Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə59/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   55   56   57   58   59   60   61   62   ...   91

210
 
 
daha da çoxalırdı. O, bir anlığa üzünü mənə  tərəf tutaraq 
təbəssümlə bildirdi: 
-  Görürsüz də, Camal müəllim, görün bir nə  qədər  şikayətçi 
var. Adamları nahaq yerə get-gələ salan, adi iş üçün günlərlə 
gözləməyə  məcbur edən burokratlar aramızda hələ  də var. 
Bunların hamısı öz vəzifələrindən sui- istifadə etməyə 
çalışırlar. Bu da adamların haqlı narazılıqlarına səbəb olur. 
Əgər hər bir vəzifəli şəxs öz vəzifə məsuliyyətini dərindən başa 
düşsə  və adamlarla səmimi  ünsiyyət yarada bilsə, onda bu  
qədər haqlı narazılıqlar meydana çıxmaz. Təəssüflə 
bildirməliyəm ki, vəzifəli şəxslərin bir çoxu öz işlərini düzgün 
icra edə bilmir və tez-tez vəzifə səlahiyyətlərini aşırlar ki, bu da 
qanuna zidd hərəkət kimi qiymətləndirilməlidir. 
     Məzuniyyətdən yenicə qayıtmışam. Bu gün də qəbul günüm 
düyil, amma nə olsun ki? Əgər sənə müraciət  edirlərsə, gərək 
hər bir adamı dinləyib ona kömək edəsən. Bir də ki, bu gün 
hüquq- mühafizə orqanları lazımi səviyyədə  işləmir. Bir az 
bundan  əvvəl  şikayətçinin dediyinin siz də  şahidi oldunuz. 
Onun göstərdiyi ünvanda yaşayan erməni təxribat törədə bilər. 
Bəli, Bakıda ermənilər var və onlara özümüzünkülər 
himayədarlıq edirlər. Bu cür faktların araşdırılıb üzə 
çıxarılması bizim hüquq- mühafizə orqanlarının işidir. 
     Ramiz  müəllim daha bir şikayətçini yola salandan  sonra 
sözünə davam etdi: 
-  Mən 1987-ci ildə Nəsimi rayonuna məhkəmə sədri gələndə 
burada işləyən xalq hakimləri, onların  müavinləri, katiblər , 
dəftərxana işçilərinin çoxu ermənilər idi . O zaman burada 
bircə  dənə olsun Azərbaycan dilində yazı makinası tapa 
bilmədim. Buraya gələn hər bir azərbaycanlı bir anlığa da olsa, 
özünün həm azərbaycanlı, həm də  Aəzrbaycanda olduğunu 
utunmağa məcbur olurdu. İndi isə gördyünüz kimi hər  şey 
dəyişib.  İndiyə  qədər işlədiyim müddət  ərzində milli 
heysiyyətimizi həmişə qorumağa, onu müdafiə etməyə 


211
 
 
çalışmışam. Adamı  ağrıdan o idi ki, öz torpağında, öz elində 
səni yadlar mühakimə edirdi. 
      Məhkəmə  sədri fikrini tamamlayan kimi fürsətdən istifadə 
edərək bir neçə sualla ona müraciət etdim. 
 
- Ramiz müəllim, işlədiyiniz bu rayonda sizi həm ali 
qanunlarımızın müdafiəçisi kimi, həm də insan kimi hansı 
ciddi problemlər narahat edir? 
 
-  İndiki  şəraitdə  məhkəmə  işində  bəzi mənzil məsələləri ilə 
əlaqədar olan işlər xeyli problem yaradır. Bu problemlərin əsas 
səbəbkarları  vəzifəli  şəxslərdir.  İcra hakimiyyətində  işləyən  
səriştəsiz adamlar mənzil haqqında qanunları bilmədiklərindən 
mənzil almağa heç bir  hüququ olmayan  vətəndaşlara 
qanunsuz order verirlər. Bu cür məsələlər məhkəmə tərəfindən 
baxılarkən vətəndaşlar haqsız narazılıqlarını bildirirlər. 
 
- Hamımıza məlumdur ki, məhkəmə sistemi indiyə kimi 
müstəqil fəaliyyət göstərə bilməyib. Hər hansı çətin məhkəmə 
prosesində bu və ya digər vasitələrlə xalq hakiminə  təsir 
göstərən qüvvələr olurdu. İşlədiyiniz müddətdə belə hallarla 
siz də qarşılaşmısınızmı? 
 
-  Əlbəttə, çox qarşılaşmışam, çoxlu hədə- qorxu gəliblər, 
xüsusən yuxarı dairələrdən müxtəlif cür təzyiqlər göstəriblər. 
Bütün bu təzyiqlərə baxmayaraq qanunun aliliyini və  ədaləti 
həmişə hər şeydən üstün tutmuşam. 
 
- Milli Məclisə  təqdim olunan məhkəmə haqqındakı yeni 
qanun layihəsinə sizin də münasibətinizi bilmək istərdik. Yeni 
qanun  layihəsindəki hansı fikirlər sizi bir xalq hakimi kimi 
qane etmir və ya layihədə hansı  dəyişikliklər və  əlavələr 
edilməsini zəruri hesab edirsiniz? 
 


212
 
 
- Məhkəmə haqındakı yeni qanun layihəsini  əsas etibarilə 
bəyənirəm. Bu qanun layihəsində xalq hakimlərinin 
səlahiyyətləri daha düzgün və dolğun  şəkildə qeyd edilib, 
hakimlərin müstəqil fəaliyyət göstərməsi üçün  imkanlar nəzərə 
alınıb. Layihəyə heç bir iradım yoxdur, ancaq gərəkdir ki, bu 
layihə tez bir zamanda həyata keçirilsin. 
 
- Hansı halda xalq hakimi cəzanın həddindən artıq ağır 
olduğunu müəyyən etdikdə hökmü ləğv etmədən cəzanı 
yüngülləşdirə bilər?Bu zaman bir hakim kimi nəyi  əsas 
götürürsünüz? 
 
- Cinayət məcəlləsinin 36-cı maddəsi cinayət məsuliyyətini 
yüngülləşdirən hallar hesab edilir. Biz cəzanı 
yüngülləşdirərkən bu maddədə göstərilən bəndləri  əsas 
götürürük. Bunlar aşağıdakılardır: 
 
1) törədilmiş cinayətin zərərli nəticələrinin müqəssir  
tərəfindən qarşısının alınması və ya vurulmuş ziyanın könüllü 
surətdə ödənilməsi və ya vurulmuş zərərin aradan qaldırılması; 
 
2) cinayətin ağır şəxsi vəziyyət və ya ailə vəziyyəti nəticəsində 
törədilməsi; 
 
3) cinayətin hədə-qorxu və ya məcburiyyət altında, yaxud 
maddi və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi; 
 
4) cinayətin zərər çəkmiş  şəxsin qeyri-hüquqi hərəkətləri 
nəticəsində baş vermiş güclü  ruhi həyəcan təsiri altında 
törədilməsi; 
 
5) zəruri müdafiə  həddi aşılmış olsa da, cinayətin ictimai 
təhlükəliliyi qəsddən müdafiə zamanı törədilməsi; 
 


213
 
 
6) cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən 
törədilməsi; 
 
7) cinayətin hamilə qadın tərəfindən törədilməsi; 
 
8) səmimi peşmanlıq və ya könüllü təqsirini boynuna alma
həmçinin cinayətin açılmasına fəal kömək etmə; 
 
- Ramiz müəllim, bəs hansı halda hakim hökmü ləğv edə 
bilər? 
 
-  Hər hansı bir  hökmü ləğv edərkən xalq hakimi CPM-in 357-
ci maddəsinə əsaslanmalıdır. Belə ki, həmin maddədə göstərilir 
ki; 
 
1) iş üzrə aparılmış təhqiqatın, ibtidai istintaqın və ya məhkəmə 
istintaqının birtərəfli və ya yarımçıq olması halda; 
 
2) məhkəmənin hökmdə  şərh olunan nəticələri işin fatkik 
hallarına uyğun gəlmədikdə; 
 
3) cinayət-prossesual qanunun əhəmiyyətli dərəcədə pozulması 
baş verdikdə; 
 
4) cinayət qanununun düzgün tətbiq edilməməsi zamanı; 
 
5) məhkəmə  tərəfindən təyin edilmiş  cəzanın cinayətin 
ağırlığına və  məhkumun  şəxsiyyətinə uyğun olmaması halda 
xalq hakimi hökmü ləğv edə bilər; 
 
-  Ədalət məhkəməsinin “ədalətsiz hökmü”... iş  təcrübənizdə 
belə bir faktla heç qarşılaşmısınızmı? 
 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə