Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə47/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   43   44   45   46   47   48   49   50   ...   91

170
 
 
olmasındadır. Rus psixoloqu D.A.Leontevin fikrincə
şəxsiyyət doğulmur, şəxsiyyət təşəkkül tapır.” Sosiallaşma nə 
qədər ki, dinamik xarakter daşıyır, şəxsiyyətin təşəkkülü bir o 
qədər daimilik kəsb edir. Yazıçı B.Bağırlıda  şəxsiyyətin 
inkişafı onun ədəbi yaradıcılığındakı müxtəlif insan tiplərinin 
cəmiyyətdə onlara qarşı münasibətin formasından və dinamizm 
əsas etibarı ilə  daha çox sosial mühitdən asılı olduğunu 
göstərməsindədir. İ.S.Viqotski isə şəxsiyyəti hər şeydən əvvəl, 
fəaliyyətdə olan varlıq kimi araşdırır. Çünki şəxsiyyətin 
məqsədi, vəzifələri, davranışı  və  hərəkətləri yalnız insanın 
fəaliyyətində üzə çıxır. Yazıçı-publisist B.Bağırlının şəxsiyyəti 
onun  ədəbi fəaliyyətində, sosial mühitdəki insanlarla rəftar və 
davranışlarında aydınca görmək mümkündür. O, yaşadığı 
cəmiyyətdə ictimai dəyərini bilən, öz yaradıcılıq imkanları ilə 
ədəbi mühitdə özünəməxsus atmosfera yaradan və oxucularına, 
onu sevənlərə  gərəkli olduğunu başa düşən yazarlardandır. 
Zamanın özünün daxilində olan insanlar da fərqli olurlar. Eyni 
cəmiyyətdə yaşayan insanlardan biri özünü xoşbəxt, digəri isə 
bədbəxt hesab edir. B.Bağırlı özünü xoşbəxt sanan 
insanlardandır. Onun xoşbəxtliyi elə  cəmiyyətə  gərəkli bir 
vətəndaş olmağındadır. Onun xoşbəxtliyi Vətəninə, xalqına, 
elinə-obasına qələmi ilə xidmət etməsindədir. O, torpağına, 
yurduna qırılmaz tellərlə bağlı gözəl insan, böyük şəxsiyyətdir. 
Cəmiyyətdə baş verən hər hansı bir neqativ hadisə onu təkcə 
yazar kimi deyil, həm də bir vətəndaş olaraq qəlbən narahat 
edir, onun içini sızladır. İnsanların ağrı-acılarını özününkü hiss 
edir, onların dərdlərinə şərik çıxır, düşdükləri çətin vəziyyətdən 
çıxış yolu göstərməyə çalışaraq, onlara hər zaman kömək 
etməyə hazır olduğunu öz əməllərilə sübut etməyə çalışır. 
Bəzən insan həyatda çarəsiz qalaraq kimdənsə kömək 
gözləmək məcburiyyətində qalır. Belə insanlar öz qüvvəsinə 
inamı olmayan şəxslərdir. Amma elə insanlar da vardır ki, hər 
hansı çətin vəziyyətə düşməsindən asılı olmayaraq kömək üçün 
kiməsə müraciət etmək fikrindən uzaq olur. O, yalnız öz 


171
 
 
gücünə, potensial imkanına, intellektinə güvənərək qarşılaşdığı 
maneəni dəf edə bilir. Yazıçı-publisist B.Bağırlı da öz 
bacarığına, qabiliyyətinə, idrakına əmin olan insanlardandır. O, 
həyatda rastlaşdığı hər bir şeyin, hər bir hadisənin mahiyyətinə 
varmaq istəyir, onu daha dərindən öyrənməyə çalışır.  İnsanın 
həyatda qazandığı  ən böyük qələbə öz üzərindəki qələbəsidir. 
Əgər insan öz nəfsinə qalib gələ bilsə, o, həyatda istədiyinə nail 
ola bilər.İnsan özünü dərk etsə, o, həyatı  dərk etmiş olar. 
Bunun üçün insanın daim öz üzərində çalışması lazımdır. 
Böyükxan müəllim də yorulmaq bilmədən həmişə öz üzərində 
çalışaraq mənəvi dünyasını  zənginləşdirməyə çalışır. Bu ona 
həmişə hörmət və başucalığı gətirib. Bununla bərabər B.Bağırlı 
hər yerdə  və  hər zaman əxlaqını, ləyaqətini, ciddiliyini, 
şəxsiyyətini, yüksək insani keyfiyyətlərini qoruyub saxlamağı 
bacarır. O, başladığı işi yarımçıq qoymağı qətiyyən sevməyən, 
hər  şeydə  ağlına, idrakına söykəndiyini  əsas gətirərək işini 
uğurla tamamlamağı xoşlayan çox zəhmətkeş adamdır. 
Böyükxan müəllim gördüyü  işləri hisslərə qapılmadan, 
ağılının gücünə inanaraq həyata keçirir və eyni zamanda işinin 
nəticəsindən zövq alır. O, başqalarına qarşı  rəftar və 
davranışında həmişə ehtiyatlı  və  səmimidir. Yazıçı öz 
hərəkətlərində Platonun dediyi kimi, “davranış hislərlə deyil, 
ağılla idarə olunmalıdır” prinsipinə  həmişə sadiq qalır.  İnsan 
azaddır və onun azadlığı ağıllı davranışındadır. B.Bağırlı da hər 
zaman ağıllı davranışı, səmimi rəftarı, məntiqi mühakimələri, 
maraqlı müsahibələri, duzlu-məzəli söhbətləri ilə başqalarına 
örnək olmuşdur. Nasirimizdə insana xas olan ən nəcib və 
müsbət insani keyfiyyətlər ölçüyüyə  gəlməz dərəcədə çoxdur. 
O, el arasında deyildiyi kimi, “qızdan-gəlindən həyalı” əsl türk 
kişisidir. Böyükxan həm də  nəzakətli və xeyirxah insandır. 
Konfutsi deyirdi:”Hər kimdə bu beş keyfiyyət olsa demək o, 
insansevərdir. Bunlar: hörmət, nəzakətlilik, düzlük, xeyirxahlıq 
və dərrakəlilikdir. Əgər insan nəzakətlidirsə ona dayaq olurlar, 
əgər hörmətcildirsə, ona rəğbət bəsləyirlər, düzgündürsə, ona 


172
 
 
etibar edirlər, əgər o, ağıllıdırsa, uğur, xeyirxahdırsa, hörmət 
qazana bilər”.Konfutsinin sadaladığı beş insani keyfiyyətlərin 
hamısı Böyükxan müəllimdə vardır. Ona görə  də ona həm 
ədəbi mühitdə, həm kollektivdə, həm yaşadığı el-obasında, 
həm də ailəsində böyük hörmət və  rəğbət bəsləyirlər.  İnsan 
təbiəti mürəkkəb olduğu üçün bəzi adamların qəlbindəkiləri 
bilmək, təbiəti dərk etməkdən çətin olur. İçində  həsəd, kin, 
paxıllıq, xudpəsəndlik, riyakarlıq, qısqanclıq və s. kimi qeyri-
insani xüsusiyyətlər yuva salmış insanlara da Böyükxan həmişə 
səmimi, mehriban, xoş rəvtar sərgiləyərək insani münasibətlər 
bəsləyir. Bu cür insani keyfiyyət  şəxsiyyətin böyüklüyünə 
dəlalət edir. Bütün dediklərimizi nəzərə alaraq yazıçı-publisist 
B.Bağırlını mübaliğəsiz olaraq böyük şəxsiyyət və başqalarına 
örnək olası insan adlandırsaq heç də yanılmarıq. Yazıçı 
qardaşımıza ədəbi yaradıcılığında bundan sonra da yaşıl işıq və 
uğurlu yol diləyirik. 
 
 
 
 
 
“Ədalət” qəzeti, 09 yanvar 2015-ci il. 
 
 
 
 
 
 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə