Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə67/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   63   64   65   66   67   68   69   70   ...   91

239
 
 
oxuyarkən inqilabi baxışlarıyla fərqləndiyini israr edir. Bütün 
bunları riyakarcasına verilmiş cavablar adlandırıram. Bir anlığa 
37-ci illəri gözümüzün önünə  gətirək. O zaman nə  qədər 
tanınmış  hərbi sərkərdələr, elm və incəsənət xadimləri, din 
xadimləri, istehsalat qabaqcılları, şair və yazıçılar repressiyaya 
uğrayırdılar. Onlar elə başa düşürdülər ki, Stalinin bütün 
bunlardan xəbəri yoxdur. Bu Beriya və onun əlaltılarının işidir. 
Çünki xalqın o vaxtkı rəhbərinə böyük inamı vardı. Bax, belə 
bir inamla da Daxili İşlər orqanlarında işləyənlər sözsüz ki, özü 
də  bilmədən, kor-koranə dönüb icraçı olurdular. 
 
-  Şirin müəllim, Aristotelin fikrincə, insan təbiətin səhvidir. 
Filosofun bu fəlsəfi tapıntısında görünən və görünməyən 
çalarlar barədə bir fikir söyləmənizi rica edirəm. 
 
- Aristotelin dediyi hər bir sözün arxasında dərin fəlsəfi məna 
durur. “İnsan təbiətin səhvidir” deməklə, Aristotel insanı inkar 
etmir. Məncə, böyük filosof bu mənada işlədib ki, insan 
yaranmaqla  təbiət özünə şərik qazanıb və özünün nizamlarına, 
dünyəvi hərəkətlərinə, onun tarazlığını pozmağa çalışan şıltaq, 
nadinc bir məxluq kimi başa düşülməlidir. Yəni insan böyük 
ciddi- cəhdlə  təbiətə müdaxilə edə bilər. Bir tərəfdən də bu 
insanın böyüklüyünə  dəlalət edir ki, bu məxluq təbiətə qarşı 
çıxır. İnsanı, təbiəti yaradan böyük qüvvə var. Mənim fikrimcə, 
daha filosof nə Allaha  səhv tutmayıb, nə də bilavasitə təbiətə, 
sözün həqiqi mənasında “təbiətin səhvi” ona görə adlandırıb ki, 
gərək insanı yaradıb özünə şərik qoşmayaydı. 
 
-  Yaşadığımız mərhələnin  ən azı sosial- iqtisadi problemlər 
dövrü olduğunu hamımız etiraf edirik. Bu mərhələdə isə yeni 
cəmiyyət yaradan uşaqlar böyüyür. Onların yaradacağı 
cəmiyyət  əgər bugünkü tərbiyə mexanizminə söykənirsə, 
hansısa optimist proqnoz verə bilərsiniz? 
 


240
 
 
-  Elə götürək 20 il bundan əvvəlki nəsli. Düzdür, cəmiyyətdə 
fərqlər çox olub. O vaxt da fikirləşirlər ki, görəsən bu 
cəmiyyətdə böyüyən nəsil necə olacaq? O zamanlar da 
rüşvətxorluq vardı. 1988-90 cı illərdə azadlıq hərəkatı 
başlayanda sübut olundu ki, bugünkü nəsil hər  şeyə qadirdir. 
Həmin vaxtlar gənc nəsildə böyük inam vardı, onlar həmin 
inamla da Qarabağ  uğrundakı döyüşlərə yollandılar. Amma 
sonradan bu inamı öldürdülər, vətənpərvərlik ruhunu gənclərdə 
məhv  etdilər. Bütün baş verən naqisliklərə baxmayaraq, mən 
bu gün gələcək nəsil üçün optimist proqnoz verə bilərəm. Hələ 
ki, Vətənə, torpağa olan inam, məhəbbət gənc nəsildə tamamilə 
məhv olub, desək, çox  böyük səhv etmiş olarıq. Hər halda  
sabaha ümidlə baxmaq lazımdır. Digər tərəfdən uşağın 
tərbiyəsinin bünövrəsi ailədə qurulur. Əgər ailədə  tərbiyə 
düzgün aparılmayıbsa, sonradan cəmiyyətdə onu inkişaf  
etdirib həmin cəmiyyət üçün layiqli vətəndaş yetişdirilməsi 
absurddur. Başqa bir fikir də mövcuddur ki, uşağın  tərbiyəsi 
təkcə ailədən deyil, həm də onu əhatə edən mikromühütdən çox 
asılıdır. Mən bu sual ətrafında fikrimi tamamlamaq üçün 
təvazökarlıqdan uzaq olsa da, bir haşiyə  çıxmaq 
istəyirəm.1992- ci ilin mayın 8-də Kirs dağında ağır 
yaralandım. Güllə boyun nahiyəmdən girib ağ ciyərimi 
zədələyib sağ qabırğamda ilişib qalmışdı. Həkimlərin dediyinə 
görə, mənim sağ qalmağım möcüzə olub. İnd də  bədənimdə 
14-15 qəlpə var. Həmin döyüşdə biz  tərəfdən 10 nəfər, 
ermənilər tərəfdən isə 32 nəfər itki olmuşdu. Yoldaşlarımızın 
xəyanəti nəticəsində biz 27 nəfərlə mühasirədən güclə  çıxa 
bildik. Məni ağır yaralı halda Laçına, sonra isə Qubadlıya, 
oradan da vertolyotla Bakıya gətirdilər. Səhərisi gün eşitdim ki
Şuşa gedib. Ana Kirs var, bir də Bala Kirs. Ana Kirsdə Nail 
Kazımov idi. Mayın 7-də gecəykən texnikasıyla birgə, 120 
nəfərlik batalyonu çəkib apardı. Bu, xəyanət idi. O yerdən ki, 
bizi o müdafiə edəcəkdi, həmin istiqamətdən gözləmədiyimiz  
halda ermənilər bizə hücum etdilər. Bu yaxınlarda onun 


241
 
 
məhkəməsi oldu, xəyanətkar layiqli cəzasını aldı. O zaman 
məndə böyük ümid vardı ki, o, 13-14 yaşlı uşaqların 5-6 ildən 
sonra qabaqlarını heç nə ala bilməz. Həmin o, böyüyən nəsil 
bizim intiqamımızı mütləq alacaq. 
 Açığını deyək ki, bizə  vətənpərvərlik hissi lazımi səviyyədə 
aşılanmayıb. Orta məktəbdə oxuyanda yadıma gəlir ki, hər 
hansı bir müəllim 1918-ci illərdə  Azərbaycanda baş verən 
tarixi hadisələr barədə bizə  məlumat versin. Bizə heç vaxt 
düşmənə nifrət hissi aşılanmayıb. Ona görə  də  bu günə 
qalmışıq. Hər halda optimist olmağa çalışaq. Hər halda bu gün 
böyüyən nəsil bizim səhvlərimizi təkrar etməyəcək. Bizim edə 
bilmədiklərimizi, bizdən asılı olmayan səbəblərə görə, gələcək 
nəsil edəcək. Düzdür, bizi bir az yamanlayacaq ki, bu qədər 
problemləri onlar üçün niyə qoymuşuq? 
 
- Jan-Jak Russo yazırdı ki, Fransanın gələcəyi fransız 
analarından asılıdır.  Əgər  Azərbaycan “ana”larıyla 
dünyanın bir çox ölkələrində “alver” gedirsə, onda 
Azərbaycanın gələcəyinin analardan asılı olduğunu iddia edə 
bilərikmi? 
 
- Jan-Jak Russodan qabaq analar haqqında Məhəmməd 
peyğəmbər (s.ə.s.) dahiyanə bir fikir deyib: “Cənnət anaların 
ayağı altındadır”. “Fransanın  gələcəyi fransız analarından 
asılıdır” firkini başqa cür də demək olar. Yəni bunu təkcə 
Fransaya şamil etmək olmaz. Hər hansı bir dövlətin gələcəyi o 
dövlətdə yaşayan analardan çox asılıdır. 
    “Analarıyla alver” ifadəsini düzgün saymıram.  Əgər bir 
qadın ki öz bədəniylə “alverə” qurşanır, artıq bu qadın 
analıqdan uzaqdır. Bu, bütün millətlərdə var. Bütün 
cəmiyyətlərdə qadının yaxşısıda da var, pisi də. Keçid 
dövründə bu hallar bizdə daha qabaqcıl  şəkildə özünü 
göstərdiyi üçün bizə təəccüblü  gəlir. Bizdə ailənin təməli qan 
yaddaşıyla gedir. Bizim millətin özünə xas mühüm bir cəhəti 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə