21
çalışması tətbiqidir. Hal-hazırda işçilərindən daha məhsuldar nəticələri almaq üçün insan
resursları üzərində sıxlaşan biznesdə, fərdi iş üsullarının kifayət qədər məhsuldar
olmadığını düşünülməyə başlanılmışdır. Sıxlaşan rəqabət təzyiqləri mübarizə edən çox
sayda müəssisə, komanda işinin daha yüksək məhsuldarlıq təmin etdiyini, əmək
xərclərini saldığını, personalın performansını, müəssisəyə olan sədaqətini və
motivasiyasını artırdığını qəbul edir. Müəssisələrin rəqabət üstünlüyünü təmin etmələri
üçün, işçilərinin qabiliyyətlərindən daha çox faydalana və çalışanlar arasında sinergetik
bir təsir yarada biləcəkləri qrup işlərinə yönəlməkləri lazımdır. Komanda işində fərdlərin
birlikdə işləri nəticəsində sinergetik bir təsirin varlığı, səbəbindən komanda işinin
fəaliyyətinin bir çox faktorla əlaqəsi var. Motivasiya, ünsiyyət, liderlik, uyğunlaşma və
heterogenlik bu faktorların başında gəlməkdədir. Bu faktorları bir-birlərindən ayrı
düşünmək mümkün deyil. Hər biri birbaşa ya da bilvasitə olaraq bir-birlərini təsir edir və
bir bütün olaraq komandanın performansında əks olunmaqdadır.
22
1.4. Müəssələrdə komanda işinin sinergetikaya olan müsbət təsiri. Motivasiya
və
liderlik
1990-cı illərin başından etibarən iqtisadi və ictimai mühitin məruz qaldığı dəyişlik,
müəssisələrin quruluşunda və rəhbərlik strategiyalarında da əhəmiyyətli dəyişikliklərə
gətirib çıxarmışdır. Bu dəyişikliklər içərisində yer alan komanda çalışması tətbiqləri
müəssisələrin əsas ehtiyacları arasında yer almağa başlamışdır. Bu gün müvəffəqiyyətli
olan bir çox müəssisə söz birliyi etmişcəsinə, rəqabət üstünlüyünü təmin etmək üçün
komanda çalışması tətbiqlərinin zərurəti üzərində dayanmaqdadır. Bütün bu inkişaf,
komanda işinin tətbiqdə sürətlə yayılmasına və rəhbərlik tərəfindən dəstəklənməsi
qaçınılmaz bir fəlsəfə və tətbiqi olaraq ortaya çıxmasına səbəb olmuşdur. Ədəbiyyatda
komanda anlayışınının şərhi üçün bir çox tərif yazılmışdır. Bu təriflər arasında çox
sayda bənzərliyin və bəzi kiçik fərqliliklərin olduğunu söyləmək olar. Yalnız tətbiqdə
deyil nəzəriyyədə də fərqli komanda növləri və tərifləri ortaya çıxmışdır. Bu təriflərdən
bəzilərinə aşağıda qısaca yer verilmişdir. Komanda, ortaq bir məqsədə və ortaq
performansa hədəfə yönələn və məsul olduqları iş mövzusunda ortaq bir yanaşma təyin
edən, bir-birlərini tamamlayan xüsusiyyətlərə sahib fərdlərin meydana gətirdiyi kiçik bir
qrupdur (Straub, 2002: 9). Komanda, fərqli ixtisas sahələrindən gələrək bacarıqlarının
birləşdirilməsi ilə bir vəzifəni yerinə yetirmək üzrə bir araya gələn insanlar birliyidir
(DONNOLLEN, 1998: 20). Bir başqa tərifə görə isə komanda, əvvəldən təyin olunmuş
hədəflərə çatmaq üçün bir araya gəlmiş, bir-birinə asılı və birlikdə hərəkət edən, iki və
ya daha çox adamın meydana gətirdiyi birlikdir.Komanda tərifində üç əhəmiyyətli
maddə diqqəti çəkməkdədir. Bunlardan ilki, komandanın yaradılması üçün iki və ya
daha çox insana ehtiyac olmasıdır. kincisi, komandanı meydana gətirən kəslərin bir-
birindən asılı olması və birlikdə hərəkət etməsidir. Üçüncüsü isə, komandanı meydana
gətirən kəslərin müəyyən bir məqsədi reallaşdırmaq üzrə olsn işləridir (EREN, 2000:
443). Bir komandanın gücü; güc mənbələrini ən yaxşı şəkildə istifadə etmək məqsədiylə
sinergetik bir şəkildə bir arada işləyə bilən bir qrupdan qaynaqlanmaqdadır. Sinergetik
23
şə
kildə bir arada çalışan olduqca güclü bir komanda, komandadakı hər hansı bir adamın
gücündən çox daha çox bir güc çıxarmaq məqsədiylə içindəki fərdi xüsusiyyətləri bir
araya gətirir. Sinergiyanın ortaya çıxa bilməsi üçün iki başlıca şərtin reallaşmış olması
lazımdır. Bunlar istək və bacarıqdır (HOOPES, 2000: 12). Komanda içərisində iştirak
edən fərdlərin kifayət qədər məlumat və bacarığa sahib olması və birlikdə iş
mövzusunda istəkli davranması lazımdır. Bir komandaya üzv olma yüksək səviyyədə
fərdi doyumu təmin etməkdə, təşkilatın komandaya və üzvlərinə dəyər verməsi isə bu
doyumu ən üst səviyyəyə çatdırmaqdadır. Şəxsi doyumun tam mənasıyla yaşanması isə
personalın iş təminini və performansını artırır. Komandaların yüksək performans
göstərməsi və məqsədlərinə çata bilməsi üçün bəzi xüsusiyyətlərə sahib olması lazımdır.
Bu xüsusiyyətlər müəssisələrin böyüklüyü, üzvlərin vəziyyəti, təşkilati strukturu, işin
xüsusiyyəti, rəhbərliyin fəlsəfəsi və digər faktorlarla əlaqəli vəziyyətlərə bağlı olaraq
dəyişə bilər. Müvəffəqiyyətli bir komanda işinin təmin edilməsi üçün komandaların
sahib olması lazım olan əsas xüsusiyyətlər aşağıda qısaca izah edilmişdir (KURT, 2001:
12):
1) Məqsəd yönlülük: Bir komandanın məqsədləri komanda üzvləri tərəfindən nə
qədər mənimsənmiş və paylaşılmışdırsa müvəffəqiyyət nisbəti o dərəcə yüksək olur.
2) Doğru seçilmiş Üzvlərdən meydana gəlmə: Komanda məqsədlərinə uyğun doğru
qabiliyyət və bacarığa sahib komanda üzvlərinə sahib olunması komandanın
müvəffəqiyyətini böyük ölçüdə artırmaqdadır.
3) Mövzu Üzərində şləmək üçün kifayət qədər Zamana Sahib Olmaq: Əhəmiyyətli
olan komandanın bir problemə ən qısa müddətdə həll tapması deyil, uzun müddətdə də
olsa doğru həlli tapmasıdır.
4) Rəhbərliyin iştirakı: Rəhbərliyin komanda işinə qatılması yəni üzvlər tərəfindən
rəhbərliyin dəstəyinin hiss edilməyi komanda işinin müvəffəqiyyəti üçün son dərəcə
ə
həmiyyətlidir.