Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə63/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   59   60   61   62   63   64   65   66   ...   91

224
 
 
öyrənmək olar. Məsələn, zərgərliyi, öyrənmək olar. Bəlkə, 
memar da olmaq olar. Amma rəssam olmaq çətindir. Pul ilə hər 
hansı bir musiqi alətində çalmağı öyrənmək olar, amma bir 
bəstəkar olmaq mümkün deyil. Pul ilə  bəlkə bir ortabab diş 
texniki olmaq mümkündür. Amma bacarıqlı bir cərrah-əsla! 
 Müəllim- tələbə münasibətlərinə biganə deyiləm.Onlar ata-
oğul qədər səmimi, böyük-kiçik qədər pərdəli olmalıdır. 
-   Hacı, ailəniz haqqında nə deyə bilərsiniz? 
-  Yoldaşım ingilis dili müəlliməsidir. 3 qızım var. Fərəh, 
Gülnar, Lalə. “Qız uşaqlarına xüsusi diqqət, xüsusi qayğı 
lazımdır” deyən xanımım işləmədi. Bütün qüvvəsini onların 
təlim- tərbiyəsinə həsr edir. 
   Fərəh II-ci sinifdə oxuyur. Həkim olmaq istəyir. Gülnar 
hüquqşünas, Lalə isə anası kimi dilçi olmaq arzusundadır. Onu 
da qeyd edim ki, Xanımım və iki qızım Həcc ziyarətində olub. 
Böyük qızım isə  Kərbala və  Məşhəd  şəhərlərində ziyarətdə 
olub. 
-   Sizcə, ailədə böyük- kiçik yeri necə olmalıdır? 
- Ailəmdən çox razıyam. Həyat yoldaşımın həssaslığı, 
qayğıkeşliyi, övladlarımın məhəbbəti məni çox məmnun edir. 
Ailədə səmimiyyət, mehribançılıq olmalıdır. Dostluq vacib olsa 
da, hər şeyin fövqündə böyük- kiçik yeri durur. Böyüyə hörmət 
vacibdir. Ailənin dirəyi ata, tacı anadır. Ata ailənin ağsaqqalı, 
rəisidir. 
-  Hacı, maraqlı söhbətə görə çox sağ olun. 
-  Bizi də yada saldığınıza görə Sizə  dərin minnətdarlığımı 
bildirirəm, Camal müəllim. 
 
 
 
 
 
Bakı, 20 oktyabr 1999- cu il. 
 
 
 
 


225
 
 
Bu bir an idi və mən də həmin an 
manevr etməyə məcburoldum
 
 
   (Müsahibimiz  Sabunçu  Rayon  Xalq  Məhkəməsinin sədri 
Oqtay Bayramovdur.) 
 
 Tanıtma:
ADU- nun hüquq fakültəsini bitirib, Sumqayıt 
Şəhər Prokurorluğundamüstəntiq kimi fəaliyyətə başlayıb. 
1965 -1973-cü illərdə Bakı  şəhərinin müxtəlif  rayon 
prokurorluğunda müstəntiq, 1973 -1977- ci illərdə 
Respublika Prokuroru yanında mühüm  işlər üzrə müstəntiq
1977-1981-ci illərdə isə Naxçıvan Muxtar Respublikasının 
Şərur Rayon Prokuroru işləyib. 1981-ci ildən Suraxanı 
Rayon Xalq Məhkəməsinin sədri, 1990 - cı ildən isə Sabunçu 
Rayon Xalq Məhkəməsinin sədridir.   
 
-  Oqtay müəllim, Siz həm də hakimlərin  İxtisas  
Kollegiyasının sədrisiniz. Sədr  olduğunuz bu kollegiya hansı 
səlahiyyətlərə malikdir və nə vaxtdan fəaliyyət göstərir? 
 
- Bakı  şəhər məhkəməsinin sədrini, Azərbaycan Ali 
Məhkəməsinin üzvlərini, Naxçıvan Muxtar Respublikası Ali 
Məhkəməsinin üzvlərini çıxmaq  şərtilə qalan bütün şəhər və 
rayon xalq hakimliyinə namizədlər rəy verilməsi  İxtisas 
Kollegiyasının səlahiyyətinə daxildir. Heç bir xalq hakimi bu 
kollegiyanın rəyi olmadan vaxtından əvvəl geri çağrıla bilməz. 
İxtisas Kollegiyasının 11 üzvü var. Hamısı  təcrübəli 
hakimlərdir. Onların dördü yuxarı  şəhər məhkəmə 
instansiyalarının üzvləri, qalanları isə ayrı-ayrı rayonların 
məhkəmə 
sədrləridir. Onların hamısı 2-ci dərəcəli 
hüquqşünaslardır. Bu kollegiya 1990-cı ildən fəaliyyət göstərir. 
Açığını deyim ki, İxtisas Kollegiyası son illərə  qədər yalnız 
formal olaraq rəy verməklə  məşğul idi. Ancaq son vaxtlar 


226
 
 
İxtisas Kollegiyası  tərəfindən xalq hakimlərinin işinə  nəzarət 
daha da gücləndirildi. Bundan sonra qanunu qəsdən pozan bir 
neçə rayon və  şəhər xalq hakimlərinin vaxtından  əvvəl geri 
çağrılması məsələsinə kollegiyada baxıldı. 
 
- Rayon xalq hakimləri tərəfindən çıxarılan qərar və 
qətnamələr yuxarı  məhkəmə instansiyaları  tərəfindən ləğv 
edilir.  İşi geri qayıtmış, qərar və  qətnamələri ləğv edilən 
hakim barəsində nə tədbir görürsünüz? 
 
-  Hər hansı  işi yuxarı instansiyalar tərəfindən geri qayıtmış 
xalq hakiminə  cəza vermək düzgün olmaz. Əgər hakimin 
çıxardığı  qərar və  qətnamələri həddindən artıq, yəni çoxlu 
sayda yuxarı məhkəmə instansiyaları tərəfindən ləğv olunubsa, 
belə olan halda həmin hakimə cəza tədbirləri olaraq kollegiya 
tərəfindən xəbərdarlıq və ya töhmət verilir. Son həddə isə əgər 
hakim baxdığı  işlərdə  qəsdən qanunun tələblərini pozubsa, 
həmin xalq hakimini geri çağırmaq məsələsinə  İxtisas 
Kollegiyasında baxılır. 
 
-  İndiyə kimi İxtisas Kollegiyası hansı xalq hakimlərinin 
vaxtından  əvvəl geri çağırılması  məsələsinə baxmış  və onlar 
barəsidə rəy vermişdir? 
 
- Abşeron Rayon Xalq Məhkəməsinin sədrini və hakimini, 
Qazax Rayon Xalq Məhkəməsinin  sədrini, Sumqayıt  Şəhər 
Məhkəməsinin sədrini, Bakı  Şəhər Xətai Rayon Xalq 
Məhkəməsi sədrinin baxdığı işlərdə qəsdən qanunun tələblərini  
pozduqlarına görə  həmin hakimlərin vaxtından  əvvəl geri 
çağırılması  məsələsinə baxılmışdır. Həmin Xalq hakimləri 
kollegiyaya dəvət olunmalarına baxmayaraq, iclasa gəlməkdən 
boyun qaçırdılar. 
 


227
 
 
-Belə olan halda, iştirakı olmadan İxtisas Kollegiyası Xalq 
hakiminin məsələsinə baxa bilərmi? 
 
- Bəli, baxa bilər. Çünki hakimlərə biz qabaqcadan kollegiyaya 
gəlmələri barədə  rəsmi göndəriş veririk. Məsələn, Abşeron 
Rayon Xalq Məhkəməsinin sədrinə  və Xalq hakiminə 
kollegiyaya gəlmələri barədə dəfələrlə xəbərdarlıq etməyimizə 
baxmayaraq, onlar kollegiyaya gəlməkdən qəsdən boyun 
qaçırdılar və biz də onların iştirakı olmadan geri çağrılma 
məsələsinə baxdıq. Yuxarıda adlarını  çəkdiyim rayon xalq 
məhkəmə  sədrləri də kollegiya iclasına gəlmədilər. Bu elə 
həmin hakimlərin özünün həm qanunlara, həm də kollegiya 
üzvlərinə olan hörmətsizliyini göstərirdi. 
 
- Cənab sədr,  əvvəllər müstəqil fəaliyyət göstərə bilməyən 
məhkəmə sisteminə indi yuxarılardan təzyiq olunurmu? 
Başqa sözlə, hakimlər müstəqil fəaliyyətə başlayandan sonra 
hakimlərin çıxardığı  qərar və  qətnamələrdə  vətəndaş 
prinsipliyi necədir?  Ədalət məhkəməsi yerindədir və ya 
əksinə?  
 
- Mən sizinlə tamamilə  hərtərəfli razıyam.  Əvvəla, hakim 
hərtərəfli inkişaf etmiş, geniş dünyagörüşünə malik olan 
“bişmiş adam” olmalıdır. Hakimlik həm məsuliyyətli, həm də 
çox ağır işdir. Təsəvvürünüzə  gətirin ki, hakim hökmü 
Azərbaycan Respublikası adından, Azərbaycan dövləti adından 
oxuyur. Bunun özünün nə dərəcədə ağır və məsuliyyətli bir iş 
olduğu buradan görünür. Əgər məhkəmə zalından hər hansı bir 
şəxs narazı gedirsə, o hakimdən deyil, dövlətdən və dövlətin 
qanunundan narazı gedir. Hakim burada özünü yox, dövlətin 
mənafeyini, onun  vətəndaşlarının hüquqlarını qoruyan 
konstitusiyanı müdafiə etməlidir. Bəzən hakim üçün qəbahətli 
iş ola  bilməz. Əgər hakim qanunun mahiyyətini düzgün başa 
düşüb, onu düzgün şəhr edə bilməyibsə, burada elə də qorxulu 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə