Microsoft Word Agahuseyn ?liyev docx



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix26.05.2018
ölçüsü0,73 Mb.
#46288
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

28 

 

deyil.  Yüksək və aşağı səviyyəli  nflyasiyanın müşahidə edildiyi ölkələr timsalında 



empirik tədqiqatlar aparan R. Lükas sübııt etmişdir ki,  nflyasiyanın yaratdığı qeyri-

sabitlik iqtisadi artıma kəskin zərbə vurur.  stər R. Lukasm tədqiqatlarmda,  istərsə də 

ondan  sonra  bu  mövzuda  aparılan  tədqiqatlarda  ana  fıkir  ondan  ibarət  idi  ki,    artan 

qeyri-  ınüəyyənlik  şəraitində  qiymət  bir  iqtisadi  alət  kimi  öz  müsbət  təsir  gücünü 

itirir.  Alan  Stoskman  1981-ci  ildə  apardığı  tədqiqatların  nəticəsində  Tobin 

defektindən  fərqli  olaraq,    belə  bir  fıkir  irəli  sürür  ki,  nflyasiyanın  yüksəlməsi 

iqtisadi  artımı  azaldır.    Bu  aşağıdakı  kimi  baş  verir:  bəzən  fırmalar  öz  investisiya 

lahiyələrini səhm paketləri və qiymətli kağızları əhaliyə satınaqla onlardan yığdıqları 

nəqd pullar əsasında maliyyələşdirirlər.  Yəni nəqd pullar maliyyələşmə paketinin bir 

hissəsini  təşkil  edə  bilər.  Bu  halda  banklar  öz  balanslarının  kompensasiyasmı  tələb 

edə  bilərlər.  Stockman  kapital  və  istehlak  bazarlıqları  ilə  avvəlcədən 

məhcfudlaşdırılmış  nəqd  pul  şəklində  olan  nəqd  investisiyanı  modelləşdirir. 

nflyasiya  insanların  alıcılıq  qabiliyyətini  zəiflətdiyindən  insanlar  əmtəə  və  kapital 

almalarım  azaldırlar.  Müvafıq  olaraq  buraxılışın  səviyyəsi  aşağı  düşür,  nflyasiya 

səviyyəsi  isə  yüksəlir.  Pul  təklifini  artırmaqla  iqtisadi  artımı  yüksəltməyin 

mümkünlüyünü  iddia  c*dən  baxışlar  Latın  Amerikası  ölkələrinin  təcrübəsində 

tamamilə  iflasa uğradı.  Bu ölkələrin təcrübəsi  bir daha  göstərdi ki,   iqtisadi  artımın 

yüksəldilməsi  üçün  makroiqtisadi  sabitliyin  mövcudluğu  olduqca  zəruridir.  Eyni 

zamanda  bu  ölkələrin  timsalında  sadə  statistik  təhlillər  ilə  sübut  olundu  ki,    pul 

təklifini  artırmaqla  iqtisadi  artımı  yüksəltmək  həmişə  özünü  doğrultmur.  Büdcə 

tarazlığının  saxlanılması  və  nflyasiyanın  məqbul  səviyyəyə  qədər  (15-30%) 

endirilməsi  Meksika  və  Çilidə  iqtisadi  artıma  müsbət  təsir  etmişdir.    1980-ci  illərin 

ikinci  yarısı  və  1990-cı  illərin  birinci  yarısı  Braziliyada  iqtisadi  artım  problemləri 

yüksək  nflyasiya səviyyəsi və makroiqtisadi qeyri-sabitlik ilə əlaqədar olmuşdur. R. 

Berqoeinq  2014-ci  ildə  Meksika  və  Çili  ölkələrinin  1983-1987-ci  illər  üzrə  statistik 

verilənlərinin təhlili ilə ikidəbir nəticəyə gəlmişdir ki,  inkişaf etməkdə olan ölkələrdə 

iqtisadi  artım  məsələsinə  monetarçı  yanaşma  müsbət  effekt  vermir.    Belə  ki,    pul 

təklifı  və  nflyasiya  səviyyəsinə  görə,    Çilini  geridə  qoyan  Meksika  iqtisadi  artım 

səviyyəsinə görə ondan ciddi şəkildə geridə qalır  lflyasiya və iqtisadi artım arasında 



29 

 

müxtəlif 



dövrlərdə 

müxtəlif 

tədqiqatlar 

aparılmışdır

nflyasiya-iqtisadi 

artımmünasibətlərində  əsas  diqqət  çəkən  məsələlərdən  biri  də  uzunmüddətli  və 

qısamüddətli  dövrlərdə  bu  əlaqənin  necəliyidir.  Mövcud  nəzəriyyələrə  (Keyns  və 

monetarçı)  görə,    qısamüddətli  dövrdə  hu  əlaqə  tərs  və  ya  düz  xarakterilidirsə,  

uzunmüddətli dövrdə bu göstəricilər arasmda statistik əhəmiyyətli bir əlaqə yoxdur. 

Bu nöqteyi-nəzərdən Braziliyanm 1980-1995-ci illəri əhatə edən verilənləri əsasında 

Rikardo  Faria  və  Qalrao  Kamerionun  yüksək  nflyasiya  səviyyəsinin  uzun  və 

qısamüddətdə  iqtisadi  artıma  necə  təsir  etməsini  müəyyənləşdirmək  iqtiqamətində 

2014-ci  ildə  apardıqları  nraşdırmalar  mühüm  əhəmiyyət  kəsb  edir.  Tədqiqat  əsasən 

VAR  ekonomertik  üsulu  ilə  aparılmış  və  belə  bir  qənaətə  gəlinmişdir  ki, 

nflyasiyanın  iqtisadi  artıma  qısa  müddətli  dövrdə  təsiri  mənfıdir,    uzunmüddətli 

dövrdə isə təsiri yoxdur.  

Beləliklə,  nflyasiya-iqtisadi  artım  əlaqələrinin  yuxarıda  nəzərdən  keçirilən 

tədqiqatların ümumiləşmiş nəticələrini aşağıdakı kimi qeyd etmək olar: 

1)

 

iqtisadi  artım- nflyasiya  əlaqələrinin  ümumi  mənzərəsi  belədir:  aşağı 



səviyyəli  nflyasiya iqtisadi artım üçün zərərli deyil və çox vaxt ona stimul verir,  hu 

hal  müəyyən  bir  həddə  qədər  davam  edir,    həmin  həddi  keçən  nflyasiya  iqtisadi 

aıtıma mənfı təsir edir; 

2)

 



ə

vvəllər Fillips əyrisinə istinadən belə bir görüş hakim idi ki,  nflyasiya ilə 

iqtisadi  artım  müsbət  əlaqədədir.    Əslində  isə  bu  fıkri  deməyə  əsas  verən  o  dövrün 

iqtisadi şərait idi; 

3)

 

müasir  dövrdə  aparılan  çoxlu  sayda  tədqiqatlar  deməyə  əsas  verir  ki, 



nflyasiya ilə iqtisadi artım əsasən tərs və qeyri-xətti asılılıqdadır.  Ola bilsin ki,  bu 

hal müasırdövrün ıqtisadi xüsusiyyətlərindən və şəraitindən qaynaqlanır; 

4)

 

fərqli  nflyasiya  səviyyələrində  və  fəqli  iqtisadi  şəraitlərdə  nflyasiya- 



iqtisadi artım əlaqələri də fərqli məcrada olur; 

6)

 



nflyasiyanı  azaltmaq  yolu  ilə  əldə  edilən  iqtisadi  artım  payı  nflyasiya 

soviyyəsi azaldıqca böyüyür; 

7)

 

iqtisadi artım və inflyasiya əlaqələri qısamüddətli dövrdə əsasən əks asılılıq 



xarakterlidir və uzunmüddətli dövrdə statistik əhəmiyyətli əlaqə mövcud deyil.  


30 

 

1.3.  nflyasiyanın sosial - iqtisadi nəticələri və qiymətləndirmə meyarları 



Ölkə iqtisadiyyatımızın bazar iqtisadiyyatın  a keçməsi pulun əhəmiyyətini artırdı. 

Başqa  ölkələrin  təcrübəsi  göstərdiyi  kimi  bazar  iqtisadiyyatına  keçid  qiymətlərin 

sürətlə  qalxması,  nflyasiya  faktorlannm,    fəaliyyətinin  güclənməsi  ilə  səciyyələnir. 

Bazar iqtisadiyyatın   a  keçidin  özünün  nflyasiyanın  dərinləşməsinin səbəbi olması,  

yoxsa bu şəraitdə əvvəllər yığılıb qalan  nflyasiyanın potensialı real təzəhür forması 

olması  olub-olmadığmı  düzgün  qiymətləndirmək  çox  vacibdir.  Aydındır  ki,    bazar 

münasibətləri  şəraitində  süni  olaraq  nflyasiyanı  azaltmaq  çətinləşir.  Bazara  keçid 

zamam  düşünülməmiş  hər-hansı  bir  addım  mövcud  vəziyyəti  daha  da  çətinləşdirir, 

nflyasiyanı  gücləndirər.  Bir  çox  ölkənin  təcrübəsi  göstərir  ki,  uzunmüddətli 

mərkəzləşdirilmiş  planlı  fəaliyyət  bir  qayda  olaraq  material  və  pul  axınlarının 

balansım pozur.  Respublikamızda  nflyasiyanın səbəb və mahiyyətini başa düşmək 

üçün gəlin bir az tarixə nəzər salaq.  Hal-hazırda Azərbaycan Respublikasınm  milli 

valyutası manatdır. 1991-ci ildən manatın xaricdə buraxılışı başladı.  

Manatın  dövriyyəyə  buraxılması  1992-ci  ilin  payızında  baş  verdi.    Həmin  vaxtı 

ictimaiyyət bunu imperiyadan ayrılmanm daha bir əlaməti və iqtisadi nailiyyət kimi 

qəbul etdi.  

Axınncmın iki səbəbi vardı. Birincisi ondan ibarət idi ki,  sovet rubulu sürətlə 

qiymətdən düşürdü,  camaat belə düşünürdü ki,  əgər Azərbaycan kifayət qədər güclü 

iqtisadi  potensialla  öz  puluna  keçsə  o  nflyasiyadan  azad  olacaq.  tkinci  səbəb  isə 

ondan ibarət idi ki,  keçmiş SSSR-də hələ rubl işlədilirdi və nağd pul çatışmırdı.  Hər 

dəfə  Rusiyadan  nağd  pul  gətirdikdə  rüşvət  vermək  lazım  gəlirdi,    xalq  vaxtında  və 

tam  maaş,  təqaüd və s.  ala bilmirdi.  Ölkədə ciddi sosial ağırlıq artırdı. Manat ilk 

mövsümdə istifadə olunan rosiya rubulu ilə paralel olaraq rubula qarşı öz qiymətini 

saxlaması  üçün  tədavülə  hissə-hissə  buraxılırdı.    (o  vaxt  hələ  manat  digər  bərk 

valyutaya görə təyin olunmamışdı deyə,  rubulla götürürük).  Düzgün olaraq həmin 

vaxtı rəhbərlik elan etdiki,  özəlləşdirmə manatla olacaq və onun hörmətini bir azda 

artırdı.  Lakin  Azərbaycan  keçmiş  sovet  ölkələrindən  aldığı  mallara  rubulla  ödəməli 

olurdu və bununla belə bu ölkələrdə ən əsasıda Rusiyada qiymətlər liberallaşmış və 

böyük sürətlə qalxmaqda idi. Bu hadisələrin qaçılmaz olduğu əvvəlcədən məlum idi. 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə