Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx


Bəşəri cinayət - Xocalı soyqırımı



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə48/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   44   45   46   47   48   49   50   51   ...   91

173
 
 
 
Bəşəri cinayət - Xocalı soyqırımı 
 
Tarix boyu Azərbaycan xalqı  dəfələrlə erməni hiyləsinin, 
erməni təcavüzunun, erməni satqınlığının, erməni 
qəddarlığının, xüsusilə türk millətinə yönəlmiş nifrətinin 
şahidi olmuş və həmişə də bu nifrətin acısını dadmışdır.      
      Hələ eramızdan  əvvəl Aralıq dənizi xalqları ermənilərin 
əxlaqsızlıqlarına görə onlara qarşı açıq müharibə elan edərək 
əksəriyyətini öldürmüş, vurub dənizə tökmüş, qalanlarını isə 
qovub Balkan ölkələrindən çıxarmışlar. Sağ qalanlar qaçıb 
Hindistan yarımadasında özlərinə  sığınacaq tapmışlar. Az 
keçməmiş hindlilər də ermənilərin naqisliyini görüb onları 
Hindistan torpağından qovmuşlar. Bundan sonra ermənilər 
fars və ərəb ərazilərinə sığınırlar. 
      İllər ötdükcə  ərəb və fars xalqları da ermənilərin pis 
əməllərinin acısını dadmalı olurlar. XIX əsrin  əvvəllərində 
Rusiya-İran müharibəsində erməni satqınlığı özünü aydın 
şəkildə biruzə verdi. Bundan qəzəblənən  Şərq xalqları 
erməniləri öz ərazilərindən qovdular. Hər yerdən  əlləri 
üzülən ermənilər bu dəfə rusların  ətəyindən yapışmalı 
olurlar. Ruslar erməniləri  Şimali Qafqazda, xüsusi ilə  də 
Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrində 
yerləşdirdilər. Ermənilər torpaqlarımızda sığınacaq tapan 
gündən rahatlığımızı itirmiş, həmişə onlara istəklərinə uyğun 
havadarlarının köməyi sayəsində müəyyən güzəştlərə getmək 
məcburiyyətində qalmışıq. Elə  həmin acı güzəştlərin 
nəticəsidir ki,bu gün xalqımız böyük faciələrlə qarşı-qarşıya 
dayanmışdır. 
 
 
 
 


174
 
 
 
  *** 
Bəşər sivilizasiyasında insanların kütləvi qətliamı ilə tarixə 
yazılan soyqırımlar çox olub. Belə ki, Xatın, Xirosima, 
Naqasaki, Uqanda, Somali qətliamları,  Ruandada 800 min 
Tutsi xalqı, Bosniyada kiçik Srebrenisa şəhərciyində 7800 
bosniyalıların serblər tərəfindən, Fələstində  İsrailin Qəzzəni 
bombardman etməsi nəticəsində  təkcə 21 gün ərzində 218-i 
uşaq olmaqla 1049 nəfər dinc əhali şəhid olub, 2654 nəfər kişi, 
onlardan 1187-si qadın, 1854 nəfər isə  uşaq ağır yaralanıb. 
İraqda Amerikanın işğalı zamanı 110 mindən artıq dinc əhali 
qətlə yetirilib, Əfqanıstanda təkcə 2013-cü ildə 16,5 min insan 
həlak olub ki, onlardan 3 mini dinc əhalidir. Suriyada müharibə 
başlayandan sonra 130 mindən çox adam öldürülüb ki
onlardan 61 mindən çoxu dinc əhali, onların 10 mindən çoxu 
uşaq və qadınlardır. Nigeriyada isə bir il ərzində 2 mindən çox 
dinc əhali “Boko Haram” cihadçıları tərəfindən qətlə yetirilib. 
Sudanda  bir il ərzində 10 mindən çox dinc əhali qiyamçılar 
tərəfindən qətlə yetirilib. Hindistanın Qucarat ştatında millətçi 
hinduslar tərəfindən bir il ərzində orada yaşayan 6,1 min 
müsəlman qətlə yetirilib. İkinci rus-çeçen savaşı dönəmində rus 
ordusu tərəfindən 5,1 min müsəlman öldürülüb.Amma bütün 
olanların  içərisində Xocalı soyqırımı xarakter etibarı  və 
qəddarlığı ilə fərqlənir. Çünki sovet imperiyasının dağıdılması 
üçün həlqə kimi seçilən millətlərarası ziddiyyətlərin gündəmə 
gətirilməsi ideyası yarananda ilk növbədə ermənilərin başqa 
millətlərlə daha sıx yaşadığı, təmasda olduğu bölgələr nəzərdə 
tutulurdu. Çünki tarixən imperiyanın nökəri olduğunu bu gün 
də satqınlığı ilə  təsdiqləyən ermənilər azacıq payla bütün 
iyrənc planların muzdlu nökərləri rolunu oynaması  dəfələrlə 
sübut olunmuş  həqiqətdir. Erməni ideoloqları Aqanbekyan, 
Silva Kaputikyan, Zori Balayan kimi daşnak tör-töküntülərinin 


175
 
 
icraçılar kimi nəzərdə tutulması hadisələri tezləşdirdiyi kimi
ünvanlar da bəlli oldu. Dağlıq Qarabağ münaqişəsi demək olar 
ki, imperiyanın süqutu üçün ən zəif həlqə kimi 
müəyyənləşdirildi. Xocalı faciəsinin 21 illiyinin qeyd 
olunduğu, dünya ictimaiyyətinə baş verənlərin soyqırım kimi 
tanıdıldığı bir zamanda hadisələrə uzanan tarixə  nəzər 
yetirilməsi, qaynaqların təhlili bir daha erməni məkrinin ifşası 
baxımından labüddür. 
 
*** 
XIX  əsrin sonlarından etibarən çar Rusiyasının və digər 
dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni 
millətçiləri "Böyük Ermənistan" yaratmaq xülyasına düşmüş, 
ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək 
niyyəti ilə müxtəlif dövrlərdə  Şərqi Anadoluda və  Cənubi 
Qafqazda soyqırımı  və terror aktları törədərək, 2 milyona 
qədər günahsız türkü və azərbaycanlını  vəhşicəsinə  qətlə 
yetirmişlər. 1905-1907-ci illərdə, habelə 1918-1920-ci illərdə 
İrəvanda, Zəngibasarda, Vedidə, Naxçıvanda, Bakıda, 
Gəncədə,  Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda
Muğanda və Azərbaycanın digər yerlərində, habelə Tiflisdə 
yerli azərbaycanlı  əhali faktiki olaraq soyqırımına məruz 
qalmışdır. 
       Sovetlər dönəmində, yəni 1921-1992-ci illərdə 
Azərbaycan torpaqlarında yaradılmış Ermənistanda yaşayan 
azərbaycanlı  əhalinin hüquqları ermənilər tərəfindən 
kobudcasına pozulmuş, onların ana dilində  təhsil almalarına 
əngəllər törədilmiş, onlara qarşı repressiyalar həyata 
keçirilmişdir. Azərbaycan kəndlərinin tarixi adları 
dəyişdirilmiş, qədim toponimlərin müasir adlarla misli 
görünməyən əvəzolunma prosesi baş vermişdir. 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə