|
Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx
182
havadarlarının himayəsi altında “Erməni vilayəti”
adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular.
Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz
torpaqlarından qovulması və məhv edilməsi siyasətinin
bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ
olunmağa başladı. Bu uydurma dövlətin azərbaycan
torpaqlarında yaradılmasına “bəraət qazandırmaq məqsədi
ilə” erməni xalqının tarixinin saxtalaşdırılmasııa yönəlmiş
geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və
ümumən Qafqazın tarixinin təhrif olunması həmin
proqramların mühüm tərkib hissəsini təşkil edirdi.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan
erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara
qarşı geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər.
Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycabı və
indiki Ermənistan ərazisindəki azərbaycan kəndlərini əhatə
etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi,
minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisənin
təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün
hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək
azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist
torpaq iddialarını pərdələmişlər.
Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il
fevral və oktyabr çevrişlərindən məharətlə istifadə edən
ermənilər öz iddialarını bolşevik bayrağı altında
reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən
əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı
Kommunası
tərəfindən ümumən Bakı quberniyasını
azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan
həyata keçirilməyə başlandı.
Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan
xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc
183
azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv
edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri
yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri,
xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının
böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı,
Şamaxı, Quba
qəzalarında,Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda
və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata
keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə
yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri
dağıdılıb məhv edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci
ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər
Şurası 1918-ci ilin iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə
Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar
qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdəki
Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində
ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya
ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər
Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin
mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir.
Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir
əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə
tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa
çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün
istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və
Azərbaycanın digər torpaqlarını Ermənistan SSR-in ərazisi
elan etdilər. Sonrakı dövrlərdə bu ərazilərdəki
azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da
184
genişləndirmək məqsədi ilə yeni vasitələrə əl atdılar. Bunun
üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il
“Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı
əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi
haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə
azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə
deportasiyasına dövlət səviyyəsində nail oldular.
Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci
illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi
təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında
müntəzəm surətdə yayılan kitab, jurnal və qəzetlərdə milli
mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən
nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut
etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün
dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq
cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni xalqı”nın
surətini yaradaraq əsrin əvvəllərində regionda baş verən
hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı
soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.
Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan
şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən
soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur.
Azərbaycanlıların hüquqları kobudcasına pozulur, ana dilində
təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar
həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları
dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim
toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir.
Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist
ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti
səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən
Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə
Dostları ilə paylaş: |
|
|