Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə50/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   46   47   48   49   50   51   52   53   ...   91

179
 
 
bizi  əsir aldılar. Onların çoxu Azərbaycan dilində bilirdilər. 
Bizi söyməyə,  əziyyət verməyə başladılar. Sonra bizi Həmid 
adlı adamın həyətinə  gətirdilər. Onlardan biri yanımıza gəldi 
və dedi: “Xocalının alınması  şərəfinə bir türk qurban 
kəsilməlidir”. Həmin erməni yerdə oturan ahıskalı  Əhmədə 
qalxmağı  işarə etdi, Əhməd ayağa qalxanda erməni  əlindəki 
avtomatın qundağı ilə onun gicgahından vurdu. Əhmədin başı 
yarıldı, qan üzünə süzüldü. Sonra erməni bir də vurdu və 
Əhməd yıxıldı. Əhməd yıxılan kimi iki erməni onun ayaqlarının 
üstünə  çıxdılar, üçüncüsü isə böyründən asdığı  xəncərlə 
Əhmədin başını bədənindən ayırdı və qulağından tutaraq başı 
1-2 metr aralıya tulladı. Bütün bunlar girov götürülmüş 
əhalinin gözləri qarşısında baş verdi. Əhmədin başı ilə bədəni 
bir-birindən aralı vəziyyətdə atılıb-düşürdü”. 
Xumar Səlimova 17 yaş:  "1992-ci ilin 25 fevralında Xocalı 
şəhəri güclü atəşə tutuldu. Qardaşlarım dedi ki, şəhərə 
ermənilər giriblər, qaçmaq lazımdır. Biz qaçan zaman 
yanımızda partlayan mərmi qardaşımın arvadını öldürdü. Mən 
isə çiynimdən və üzümdən yaralandım. Qonşularımızı da 
yarğanın içində gördüm. Mərmi və güllələrdən xilas olmaq 
üçün bir xəndəyə uzandıq. Səhəraçılanda ermənilər bizi 
xəndəkdən çıxartdı. Quliyev Talehi güllə ilə ağzından vurdular, 
sonra da arvadının gözü qarşısında onun başını  əzməyə 
başladılar. Arvadı  Rəhilə Quliyeva qışqıranda onu da 
öldürdülər. Bir yaşlı Samir anasının cəsədi üstündə iməkləyib 
qışqırırdı. Bir erməni tüfəngin qundağı ilə  uşağın başından 
vurdu. Zərbə çox güclü idi. Məni də döyə-döyə harasa 
aparırdılar. Biz yerdəki meyitlərin üzəri ilə irəliləyirdik. 
Yaxınlıqda kimsə atəş açdı. Güllə  əlimə  dəydi. Məni aparan 
erməni atəş açılan tərəfə qaçdı. Mən isə ölülərin arasına 
süründüm. Elə uzandım ki, guya ölüyəm. Qaranlıq düşəndə 
mən meşə istiqamətində süründüm. Sonra bir az…daha bir az... 


180
 
 
Azərbaycanca danışıqlar eşidəndə "Ana!" deyə  qışqırdım. 
Sonra heç nə xatırlamıram.” Üç uşaq anası  Ağayarova 
Sədaqət Hüseyn qızı bircə saatda uşaqsız qaldı. "Biz beş gün 
meşədə gecələdik. Uşaqlarımın ikisinə güllə dəydi və aldıqları 
yaralardan öldülər. Roman isə soyuqdan dondu. Uşaqların 
adları: Ağayarov Nəbi 10 yaş, Ağayarova Sevinc 7 yaş, 
Ağayarov Roman 6 yaş". Quliyev Elsevər, 11 yaş. 25 fevral 
1992-ci ildə Xocalı faciəsində güllə yarasından öldü". 
Abdullayeva Vüsalə, 4 yaş. Aldığı güllə yarasından ayağı 
kəsildi...” 
Yavər  Əliyev, 7 yaş: "Bizim evin işıqları söndü. Mən yata 
bilmirdim. Atışma başlayanda biz qonşunun zirzəmisinə endik. 
Bir müddət sonra isə meşəyə  tərəf qaçmağa başladıq. 
Ermənilər bizi gördülər. Fin evlərinin yaxınlığında atəş altına 
düşdük. Hər kəs yerə yatdı. Erməni silahlıları bizi ayağa 
durmağı  və  sıraya düzülməyi  əmr etdilər. Sonra uşaqları bir 
tərəfə, yaralı adamları isə başqa tərəfə apardılar. Bizi 
Xankəndinə apardılar və orada Əhməd dayının  əvvəl  əllərini, 
sonra da başını kəsdilər. Kəsilmiş başı isə top kimi oynatmağa 
başladılar. Xanım xalanı  və 2 uşaq anası Natəvanı da 
güllələdilər". 
Talıbova Səriyyə  Ağa qızı (53 yaş):“Ermənilər bizi girov 
götürəndən sonra bir erməni qəbiristanlığına gətirdilər. 
Burada dördMehseti türkünün və üç azərbaycanlının başını bir 
erməni quldurunun qəbri üstündə qurban kəsdilər. Sonra 
valideynlərinin gözü qarşısında uşaqlara işgəncə verib 
öldürməyə başladılar. Daha sonra buldozerin köməyi ilə 
meyitləri dərəyə tökdülər. İki azərbaycanlı əsgərin gözlərini isə 
vintaçanla dəldilər”. 
8-ci sinif şagirdi Mahmudov Mübariz Məhərrəm 
oğlu:“Əvvəl istədik bir az meşədə gözləyək, atışma kəssə, 
yenidən Xocalıya qayıdaq. Bu məqsədlə ocaq qaladıq. Hava 
qaralmışdı. Anam əlində kötük gətirdi, ocağın işığına çatanda 


181
 
 
gördük ki, anam kötük əvəzinə adam başı  gətirib. Anam tez 
başı tullayıb qaçdı. Kimin başı olduğunu bilmədik. Üç gün 
meşədə fırlandıq. Yolu tapa bilmirdik. Hara gedirdiksə, meyitə 
rast gəlirdik. Nəhayət 4-cü gün 20 nəfərlə  gəlib  Şelli kəndinə 
çatdıq. Ayaqlarımı don vurmuşdu”.   
 
 
*** 
 
      Soyqırımla 
əlaqədar Azərbaycan Respublikasının 
Prezidenti Heydər  Əliyev 26 mart 1998-ci il tarixdə 
“Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamışdır. 
Həmin fərmanda deyilir: “Azərbaycan Respublikası müstəqillik 
qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv 
mənzərəsini yaratmaq imkanı  əldə edilmişdir.Uzun illər gizli 
saxlanılan, üzərinə gizli qadağa qoyulmuş  həqiqətlər açılır, 
təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. 
      Azərbaycan xalqına qarşı  dəfələrlə törədilmiş  və uzun 
illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da 
tarixin açılmamış səhifələrindən biridir. 
      1813-cü  və 1828-ci illərdə imzalanan Gülüstan və 
Türkmənçay müqavilələri Azərbaycan xalqının 
parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin  əsasını 
qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi 
onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu 
siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə 
Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. 
Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir 
hissəsinə çevrildi. 
      İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının  ərazilərində 
məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla 
müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə