Microsoft Word A. Shalala Dissertasiya docx



Yüklə 494,24 Kb.
Pdf görüntüsü
səhifə8/21
tarix05.12.2017
ölçüsü494,24 Kb.
#14113
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

24 

 

5) Təsirli Bir Əlaqə: Komanda öz içində, rəhbərliklə və digər vahidlərlə qarşılıqlı 



təsirli bir ünsiyyət içərisində olmalıdır. 

6)  Yüksək  Dərəcədə  Məlumat  mübadiləsi:  Komanda  problem  həll  etmə  üsulları 

mövzusunda təlim və qaynaqlara çatma və toplama mövzusunda bacarıqlı olmalıdır. 

 

 Bu cür xüsusiyyətlərə sahib olan üzvlərdən ibarət komandaların məqsədlərinə daha 



asan  çatacağı  və  daha  yüksək  performans  göstərəcəyi  düşünülməkdədir.  Həm    təşkilat 

içərisində həm də təşkilat xaricində olan bir mübarizədə  ya komanda olaraq qazanılır ya 

da  fərdlər  olaraq  məğlub olunur. Bir  komandanın gücü və  keyfiyyəti  çətin  zamanlarda 

bir-birinə  verdiyi  dəstəklə  aydın  olmaqdadır.  Çətin  vəziyyətlərdə  bir-birini 

günahlandıran insanların daha sonra birlikdə  işləmə şansı azalmaqdadır (baltası, 2003: 

38).  Müvəffəqiyyətli komandalarda komandanın üzvlərinin bir-birinə son dərəcə bağlı 

olduğu  görülməkdədir.  Komandanın  dərhal  hər  üzvü,  komandanın  məqsədinə  çatması 

üçün  lazımlı  olan  məlumata,  bacarıqlara  və  təcrübələrə  sahib  olmağa  və  komandaya 

kömək etməyə uyğun və istəkli olmalıdır. 

Bu  günün  dəyişən  və  inkişaf  edən  ətraf  şərtləri  müəssisələrin  özlərini 

müvəffəqiyyətə aparacaq işlər etmələrini zəruri etməkdədir. Komanda çalışması yolu ilə 

biznes  bir  tərəfdən  işçilərinin  motivasiyasını  yüksəldərkən,  digər  tərəfdən  də  işçilərin 

aralarındakı  bağlılığı  gücləndirməkdə,  təşkilat  içərisindəki  ünsiyyət  problemlərinin 

aradan  qaldırmaqda  və  beləcə  də  personalının  həm  fərdi  həm  də  komanda  olaraq 

performansını  yüksəltməkdədir.  Dəyişən  iş  dünyasındakı  inkişaflar,  komanda  işini  çox 

daha  əhəmiyyətli  hala  gətirmişdir.  Mal  və  xidmət  bazarındakı  qloballaşma,  yeni 

texnologiyaların sürətlə inkişafı və eyni ölçüdə sürətlə yayılması, başda ABŞ-da olmaq 

üzrə  işçi  qüvvəsinin  demoqrafik  xarakteristikalırındaki  dəyişmə,  inkişaf  etməkdə  olan 

ölkələrdəki  daha  ucuz  iş  qüvvəsi  varlığı  və  dünya  daxilində  inkişaf  edən  istehlakçı 

tələbi,  müəssisələrin  yaşaması  üçün  işləmə  formalarını  dəyişdirmişdir  (ÇET N,  2001: 




25 

 

279).  Günümüzə  qədər,  ənənəvi  rəhbərlik  mərkəzli  klassik  təşkilat  modelləri  olaraq; 



formalaşmış  və  hissələrə  ayrılmış  təşkilat  anlayışları  tətbiq  edilirdi.  Müəssisələrin 

yüksək  əlavə  dəyərli  əsas  məhsulların  xidmətinə  yönəlmələri,  strateji  əməkdaşlıq 

meydana  gətirmələri  və  proses  texnologiyalarının  fəaliyyətini  artırmağa  dönük  işlər 

etməsi  qrup  yanaşmasına  bağlı  fikirləri  gücləndirməkdədir  (YILMAZ,  1999:  53). 

Komanda  işində  məlumat  mübadiləsi  çox  vacibdir.  Komanda  üzvləri  tərəfindən  ortaq 

şə

kildə  təyin  olunan  və  paylaşılan  bir  fikir;  qarşılıqlı  həmrəylik  və  məlumat 



mübadiləsinin  mənimsənməsini  təmin  etməkdədir.  Bu  da  işçilərin  iş  təminini  və 

motivasiyasını  artırmaqdadır.  Hal-hazırda,  işçilərin  ən  böyük  tələblərindən  biri  də 

işlərində xoşbəxt olmalarıdır (BLANCHARD VƏ CAREV, 1996: 22-23). Komandalara 

dörd  baxımdan  ehtiyac  duyulur.  Bunlar  aşağıda  sıralanmışdır  (KATZENBACH  VƏ 

D GƏRLƏR , 1998: 23):

  

1) Komandalar, qrupdakı hər hansı bir fərdin bacarıq və təcrübəsindən daha üstün 



tamamlayıcı  bacarıq  və  qabiliyyətləri  bir  araya  gətirir.  Bacarıqların  və  işin  necə 

ediləcəyi  mövzusundakı  məlumatın  geniş  bir  mənada  birləşməsi;  komandaların 

yenilənmə,  keyfiyyət  və  müştəri  xidmətləri  kimi  çox  yönlü  çətinliklərlə  daha  asan baş 

edə bilmələrini təmin etməkdədir. 

2)  Komandalar,  qəti  hədəf  və  yanaşmaları  bərabər  şəkildə  inkişaf  etdirmək 

surətiylə,  real  zaman  çərçivəsində  həllini  və  təşəbbüsü  dəstəkləyərək  ünsiyyət  təmin 

etməkdədirlər.  Komandalar  dəyişən  hadisələr  və  tələblərə  qarşı  həssas  yəni  elastik 

olduqları üçün yeni məlumat və yeniliklərə; daha tez, daha doğru, daha sürətli və təsirli 

olaraq uyğunlaşmağı bacarmalıdırlar. 

3) Komandalar, işin iqtisadi və inzibati istiqamətlərini inkişaf etdirən bənzərsiz bir 

ictimai ölçü yaradır. 

4)  Komandaların  fəaliyyətləri  onlar  üçün  bir  əyləncə  halına  gələ  bilməkdədir. 

Komanda  müvəffəqiyyəti  üzvlərin  motivasiyasını  və  bağlılıqlarını  artırmaqdadır. 



26 

 

Təşkilatlarda  qrup  işinin  seçilməsinin  əsas  məqsədi;  müəssisə  strategiyaları 



istiqamətində yüksək performans təmin etməkdir. Ancaq bu günə qədər həyata keçirilən 

bir çox araşdırma nəticəsində komanda işinin müvəffəqiyyətlə tətbiqinin asan olmadığı, 

bir  çox  səhvlərin  edildiyi  və  ya  qrup  işiylə  birlikdə  ortaya  çıxan  sinergetik  gücdən 

kifayət  qədər  faydalanılmadığı  təcrübələrdə  görülmüşdür.  Komanda  işindən  təsirli  bir 

şə

kildə  faydalanmağı  bacaran  müəssisələrdə  görülən  nəticələrdən  bəzilərini  aşağıdakı 



şə

kildə sıralamaq mümkündür (Yedievli və ERSEN, 1997: 29-30):  

1) Texnologiyanın yaxından təqib edilməsi, 

2) Yeniliklərdə artım görülməsi, 

3) Keyfiyyətin və istehsalın artması, 

4) Xərc dərəcələrinin düşməsi, 

5) Qərar alma prosesinin sürətlənməsi, 

6)  şçilərin daha rahat və etibarlı bir mühitdə işinin təmin edilməsi, 

7)  Məhsuldarlıq  və  motivasiyanın  artıraraq  əmək  dövr  sürətinin  və  işə 

məzuniyyətlər nisbətlərinin düşməsi v.s. 

Müasir  müəssisələrdə  insanları  motivasiya  etmək,  işçilərin  qabiliyyətlərini 

artırmaq,  məlumatlarını  paylaşmalarını  təmin  etmək  və  performanslarını  yüksəltmək 

üçün komanda işinə əhəmiyyət verilməsi sanki bir zərurət halına gəlmişdir. 

Hal-hazırda  müəssisələrin  böyük  bir  əksəriyyəti  qrup    işlərinə  böyük  əhəmiyyət 

verir. Bu gün bir çox təhsil və məsləhət şirkəti qrup çalışması mövzusunda təhsil verrir. 

Müəssisələrin  qrup  işinə  bu  cür  əhəmiyyət  vermələrinin  əsas  səbəblərindən  biri, 

komanda  işinin  personal  performansı  üzərində  müsbət  təsirinin  olduğunun 

düşünülməsidir.  Müvəffəqiyyətli  bir  qrup  çalışması  tətbiqiylə  işçilərin  performansı  və 

buna bağlı olaraq da müəssisənin ümumi müvəffəqiyyət səviyyəsi arta bilər. 



Yüklə 494,24 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə