyyəti  üzərində  mövcud  qaynaqların  təsiri 

olaraq açıqlanır. 

Ş

irkət və ya müəssələr üçün sinergetik rəhbərliyin yaranması üçün aydındır ki  2 və 



daha artıq şirkət və ya müəssisəyə ehtiyac duyulur.Həmçinin hər  hansı bir şirkət və ya 

müəssisə  daxilində  də  sinergiyanın  yaranması  üçün  2  və  daha  artıq  şəxs  və  ya  iş 

bölmələri  və  şöbələrinə  ehtiyac  duyulur.  Bu  mürəkkəbləşmə  müəyyən  zaman  içində 

məlumatların qarışdırılmasına və itikisinə gətirib çıxara bilər. 

Texnologiyanın  inkişafı  nəticəsində  yaranan  yeni  sistemlər  bu  cür  problemləri 

aradan qaldırmağa qadirdir.Bu sitemlər sinergetikanın növlərindən biri olan mərkəzdən 

idarəetmə  anlayışını  özündə  əks  etdirir  və  sinergetik  iqtisadiyyatın  inkişafına  dəstək 

olur. 



Yüklə 494,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə