Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə60/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   56   57   58   59   60   61   62   63   ...   91

214
 
 
-  İşlədiyim 37 il ərzində öz işimdə belə bir fakt olmayıb. 
Məhkum haqqında həmişə  ədalətli hökm çıxarmışam. Bunun 
əksinə olaraq, iş  təcrübəmdə iki faktı xüsusilə qeyd etmək 
istəyirəm. Daha doğrusu, sizin dediyiniz ədalətsiz hökm 
barəsində keçmiş Kirov (indiki Binəqədi) rayon məhkəməsi 
tərəfindən bir müəllimə barədə  ədalətsiz hökm çıxarılmışdı. 
Mən həmin işlə  dərindən tanış olduqdan sonra gördüm ki, 
müəllimə müqəssir deyil, bu işdə  həm məktəb direktoru, həm 
də başqa vəzifəli şəxslər maraqlı tərəflərdir. Buna görə də mən 
bəzi təzyiqlərə baxmayaraq müəllimə barəsində  ədalətli hökm 
çıxartdım. 
     İkinci bir fakt. Kasıb bir kişinin oğlu mağaza müdirinin oğlu  
tərəfindən həm kobudcasına təhqir olunub, həm də döyülüb. 
Hakim həmin kasıb oğlan haqqında ədalətsiz hökm çıxarmışdı. 
Mən həmin işə yenidən baxaraq çıxarılmış  ədalətsiz hökmü 
ləğv etdim... 
 
 
  “Mühakimə” qəzeti, 30 sentyabr 1993-cü il. 
 
 
 
 
 
 
 
 
 


215
 
 
Ailənin dirəyi ata, tacı anadır 
 
Tanıtma
Məmmədov İsmayıl Məhəmməd oğlu, 1950 -ci il 
aprel ayının 25-də  Zərdab rayonunun Qərəvəlli kəndində 
anadan olub. Orta məktəbdə oxuyarkən dəfələrlə rayon və 
respublika olimpiadlarının iştirakçısı olub. O, 1969 - cu ildə 
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə  qəbul 
olunub. Tələbə olarkən tarix fakültəsinin tələbə elmi 
Şurasının fəal üzvlərindən olmuş, Moskva və Donetsk 
universitetlərində keçirilən elmi konfranslarda iştirak edərək 
fəxri fərmanlar alıb. 
    İ.Məmmədov 1974-cü idə Azərbaycan Dövlət Univesitetinin 
tarix fakültəsini fəqrlənmə diplomu ilə bitirib. Orta məktəbdə 
işləyə-işləyə aspiranturaya qəbul imtahanlarına hazırlaşmış 
və 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin SSRİ tarixi 
kafedrasına “Vətən tarixi” ixtisası üzrə aspiranturaya daxil 
olub. 
    O,1979-cu 
ilin 
dekabr 
ayında aspiranturanı 
müvəffəqiyyətlə başa vurub, həmin kafedra müəllim kimi 
fəaliyyətə başlayıb. 
    İ. Məmmədov 1983-cü ildə namizədlik dissertasisiyasını 
müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 
O, 1984 - cü ildə həmin kafedraya baş müəllim, 1988- ci ildə 
isə dosent seçilib. 
    Müəllimlik fəaliyyəti ilə bərabər elmi işini davam etdirərək, 
1992 - ci ildə doktorluq dissertiyasını müdafiə edərək tarix 
elmləri doktoru adını alıb. 1994 - cü ildə isə Bakı Dövlət 
Universitetinin Böyük Elmi Şurası onu professor adına layiq 
görüb. 
    İ.Məmmədov hazırda M.Ə. Rəsulzadə adına Bakı Dövlət 
Universitetinin “Türk və Qafqaz xalqları tarixi” kafedrasının 
professorudur. 
 


216
 
 
 
-  İsmayıl müəllim, qısaca da olsa, elmi fəaliyyətiniz barədə  
nə deyə bilərsiniz? 
 
- Mən Universitetdə oxuduğum vaxtlardan elmi işlərlə məşğul 
olmuşam. Tələbəlik illərində özümü elmi işə  və  tədrisə  həsr 
edəcəyimi qərarlaşdırmışdım. 70- ci illərin  əvvəllərindən elmi 
işlə  məşğul oluram. Bu günə kimi namizədlik və doktorluq 
dissertasiyalarını müdafiə etməklə  bərabər, bir sıra elmi 
məqalələr, monoqrafiyalar, metodik göstərişlər, dərs vəsaiti və 
proqramlar yazıb çap etdirmişəm. Onlardan bir neçəsinin 
adlarını qeyd etmək istəyirəm: “Azərbaycan fəhlə sinfinin 
mədəni- texniki səviyyəsi (1970-80 ci illər) “ ( BDU nəşriyyatı, 
1991- ci il), “Hunlar” ( BDU nəşriyyatı, 1998-ci il, dərs 
vəsaiti); “Hunlar” (BDU nəşriyyatı, 1995- ci il, metodik 
vəsait).  
 Bundan  başqa, işlədiyim illərdə müxtəlif jurnallarda 20 -dən 
çox elmi məqalələrim çap olunub. Hazırda türk xalqlarının 
qədim və orta əsrlər tarixi problemləri ilə, xüsusilə də “hunlar” 
mövzusu ilə  məşğul oluram. Bundan əlavə, “Türk dövlətləri” 
adlı irihəcmli monoqrafiya üzərində işləyirəm ki, bu əsər yaxın 
vaxtlarda işıq üzü görəcək. Bu il M.Ə. Rəsulzadə adına BDU- 
nun 80 illik yubiley olacaq. Bu münasibətlə keçiriləcək elmi 
konfransa ciddi hazırlaşıram. Konfransda elmi məruzə ilə çıxış 
edəcəyəm. Universitetin tarix fakültəsinin professoru Əsməd 
xanım Muxtarova 1997- ci ildə “Tarix və onun problemləri” 
elmi jurnalını  təsis etmişdir. Mən həmin  jurnalın baş 
redaktorunun birinci müaviniyəm.  Bu  jurnalda  fəaliyyət 
göstərməklə  bərabər, elmi fəaliyyətimi də davam etdirirəm. 
Qeyd etmək lazımdır ki, bu jurnal respublika tarixçilərinin elmi 
mərkəzinə çevrilmişdir. 
 
-   Sizin dövrü mətbuata münasibətiniz? 
 


217
 
 
-  Mən yalnız respublikanın rəsmi, yəni dövlət mətbuatında 
çıxış edirəm.  İndiyə  qədər rəsmi mətbuatda 50-yə  qədər elmi 
və siyasi məqalələrlə    çıxış etmişəm. Məqalələrim son 
dövrlərdə “Azərbaycan” və “Xalq” qəzetlərində    çap 
olunmuşdur. Bir neçə  məqaləmin adını  çəkmək istəyirəm. 
Onlardan : “Xalq cümhuriyyəti- müstəqilliyin cücərtiləri”, 
(“Azərbaycan” qəzeti, 24 may 1998- ci il) “Yaddaşlardan heç 
nə silinmir ( “ Azərbaycan” qəzeti , 13 iyun 1998-ci il); “Xalq 
qurultayı xülyadır”, ( “Azərbaycan” qəzeti, 27 avqust 1998- ci 
il); “ SİDSUH nəyə arxalanır?” ( “Xalq” qəzeti, 13 oktyabr 
1998-ci il); Prezident seçkilərində Heydər  Əliyevin qələbəsi 
Azərbaycanın gələcəyinin qələbəsidir” ( “Azərbaycan” qəzeti, 
6 noyabr 1998- ci il) və s. göstərə bilərəm. Bu məqalələrdə 
Azərbaycan Demokratik Respublikasının 80 illiyi, Qurtuluş 
günü, müxalifətin pozuculuq fəaliyyəti, prezident seçkilərində 
Heydər Əliyevin qələbəsi və s. məsələlər işıqlandırılmışdır. 
 1998-ci  ildə Azərbaycan xalqı Heydər  Əliyevin 75 illik 
yubileyini qeyd etdi. Mən də bu məsələ ilə  əlaqədar qəzet və 
jurnallarda çıxış etmişəm. Məsələn, “Dövlət və hüquq” 
jurnalında(1998-ci il № 1) “Türk dünyasının böyük oğlu” adlı 
məqaləsi ilə çıxış etmişəm. 
  Respublikada hazırda qəzet bolluğudur. Kim istəyir, özü üçün 
qəzet açır. Elə  qəzetlər var ki, adını “ müstəqil” qoyub. Belə 
ağır gündə xalqın yaxşı  oğullarına qara yaxaraq ara 
qarışdırmaqla məşğul olurlar. Bu qəzetlər ziyalıları üz-üzə 
qoyaraq ictimaiyyətdə yalnış  rəy yaradırlar. Belə  qəzetlərin 
olmasındansa, olmaması yaxşıdır. 
Müstəqil qəzetlərdən “Ziyalı” qəzetini xeyirxah və  əsl ziyalı 
qəzeti kimi qeyd etmək istərdim. Bu qəzet öz nüfuzunu 
qoruyub saxlamağı  bacarır. 
 
-  Bir ziyalı  və elm adamı kimi necə oldu ki, Məkkəyə Həcc 
ziyarətinə getdiniz? Bu sizin arzunuz olub, yoxsa bu hiss, 
istək sonradan yaranıb? 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə