Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə49/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   45   46   47   48   49   50   51   52   ...   91

176
 
 
      Xalqımıza və ölkəmizə qarşı siyasi və hərbi təcavüz həyata 
keçirmək üçün ideoloji zəmin yaratmaq məqsədilə bizim 
mənəviyyatımıza, milli qurürumuza və  mənliyimizə, 
ləyaqətimizə qarşı  məkrli, hiyləgər xislətli erməni ideoloqları 
tərəfindən geniş miqyaslı böhtan kampaniyaları aparılmışdır. 
Erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı 
cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-
hüquqi qiymət verilməməsi sovet hakimiyyəti dövründə 
xalqımıza qarşı düşmənçilik siyasətinin daha da 
genişlənməsinə rəvac vermişdır. SSRİ rəhbərliyinin köməyi ilə 
Ermənistan SSR-in hakim dairələri 1948-1953-cü illərdə əzəli 
türk torpaqları olan İrəvandan, Göyçədən, Vedidən, 
Zəngəzurdan, Dərələyəzdən və başqa yerlərdən yüz minlərlə 
azərbaycanlının deportasiya edilməsinə nail olmuşlar. 
*** 
 
Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, 
bütövlükdə xalqın təhtəlşüuruna dərin iz salaraq onu daim milli 
özünüdərk ruhunda kökləyən faciəli hadisələr var ki, əsrlər ötsə 
də heç zaman qan yaddaşımızdan silinməyəcəkdir. Ermənilərin 
faşist xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı 
soyqırımı da məhz belə  dəhşətli hadisələrdəndir. 20 il öncə - 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə belə amansız 
cinayətə rəvac vermiş erməni cəlladları dünyanın əzazil, qəddar 
və qaniçən insanları olduqlarını, terroru dövlət siyasətinə 
çevirdiklərini bir daha təsdiq etmişlər. Bu kütləvi və amansız 
soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə  və  ərazi 
bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü 
olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq 
əleyhinə törədilmiş  qəddar cinayətdir. Hüquqi baxımdan 
yanaşdıqda aydın görünür ki, erməni silahlı birləşmələrinin 
çirkin niyyəti Xocalı  şəhərindəki azərbaycanlıları  məhz milli-
dini zəmində son nəfərədək qətlə yetirmək olub. Ermənilər 


177
 
 
hətta beynəlxalq hüquq normalarına görə  də  ən təhlükəli 
sayılan soyqırımı cinayətinə  məqsədli  şəkildə  əl atmış, misli 
görünməmiş  qətliam törətmişlər. Xocalı  qətliamı  nəticəsində 
613 nəfər məhv edildi, 1275 nəfər dinc sakin girov götürüldü. 
Onlardan 155 nəfərin taleyi bu gün də məlum deyildir. Faciədə 
487 dinc sakin güllə yarası alaraq şikəst olmuşdur. Qətlə 
yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri 
qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına 
çatmamış oğlan və qızlardır. 
       Bu  qətliamda 6 ailə tamamilə  məhv edilmiş, 25 uşaq hər 
iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 
Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla 
diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları 
kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü 
ilə deşik-deşik edilmişdir.   
       Bu  gün  Ermənistanın və Dağlıq Qarabağın həbs 
düşərgələrində qeyri-insani təhqir və  işgəncələrdən  əziyyət 
çəkən 4500-dən çox azərbaycanlı  əsir, girov götürülmüş  və 
itkin düşmüş insanın taleyi hələ də məlum deyildir. 
 
*** 
 
Biz aşağıda Xocalı faciəsinin canlı  şahidlərindən bir neçə 
nəfərin ifadəsini sizlərə təqdim edirik. 
Sevda Abbasova Xocalı köçkünüdür. Ermənilər onun 10-a 
yaxın qohumunu qətlə yetiriblər: Sevda Abbasova ermənilərin 
günahsız azərbaycanlıların başına açdığı oyunları belə 
xatırlayır: 
 
-   Ermənilər dörd bir tərəfdən Xocalını mühasirəyə almışdılar. 
Qarqar çayından keçib, xilas olmaq istəyirdik. Beş-altı adam 
gözümüzün qabağında çayda boğuldu. Ermənilər bizi girov 
götürdülər.  Əvvəlcə  həyat yoldaşımı öldürdülər. Sonra isə 20 


178
 
 
yaşlı qardaşımı güllələdilər. Oğlumun iki yaşı vardı. Atasının 
qucağında idi. Ermənilər həyat yoldaşıma güllə atanda qəlpə 
uşağın qulağının yarısını aparmışdı. Bizimlə birlikdə  əmim 
oğlanları da girov düşmüşdü. Onların üçünü də gözümüzün 
qabağında güllələdilər. Əynində əsgər forması olan adamlara 
daha ağır işgəncələr verirdilər. Balta ilə onların  əllərini 
biləkdən kəsirdilər. Hamilə  gəlinlərin qarnını yarıb, uşaqları 
çölə çıxarırdılar. Gözümün qabağında bir neçə qadının döşünü 
kəsdilər. Ermənilər hətta meyitlərdən də qisas alırdılar. 
Ölülərin ağzındakı  qızıl dişləri çəkirdilər. Bir neçə meyitin 
dərisini soymuşdular. Qaynım musiqiçiidi. Onun əllərini isti 
sobaya basıb yandırdılar ki, bir də “Qarabağ şikəstəsi”ni çala 
bilməsin”. 
1960 - cı il təvəllüdlüNəcəfov Etibar Əli oğlu: “Atışma 
zamanı ratsiyada müxtəlif danışıqlar eşidilirdi. Danışıqlar 
hamısı rus dilində aparılırdı. Həmin danışıqlardanyadımda bir 
söz dəqiq qalıb:  “Sanya, mı naçinali operasiyu (Sanya, biz 
əməliyyata başladıq)”. Sonra isə ona rus dilində cavab verdi 
ki, “Mı qotovı (Biz hazırıq)”. Mən daha danışıqlara əhəmiyyət 
vermədim. Bizimlə olan İlyasov  Əhməd bir qulduru güllə ilə 
başından vurdu. Yaxınlaşanda həmin quldurun zənci olduğunu 
gördük. Onun silahı  və digər sursatı xarici idi, burnunda və 
qulağında sarı rəngli metaldan sırğa vardı. Saçları qıvrım idi. 
Əynindəki zireh də bizimkindən deyildi. Bu vaxt qarnımdan 
yaralanmışdım, məni qan aparırdı. Yoldaşlarım  Əhməd və 
Soltana dedim ki, məni qoyub getsinlər. Lakin onlar məni atıb 
getmədilər, qoluma girib özləri ilə aparmağa başladılar. Biz 
anamgili tapdıq və Tofiq adlı döyüşçünün köməkliyi ilə 
mühasirədən çıxmağa çalışdıq. Biz körpünü keçəndən sonra 
artıq hava işıqlaşmaqda idi. Bu vaxt qarşıdan bir dəstə adamın 
bizə  əl etdiyini görüb sevindik. Onlar Azərbaycan dilində 
danışırdılar. Yaxınlaşanda isə başımızın üstündən atəş açaraq 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə